Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10408/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanındakı evinin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanındakı yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyətindəki həmin əmlak 25.3 kv.m. ümumi sahəsi olan yaşayış evindən və sənəd üzrə 0.03568 ha-dan ibarət faktiki torpaq sahəsindən ibarətdir. Yaşayış evinin sahəsi dövlət reyestrindən çıxarışda, faktiki torpaq sahəsi isə texniki pasportda əksini tapmışdır. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək fərdi yaşayış evimi qanuni istifadəmdə olan torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh xx.xx.2022- ci il tarixli cavabında “fərdi yaşayış evinə keçirilmə və yerləşdiyi torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Formanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini" qeyd etməklə əsaslı müraciətimdən imtina edilmiş, bunun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan imtina sayılmamasım bildirərək-fərdiyaşayış evinin və torpaq sahəsinin qanuni əsaslarla və sənəd üzrə 1948-ci ildən istifadədə olması və qanunun tələbləri nəzərə alınmamışdır. Bundan sonra təkrarən xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan müvafiq sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tərəfimdən təqdim olunsa da sözügedən idarə eyni motivlərlə müraciətimi təmin etmədən xx.xx.2023-cü il tarixli **********40 saylı məktubla geri qaytarılmışdır. Əsaslı müraciəti cavabdeh tərəfindən təmin olunmayaraq həll edilmədiyinə görə, cavabdehin iddiaçıya ünvanladığı rəsmi cavabını imtina kimi qəbul etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır, çünki cavabdeh inzibati icraatın qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar öz əksini tapmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən döv lət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Haqqında Əsasnamə"-yə görə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək (2.0.1), Daşınmaz Əmlakın Dövlət Reyestrini tərtib etmək və aparmaq (2.0.2) Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunmuş irad üzrə keçirilmiş X6 15 may 2023cü il tarixli 67 saylı rəyi ilə irad inkar olunur, belə ki, həmin rəydə mənzilin faktiki göstəricilərinin, o cümlədən planda yerləşmənin, mərtəbəsinin sahəsinin və digər parametrlərinin 6 saylı mənzilə dair tərtib olunmuş xx.xx.2016-cı il tarixli texniki pasportda olduğu kimi müəyyən olunmuş, həmin 6 saylı evin sərəncamında həyətyanı torpaq sahəsi vardır və həyətyanı torpaq sahəsi 0,035568 ha təşkil edir, həmin torpaq sahəsi texniki pasportda öz əksini tapmış, evin 1948-ci ildə inşa edilməsi və hal-hazırda həmin evdə yaşayış olması öz təsdiqini tapmışdır.
3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan müvafiq sənədlər təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun olaraq təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, ev 1 ünvanında yerləşən 6 nömrəli əmlak İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzil sökülmüş, daha sonra yenidən bərpa olunmuşdur. Belə ki, aparılmış dəyişikliklərə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olduğu halda həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. - məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: - məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
5. İddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respubliksının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən qeydiyyatda başqa şəxslər yoxdur.
6. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərüffat birliyinin 72 saylı Mənzil Kommunal İstismar sahəsinin 59 nömrəli xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, ev 1 ünvanında yerləşən 6 saylı mənzilində qeydiyyatsız faktiki olaraq yaşayır.
7. X6 xx.xx.2023-cü il tarixli 67 nömrəli rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, ev 1 ünvanında yerləşən 6 saylı mənzilin (fərdi yaşayış evi tiplidir) yerində mövcud olduğu və mənzilin faktiki texniki göstəricilərinin, o cümlədən planda yerləşşməsinin, mərtəbəsinin, sahəsinin və digər parametrlərinin 6 saylı mənzilə dair xx.xx.2016-cı il tarixdə tərtib edilmiş texniki pasporta uyğun olduğu müəyyən edilmiş, iddiaçının mülkiyyətində olan 6 saylı mənzilin 6 saylı mənzilin (fərdi yaşayıış evi tiplidir) sərəncamında həyətyanı torpaq sahəsi 0.0353 ha təşkil edilmişdir. Həmçinin rəydə bildirilmişdir ki, İddiaçı mülkiyyətində 6 saylı mənzilin həyətyanı torpaq sahəsinin 6 saylı mənzilə dair xx.xx.2016-cı il tarixdə tərtib edilmiş texniki pasportda öz əksini tapması və torpaq sahəsinin naturadakı ölçüsünün (sahəsinin) 6 saylı mənzilə dair xx.xx.2016-cı il tarixdə tərtib edilmiş texniki pasporta uyğun olduğu müəyyən edilmişdir və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, ev 1 ünvanında yerləşən 6 saylı mənzilin (fərdi yaşayış evi tiplidir) 1948-ci ildə inşa olunması müəyyən edilmişdir. Hal-hazırda həmin mənzildə yaşayış olduğu qeyd edilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubu ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiqedilmiş surəti göndərilmişdir: - Mənzil ilkin olaraq xx.xx.1992-ci il tarixində Binəqədi İcra Hakimiyyəti tərəfindən X20 mülkiyyətinə verilmişdir. 1)Texniki pasport və çıxarışlar: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X7 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx.xx.1992-ci il tarixli şəxsi mülkiyyətində olan mənzilin Texniki X1 adına verilmişdir.(Reyestr №30/67) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli mənzilə dair Texniki X2 adına verilmişdir. (Reyestr nömrəsi: **********79-05101- 093002) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli mənzilə dair Texniki X3 adına verilmişdir. (Reyestr nömrəsi: **********79-05101- 093002) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli mənzilə dair Texniki X4 adına verilmişdir. (Reyestr nömrəsi: **********79-05101- 093002) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixində qeydiyyata alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda bildirilmişdir ki, ümumi sahəsi 25.3 kv.m olan ünvan 2 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. (Qeydiyyat nömrəsi: **********) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda bildirilmişdir ki, ümumi sahəsi 25.3 kv.m olan ünvan 2 saylı mənzil X14 tam mülkiyyətindədir. (Qeydiyyat nömrəsi: **********) - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda bildirilmişdir ki, ümumi sahəsi 25.3 kv.m olan ünvan 2 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. (Qeydiyyat nömrəsi **********) 2) Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktları: - 08.11.2013-cü il tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, X12 məxsus Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 5-ci Binəqədi küçəsi ev 1, 6 saylı həyət tipli mənzil bir otaqdan (faktiki olaraq ümumi sahə 30.0 kv.m) ibarətdir, yaşayış otağı arakəsmə ilə 2 yerə bölünüb və istifadədə 460 kv.m olan torpaq sahəsi var. - 29.11.2013-cü il tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, X13 məxsus Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ev 1, 6 saylı mənzil faktiki olaraq yaşayış sahəsi 18.3 kv.m, ümumi sahə 25.3 kv.m ibarətdir. - 28.10.2014-cü il tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, X16 məxsus Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 5-ci Binəqədi ev 1, 6 saylı mənzil həyət tipli bir mərtəbəli binada yerləşən bir otaqdan (faktiki olaraq yaşayış sahəsi 18.3 kv.m, ümumi sahə 25.3 kv.m) və mənzilə bitişik 12.5 kv.m əlavə tikilidən ibarətdir. - 28.10.2014-cü il tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, İddiaçı məxsus Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 5-ci Binəqədi ev 1, 6 saylı mənzil bir otaqdan (faktiki olaraq yaşayış sahəsi 18.3 kv.m, ümumi sahə 25.3 kv.m) və mənzilə bitişik 12.5 kv.m bağlı eyvan tikilmişdir.
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. X25 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
16. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
17. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X5 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
18. Mənzil Məcəlləsi: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
19. Məhkəmə qeyd edir ki, hüquqları qeydə alınmış mənzil ayrıca təcrid olunmuş əmlak olmaqla yerləşdiyi torpaq sahəsinin ölçüləri texniki sənədlərdə qeyd edilmişdir.
20. Məhkəmə hesab edir ki, iş materiallarında əks olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarından da göründüyü kimi mənzil bir mərtəbəli həyət tipli binada yerləşir. ünvan 2 ünvanında yerləşən əmlakın texniki göstəriciləri Mənzil Məcələsinin 13.2-ci maddəsində qeyd olunan tələblərə uyğun gəldiyindən əmlak yaşayış evi kimi qeydiyyata alınmalıdır.
21. Məhkəmə eyni zamanda qeyd edir ki, qeyd edilən qərar torpaq sahəsi ilə bağlı (mülkiyyət) hüquqlarının qeydiyyatına əsas vermir.
22. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 saylı mənzilə fərdi yaşayış evi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva