Məhkəmə qərarları › İş №2-1(112)-10417/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10417/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10417/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən-02 aprel 2019-cu il tarixdən başlayaraq iddiaçıya həmin pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən-02 aprel 2019-cu il tarixdən başlayaraq iddiaçıya həmin pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1962-ci il tarixdə anadan olmuşdur. 57 yaşı 02 aprel 2019-cu il tarixdə tamam olmuşdur. 1977-1980-ci illərdə peşə təhsili almış, 25 may 1981-ci il tarixdən 14 may 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 29 avqust 1983-cü ildə Bakı-3 Gəmi Təmiri Zavodunun mexaniki sexində birinci dərəcəli fəhlə kimi başlamış, 28 oktyabr 1983-cü il tarixədək orada işləmişdir. 01 oktyabr 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 19 saylı şəhər orta texniki peşə məktəbində təhsil almışdır. Sonra keçmiş SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə xx.xx.1984-cü il tarixində 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixindən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarixindən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixindən 4-cü dərəcəli daşyonan peşəsində işləmişdir və xx.xx.1992-ci il tarixindən Soyuzmetrospetsstroy İdarəsinin Bakı filialına keçirilmişdir. xx.xx.2011-ci il tarixindən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixindən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X4 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X2 4-cü dərəcəli, xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən və halhazırda yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli üzlükçü peşəsində işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ yarandığı üçün bununla bağlı olaraq cavabdehə müraciət etmiş, lakin ona 06 iyun 2022-ci il tarixli, **********3 saylı məktubu ilə ona imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır və qanunsuzdur. Ona məxsus olan əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, ümumi 43 il 03 ay 20 gün sığorta stajına malik olmuşdur ki, bu stajın 37 il 10 ay 12 günü güzəştli pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazanılmışdır. Mübahisəsiz şəkildə görünür ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qanunla müəyyən edilmiş həm ümumi – 25 il sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 mönrəli qərarı ilə təsdiqlənmiş siyahıda konkret göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verənincəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hımin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vtəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bındinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 ili 06 ay həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cavabdeh iddiaçının qeyd edilən iddia əizəsini aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Bina qurğu və digər obyektlərinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bındinin metropoliten, yer qurğuları tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində mərmərdən üzçəkənlər, lövhələrdən üzçəkənlər, pardaqlayıcı üzçəkənlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçası və "xxxx" QSC-nin 15 aprel 2022-ci il tarixli arayışından göründüyü kimi, iddiaçı adıçəkilən müəssisədə xx.xx.1985-xx.xx.2011-ci illər Daşyonan, xx.xx.2011-xx.xx.2014 və xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arası dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işləmişdir. Qeyd edilən peşələr Nazirlər Kabinetinin yuxarıda qeyd edilən siyahısında qeyd edilmədiyindən həmin peşələr güzəştli peşələr kimi qəbul edilə bilməz və məhz bu səbəbdən iddiaçının güzəştli pensiya hüququ yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. İddiaçının НЗ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1981 xx.xx.1983-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının AT-İİİ-0660846 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək peşə təhsilini almış; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusunda xidmətdə olmuş; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı-3 Gəmi Təmiri Zavodunun mexaniki sexində birinci dərəcəli fəhlə işləmiş; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 19 saylı şəhər prta texniki peşə məktəbində təhsil almış; xx.xx.1984-cü il tarixdən keçmiş SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixindən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarixindən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixindən 4-cü dərəcəli daşyonan peşəsində işləmiş; xx.xx.1992-ci il tarixindən Soyuzmetrospetsstroy İdarəsinin Bakı filialına keçirilmiş, xx.xx.2011 il tarixindən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixindən işdən azad edilmiş; xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X4 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsinə qəbul edilmiş; xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmiş; xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X2 4-cü dərəcəli, xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsində işləmiş; xx.xx.2017-ci il tarixindən və halhazırda yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli üzlükçü peşəsində işləyir. Azərbaycan Respublikası "xxxx" QSC-nin iddiaçıya dair 15 aprel 2022-ci il tarixli A/116 nömrəli arayışına əsasən iddiaçı həqiqətən SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə xx.xx.1984-cü il tarixində 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixindən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarixindən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixindən 4-cü dərəcəli daşyonan peşəsində işləmişdir və xx.xx.1992-ci il tarixindən Soyuzmetrospetsstroy idarəsinin Bakı filialına keçirilmişdir. xx.xx.2011-ci il tarixindən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilişdir. xx.xx.2014-cü il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixindn "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X4 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X2 4-cü dərəcəli, xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli üzlükçü peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərara uyğun olaraq həmin siyahının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiti üzrə yeraltı işlər hissəsinin a) fəhlələr bəndinə əsasən İddiaçı Dəyyub oğlu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzərtli şərtlərlə əmək stajı 37 il 10 ay 12 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 641 saylı qərarına və “Aztunelmetrotikinti” DK-nın xx.xx.1993-cü il tarixli 91/H saylı əmrinə əsasən Soyuzmetrospetsstroy idarəsinin Bakı filialı “Aztunelmetrotikinti” DK-nın Xüsusi Tamamlama İşləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama İşləri idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası və "xxxx" QSC-nin 15 aprel 2022-ci il tarixli arayışından göründüyü kimi, iddiaçı adıçəkilən müəssisədə xx.xx.1985-xx.xx.2011-ci illər daşyonan, xx.xx.2011-xx.xx.2014 və xx.xx.2015-xx.xx.2017ci il tarixləri arası dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işləmişdir. İddiaçı işlədiyi yerüstü iş şəraiti müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda iddiaçı işlədiyi daşyonan vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 05 oktyabr 2022-ci il tarixli, 40N-10/3-1226 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.1984-cü il tarixindən SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy idarəsində köməkçi fəhlə, daşyonan, üzlükçü peşələrində çalışmışdır. xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X2 yerüstü iş şəraiti ilə üzlükçü peşəsində işləmişdir. xx.xx.2017ci il tarixindən yeraltı iş şəraiti ilə "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X2 üzlükçü peşəsində işləyir. İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək ağır və xüsusi zərərli əmək şəraitində çalışdığı daşyonan peşəsi üzrə əmək stajı 25 il 10 ay 03 gün (iyirmi beş il on ay üç gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 Nə-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.Dağ-mədən işləri maddəsinin 1.2.1-ci Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin a) fəhlələr (daşyonanlar) yarımbəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21 06.1993-cü il tarixli 320 saylı qərarın 10100000 1.Dağ-mədən işləri maddəsinin 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin 2010100a—12690 (daşyonanlar) koduna aiddir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 91/HNə-li Fərmanına əsasən Soyuzmetrospecstroy İdarəsi "xxxx" Dövlət Şirkətinin Xüsusi bəzək işləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən Xüsusi Tamamlama işlər İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC- nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsinin Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında müvafiq bildirişə əsasən “Azərtunelmetrotikinti" SC-nin Xüsusi Tamamlama İşlər İdarəsi ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası X3in dövlət reyestrindən çıxarılmışdır. Hazırda "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi Tamamlama İşləri dəstəsi adı altında fəaliyyət göstərir. "xxxx" QSC-nin struktur bölmələri tərəfindən eyni funksiyanı icra edən və optimallaşdırılması zəruri hesab olunan peşə və vəzifələrin təhlilinin həyata keçirilməsi zamanı Cəmiyyət üzrə ayrı-ayrı struktur vahidlərinin tərkibində eyni vəzifə və funksiyaların həyata keçirilməsi müəyyən edilmiş və onların ahəngdar işinin təşkil edilməsi məqsədilə bəzi dəyişikliklər edilmişdir. Belə ki, Xüsusi Tamamlama İşləri dəstəsinin ştat cədvəlində də daşyonan və üzlükçü peşələri birləşdirilərək üzlükçü peşəsi adlandırılmışdır. Üzlükçü peşəsinin əsas vəzifə və funksiyaları divar və döşəməyə mərmərdən, qranitdən və daş lövhələrdən üzlük daşlarının qoyulması, üzlük daşlarının yonulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtlı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəllərində göstərilən amillərə görə (toz, səs-küy) əmək haqqına tarif maaşının 4% (dörd) məbləğində əlavə ödəniş edilir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, xx.xx.2019-cu il tarixində onun 57 yaşı tamam olmuşdur, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi yerüstü iş şəraiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda iddiaçı işlədiyi daşyonan vəzifəsi qeyd olunmuş müvafiq Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1985xx.xx.2011-ci il tarixlərdə işlədiyi daşyonan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli 320№-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının” 1-ci Dağ-mədən işləri bölməsinin “Açıqda dağ-mədən işlər və yer səthində işlər” bölümünün 2010100a və 2010100a -12690 kodu altında zərərli iş kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, "xxxx" QSC tərəfindən təqdim olunmuş arayışlara əsasən, iddiaçının işlədiyi üzlükçü peşəsində işlədiyi dövrlər güzəştli iş stajına daxil edilməlidir. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan çox müddətdə işləməsi əmək kitabçası və arayışları ilə təsdiqlənir. Məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 12 il 06 aydan çox və ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 02 aprel 2019-cu il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 19 aprel 2022-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 02 aprel 2019cu il tarixdən başlayaraq İddiaçı həmin pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 02 aprel 2019-cu il tarixdən başlayaraq həmin pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar