Məhkəmə qərarları › İş №2-1(112)-1042/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1042/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1042/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğvi və vergi borcunun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 17 aprel 2021-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və iddiaçının şəxsi hesab vərəqəsindən həmin borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 17 aprel 2021-ci il tarixli, 31 nömrəli qərarının və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 may 2021-ci il tarixli **********182000 nömrəli qərarının ləğv edilməsi və İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən həmin borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini göstərməklə yenidən məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1133 nömrəli, 03 noyabr 2020-ci il tarixli Qərarının ləğv edilməmiş, yəni 576.448,9 manat maliyyə sanksiyası hissəsindən 399 242.68 manat hissəsinin, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 143571,93 manat məbləğində mənfəət vergisinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********182000 nömrəli, 16 may 2021-ci il tarixli Qərarının ləğv edilməsi və İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən həmin borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6680/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1133 nömrəli 03 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməmiş, yəni 576448,9 manat maliyyə sanksiyası hissəsindən 399242,68 manat hissəsinin, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 143571,93 manat məbləğində mənfəət vergisinin hesablanması barədə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********182000 nömrəli 16 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının şəxsi hesab vərəqəsindən həmin borcun silinməsi barədə qərar qəbul edilməsi” şəklində qəbul olunmuşdur. Məhkəmənin 2-1(112)-6680/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə "Abis Alarco” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi və vergi borcunun silinməsi" barədə iddia tələbləri üzrə işdən "Abis Alarco” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********182000 nömrəli 16 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və borcun silinməsi" barədə iddia tələbi üzrə icraat ayrılmışdır. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, yoxlama aktının və qərarın bir nüsxəsi cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı ilə mal qalığının müəyyənləşdiyi və rəsmiləşdirildiyi yerdə dərhal təqdim olunmalı olduğu halda, yoxlayıcılar tərəfindən heç bir sənəd səlahiyyətli nümayəndəyə təqdim olunmamışdır. Vergi orqanı tərəfindən 03 noyabr 2020-ci il tarixdə oktyabr ayı üçün kameral qaydada hesablanılmış 318971,33 manat ƏDV üçün “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub, vergi dövrü 2020-ci ilin sentyabr ayı göstərilməklə 1 gün əvvəl xx.xx.2020-ci il tarixində yazılmasına baxmayaraq xx.xx.2020-ci il tarixli **********562700 nömrəli məktubla cəmiyyətə daxil olmuş və Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş müddət də vergi orqanı tərəfindən gözlənilməmiş və kobud şəkildə qanun pozuntusuna yol verilmişdir. Qərarda “Operativ vergi nəzarəti tədbiri zamanı Ə.Əliyev təqdim etdiyi xx.xx.2020-ci il tarixli izahatında bütün obyektlərdə malların alış qiyməti ilə Cəmiyyətin nümayəndələrinin iştirakı ilə sayıldığı, yoxlama zamanı alış qiyməti ilə 7.674.402,84 manat məbləğdən 1.843.535,71 manat məbləğdə mal qalığının aşkar olunduğu, 5.830.867,13 manat dəyərində malların ayrı-ayrı vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim edilmədən 10% ticarət əlavəsi ilə birlikdə 6.413.953,84 manat məbləğdə satıldığı bildirmişdir. X2 vergi və maliyyə sanksiyaları ilə bağlı heç bir sənədə imza etməyə ixtiyar və səlahiyyət verilməmişdir, eyni zamanda o müəsissənin maliyyə əməliyyatlarından məlumatlı şəxs deyil. Vergi əməkdaşının qanunazidd qaydada tərtib edilmiş cızma-qarası nəticəsində cəmiyyətə tam qanunsuz olaraq hesablanılmış 318 971,33 manat kameral qaydada ƏDV və OVN qərarına əsasən 641 395.38 manat məbləğində əlavə vergi və maliyyə sanksiyalarına imza etməyə səlahiyyəti yoxdur. Ona müəssisə tərəfindən təqdim olunmuş etibarnamə mal qalığını müəyyənləşdirən zaman vergi işçiləri tərəfindən tərtib olunmalı akta imza etmək və həmin aktın bir nüsxəsini vergi əməkdaşlarından götürmək səlahiyyəti üçün təqdim edilmişdir. Eyni zamanda X7 tərəfindən araşdırma zamanı cəmiyyət tərəfindən satılan bütün malların alış qiymətinə 10 faiz ticarət əlavəsi tətbiq edərək satış qiymətinin müəyyənləşdirilməsi fikri də tamamilə düzgün deyildir. Cəmiyyətin fəaliyyəti ilə bağlı belə bir mühüm əhəmiyyətli qərar bazar iqtisadiyyatının əsasını təşkil edən məhsulların real satış qiymətlərinin əmələ gəlməsi əsaslarına tam ziddir. Yuxarıda da göstərildiyi kimi cəmiyyət tərəfindən VÖEN olmayan fermerlərə satılan gübrənin ümumi məbləği 927.806,91 manat təşkil etmiş, həmin VÖEN-i olmayan fermerlər tərəfindən aldıqları malların 649.464,84 manat hissəsinin pos-terminal vasitəsilə Cəmiyyətin bank hesabına, 278.342,07 manat hissəsinin isə nağd qaydada Cəmiyyətin kassasına ödənilmişdir. Araşdırmanın nəticəsində qəbul olunmuş qərara əsasən isə VÖEN-i olmayan fermerlər tərəfindən Cəmiyyətə ödənilən 927.806,91 manatın 649.464,84 manat hissəsi elektron qaimə yazılmadığı üçün həmin məbləğə Vergi Məcəlləsinin 58-ci maddəsinin 13-cü bəndinə əsasən tətbiq olunmuş 10 faiz maliyyə sanksiyası azaldılmış, eyni alıcılar tərəfindən aldıqları gübrəyə görə nağd qaydada cəmiyyətin kassasına ödədikləri 278.342,07 manat hissəsinə səhv olaraq elektron qaimə yazılmadığı üçün həmin məbləğə Vergi Məcəlləsinin 58-ci maddəsinin 13-cü bəndinə əsasən tətbiq olunmuş 10 faiz maliyyə sanksiyası azaldılmamışdır. (Nağd qaydada kassaya ödəniş dedikdə, tək NKA tətbiq olunmaqla satış nəzərdə tutulmur, araşdırma zamanı nağd ödənişlə bağlı cəmiyyətdən NKA çeklərindən digər sənədlər tələb olunmamışdır) Eyni zamanda cəmiyyətlə “SPT X11” ММС arasında bağlanmış müqaviləyə əsasən göstərilmiş fəaliyyətin spesifikliyi nəzərə alınaraq Vergi Məcəlləsinin 24.0.2-ci maddəsi də nəzərə alınmalıdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Nəzarətin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixdə saat 15:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 6413953,84 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2020-ci il tarixli 001528 nömrəli akt tərtib edilmişdir. Həmin akt İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2020ci il tarixli 001528 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 641395,38 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. X7 tərəfindən İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, “MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: ünvan 1 (**********-31001) kodlu anbar; İmişli rayonu, İmişli şəhəri, Ramiz Əliyev ev 0, M.0 (100059118-55003) kodlu anbar; İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti ev-, M.- (**********-55002) kodlu anbar. Yuxarıda qeyd olunan obyektlərdən başqa digər ünvanda təsərrüfat subyekti, saxlanc yeri və malı yoxdur. Bu anbarlarda olan malların hamısı onlara məxsusdur. Satdığı malların üzərinə 10 faiz ticarət əlavəsi qoymaqla satır. Sahibkarlıq fəaliyyəti göstərdiyi obeytklərdə iş rejimi saat 10:00-dan 18:00-a qədərdir”. X5 İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli izahatda da bildirmişdir ki, “yoxlama keçirilən günə bütün anbarlarda cəmi alış qiyməti ilə 7674402,84 manat mal qalığı mövcud olmalı olduğu halda alış qiyməti ilə 1843535,71 manat mal qalığı müəyyən olunmuşdur. Bütün obyektlərdə mal MMC-nin nümayəndələrinin iştirakı ilə alış qiyməti ilə qiymətləndirilərək sayılmışdır. Mal sayımından sonra alış qiyməti ilə 5830867,13 manat malların əskik gəlməsi müəyyən olunmuş, həmin mallar ayrı-ayrı vergi ödəyicilərinə eqaiməsiz 10 faiz ticarət əlavəsi ilə 6413953,84 manata satılmışdır”. Qeyd olunanlardan göründüyü kimi X7 da e-qaimə verilmədən malların satılması faktını etiraf etmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddəsinə əsasən, pərakəndə satış fəaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilir, lakin topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur. Malların alıcıya satışı zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməldir. İddiaçı MMC tərəfindən 2020-ci ilin fevral ayından 2020-ci ilin noyabr ayınadək vergi orqanına təqdim edilən bəyannamələrdə satış yalnız topdansatış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci il fevral ayında topdansatış fəaliyyəti üzrə 9 747,5 manat; mart ayı üzrə 146 723,8 manat; aprel ayı üzrə 70 728,85 manat; iyun ayı üzrə 3 060 manat; iyul ayı üzrə 65 282,94 manat; avqust ayı üzrə 33 930 manat; oktyabr ayı üzrə 879 559,78 manat; noyabr ayı üzrə 428 888,97 manat satış olduğu göstərilmişdir). Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Göründüyü kimi İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 6413953,84 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, yoxlama aktının və qərarın bir nüsxəsi cəmiyyətin səlahiyyəti nümayəndəsinin iştirakı ilə mal qalığının müəyyənləşdiyi və rəsmiləşdirildiyi yerdə dərhal təqdim olunmalı olduğu halda, yoxlayıcılar tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Lakin iş materiallarında olan xx.xx.2020-ci il tarixli 001528 nömrəli aktdan göründüyü kimi İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 aktın doğruluğunu və aktın bir nüsxəsini əlavələrlə birlikdə aldığını öz imzası ilə təsdiq etmişdir. İddiaçı MMC tərəfindən X6 verilmiş 08 oktyabr 2020-ci il tarixli etibarnamədə qeyd edilmişdir ki, X7 MMC-ni bütün vergi orqanlarında təmsil edə bilər və bütün sənədlərə imza atıb, möhür vura bilər, həmçinin vergi yoxlamasında səlahiyyətli nümayəndə kimi sənədlərə imza atıb, möhür vura bilər. Qeyd edilənlərdən göründüyü kimi İddiaçı MMC tərəfindən verilən iddia ərizəsi əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9607 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq y/m ünvanında yerləşən anbarda xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinə nəzarət məqsədilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. KY201517442 nömrəli xx.xx.2020-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2020-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi X5 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, MMC-yə məxsus təsərrüfat subyektləri ünvan 1 (**********-31001) kodlu anbar; İmişli rayonu, İmişli şəhəri, Ramiz Əliyev ev 0, M.0 ( 100059118-55003) kodlu anbar; İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti ev-, M.- (**********-55002) kodlu anbardır. Yuxarıda qeyd olunan obyektlərdən başqa digər ünvanda təsərrüfat subyekti, saxlanc yeri və malı yoxdur. Həmin anbarlarda olan malların hamısı iddiaçıya məxsusdur. Satılan malların üzərinə 10 faiz ticarət əlavəsi qoyulmaqla satılır. İş materiallarına əlavə edilmiş “Operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2020-ci il tarixli DVX seriyalı 001528 nömrəli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9607 nömrəli qərarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq y/m ünvanında yerləşən anbarda səlahiyyətli nümayəndə X5 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixdə saat 15:00-da ticarət əlavəsi ilə birlikdə 6413963,84 manat dəyərində malın topdan olaraq e-qaiməsiz vergi ödəyicilərinə təqdim edilməsi müəyyən olunmuşdur. Aktı vergi orqanının əməkdaşları və iddiaçının səlahiyyətli nümayəndəsi X7 imzalamışdır. İddiaçının səlahiyyətli nümayəndəsi X5 cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli izahatında göstərilmişdir ki, yoxlama keçirilən günə bütün anbarlarda cəmi alış qiyməti ilə 7674402,84 mal qalığı mövcud olmalı olduğu halda alış qiyməti ilə 1843535,71 manat mal qalığı müəyyən olundu. Bütün obyektlərdə mal MMC-nin nümayəndələrinin iştirakı ilə alış qiyməti ilə qiymətləndirilərək sayılmışdır. Mal sayımından sonra alış qiyməti ilə 5830867,13 manat malların əskik gəlməsi müəyyən olundu. Həmin mallar ayrı-ayrı vergi ödəyicilərinə e-qaiməsiz 10 faiz ticarət əlavəsi ilə 6413963,84 manata satılmışdır. Bu hal tərəflərindən qəbul edildiyi üçün yoxlama zamanı nəzərə alınması xahiş olunmuşdur. İşdə olan iddiaçı tərəfindən X6 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı onu bütün vergi orqanlarında təmsil etməyi və bütün sənədlərə imza atıb möhür vurmağı, həmçinin vergi yoxlamasında səlahiyyətli nümayəndə kimi sənədlərə imza atıb möhür vurmağı Ə.Əliyevə etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. İş materiallarında olan **********1133 nömrəli xx.xx.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, “Abis Alarco" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 641395.38 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2020 tarixədək 641395.38 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********151000 saylı qərarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə yuxarı vergi orqanına inzibati şikayət vermiş, Xidmət tərəfindən şikayəti qismən təmin edilərək xx.xx.2020-ci il tarixli DVX seriyalı 001522, 001520 nömrəli və xx.xx.2020-ci il tarixli DVX seriyalı 001524 nömrəli aktlar etibarlı hesab edilmiş, xx.xx.2020-ci il tarixli DVX seriyalı 001524 nömrəli akt əsasında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********1133 nömrəli qərarı 64.946,48 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qərar digər hissədə, yəni 576448,9 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 17 aprel 2021-ci il tarixli 31 saylı qərarı ilə təmin edilməmiş və Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********151000 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan **********0323 saylı vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan 576448.90 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 010/AS/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı olan İddiaçı MMC alıcı olan “SPT X11” MMC-yə gübrə satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı malı təhvil verərkən bu barədə təhvil təslim aktı tərtib edir və alıcıya təqdim edir. Alıcı isə malları təhvil təslim aktları əsasında qəbul etməlidir. E-qaimə fakturalar isə 3 ay müddətində satıcı tərəfindən alıcıya təqdim olunur. Alıcı tərəf malları təhvil aldıqdan sonra satıcıya müqavilə bağlandığı gündən bir il müddətində malın dəyərini köçürmə yolu ilə hissə-hissə ödəyə bilər. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış təhvil-təslim aktlarına əsasən satıcı, yəni iddiaçı xx.xx.2020-ci il tarixdə 371597.23 manat dəyərində, xx.xx.2020ci il tarixdə 2182369,78 manat dəyərində və xx.xx.2020-ci il tarixdə 1160116,08 manat olmaqla, ümumilikdə 3714083.09 manat dəyərində malı alıcıya təhvil vermişdir. İddiaçı hazırda cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1133 nömrəli xx.xx.2020-ci il tarixli qərarını qismən, 576.448,9 manat maliyyə sanksiyasından 399242.68 manat hissəsində mübahisələndirir. Belə ki, iddianın dəqiqləşdirilməsi və iddiaçının nümayəndəsinin məhkəmə iclasındakı izahatlarına əsasən iddiaçı hazırda nağd qaydada fermerlərə satılan 278464,81 manat dəyərində gübrənin və xx.xx.2020-ci il tarixli 010/AS/20 saylı alqı-satqı müqaviləyə əsasən “SPT X11” ММС-yə satılan 3714083.09 manat dəyərində gübrənin təqdim edilməsinin qəbul edilməməsini qanunsuz sayaraq, mübahisəli qərarın məhz həmin hissədə ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmənin hazırlıq icraatı çərçivəsində keçirdiyi iclasda iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilmiş, iddaçının hüquqi marağı qərarın ləğvinə yönəldiyi təqdirdə iddia tələbinə müvafiq dəqiqləşdirmənin verilməsi təklif edilmiş, iddiaçı müəyyən edilmiş müddətdə tələbini dəqiqləşdirməmişdir. Belə olan halda məhkəmə iddiaçının hazırkı tələbi üzrə cavabdehin qərarını yalnız 399242.68 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmçinin Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 14-cü bəndinə əsasən: -14.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. - 14.2. Nəzarətə başlayarkən birinci növbədə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən təsərrüfat subyektindəki (subyektlərindəki) malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olub-olmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanılıbsaxlanılmaması barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada iltizam alınır. Təqdim olunan iltizamda vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi malların və (və ya) pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən həmin malların və pul vəsaitinin vergi ödəyicisinin təsərrüfat subyektində (subyektlərində) saxlanılmasına hüquqi əsas verən təsdiqedici sənədlər (icarə, saxlama müqavilələri və s.) tələb edilməlidir. Yazılı arayış və ya təsdiqedici sənədlər (icarə, saxlama müqavilələri və s.) təqdim olunmadığı təqdirdə, təsərrüfat subyektində (subyektlərində) mövcud olan bütün malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olması qənaətinə gəlinir. - 14.3. Nəzarət tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin uçotunu təsdiq edən uçot sənədlərinin və ya elektron faylların 1 iş günü ərzində vergi orqanının vəzifəli şəxsinə (şəxslərinə) təqdim edilməsi üçün vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə Vergi Məcəlləsinin 42-ci və 50.5-ci maddələri ilə müəyyən edilmiş qaydada dərhal Tələbnamə təqdim olunur. - 14.4. Tələbnamə təqdim olunduqdan sonra vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə vergi ödəyicisinin təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin bu Qaydalara uyğun olaraq siyahısının tərtib edilməsinə başlanılır. Siyahıda siyahını tərtib edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, vergi ödəyicisinin obyekti və dəvət edildiyi təqdirdə ekspertlər və mütəxəssislər haqqında məlumatlar, habelə malların adı, növü (fərqləndirici əlamətləri), miqdarı, alış və satış qiymətləri, pul vəsaitinin hansı valyutada olması, pul əskinasının adı, miqdarı, konvertasiya olunmuş və cəmi məbləği barədə məlumatlar əks etdirilir. Siyahı vergi orqanının vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi və dəvət edildiyi təqdirdə ekspertlər və mütəxəssislər tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi siyahını imzalamaqdan imtina etdikdə, bu barədə həmin siyahıda qeyd aparılır. Malların və pul vəsaitinin siyahısının tərtib edilməsi vergi ödəyicisinin normal iş fəaliyyətinə maneçilik törətmədən və onun sahibkarlıq fəaliyyətini heç bir halda məhdudlaşdırmadan aparılmalıdır. - 14.6. Malların siyahısı tərtib olunan zaman malların alış və satış qiymətləri aşağıdakılardan hər hansı biri ilə müəyyən edilir: 14.6.1. ilkin sənədlərlə; 14.6.2. mənbəyi bəlli olan məlumatlarla; 14.6.3.vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən alınmış yazılı izahatla; 14.6.4. vergi orqanı tərəfindən dəvət edilmiş ekspert və ya mütəxəssis tərəfindən verilmiş rəylə; 14.6.5. topdansatış bazar qiyməti ilə; 14.6.6. qanunla müəyyən edilmiş digər üsulla. - 14.8. Siyahı tərtib edildikdən sonra qalıqda olan malların mədaxilini (alışını) təsdiq edən elektron qaimə-faktura, idxal malları olduğu halda həmin malların idxalı ilə bağlı yük gömrük bəyannaməsinin və fakturanın (invoys), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının, mallar təqdim edilərkən, elektron qaimə-fakturaların tərtib edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi məqsədilə təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi məsələlərinin mövcudluğu araşdırılır. -14.9. Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir. Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır. Nəzarət tədbiri zamanı ümumiyyətlə mal qalığı aşkar olunmadığı və ya bir qismi aşkar olunduğu təqdirdə və həmin dövr üçün bəyannamə təqdim etmə müddəti çatmadığı halda vergi ödəyicisindən sonuncu təqdim etdiyi bəyannaməsində qalıqda göstərilmiş, lakin faktiki mövcud olmayan mallar barədə izahat alınmalı, malların nağd və ya nağdsız təqdim edilməsi barədə sənədlər tələb olunmalıdır. Malların nəzarət tədbiri başlayana qədər təqdim olunması faktı aşkar edildikdə və bu barədə təsdiqedici sənədlər təqdim edildikdə və ya edilmədikdə nəzarət tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) xidməti məktubla kameral vergi yoxlamasını həyata keçirən struktur bölməni məlumatlandırmalıdır. Sonuncu isə nəzarət tədbiri həyata keçirilmiş vergi ödəyicisi tərəfindən hesabat təqdim edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirləri həyata keçirməlidir. -14.11. Malların alışını və ya istehsalını təsdiq edən sənəd məlumatları ilə malların müəyyən edilən faktiki göstəriciləri arasında fərq olduğu halda kənarlaşmaya səbəb olan malların təqdim edilməsini, o cümlədən malların satışını, hədiyyə verilməsini, zay və ya xarab olmuş malların uçotdan silinməsini təsdiq edən sənədlərlərlə üzləşdirmə aparılır. İşin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanı tərəfindən mənbəyi bəlli olan mənbələrdən əldə edilən məlumatlar əsasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq y/m ünvanında yerləşən anbarda operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarlarla Cəmiyyətin səlahiyyətli nümayəndəsi Ə.Əliyev xx.xx.2020-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli KY201517442 nömrəsi ilə qeydiyyata alınmışdır. Ə.Əliyev xx.xx.2020-ci il tarixdə həmin çıxarışla tanış olmuş və imzalamışdır. Göründüyü kimi, cavabdeh operativ vergi nəzarəti keçirilməsi ilə bağlı prosessual normalara əməl etmişdir. Maddi normalara gəldikdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə əsasən maliyyə sanksiyasının obyekti malların təqdim edilməsi əməliyyatıdır. Malların təqdim edilməsi isə ticarət əməliyyatının növündən asılı olaraq dəyişir. Adıçəkilən maddə təqdim edilmiş malların düzgün rəsmiləşdirilməsi, yəni elektron qaimə faktura verilmədən malların təqdim edilməsinə görə tətbiq edilən məsuliyət tədbiridir. Başqa sözlə, maliyyə sanksiyası əməliyyatın düzgün sənədləşdirilməməsinə, eləcə də düzgün sənədləşdirilməmiş malların təqdim edilməsinə görə tətbiq edilir. Həmçinin sözügedən maddədə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə də maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: -71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; -71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində. Deməli, əvvəlcəfən sifariş verilməyən malları satan zaman ilkin olaraq malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilməli, mallar alıcıya təhvil-təslim aktı ilə verilməlidir və ən geci 5 gün müddətinə elektron qaimə-faktura göndərilməlidir. Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən: - 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. - 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. İşdən görünür ki, iddiaçı 04-16 sentyabr 2020-ci il tarixlərdə 3714083.09 manat dəyərində malı alıcı olan “SPT X11” MMC-yə təhvil verdiyini bildirsə də, yoxlama aparılan xx.xx.2020-ci il tarixə nə həmin təqdim etmə ilə bağlı elektron qaimə-fakturanı, nə də həmin malların nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasını təqdim etməmişdir. İddiaçı həmçinin nağd qaydada fermerlərə satıldığını iddia etdiyi 278464,81 manat dəyərində gübrənin təqdim edilməsi ilə bağlı da heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İşdən görünür ki, iddiaçı ümumilikdə vergi orqanında uçotda olmayan şəxslərə, yəni fermerlərə 927806.91 manat dəyərində gübrə satdığını bildirmiş, bu satışın 649494,84 manat hissəsinin pos-terminal vasitəsilə həyata keçirildiyi nəzərə alınaraq maliyyə sanksiyası yuxarı vergi orqanı tərəfindən 64946,48 manat hissədə azaldılmışdır. Lakin iddiaçı 278464,81 manat dəyərində malın nağd ödənişə əsasən fermerlərə təqdim edilməsinə dair heç bir ciddi hesabat sənədini, o cümlədən nəzarət-kassa aparatı çekini təqdim etməmişdir. Halbuki Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən vergi öhdəliyi yaradan əməliyyatların rəsmiləşdirməsi ilə bağlı qaydaların nəzərdə tutulması vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl olunması və bunun üzərindən həm də hüquqi müəyyənliyin, eləcə də vergi ödəyicilərinin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Vergi Məcəlləsinin yuxarıda istinad olunan istinad olunan normalarına görə, vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdən vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır (bax.: Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1129/2022 saylı qərarı). İstinad olunan normaların tələblərini nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə də iddiaçının məsuliyyətə cəlb olunması məhz onun tərəfindən təqdim edilən malların qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsi, yəni malları satan zaman malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturası tərtib etməməsi, habelə mallar təqdim edildiyi gündən sonra 5 gün müddətində elektron qaimə-faktura təqdim etməməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar mübahisələndirilən hissədə əsaslı olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar