Məhkəmə qərarları › İş №2-1(112)-1042/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1042/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1042/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xidməti illəri nəzərə alınaraq arxiv arayışında göstərildiyi kimi N saylı hərbi hissənin tərkibində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdiyi üçün Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N975-ci il təvəllüdlü İddiaçı xx.xx.N994-cü il tarixdə Bakı şəhəri Nərimanov RHK-dan həqiqi hərbi xidmətə çağrılmışdır. N №-li hərbi hissə komandirinin 2N fevral N994-cü il tarixli 50 №-li əmrilə (əsas § 4, səh N00) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “siravi” hərbi rütbəsi verilməklə 3-cü bölüyün 3 tağımının 3 manqasında elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 0N mart N994-cü il tarixli 58 №-li əmrilə 3 bölüyün elektrik, sıravi E.V. İbrahimovun (əsas: § 2, səh NN2, sıra 9, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.N994-cü tarixdən xx.xx.N994-cü il tarixədək 30 (otuz) günlük Daş-Burun döyüş əməliyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 80 №-li əmrində 3 bölüyün elektrik sıravi İddiaçı (əsas: § N, səh N45, sıra 3 əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli 99 №-li əmrində 3 bölüyün elektrik, sıravi E.V. İbrahimovun (əsas: § N, səh N78, sıra 8, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N7 (on yeddi) günlük Daş-Burun bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli N43 №-li əmrində sürücü, sıravi İddiaçı (əsas: § N, sıra NN, əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıdaraq, xx.xx.N994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 06. Sentyabr N995-ci il tarixli 200 №-li əmrdə sürücü sıravi İddiaçı Vasif oğlunun (əsas: § 7, səh 84, sıra N36, əmrdə atasının adı Vaqif yazılmışdır) tutduğu vəzifədən azad edilərək 3 bölükdə elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N avqust N996-cı il tarixli N86 №-li əmrilə sıravi İddiaçı (əsas: § 4, səh 62, sıra 45) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından , bütün növ təminatlardan azad edilərək, hərbi xidmətinin davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı qeyd edir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qanuna müvafiq qaydada döyüşmüş, döyüş əməliyatlarında iştirak etmiş və xidmət müddəti başa çatdığı üçün ordu sıralarından təxris olunmuşdur. İddiaçı əsgəri vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivinə N saylı hərbi hissənin əmrlərinin daxil olubolmaması iddiaçının əsgəri vəzifəsinə aid deyil. İddiaçının qanunamüvafiq qaydada təxris olunması hərbi biletində öz əksini tapmışdır. İddiaçı fərari olsaydı və yaxud hərbi hissəni öz başına tərk etmiş olsaydı, haqqında cinayət işi olardı. Azərbaycan Respublikasının Hərbi Prokurorunun verdiyi arayışda cinayət işimin olmadığını göstərib. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəznində Veteran Adlarının və X2 Üzrə Komissiya cavab vermişdir ki, sənədlər düzgün deyil və ya lazım olan sənədlər təqdim edilməmişdir. Əslində isə bütün sübutlar Müdafiə Nazirliyinin verdiyi arayışda öz əksini tapmışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığınarvə Daşburun yaşayış məntəqəsində ezamiyyətdə olduğu hərbi hissədən təsdiqedici səribdlər təqdim edilmədiyinə görə ətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edilir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli N53N nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının dövüs əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçməsi, döyüş əmıəlvvatlarında iştirak edən hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

5. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

7. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

8. Məhkəmə hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi təkrarlana bilən hüquqi nəticələr yaratmamaqla baş vermiş (təkrarlanmayan) hüquqi hadisənin nəticəsindən asılı olduğu üçün iddianın növü öhdəliyin icrasına aid iddiadır.

9. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.N994-cü il tarixdə Bakı şəhəri Nərimanov RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-İi hərbi hissə komandirinin 2N fevral N994-cü il tarixli 50 №-li əmrilə (əsas: § 4, səh N00) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə İİİ bölüyün, İİİ tağımının, İİİ manqasında elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 58 №-li əmrində İİİ bölüyün elektriki, sıravi İddiaçı (əsas: § 2, səh NN2, sıra 9, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək 30 (otuz) günlük Daş-Burun döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrində İİİ bölüyün elektriki, sıravi İddiaçı (əsas: § N, səh N45, sıra 3, əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 №-li əmrində İİİ bölüyün elektriki, sıravi İddiaçı (əsas: § N, səh N78, sıra 8, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N7 (on yeddi) günlük Daş-Burun bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N43 №-li əmrində sürücü, sıravi İddiaçı (əsas: § N, sıra NN, əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıdaraq, xx.xx.N994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 200 №-li əmrində sürücü, sıravi İddiaçı Vasif oğlunun (əsas: § 7, səh 84, sıra N36, əmrdə atasının adı Vasif yazılmışdır) tutduğu vəzifədən azad edilərək İİİ bölükdə elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N86 №-li əmrilə sıravi İddiaçı (əsas: § 4, səh 62, sıra 45) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan azad edilərək, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.N994-cü il tarixdə Bakı şəhəri Nərimanov RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 50 №-li əmrilə (əsas: §-4, səh-N00, sıra-N) xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış və “sıravi” hərbi rütbəsi verilərək İİİ bölüyün, İİİ tağımının, İİİ manqasında elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 58 №-li əmrində (əsas: §-2, səh-NN2, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır) İİİ bölüyün elektriki, sıravi İddiaçı döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək 30 (otuz) günlük Daş-Burun döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrində(əsas: §-N, səh- N45, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır) İİİ bölüyün elektriki, sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 №-li əmrində (əsas: §-N, səh-N78, sıra-8, əmrdə adı və atasının adı tam yazılmamışdır) İİİ bölüyün elektriki, sıravi İddiaçı döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N7 (on yeddi) günlük Daş-Burun bölgəsinə göndərilməsi və xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N43 №-li əmrində (əsas: §-N, sıra-NN, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “sürücü” göstərilmişdir) sürücü, sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən Da.-Burun döyüş əməliyyatları bölgəsdinən qayıtması və xx.xx.N994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 200 №-li əmrində (əsas: §-7, səh-84, sıra-N36, əmrdə atasının adı “Vasif” yazılmışdır) sürücü, sıravi İddiaçı Vasif oğlunun tutduğu vəzifədən azad edilərək İİİ bölüyün İİ tağımında elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N86 №-li əmrində (əsas: §-4, səh-62, sıra-45) Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N996-cı il tarixli 3/4-2307 №-li sərəncamına əsasən, həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilərək xx.xx.N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılan hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Yuxarıda yazılmış Arxiv Arayışında qeyd olunan məlumatlar N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərindən olduğu kimi köçürülmüşdür.

12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.N994-cü il tarixdə Bakı şəhəri Nərimanov RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 50 №-li əmrilə (əsas: §-4, səh-N00, sıra-N) xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış və “sıravi” hərbi rütbəsi verilərək İİİ bölüyün, İİİ tağımının, İİİ manqasında elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 58 №-li əmrində (əsas: §-2, səh- NN2, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) İİİ bölüyün elektriki, sıravi İddiaçı döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək 30 (otuz) günlük Daş-Burun döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrində(əsas: §-N, səh- N45, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) İİİ bölüyün elektriki, sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 №-li əmrində (əsas: §-N, səh-N78, sıra-8 əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) İİİ bölüyün elektriki, sıravi İddiaçı döyüş tapşırıqlarını verinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N7 (on yeddi) günlük Daş-Burun bölgəsinə göndərilməsi və xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N43 №-li əmrində (əsas: §-N, sıra-NN, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “sürücü” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) sürücü, sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması və xx.xx.N994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 200 №-li əmrində (əsas: §-7, səh-84, sıra-N36, əmrdə atasının adı “Vasif” yazılmışdır) sürücü, sıravi İddiaçı Vasif oğlunun tutduğu vəzifədən azad edilərək İİİ bölüyün İİ tağımında elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N86 №-li əmrində (əsas: §-4, səh-62, sıra-45) Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N996-cı il tarixli 3/4-2307 №-li sərəncamına əsasən, həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilərək xx.xx.N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılan hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

13. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx.xx.N975-ci il tarixdə anadan olmuş vətəndaş İddiaçı xx.xx.N994-cü il tarixdən N №-li hərbi hissədə, xx.xx.N996-cı il tarixdən isə N №-li hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

14. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir.

IV. Məhkəmənin mövqeyi

15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

17. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

18. N-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir: - N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 50 №-li əmrilə (əsas: §-4, səh-N00, sıra-N) xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış və “sıravi” hərbi rütbəsi verilərək İİİ bölüyün, İİİ tağımının, İİİ manqasında elektrik vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 58 №-li əmrində (əsas: §-2, səh-NN2, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) İİİ bölüyün elektriki, sıravi İddiaçı döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək 30 (otuz) günlük Daş-Burun döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrində(əsas: §-N, səh-N45, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) İİİ bölüyün elektriki, sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 №-li əmrində (əsas: §-N, səh-N78, sıra-8 əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) İİİ bölüyün elektriki, sıravi İddiaçı döyüş tapşırıqlarını verinə yetirmək üçün xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N7 (on yeddi) günlük Daş-Burun bölgəsinə göndərilməsi və xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N43 №-li əmrində (əsas: §-N, sıra-NN, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “sürücü” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) sürücü, sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması və xx.xx.N994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır - N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 200 №-li əmrində (əsas: §-7, səh-84, sıra-N36, əmrdə atasının adı “Vasif” yazılmışdır) sürücü, sıravi İddiaçı Vasif oğlunun tutduğu vəzifədən azad edilərək İİİ bölüyün İİ tağımında elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N86 №-li əmrində (əsas: §-4, səh-62, sıra-45) Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N996-cı il tarixli 3/4-2307 №-li sərəncamına əsasən, həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilərək xx.xx.N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılan hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir.

19. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir.

20. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx.xx.N975-ci il tarixdə anadan olmuş vətəndaş İddiaçı xx.xx.N994-cü il tarixdən N №-li hərbi hissədə, xx.xx.N996-cı il tarixdən isə N №-li hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

21. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 20N8-ci il 29 iyun tarixli NN97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 20N8-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının N.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 20N9-cu il N6 yanvar tarixli QNN-00N- N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair” Təlimatın N.3-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Təlimatın N.4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir.

22. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.

23. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması barədə məlumat mövcuddur.

24. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.N994-xx.xx.N997-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş (belə ki, iddiaçının həmin hərbi hissəyə ezam olunması və qayıtması barədə məlumatlar mövcuddur), iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.

25. İddiaçı bildirir ki, o, Daş-Burun döyüş əməliyyatlarında iştirak etmək üçün hərbi hissəyə göndərilmiş, lakin qeyd edilən ərəfədə ağır döyüşlər getdiyindən hər hansı əsgərin həmin hərbi hissəyə qəbulu sənədləşdirilməmişdir.

26. Cavabdehin imtina üçün dəlili iddiaçının Daş-Burun döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə qəbul edilməsi barədə məlumatın olmamasıdır. Bununla bağlı məhkəmə tərəfindən cavabdeh quruma sorğu göndərilərək N994-cü ilin mart və aprel aylarında Daş- Burun döyüş əməliyyatları bölgəsinə ezam edilmiş əsgərlərinin qəbulunun hansı qaydada həyata keçirilməsi barədə məlumatın və bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivində mövcud olan sənədlərin (hərbi hissə əmrləri və s.) məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı hər hansı sənəd, əmr və ya məlumat təqdim edilməmişdir. Odur ki, iddiaçının məhz döyüş tapşırıqlarının icrası üçün Daş-Burun döyüş əməliyyatları bölgəsinə göndərilməsi və həmin əməliyyatlardan qayıtması barədə hərbi hissə tərəfindən aparılmış müvafiq sənədləşmə olduğundan və cavabdeh tərəfindən əsgərlərin həmin hərbi hissə (Daş-Burun döyüş əməliyyatlarında iştirak edən) tərəfindən hansı qaydada qəbulunu təsdiq edən hər hansı sübut və ya məlumat təqdim edilmədiyindən iddiaçının dəlillərinə və onun barəsində təqdim edilmiş əmrlərə şübhə ilə yanaşmaq üçün məhkəmə hər hansı əsas görmür.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

32. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar