Məhkəmə qərarları › İş №2-1(112)-10423/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10423/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10423/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X7 və Əliyeva Vüsalə Allahverdi qızı) qarşı “çıxarışın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları

1. "xxxx" MTK üzvlərinin ümumi iclasının 85 nömrəli protokolundan çıxarışa əsasən, vətəndaş Əliyeva Vüsalə Allahverdi qızı kooperativə üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında A girişi, Xİİİ mərtəbə, ümumi sahəsi 131,43 kv.metr olan 3 (üç) otaqlı, 59 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.

2. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın blok A, mərtəbə Xİİİ, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri 49.480 ABŞ dolları payçı Əliyeva Vüsalə Allahverdi qızı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən daşınmaz əmlaka Əliyeva Vüsalə Allahverdi qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3466 nömrəli reyestr kitabının 324939 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə V.Əliyevaya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

4. Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 19 may 2020-ci il tarixdə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.metr olan mənzil Əliyeva Vüsalə Allahverdi qızı tərəfindən X1.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) ünvanında yerləşən daşınmaz əmlaka X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3466 nömrəli reyestr kitabının 324939 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə Ş.Xəlilovaya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 1473/2021 saylı qətnaməsi ilə ilk iddia ərizəsi təmin olunmuş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Əliyeva Vüsalə Allahverdi qızının adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Əliyeva Vüsalə Allahverdi qızının Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın, Əliyeva Vüsalə Allahverdi qızının adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Əliyeva Vüsalə Allahverdi qızının cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5636/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh V.Əliyevanın apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1361/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Əliyeva Vüsalə Allahverdi qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. 18.04.2023-cü il tarixdə İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ərizəyə əlavə edilmiş məhkəmə qətnamələri nəzərə alınaraq, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) yerləşən mənzilə dair Əliyeva Vüsalə Allahverdi qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməklə reyestr kitabında ********** nömrə ilə aparılmış qeydiyyatın etibarsız hesab olunması, verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, X4 adına verilmiş ünvan 6, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4 ) ünvanında yerləşən mənzilə dair reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmış reyestr qeydiyyatı, xx.xx.2020-ci il tarixli Çıxarış və ünvan 6 ünvanında yerləşən, sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair reyestr qeydiyyatının etibarsız olduğundan ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh **********07 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya imtina cavabı vermiş və qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş məhkəmə aktları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.

11. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən mənzilə dair Əliyeva Vüsalə Allahverdi qızının adına aparılmış ilkin özəlləşdirmə üzrə reyestr kitabında ********** nömrə ilə aparılmış qeydiyyatın və xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10423/2023 saylı qərardadı ilə Əliyeva Vüsalə Allahverdi qızı və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması

13. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş və Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17.2 kv.m-dən ibarət qaraj sahəsi satıldığından Əliyeva Vüsalə Allahverdi qızı ilə razılaşmış və 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Əliyeva Vüsalə Allahverdi qızının adından çıxarılaraq alıcı və yeni payçı qismində onun, yəni İddiaçı adına rəsmiləşdirilmişdir. O vaxt Əliyeva Vüsalə Allahverdi qızı bütün sənədləri MTK-ya təhvil vermiş, ondan da mənzilin satışına görə 140000 (bir yüz qırx min) manat pul almışdır. Bu rəsmiləşmə zamanı keçmiş payçı V.Əliyevanın razılığı alınmış, həmin şəxs payından imtina etmiş və MTK tərəfindən yeni payçı olaraq onun adına yeni müqavilə rəsmiləşdirilmişdir. Tərəf həmin müqavilənin rəsmiləşdirilməsindən bir il keçdikdən sonra hansısa özünə bəlli olan uydurma əsaslarla qeydiyyat orqanına sənəd təqdim edərək mənzili öz adına qeydiyyatdan keçirmiş və mülkiyyətinə salmışdır. Sonradan isə məqsədli olaraq özgəninkiləşdirərək qanunsuzluq etmişdir. Təqdim olunan protokoldan çıxarışda qeyd olunan rəhbər şəxs faktiki həmin dövrdə müəssisənin Sədri olmamış, imzalar saxtalaşdırılmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 1473/2021 saylı qətnaməsilə ilkin iddia tələbi təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.metr olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Əliyeva Vüsalə Allahverdi qızının adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab edilmişdir. Əliyeva Vüsalə Allahverdi qızının Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Əliyeva Vüsalə Allahverdi qızının adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Əliyeva Vüsalə Allahverdi qızının qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı və Əliyeva Vüsalə Allahverdi qızına qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5636/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsilə cavabdeh Əliyeva Vüsalə Allahverdi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1361/2023 saylı Qərarı ilə cavabdeh Əliyeva Vüsalə Allahverdi qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əliyeva Vüsalə Allahverdi qızının adına alqısatqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunduğundan və Əliyeva Vüsalə Allahverdi qızının Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Əliyeva Vüsalə Allahverdi qızının adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edildiyindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 59 saylı mənzilə dair Əliyeva Vüsalə Allahverdi qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməklə reyestr kitabında ********** nömrə ilə aparılmış qeydiyyat etibarsız hesab olunmalı və verilmiş xx.xx.2020-ci il tarixli Çıxarış ləğv edilməlidir. Mövcud qeydiyyatın ləğv edilməsi məqsədilə cavabdeh qeydiyyat orqanına müraciət olunsa da, heç bir hüquqi addım atılmamış, hərəkətsizlik nümayiş etdirilmişdir.

14. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 "xxxx" MTK üzvlərinin ümumi iclasının 85 №-li protokolu, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı əsasında ilkin olaraq Əliyeva Vüsalə Allahverdi qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 19 may 2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-420 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6275/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C saylı evin, 59 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

15. Üçüncü şəxs X7 məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, o, mübahisəli mənzilin mülkiyyətçisidir, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və o, mənzili Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həqiqiliyinə və tamlığına güvənərək almışdır. Elə bu səbəbdən də, ev axtararkən ancaq çıxarışı olan mənzillərə baxmışdır. Bu baxımdan o, vicdanlı əldə edəndir. Mənzili aldığı vaxt daşınmaz əmlakın dövlət reyestrində mənzilin mülkiyyətçisi kimi qeydə alınmış Əliyeva Vüsalə Allahverdi qızına mənzilin dəyərini ödəməklə mənzili əvəzli qaydada əldə etmiş və mənzilə mülkiyyət hüququ yaranmışdır. Vüsalə Əliyevanın mənzilin mülkiyyətçisi olduğuna dair heç bir problemin olmadığını yoxlamaqla yanaşı, mənzilə faktiki olaraq yerində baxarkən də, mənzilin ona məxsus olduğuna dair heç bir şübhə yaranmamışdır. Belə ki, Vüsalə Əliyeva mənzilin hər yerini ona göstərmiş, mənzil barədə məlumat vermişdir. Misal üçün, o, yataq otağına bitişik qarderob otağında kiçik gizli seyfin olduğunu bildirmiş, üstündə adı olan mənzilin qaz sayğacını ona təqdim etmiş, mənzilin domofonunun necə işlədiyini və mənzildə iki internet xəttinin olduğunu və sair bu kimi xırda detalları da bildirmişdir. Yəni, mənzil təkcə hüquqi deyil, həm də faktiki olaraq da mülkiyyətçinin - Vüsalə Allahverdiyevanın istifadəsində olmuşdur. O, mənzili aldıqdan sonra həyat yoldaşı Əmir Əliyevlə dəfələrlə mənzilə getmişdir. "xxxx" MTK- nın işçiləri onların mənzilin yeni sahibləri olduğunu görmüşlər, binanın komendantı həyat yoldaşının adını və telefon nömrəsini sakin kimi qeydiyyata almışdır. Bundan başqa, MTK-ya mənzilə görə xidmət haqları ödəmişlər. İddiaçı əvvəlki iddia tələbinə görə, yalnız "xxxx" MTK ilə V.Əliyeva arasında bağlanmış müqavilə və MTK-nın verdiyi maliyyə arayışı mübahisələndirilmişdir. X8 arasında bağlanmış müqavilə isə mübahisə predmeti olmamışdır. İş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5636/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin 65-ci bəndində də konkret olaraq göstərilmişdir ki, mənzilə dair X9 ilə bağlanmış müqavilə, buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış qeyd qüvvədədir, mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1361/2023 saylı, 27 mart 2023- cü il tarixli qərarının 76-cı bəndində qeyd olunmuşdur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-5636/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin 65-ci bəndində əks etdirilən qiymətləndirilməsi ilə razılaşır. Beləliklə, iddiaçının qaldırdığı əsassız iddia nəticəsində artıq 3 ildir ki, mənzilində yaşaya, müllkiyyət hüququnu həyata keçirə bilmir. Bu müddət ərzində onun mənzilə dair bütün hüquqları (mənzildə yaşamaq, onun tərkib hissələrindən istifadə etmək və s.) tamamilə məhdudlaşdırılmışdır. O, iddiaçının Nəsimi Rayon Məhkəməsinə verdiyi ilk iddia haqqında məlumatı ancaq müvəqqəti təminat tədbirini icra edən məhkəmə icraçısı qapısına gəldikdə öyrənmişdir.

16. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

17. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

20. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir və bu zaman şəxsin həmin hüquq və azadlıqlarının qorunması başqa vasitə ilə mümkün deyildir. Məhkəməyə əlçatanlıq da məhz müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutur.

22. Göstərilənlər nəzərə alınmaqla iddianın mümkünlüyünü qiymətləndirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; - maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; - maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -maddə 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. - maddə 13.8. Dövlət reyestrində hər bir daşınmaz əmlak barədə məlumat saxlanılan (göstərilən) bölmələr vardır. - 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti.

24. İstinad olunan normalardan görünür ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı daşınmaz əmlaka hüququn əmələ gəlməsinin dövlət tərəfindən tanınaraq təsdiq edilməsini əks etdirən hüquqi akdır. Qeydiyyat, hüquqların əmələ gəlməsinin qanunvericiliklə müəyyən edilmiş əsaslarından biri təqdim edildikdə aparılır və həmin əmlakın kimə məxsus olmasını təsdiq edir. Mülkiyyət hüququ başqa şəxsə keçdikdə, buna uyğun olaraq əmlaka olan hüquqa dair qeyd də dəyişdirilir və yeni mülkiyyətçinin adına müvafiq qeydiyyat aparılır.

25. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.

26. İşdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən 59 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) üzərində ilk dəfə Əliyeva Vüsalə Allahverdi qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra alqı-satqı müqaviləsi əsasında həmin hüquq X2 və o, hazırda 59 saylı mənzilin mülkiyyətçisidir.

27. İddiaçı hazırda mübahisəli 59 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Əliyeva Vüsalə Allahverdi qızının adına aparılmış qeydin və çıxarışın ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, bu məzmunda iddia tələbi mümkünsüzdür. Çünki artıq nə həmin qeyd, nə də həmin çıxarış qüvvədədir. Belə ki, V.Əliyeva 59 saylı mənzili Ş.Xəlilovaya satmaqla həmin əmlaka mülkiyyət hüququnu sonuncuya vermiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış, nəticədə 59 saylı mənzilə V.Əliyevanın mülkiyyət hüququnun olması barədə qeyd Ş.Xəlilovanın adına keçmişdir.

28. Belə olan halda aydındır ki, hazırda V.Əliyevanın 59 saylı mənzilə dair mülkiyyət hüququ olmadığından, bu barədə qeyd də mövcud deyil.

29. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının: -6.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə görə iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. -7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

30. Göstərilənləri nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının arzu etdiyi məqsədə nail olması baxılan iddia tələbi ilə mümkün deyildir. İddiaçının 59 saylı mənzilə dair V.Əliyevanın adına aparılmış qeydin ləğv edilməsinə hüququ marağı yalnız o zaman yarana bilər ki, həmin mənzilə hazırda mülkiyyət hüququ olan şəxsin, Ş.Xəlilovanın adına aprılmış qeyd ləğv olunsun və mənzilə mülkiyyyət hüququ V.Əliyevaya qayıtsın.

31. Hazırda belə bir hal olmadığından, məhkəmə hesab edir ki, 59 saylı mənzilə dair V.Əliyevanın adına mülkiyyət hüququ ilə bağlı aparılmış və sonradan başqa şəxsə keçmiş qeyd və həmin qeyd əsasında verilmış çıxarışın ləğv olunmasına dair hazırkı iddia mümkün sayılmamalıdır.

32. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

33. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 10alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar