Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10425/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı 1 saylı Mediasiya Təşkilatının cavabdeh Mediasiya Şurasına qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ :
1. İddiaçı Bakı 1 saylı Mediasiya Təşkilatı cavabdeh Mediasiya Şurasına qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İdarə Heyətinin xx.xx.2023-cü il tarixli qərarının Bakı 1 saylı Mediasiya Təşkilatının fəaliyyətinin dayandırılması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 22 iyun 2023-cü il tarixdə X2 Heyətinin iclası keçirilmişdir. Yeni yekdil qərar əsasında Bakı 1 saylı Mediasiya Təşkilatının fəaliyyətinin dayandırılması ilə bağlı 16 may 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Bakı 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti bərpa edilmişdir. İddiaçı ərizədə iddia tələbindən imtina etdiyini bildirdi.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Məmmədrzalı iş üzrə icraata xitam verilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İ. İddiadan imtina edilməsi
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 50.0-cı maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında aşağıdakı məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: 50.0.1. iş üzrə məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə;50.0.2. iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə; 50.0.3. hüquqi mübahisənin barışıq yolu ilə nizama salınması (tərəflərin barışıq sazişi bağladığı və ya hüquqi mübahisənin nizama salınması barədə müştərək bəyanatla çıxış etdiyi hallarda, fors-major və ya başqa hallarda) barədə; 50.0.4. iddianın məbləği barədə; 50.0.5. prosessual xərclər barədə; 50.0.6. məhkəmə icraatına cəlbetmə barədə. Həmin Məcəllənin 55.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
6. Məhkəmə, iddiaçının ərizəsini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddiaçı Bakı 1 saylı Mediasiya Təşkilatının cavabdeh Mediasiya Şurasına qarşı “Cavabdeh İdarə Heyətinin xx.xx.2023-cü il tarixli qərarının Bakı 1 saylı Mediasiya Təşkilatının fəaliyyətinin dayandırılması hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi barədə iş üzrə icraata xitam verilməlidir.
7. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 50, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçının ərizəsi təmin edilsin. İddiaçı Bakı 1 saylı Mediasiya Təşkilatının cavabdeh Mediasiya Şurasına qarşı “Cavabdeh İdarə Heyətinin xx.xx.2023-cü il tarixli qərarının Bakı 1 saylı Mediasiya Təşkilatının fəaliyyətinin dayandırılması hissəsində ləğv edilməsi” barədə iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilsin.
Hakim Ləman Musayeva