Məhkəmə qərarları › İş №2-1(112)-10435/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10435/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10435/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1938-cü il təvəllüdlüdür.xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək Azərbaycan SSR Texniki Peşə təhsili Komitəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubu ilə ona dövlət qulluqçusu kimi pensiya təyin təyin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun dövlət qulluğu stajı 5 ildən az (2 il, 11 ay, 29 gün (xx.xx.1973-xx.xx.1975-ci il və xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Halbuki iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək əmək haqqı saxlanılmaqla Nigeriya Federativ Respublikasında ezamiyyətdə olmuş və qayıtdıqdan sonra Azərbaycan SSR Texniki Peşə təhsili Komitəsində işləməyə davam etmişdir. Onun 24 aylığa ezam olunmağı faktı əmək kitabçasında da öz əksini tapır. Bununla bağlı vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyinin verdiyi xx.xx.2022-ci il tarixli məktubda komitənin arxiv sənədlərində onun ezamiyyətə göndərildiyi illərdə vəzifəsinin və vəzifə maaşının saxlanılması məsələsi ilə bağlı əmrinin tapılmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesabalanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında imtina ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 5 ildən az (2 il 11 ay 29 gün (xx.xx.1973-xx.xx.1975-ci il və xx.xx.1977xx.xx.1978-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.1938-cü il tarixdə anadan olduğunu, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək Azərbaycan SSR Texniki Peşə təhsili Komitəsində çalışdığını qeyd edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubla dövlət qulluqçusu kimi əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsasları kimi dövlət qulluğu vəzifəsində kifayət qədər dövlət qulluğu stajının olmaması qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.11-ci maddəsinə əsasən, həmin qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən,dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibirin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibirin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxan qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdannda əlavə olunmaqla ödənilir. Qeyd donan maddələrə uyğun olaraq, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun dövlət qulluğu vəzifəsində ən azı 5 il qulluq stajına malik olması tələb edilir, lakin iddiaçının Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim etdiyi sənədlərə əsasən, dövlət qulluğu vəzifəsində qulluq stajı 5 ildən azdır. Belə ki, iddiaçının mübahisəli olmayan dövlət qulluğu stajı təqdim etdiyi əmək kitabçasına əsasən, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 1 il 6 ay 21 gün və xx.xx.1977ci il tarixdən xx.xx.1978-ci il tarixədək 1 il 5 ay 8 gün müddətdir ki, ümumilikdə 2 il 11 av 29 gün təşkil edir. İddiaçının mübahisələndirilən dövlət qulluğu stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək ezamiyyətdə olduğu müddətdir ki, bu da 2 il 1 ay 2 gün təşkil edir. Belə ki, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 14 iyul 2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 7-ci bəndinə əsasən, Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət onun qulluq stajına daxil edilir. İddiaçı ezamiyyətdə olduğu müddətdə onun qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən müvafiq sənədi təqdim etmədiyi üçün qeyd olunan dövrlərin qulluq stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 00-25-57/10 nömrəli məktubunda qeyd olunanlara əsasən, İddiaçı Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsi tərəfindən Nigeriya Federativ Respublikasına ezamiyyətə göndərildiyi illərdə qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasına dair məlumatı Komitənin arxiv sənədlərində İddiaçı müvafiq əmri tapılmadığı üçün təqdim etmək mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında iddiaçı S.M.İbrahimovun dövlət qulluqçusu kimi yasa görə əmək pensiyası hüququ yaranmır.

4. İddiaçının vəkilinin İddiaçı işlədiyi SSR Texniki Peşə Təhsili Komitəsi tərəfindən Nigeriya Federativ Respublikasında ezamiyyətə göndərildiyi illərdə vəzifəsi və vəzifə maaşının saxlanılmasına dair məlumatın verilməsi ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, Komitənin arxiv sənədlərində İddiaçı sözügedən məsələ ilə bağlı əmri tapılmadığı üçün müraciəti təmin etmək imkan xaricindədir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı (FİN xxxxxxx) xx.xx.1999-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənilməsi davam etdirilir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 335,01 manata çatdırılmışdır.

6. İddiaçının yaşa görə pensiyanın təyin olunub-olunmaması barədə məlumatın təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq cavabeh orqan tərəfindən iddiaçının təvəllüdünə fikir vermədən bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin qeyd edilən məlumat iddiaçıya şamil edilə bilməz.

7. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin arxiv arayışına əsasən İddiaçı həqiqətən Azərbaycan SSRİ Texniki Peşə təhsili üzrə Komitənin xx.xx.1973-cü il tarixli, 260 saylı əmri ilə İstehsalat Texniki şöbəsinə nöyük mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1975-ci il tarixli 67 ok saylı əmr ilə xaricə işləməyə göndərilmiş və xaricdə ezamiyyə müddəti bitdikdən sonra xx.xx.1977-ci il tarixli 95 ok saylı əmr ilə Bakı Texniki Peşə təhsili üzrə idarənin rəis əvəzi vəzifəsinə təyin olunmuş və xx.xx.1978-ci il tarixli, 284 ok saylı əmr ilə həmin vəzifədən azad edilmişdir.

8. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili tələbin məzmununa uyğun olaraq izahat verməklə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir.

9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

11. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

14. İddiaçıya yaşa görə pensiya artıq təyin olunub, hazırda dövlət qulluqçusu stajı nəzərə alınmaqla pensiyaya əlavənin təyin olunmasını və pensiya fərqinin ödənilməsini tələb edir.

İİİ. Məhkəmənin mövqeyi

15. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

16. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

17. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələr yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla;

18. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçı xx.xx.1999-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.

19. İddiaçının mübahisəli olmayan dövlət qulluğu stajı təqdim etdiyi əmək kitabçasına əsasən, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 1 il 6 ay 21 gün və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 1 il 5 ay 8 gün müddətdir ki, ümumilikdə 2 il 11 ay 29 gün təşkil edir.

20. İddiaçının mübahisələndirilən dövlət qulluğu stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək ezamiyyətdə olduğu müddətdir ki, bu da 2 il 1 ay 2 gün təşkil edir.

21. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 14 iyul 2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 7-ci bəndinə əsasən, Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət onun qulluq stajına daxil edilir.

22. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçının ezamiyyətdə olduğu müddətdə onun qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən müvafiq sənədi təqdim etmədiyi üçün qeyd olunan dövrlərin qulluq stajına daxil edilməsi mümkün olmamışdır.

23. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İ-3328/23-24 nömrəli arxiv arayışının əslinə əsasən qeyd edilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən Azərbaycan SSRİ Texniki Peşə təhsili üzrə Komitənin xx.xx.1973-cü il tarixli 260 saylı əmri ilə İstehsalat Texniki şöbəsinə böyük mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1975-ci il tarixli 67 ok saylı əmr ilə xaricə işləməyə göndərilmiş və xaricdə ezamiyyə müddəti bitdikdən sonra xx.xx.1977-ci il tarixli 95 ok saylı əmr ilə Bakı Texniki Peşə təhsili üzrə idarənin rəis əvəzi vəzifəsinə təyin olunmuş və xx.xx.1978-ci il tarixli 284 ok saylı əmr ilə həmin vəzifədən azad edilmişdir.

24. İddiaçının qeyd edilən dövrdə ezamiyyətdə olması müvafiq olaraq əmək kitabçasına da öz əksini tapmışdır.

25. Beləliklə, iddiaçının dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxs kimi qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi hüququ var.

26. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına əlavələrin təyin olunması hüququ təmin olunmalıdır.

27. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna yeni məzmunda 32.1-1-ci maddə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.

28. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

29. İddiaçının pensiya hüququ xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçı xx.xx.1999-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyindən həmin normadakı üç illik məhdudiyyət iddiaçıya şamil edilməməli və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiya fərqi iddiaçıya ödənməlidir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasına əlavənin təyin edilərək yaşa görə pensiya hüququnun yarandığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar