Məhkəmə qərarları › İş №2-1(112)-10445/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10445/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10445/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 saylı Sərəncamı ilə, Goradil №BTK 247 Nəzdində olan X2 istifadəsinə verilən 302m saylı 125 №li Orderlə qeydiyyata alınan 12 sot torpaq sahəsinə dair çıxarışın və plan və ölçüsünün verilməsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 768 №li, 13 10.1993-ci il tarixli sərəncamı ilə 247 №li Bakı şəhəri, Binəqədi rayonu, Görədil Bağ tikinti kooperativinin nəzdində 302M nömrəli bağ-torpaq sahəsi X1na ayrılaraq onun istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1768№-li xx.xx.1993-cü il tarixli bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988ci il 6/333№-li qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara X4 Görədil BTK№ 247 bağtikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 saylı sərəncamı ilə X2 adına Görədil ВТК №247 bağ sahəsinin ayrılması, ada keçirilməsi və bölünməsi arxiv arayışında göstərilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatı İdarəsi tərəfindən Görədil bağlar sahəsində 247 nömrəli 302m saylı 0.12 sot torpaq sahəsi iddiaçının X1nun adına 125 nömrəli order verilmişdir. X1 19 avqust 2010-cu ildə vəfat etmişdir. Valideyinləri rəhmətə getdikdən sonra Bakı şəhəri 11 saylı notariat kontorunda vərəsəlik açılmış və Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivində yerləşən 247 ВТК nəzdində 0.12 sot ölçülü 302m saylı bağ torpaq sahəsinə daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi üçün ərizə ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsindən verilən **********82 nömrəli ərizə qeydiyyat nömrəli imtinada qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 302 m saylı bağ sahəsinin ayrılmasına dair X2 adına order idarənin arxivində aşkar olunmamışdır. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixli **********00 nömrəli bildirişlə imtina verilmişdir. İmtinada qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin göstərilən sahə 302 nömrə ilə başlayan bağların ərazisinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Qəbul edilmiş qanunvericilik bazasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını zəruri və məcburi hesab edir. Daşınmaz Əmlaka hüquqların Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsində qeyd olunur ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsində ərizəyə baxılaraq X2 adına order idarənin arxivində aşkar olunmadığına dair süni maneə və bəhanə gətirərək imtinaya əsas gətirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsindən verilən **********82 ərizə qeydiyyat nömrəli imtinada qeyd olunmuşdur ki, Bakı şəhəri. Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 302 m saylı bağ sahəsinin ayrılmasına dair X3 adına order idarənin arxivində aşkar olunmamışdır. Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 №li sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Göründüyü kimi mövcud qanunvericilik qanunla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları konkret olaraq göstərilmiş, lakin cavabdeh tərəfindən istinad edilən hal imtinaya əsas olan hal olaraq nəzərə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göründüyü kimi cavabdehin hərəkətsizliyi, qeyri-obyektiv və əsassız imtinası iddiaçının torpaq üzərində mülkiyyət hüquqlunun dövlət qeydiyyatına alınması üçün maneə və səbəb ola bilməz.

3. İş üzrə məhkəmə iclaslarında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı iştirak etmir və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın geri götürülmüş sayılmasına etiraz etmədi.

II. İddianın geri götürülmüş sayılması

4. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

5. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

6. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. İddiaçının nümayəndəsi təyin edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etsə də, növbəti iclaslarda iştirakını təmin etməmişdir.

7. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

8. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X11 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

9. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

10. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

11. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

12. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

13. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

14. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar