Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10462/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs “X10” MMC-nin nümayəndəsi X4 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarının və FHN Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2023-cü il tarixi rəyinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 319 saylı, xx.xx.2018-ci il tarixli və 180 saylı, xx.xx.2023-cü il tarixli sərəncamlarının və eyni zamanda Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixli rəyinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plodnikov küçəsi ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri İddiaçı1 Mirzəhüseyn oğlu, ailə üzvləri və digər iddiaçıların mülkiyyətlərindədir. “X10” MMC cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı6, İddiaçı8, İddiaçı7 və İddiaçı2 qarşı “mülkiyyətlərində olan əmlakların “X10” MMC-yə təhvil verilməsi, həmin əmlakların əvəzinə yerində tikiləcək binalardan mənzillərin verilməsi və həmin əvəzləşmiş mənzillərin 2 il müddətinə təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iş halhazırda Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Sözügedən işlə bağlı bildiriş və iddia ərizəsi onların ünvanlarına göndərilmiş və bundan sonra həmin işə qoşularaq iş materialları ilə tanış olan zaman bəlli olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllədə yerləşən 1,505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 319 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamı verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən xx.xx.2023cü il tarixdə verilən və özündə heç bir reallığı və qanuniliyi əsaslandırmayan rəyində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllədə yerləşən Bülbül küçəsi 90/92, Əfəndiyev küçəsi döngə 1, Kərpiçniy küçəsi 43/47/49, Ş.Abdullayev küçəsində yerləşən fərdi yaşayış həyət evlərinin qəzalı vəziyyətdə və istismara uyğun olmaması göstərilmiş, bu rəyi daha da qanuni göstərmək məqsədilə isə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X3 X2 Ekspertiza Baş idarəsi tərəfindən 37081 saylı ekspertiza rəyi layihə üzrə razılaşdırılmışdır. Verilmiş qanunsuz sərəncam və rəylərə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 3-35/2-1773/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllədə şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Həm rəy, həm də sərəncam qanunsuz və əsassızdı. Belə ki, həmin şəxlərin mülkiyyətində olan əmlaklar qəzalı vəziyyətdə deyildir və istismar müddəti bitməmişdir. Bundan əlavə əgər qəzalı vəziyyətdə olmuş olsa idi belə, bu fərdi yaşayış evidir və mülkiyyətçi tərəfindən təmir edilə bilər. Göründüyü kimi, sərəncamın məqsədi mülkiyyətçiləri mülkiyyət hüququndan məhrum etməkdir ki, bu da yolverilməzdir. Mülkiyyətçilər İddiaçı1 və digər 7 torpaq sahibləri olan İddiaçı4, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı6, İddiaçı8, İddiaçı7, İddiaçı2, İddiaçı5 öz mülkiyyətində olan əmlakları verməkdən imtina edir və öz mülklərində yaşamağa davam edirlər. Çünki onların mülkiyyətində olan əmlaklar qəzalı vəziyyətdə deyildir və yaşamaq üçün yararlıdır. Bu hal dövlətin konstitusiya ilə qorunan mülkiyyət hüququna müdaxilədir. Belə ki, həmin əmlaklar heç bir təhlükə ehtiva etmir, qəzalı vəziyyətdə deyillər və istismar müddətləri də keçməmişdir. Göründüyü kimi, belə olan halda açıq şəkildə görünür ki, həmin sərəncam və rəylər real vəziyyəti ifadə etmir və qanuni deyildir. Sadəcə həmin sahənin MMC-yə ayrılması üçün formal bəhanə olaraq əsassız olaraq verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 etirazında qeyd edilmişdir ki, “Azərdövlətsənayelayihə” DLİ-nin mütəxəssisləri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 3-52/2-7071/2023 nömrəli müraciətinə əsasən Bakı şəhər, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinə vizual texniki baxış keçirilmiş və 22 dekabr 2023-cü il tarixli texniki rəy tərtib olunmuşdur. Qeyd edilir ki, Agentliyin “Azərdövlətsənayelayihə” DLİ-nin tərtib etdiyi 22 dekabr 2023-cü il tarixli texniki rəy mütəxəssislər tərəfindən aparılan texniki müayinənin nəticələrini özündə əks etdirir və öz özlüyündə heç bir məsələni nizama salmaq və ya həll etmək məqsədi daşımadığı ilə yanaşı müayinə aktı olaraq heç bir hüquqi nəticə yaratmır. Bununla da hesab edilir ki, İddiaçı1 Mirzəhüseyn oğlunun, İddiaçı2 və digərlərinin hazırkı iddiası “Azərdövlətsənayelayihə” DLİ-nin 22 dekabr 2023-cü il tarixli texniki rəyin mübahisələndirilməsinə dair hissəsinin inzibati hüquq münasibətlərinə aid olmadığına görə inzibati icraatda, yəni İnzibati Prosessual Məcəlləyə uyğun baxıla bilməz. Yuxarıda qeyd olunanları, xüsusən də mübahisələndirilən aktın inzibati akt olmadığını nəzərə alaraq Cavabdeh2nə münasibətdə olan hissədə iddianın mümkünsüz hesab edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “X10” məhdud məsuliyyətli cəmiyyəti iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iş materiallarına uyğun izahat verərək iddianın mümkün sayılmamalı olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. İş materiallarından görünür ki: Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı sərəncamı ilə Bakı Şəhər icra Hakimiyyəti başçısının Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yeriəşən 1,505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə icazə verilməsi ilə bağiı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair xx.xx.2015-ci il tarixli, 319 nömrəli xx.xx.2018-ci il tarixli, 103 nömrəli Sərəncamları, eləcədə aparılmış müvafiq sənədləşmə işləri "X10" məhdud məsuliyyətli cəmiyyətinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Sifarişçiyə tapşırılmışdır: 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, 2.2. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv ediiməsinin qarşısının alınmasını təmin etsin; 2.3. Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin 66, 67 və 68-cı maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin; 2.4. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestr qeydiyyata alınmasını təmin etsin; 2.5. Tikinti işlərinə başlamazdan əvvəl yaşayış kompleksinin tikinti layihəsinə Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan yaşayış kompleksinin tikintisinə icazənin alınmasını təmin etsin; 2.6. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin təiəbiərinə uyğun şəkildə aparılmasını təmin etsin. Sərəncama əsasən: 3.Torpaq sahəri üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycaı Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir.
4. Yuxarıda qəyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydad baxılacaqdır. Sərəncamın verilməsinə əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli, 319 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış, qeyriyaşayış binalarının və müasir tipli avtodnyanacağı kompleksinin tikintisinin layihələndirilməsi haqqında Sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, PMD01/272 saylı müraciətini nəzərə alaraq Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yerləşən torpaq sahəsində həmin Cəmiyyətə icarə əsasında yaşayış, qeyri-yaşayış binalarının və müasir tipli avtodayanacağı kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sahiblərinə vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC tərəfindən həll edilməsinə göstəriş verilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin texniki vəziyyəti haqqında 22 dekabr 2023-cü il tarixdə rəy vermişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İnzibati Prosessual Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:
1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;
2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);
3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçı 2-1(112)-10462/2024 saylı iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 319 saylı, xx.xx.2018-ci il tarixli və 180 saylı, xx.xx.2023-cü il tarixli sərəncamlarının və eyni zamanda Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixli rəyinin ləğv edilməsini tələb etdiyi halda, müvəqqəti xarakterli müdafiə tədbiri barəsində ərizəsində ünvan 1 ünvanda yerləşən evin sökülməsinin dayandırılmasını tələb edir. İddianın mümkünlüyü ilə bağlı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin nəzərinə çatdırılmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Eyni zamanda məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəy inzibati akt deyildir və inzibati məhkəmə icraatı çərçivəsində rəyin mübahisələndirilməsi məhkəmə araşdırmasının predmeti olaraq çıxış edə bilməz. Digər tərəfdən rəy müvafiq sərəncam əsasında və sərəncam verildikdən sonra onun icrası ilə əlaqədar tərtib edilmişdir. Odur ki, rəyin mübahisələndirilməsi hissəsində iddia tələbi mümkün sayıla bilməz. Məhkəmə mübahisələndirilən sərəncamlara münasibətdə bildirmişdir ki, sözügedən sərəncamların mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərədə tutulmuş prosessual müddətlərə əməl olunmasının yoxlanılması zərurəti ilə yanaşı, həmin sərəncamların mübahisələrndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş digər mümkünlük şərtlərinə də qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisələndirilən sərəncamlarla konkret olaraq əsas iddia üzrə iddiaçıların hüquqi statusuna müdaxilə edən hər-hansı qərar qəbul edilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı ŞİH-in 180 nömrəli xx.xx.2023 sərəncamı İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 319 nömrəli və xx.xx.2018-ci il tarixli 103 nömrəli sərəncamlarının addan-ada keçirilməsi haqqında olmuş, faktiki olaraq həmin sərəncamları əvəz etmişdir. Bu isə onu deməyə əsas verir ki, yekun nəticədə xx.xx.2018-ci il tarixli 103 nömrəli sərəncam deyil, dəyişdirilmiş şəkildə ilkin inzibati akt formasında üçüncü şəxs “X10” MMC-yə münasibətdə verilmiş 180 nömrəli xx.xx.2023-cü il tarixli sərəncam qüvvədədir ki, həmin sərəncam da iddiaçılara münasibətdə heç bir hüquqi nəticə doğurmamaqda və onların hüquqlarına müdaxilə etməməkdədir. Mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız binanın layihələndirilməsinə icazə ilə bağlı məsələləri tənzimləyir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin yardımetmə vəzifəsinin həyata keçirilməsinə cavab olaraq iş üzrə icraatın iki cavabdeh və fərqli tələblər üzrə ayrıca icraata ayrılaraq mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək bildirir ki, iki fərqli inzibati orqana qarşı yönəlmiş müxtəlif tələblərin bir icraatda birləşdirilməsinin yolverilməz olmasına baxmayaraq hazırkı iddia üzrə müxtəlif orqanlara qarşı yönəlmiş tələblər bir icraata birləşdirilmiş, məhkəmənin yardımetmə vəzifəsinin icrası ilə dinlənilmə hüququnun təmin edilməsinə baxmayaraq məhkəmənin yardımetməsinə cavab olaraq iddia tələbi dəqiqləşdirilməmişdir. Mübahisələndirilən Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəy inzibati akt deyildir. Sözügedən rəy müvafiq sərəncam əsasında və sərəncam verildikdən sonra onun icrası ilə əlaqədar tərtib edilmişdir. Odur ki, rəyin mübahisələndirilməsi sərəncamın mübahisələndirilməsindən sonrakı mərhələdə yolverilən olsa da, inzibati məhkəmə icraatı çərçivəsində məhkəmə araşdırmasının predmeti olaraq çıxış edə bilməz. Mübahisələndirilən sərəncamlara münasibətdə isə, sözügedən sərəncamlarla konkret olaraq iddiaçıların hüquqi statusuna müdaxilə edən hər-hansı qərar qəbul edilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı ŞİH-in 180 nömrəli xx.xx.2023 sərəncamı İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 319 nömrəli və xx.xx.2018-ci il tarixli 103 nömrəli sərəncamlarının addan-ada keçirilməsi haqqında olmuş, faktiki olaraq həmin sərəncamları əvəz etmişdir. Bu isə onu deməyə əsas verir ki, yekun nəticədə xx.xx.2018-ci il tarixli 103 nömrəli sərəncam deyil, dəyişdirilmiş şəkildə ilkin inzibati akt formasında üçüncü şəxs “X10” MMC-yə münasibətdə verilmiş 180 nömrəli xx.xx.2023-cü il tarixli sərəncam qüvvədədir ki, həmin sərəncam da iddiaçılara münasibətdə heç bir hüquqi nəticə doğurmamaqda və onların hüquqlarına müdaxilə etməməkdədir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verilməli və iddia mümkün sayılmamalıdır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Gülhüseyn oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 319 saylı, xx.xx.2018-ci il tarixli və 180 saylı, xx.xx.2023-cü il tarixli sərəncamlarının və FHN Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2023-cü il tarixi rəyinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X7.