Məhkəmə qərarları › İş №2-1(112)-10468/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10468/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10468/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 33 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Gülüş” adının “Röya” kimi, “xx.xx.1985” doğum tarixinin isə “xx.xx.1985” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 33 nömrəli xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək “Gülüş” adının “Röya” kimi yazılması öhdəliyinin cavabdeh Balakən şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Zaranova (Sultanova) Röya Eyvaz qızı xx.xx.1985-cı il tarixdə Balakən şəhərində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində adı “Röya”, doğum tarixi isə “xx.xx.1985” kimi göstərilmişdir. Həmçinin, ona məxsus olan digər sənədlərdə, o cümlədən nikahın bağlanılması haqqında AZ-İ № 952023 nömrəli şəhadətnamədə, iddiaçının adı “Röya” kimi göstərilmişdir. Lakin, Cavabdeh tərəfindən tərtib edilmiş 33 nömrəli doğum haqqında akt qeydində iddiaçının adı “Röya” əvəzinə “Gülüş”, doğum tarixi isə “xx.xx.1985” əvəzinə “xx.xx.1985” kimi göstərilmişdir. Baləkən rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, müracətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli 05/76- 841/15 nömrəli imtinasında sənədlərdə ziddiyyət olduğunu bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı bildirir ki, ona məxsus olan bütün sənədlərdə adı “Röya”, doğum tarixi isə “xx.xx.1985" kimi göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 33 nömrəli doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd etdiyi və iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün yetərli əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşşdur. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli 05/76-95/13 saylı məktubu ilə iddiaçının doğum akt qeydinin surəti məhkəməyə təqdim edilmiş və məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - AZ-İ 952023 saylı nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı X8 xx.xx.2014-cü ildə nikaha daxil olduqdan sonra Sultanova soyadını qəbul etmişdir. - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur. - xx.xx.1985-ci il tarixli 410944 saylı doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı Sultanova (Zaranova) Röya Eyvaz qızı xx.xx.1985-ci il tarixdə doğulmuşdur. - Cavabdeh tərəfindən tərtib edilmiş 33 nömrəli xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X6 xx.xx.1985-ci il tarixdə Balakən rayon Mahamalar kəndində anadan olmuşdur. - AZ-İV seriyalı 220966 saylı X2 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, iddiaçının adı İddiaçı kimi göstərilmişdir. - AZ-İV seriyalı 220967 saylı X7 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, uşagın anası qrafasında iddiaçının adı İddiaçı kimi göstərilmişdir. - AZ-İV seriyalı 281456 saylı X3 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, uşagın anası qrafasında iddiaçının adı İddiaçı kimi göstərilmişdir. - ********** saylı fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, iddiaçının adı X1 göstərilmişdir. - **********360 saylı dövlət sosial sığorta şəhadətnaməsindən görünür ki, iddiaçının adı X1 göstərilmişdir. - **********03 nömrəli tibbi müayinə kartından görünür ki, iddiaçının adı Zaranova Röya kimi göstərilmişdir. - Bakı şəhəri 38 №-li tam orta məktəb tərəfindən verilmiş 89 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının adı X1 göstərilmişdir. - P4222897 saylı xx.xx.2020-ci il tarixə qədər etibarlı olmuş ümumvətəndaş pasportunun surətindən görünür ki, iddiaçının adı X1 göstərilmişdir. - Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 968 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının adı X1 göstərilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/76-841/15 saylı məktubu ilə bildirilmişdir ki, Cavabdehnə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirir ki, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 33 saylı doğum haqqında akt qeydinizdə adınızın ''Gülüş" dən "Röya”ya, doğum tarixinin "xx.xx.1985-ci" ildən “xx.xx.1985-ci" ilə düzəliş edilməsi şöbəmizdə mümkün deyildir. Belə ki, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1985- ci il tarixdə tərtib edilmiş 33 saylı doğum haqqında akt qeydi xx.xx.1985-ci il təvəllüdlü X5 adına deyil, xx.xx.1985-ci il təvəllüdlü X4 adına tərtib edilmişdir, həmçinin həmin akt qeydində pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001- ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələrinə konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından doğum haqqında akt qeydinizdə adınızın '‘Gülüş”dən '‘Röya”ya, doğum tarixinin "xx.xx.1985-ci ildən "xx.xx.1985-ci” ilə üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir.” Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, habelə bütün digər sənədlərində adı “Röya” kimi qeyd edilmişdir. Lakin, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 33 saylı, xx.xx.1985-ci il tarixli doğum akt qeydində adı “Gülüş” kimi qeyd edilmişdir. Bu ziddiyyətin aradan aldırılması üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən və digər sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının adı “Röya” kimi qeyd edilmişdir. Buna görə də cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı aid Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 33 nömrəli xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək “Gülüş” adının “Röya” kimi yazılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı aid Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 33 nömrəli xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək “Gülüş” adının “Röya” kimi yazılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar