Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10469/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiaysının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19 mart 2024- cü il tarixdə əmək fəaliyyətində mövcud olan əsaslar üzrə güzəştli şərtlərlə pensiya təyinatından yararlanmaq üçün cavabdehə müraciət etmişdir. Müraciətinin təqdim edilmiş sənədlər üzrə əsasları ondan ibarət idi ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək X10 (hazırkı Holcim Azərbaycan ASC-də) “Теplovoz maşinisti köməkçisi” vəzifəsində çalışmış, xx.xx.1991-ci tarixdən hazırkı vaxtadək isə teplovoz maşinisti vəzifəsində çalışmaqdadır. Nəticədə həmin müəssisədə zərərli peşələr üzrə ümumi iş stajı xx.xx.2025-cil tarixli arayışa əsasən 35 il 01 ay 19 gün il təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bölməsində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulduğundan yuxarıda qeyd etdiyi kimi 19 mart 2024-cü il tarixdə cavabdeh orqana güzəştli şərtlərlə pensiyanın təyin edilməsi haqqında müraciət etmişdir. Lakin, cavabdeh orqanın 21 aprel 2025-cü il tarixli, 3-17-1/2-N- 88619/2025 №-li məktubuna əsasən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdeh imtinasını onunla izah etmişdir ki, X9 fəaliyyət sahəsi (hazırkı Holcim Azərbaycan ASC) Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bölməsində göstərilmiş nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəbdən güzəştli iş stajı yoxdur. Hesab edir ki, cavabdehin güzəştli şərtlərlə pensiya təyinatına dair müraciətinin təmin edilməsindən imtina edilməsinə dair 21 aprel 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququmun pozulmasına səbəb olduğundan qanunsuz hesab edilməli, 19 mart 2025-ci il tarixdən etibarən mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə orqana həvalə edilməlidir. Ona görə ki, cavabdeh imtinasını sadəcə “aid deyil” ifadəsi ilə əsaslandırmağa çalışmışdır ki, bu da həm inzibati orqanın praktikasına, həm də həmin praktika ilə əlaqədar olaraq oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə ziddir. Belə ki, oxşar iddialar üzrə son illər Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etmiş olduğu qərarlar cavabdehin kassasiya şikayətlərinin təmin edilməməsi ilə nəticələnmişdir. Bir qayda olaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Ali Məhkəmə qəbul etmiş olduğu qərarlardan birində belə hesab etmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXViiİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər. 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, 23001000—16878 X1 nəzərdə tutulmuşdur. Həmin Siyahıda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000- 14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, İs N 2-1(102)- 386/2024 qərarı). Göründüyü kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi sözügedən peşələrin sırf dəmiryol nəqliyyatına aid edilməsinə dair cavabdehin mövqeyi ilə razılaşmamışdır. Cavabdeh isə onun oxşar müraciətm üzrə vahid məhkəmə təcrübəsindən xəbərdar olmuş olsa da, nəticədə müraciətinə olan yanaşması qanunçuluq və bərabərlik prinsiplərinə, habelə vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır ki, bu da, qanunsuzdur.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixində iddiaçıya verilmiş 3-17-1/2/-N88619/2025 nömrəli imtina məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş staji olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, X1 vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 01 sentyabr 1981-ci il tarixli ИТ- İ-1364442 nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 20 fevral 2025-ci il tarixli arayışında xx.xx.1986-cı il tarixindən bugünədək həmin müəssisədə X6 və teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığına görə iddia tələbi təmin edilə bilməz.
5. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixində iddiaçıya verilmiş 3-17-1/2/-N88619/2025 nömrəli imtina məktubunda iddiaçının işlədiyi sahə dəmiryol nəqliyyatına uyğun olmadığından güzəştli iş stajı mübahisələndirilmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 11 dekabr 2017ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növüne keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1cü bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıca göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətlər dirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, X1 vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 01 sentyabr 1981-ci il tarixli ИТ-İ1364442 nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 20 fevral 2025-ci il tarixli arayışında xx.xx.1986-cı İ tarixindən bugünədək həmin müəssisədə X6 və teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kim,i iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən Siyahı, bura daxil olan peşələr, onların istehsalat profili və bölmələr üzrə bölgüsü Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bu bölgünün əhəmiyyəti ondan ibarətdir ki, bütün eyni adlı peşələr zərərli hesab edilmir, eyni zamanda sözügedən peşələr digər bölmələrdə zərərli peşə kimi nəzərdə tutulsa belə, məhz müəssisələrin istehsalat profilinə uyğun olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmasına əsas olur. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7723/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Sözügedən qərar Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-386/2024 nömrəli qərarı ilə dəyişdirlmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarında qeyd edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün onun X10 işlədiyi müddətin güzəştli pensiya hüququ verən sahəyə aid edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan nefçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın quruluşundan da göründüyü kimi, ilk növbədə "istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu "iş, peşə və vəzifə” isə dəmiryol nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Belə ki, Holcim ASC-nin istehsalat sahəsi sement istehsalı hesab olunur ki, bu da həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda, həm də Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda Tikinti materialları istehsalı, Sement istehsalı bölməsinə aid olunur. Eyni zamanda həmin bölmədə iddiaçının çalışdığı teplovoz maşinisti və X6 peşələrinin adları mövcud deyil. Digər tərəfdən "Ümumi peşələr" bölməsində də həmin peşələr mövcud deyildir. Sözügedən peşələr Siyahıda yalnız Nəqliyyat bölməsində nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi sahə bilavasitə dəmiryol nəqliyyatı sahəsinə aid deyildir. Digər tərəfdən sözügedən məhkəmə qərarında qeyd edilir ki, iş üzrə əldə edilmiş Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il tarixli 94656 nömrəli məktubunda sadalanan "Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri teplovoz maşinisti və X6" peşələrində çalışan işçilərin yerinə yetirdiyi işlərin zərərli hesab edilməsinin xüsusiyyətləri sırasında dəyişən gecə növbəsi səbəbindən yaranan bioritm dəyişikliyi və uzun müddət dəmir yolunda lokomotivin fasiləsiz idarə edilməsi nəticəsində yaranan iş gərginliyinin yüksək səviyyəsi xüsusiyyətləri göstərilmişdir ki, bu xüsusiyyətlər Holcim ASC-nin təqdim etdiyi zavodda X6 və teplovoz maşinisti vəzifələrinin əmək funksiyalari ilə müqayisəli təhliledildikdə müəyyən olunur ki, sadalanan zərərli iş xüsusiyyətləri qısa zaman ərzində, müəyyən fasilələrlə, qət etdiyi məsafə yalnız zavodla karxana arasında olan teplovoz maşinistinin məruz qaldığı zərərli iş xüsusiyyətlərinə aid edilmir. Analoji iş üzrə Ali Məhkəmənin 2-1(102)-1313/2021 nömrəli qərarında qeyd edilir ki, iddiaçının əsaslandığı işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar və iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə (vəzifədə) çalışması faktının özünü təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq edilmir. Məhkəmənin nəzərinə çatdırmaq istədiyi digər bir məqam bundan ibarətdir ki, Holcim Holderbankda (İsveçrə) Adolf Gygi tərəfindən ilk sement zavodu olaraq yaradılmış, 2 il sonra Ernst Schmidheiny sənayesi ilə birləşmişdir. 2014-cü il tarixində şirkət Lafarge şirkəti ilə birləşmə lahiyəsini elan etmiş və 2015-ci il tarixində birləşmənin başa çatmasından sonra tikinti materialları sənayesində məşğul olan LafargeHolcim şirkəti yaradılmışdır. Qeyd edilanlərdən bir daha aydın olur ki, Holcim ASCnin (əvvəlki adı X11) istehsalat profilinə görə dəmiryol nəqliyyatı sahəsinə deyil, tikinti sahəsinə aiddir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-17-1/2-N-88619/2025 nömrəli məktubla imtina edilmişdir.
9. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
10. İş materiallarına iddiaçının adına xx.xx.1981-cü il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası və НЗ seriyalı, ******* nömrəli hərbi bilet əlavə edilmişdir.
11. “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən İddiaçı Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən X6 vəzifəsində X10 30 K saylı əmrlə 1.04.1986-cı il tarixindən xx.xx.1991-ci il tarixədək, 90 K saylı əmrlə xx.xx.1991-ci il tarixdən xx.xx.1999cu il tarixədək və xx.xx.2002-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdən hazırki dövrədək Teplovoz Maşinisti vəzifəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta(və ya iş) stajı: 35 il, 1 ay, 19 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Teplovoz Maşinisti və X3 vəzifə üzrə işin xüsusiyyəti teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların st. Qaradağa təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edilməsini, vaqonlarin tərəzidə çəkilməsini sonra həmin vaqonların yüklənməsi və boşaldılmasi üçün lazımı məntəqələrə verilməsini həyata keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına uyğun 2 saylı siyahıya əsasən aşağıdakı peşələr güzəştli şərtlərlə pensiyaya gedir: X6 – kod 23001000-16878; Teplovoz Maşinisti – kod 23001000- 14241. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının “21.Nəqliyyat” maddəsinin "21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər"i bəndinə əsasən Teplovoz Maşinisti və X6 vəzifələri müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X11 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı həqiqətən Holcim(Azərbaycan) ASC-də (keçmiş X11) əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1. X4 - 2. 1.04.1986-cı il tarixindən – xx.xx.1991-ci il tarixədək (30 K saylı əmr) Teplovoz Maşinisti xx.xx.1991-ci il tarixdən - xx.xx.1999-cu il tarixədək (90 K saylı əmr) xx.xx.2003-cü il tarixdən - hal-hazırda davam edir (xx.xx.2002-ci il tarixli əmək müqaviləsinə əlavə)). İşlədiyi vəzifənin əsas olan xüsusiyyətləri: Teplovoz Maşinisti və X3 vəzifə üzrə işin xüsusiyyəti teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edilməsini, vaqonlarin tərəzidə çəkilməsini sonra həmin vaqonların yüklənməsi və boşaldılmasi üçün lazımı məntəqələrə verilməsini həyata keçirilməsindən və s. ibarətdir. Həmçinin iş yerlərinin attestasiyası aparılan zaman həm Teplovoz Maşinisti, həm də X5 peşələrində ziyanlı faktorların olması öz əksini tapmışdır. Bu səbəbdəndir ki, Teplovoz Maşinisti və X5 peşələrində işləyən hər bir işçiyə bu ziyanlı faktorlara görə əmək haqlarına 8% miqdarında əlavə məvacib ödənilir. Bundan başqa bu vəzifə daşıyanlara əmək funksiyasının zərərli xüsusiyyətlərinə görə 6 təqvim günü əlavə məzuniyyət və hər növbəyə 0.5 L süd məhsulu verilir. Qeyd: 2024-cü ilin aprel ayında keçirilmiş iş yerlərinin attestasiya protokolu və əmək şəraitinin qiymətləndirilməsi xəritəsi əlavə olunur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş siyahıda aşağıdakı kimi öz əksini tapmışdır: Kod: 23001000-16878- X1 Kod: 23001000- 14241- Teplovoz Maşinistləri. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının "21. Nəqliyyat” bölməsinin, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” maddəsinin "X1” və “Teplovoz Maşinistləri” peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 35 il 1 ay 19 gündür. keçmiş X11(hazırki Holcim Azəırbaycan şirkəti) 1951-ci ildən fəliyyət göstərir. Şirkətin əsas fəaliyyət sahəsi sement və klinker istehsalıdır. Son illər fəaliyyət istiqamətləri genişlənərək quru qatqılar, kərpiç, yol yapışdırıcıları və s. İstehsalına da başlanılmışdır. Son 4-5 ilə qədər Sement zavodunda çalışan və 12 il 6 ay ziyanlı faktorlarla əmək stajına malik olan bütün Teplovoz Maşinistləri və X2 güzəştli şərtlərlə pensiyaya getmişlər. Sual yarana bilər ki, niyə Nazirlər Kabinetinin qərarında Sement istehsalı bölməsində Teplovoz Maşinist və ya Köməkçisi peşəsi göstərilməyib? Bu onunla əsaslandırılır ki, sovet dövründən fəaliyyət göstərən sement zavodlarında xammal daşınması müxtəlif vasitələrlə həyata keçirilib: bəzilərində dəmir yolu, bəzilərində avtomobillərlə, bəzilərində kanat yolu vasitəsi ilə və s. Məsələn bu gün Azərbaycanda fəaliyyət göstərən iri sement zavodlarında xammalın daşınması dəmir yolu vasitəsi ilə yalnız Holcim şirkətindədir, digər Norm və ya Arkoz (keçmiş Qazax sement zavodu) zavodlarında xammal avtomobillərlə daşınır. Digər bir fakt, bütün sement zavodlarında Elektrik Qaynaqçıları fəaliyyət göstərir, amma sement istehsalı bölümündə bu peşə nəzərdə tutulmayıb. Bu peşə həmin qərarın "Ümumi peşələr” bölümündə nəzərdə tutulub. Çünki söhbət peşədən gedir, dəmiryolu idarəsində işləyən Teplovoz Maşinisti ilə sement zavodunda fəaliyyət göstərən Teplovoz Maşinisti eyni peşəni təmsil edirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X11 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir.
13. Cavabdeh tərəfindən inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: - XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—14241) - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri - XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—16878) - X1.
23. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqında” izahat (16 iyul 2019-cu ilə qədər qüvvədə olmuşdur)
24. Bölmə 7. İ və İİ nömrəli Siyahıların tətbiqinə dair bəzi məsələlər haqqında Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər.
25. Əvvəla qeyd edilməlidir ki, iddiaçı ilkin olaraq 2021-ci ildə eyni vəzifədə işlədiyi dövrlə bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 7723/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı sözügedən qərardan şikayət verməmiş qərar qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təmin edilməməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarının olması hazırkı işə mahiyyəti üzrə baxılmasına mane deyildir.
26. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-386/2024 saylı, xx.xx.2024cü il tarixli qərarında analoji məsələyə hüquqi qiymət verilmiş və sahə uyğunsuzluğunun güzəştli pensiya təyinatından imtinaya əsas olmadığı nəticəsinə gəlmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “25. İddiaçının güzəştli iş stajına gəldikdə, İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Bakıbaştikinti” İdarəsinin İnşaat Konstruksiyaları Zavodunda teplovoz maşinisti işləmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər. 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, 23001000— 16878 X1 nəzərdə tutulmuşdur. Həmin Siyahıda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər (bax: bu qərarın 17-ci bəndi).”
28. Göründüyü kimi sözügedən dəlilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə yekun hüquqi qiymət verilmiş, iddiaçının vəziyyətini pisləşdirən hal-sahə uyğunsuzluğunun əsassız olması ilə bağlı məhkəmə təcrübəsi dəyişmişdir. İddiaçı qeyd edilən dəyişmiş yekun məhkəmə təcrübəsindən sonra yenidən inzibati orqana eyni güzəştli arayış əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün müraciət etmiş, inzibati orqan iddiaçının müraciətinə ”İnzibati icraat haqqında”” Qanunun 34.1.2-ci maddəsinə istinad edib ərizəni baxılmamış saxlamamış, formalaşmış məhkəmə təcrübəsinə istinad etmədən (inzibati praktikasına çevirmədən) ərizəyə mahiyyəti üzrə baxaraq təmin etməmişdir
29. Məhkəmə qeyd edilənlərlə yanaşı, eyni zamanda hazırkı iddiaçının vəziyyəti ilə yeni məhkəmə təcrübəsindən sonra eyni əsaslarla güzəştli şərtlərlə əmək pensiyası hüququ tanınmış şəxslərin hüquqi vəziyyətlərində tarazlığın təmini və ayrı-seçkiliyin yolverilməzliyin nəzərə alaraq məhkəmə təcrübəsi ilə qoyulmuş yeni yanaşmanın iddiaçının güzəştli pensiya hüquqununa tətbiq edilməsini qanuni və əsaslı hesab edir.
30. İşin hallarından göründüyü kimi, hazırki mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məqam müxtəlif iqtisadi fəaliyyət istiqamətli ayrı-ayrı müəssisələrin dəmiryolu şəbəkələrində teplovoz maşinisti və maşinist köməkçisi (eləcə də qatar tərtibatçısı) işləmiş şəxslərin peşələrinin iqtisadi fəaliyyət sahəsi baxımından güzəştli pensiya hüququ verən siyahının dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulmuş müvafiq peşələrə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.
31. Cavabdehin imtinasının və etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçının çalışdığı müəssisə ("xxxx" MMC) dəmiryolu nəqliyyatı sahəsinə aid deyildir və bu baxımdan iddiaçı həmin müəssisədə işlədiyi peşələrlə bağlı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşələrə istinad edə bilməz.
32. Məhkəmə qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.
33. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.
34. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.
35. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.
36. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.
37. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə ı hesab edir ki, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.
38. Bundan əlavə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasına dair” arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi müəssisə öz cavab məktubunda bildirmişdir ki, Şirkətin əsas fəaliyyət sahəsi sement və klinker istehsalıdır. Son illər fəaliyyət istiqamətləri genişlənərək quru qatqılar, kərpiç, yol yapışdırıcıları və s. İstehsalına da başlanılmışdır. Son 4-5 ilə qədər Sement zavodunda çalışan və 12 il 6 ay ziyanlı faktorlarla əmək stajına malik olan bütün Teplovoz Maşinistləri və X2 güzəştli şərtlərlə pensiyaya getmişlər. Nazirlər Kabinetinin qərarında Sement istehsalı bölməsində Teplovoz Maşinist vəvə ya Köməkçisi peşəsinin göstərilməməsi onunla əsaslandırılır ki, sovet dövründən fəaliyyət göstərən sement zavodlarında xammal daşınması müxtəlif vasitələrlə həyata keçirilib: bəzilərində dəmir yolu, bəzilərində avtomobillərlə, bəzilərində kanat yolu vasitəsi ilə və s. Məsələn bu gün Azərbaycanda fəaliyyət göstərən iri sement zavodlarında xammalın daşınması dəmir yolu vasitəsi ilə yalnız Holcim şirkətindədir, digər Norm və ya Arkoz (keçmiş Qazax sement zavodu) zavodlarında xammal avtomobillərlə daşınır. Digər bir fakt, bütün sement zavodlarında Elektrik Qaynaqçıları fəaliyyət göstərir, amma sement istehsalı bölümündə bu peşə nəzərdə tutulmayıb. Bu peşə həmin Qərarın "Ümumi peşələr” bölümündə nəzərdə tutulub. Çünki söhbət peşədən gedir, dəmiryolu idarəsində işləyən Teplovoz Maşinisti ilə sement zavodunda fəaliyyət göstərən Teplovoz Maşinisti eyni peşəni təmsil edirlər.
39. İddiaçının çalışdığı müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən teplovozların dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
40. Beləliklə, yuxarıda qeyd olunanlar baxımından məhkəmə hazırki mübahisə üzrə Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın dəmiryol nəqliyyatı bölməsində (eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (21-ci Bölmə. Nəqliyyat. 21.4-cü bənd. Dəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı işçilər. Altıncı abzas teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) nəzərdə tutulmuş müvafiq peşələrə uyğun sayılmalıdır.
41. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.
42. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarının müddəaları baxımından iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu sübutar yetirildiyindən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
43. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 578/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-386/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarında ifadə olunmuşdur.
44. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
45. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
46. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
47. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
48. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
50. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
52. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
53. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva