Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10470/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək pensiyasının yenidən hesablanaraq xx.xx.2011-ci il tarixdən başlayaraq ötən dövr üzrə yaranmış fərq məbləğinin birdəfəlik İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1949-cu ildə Yerevanda doğulub. xx.xx.1968-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olub və onun 26 ildən çox sığorta stajı var. Əmək fəaliyyətinin çox hissəsini, yəni 1973-cü ildən xx.xx.1994-cü ilədək X6 (dəzgah arxasında) çalışıb. İşlədiyi müddətdə ən yüksək əmək haqqı alıb. xx.xx.2011-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir və pensiyasının məbləği həmin vaxt 132 manat məbləğində müəyyən edilmişdir. Lakin həm 26 ildən çox olan sığorta stajı, həm də aldığı əmək haqqı ilə hazırda ona verilən pensiya məbləğini müqayisə etdikdə aydın olur ki, ona olduqca aşağı məbləğdə pensiya təyin edilmişdir. Ona görə də 2021-ci ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanılmasını, eyni zamanda 2011-ci ildən bu günədək pensiyanın hesablanılmasında yol verilmiş səhv nəticəsində yaranan məbləğ fərqinin birdəfəlik ödənilməsini xahiş edib. Həmin müraciətimə xx.xx.2021-ci il tarixdə sms-lə cavab verilərək bildirilmişdir ki, xx.xx.2006-cı il tarixədək təhsil illəri nəzərə alınmaqla ona 26 il sığorta stajına və pensiya kapitalına uyğun olaraq 259,78 manat pensiya təyin edilmişdir, keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilərək ödəniləcəkdir.
3. Lakin sözügedən sms məktubunun mənə göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, həmin məbləğ fərqi ona ödənilməmişdir. Daha sonra bu barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Həmin müraciətinə cavab olaraq DSMF tərəfindən Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəz Filialına 15 iyul 2021-ci il tarixli, **********8 nömrəli məktub göndərilərək ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi barədə tapşırıq verilmişdir. Lakin bu tapşırıq da icra edilməmişdir. Odur ki, mən bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
4. Dövlət Sosial Müdafiə Fondu tərəfindən surəti iddiaçıya göndərilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına göndərilmiş xx.xx.2021ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhər sakini İddiaçı Adıl oğlunun 24 iyun 2021 -ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinə baxılaraq, ona pensiyasının yenidən hesablanması nəticəsində ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilmədiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq həmin fərq məbləğinin qanunvericiliyə müvafiq olaraq vətəndaşa ödənilməsi Filiala tapşırılır.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası lanununun 7-ci maddəsinə əsasən ona xx.xx.2012-ci il tarixindən yaşa görə əmək :ensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli müraciəti əsasında təqdim etdiyiniz əmək kitabçanızın və amək haqqı cədvəllərinin surətinə əsasən pensiyanız xx.xx.2006-cı il tarixinədək 26 il 19 şjn sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 186,62 manat, xx.xx.2019-cu il tarixindən 192,22 manat müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilməsilə əlaqədar pensiyası xx.xx.2019-cu il tarixindən 200 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci ildən isə 259,78 manata çatdırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Əlavə olaraq bildirilmişdir ki, ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilməklə ona ödənilmişdir.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, pensiyanın təyin edilməsi məqsədi ilə vətəndaş İddiaçı 2021-ci ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə müraciət edərək, 2011-ci ildən pensiyasının yenidən hesablanmasını və hesablamada yol verilmiş səhv nəticəsində yaranan məbləğ fərqinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Məktub adiyyatı üzrə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmış, xx.xx.2021-ci il tarixdə xx.xx.2006-cı il tarixədək təhsil illəri də nəzərə alınmaqla vətəndaşın 26 il sığorta stajına və pensiya kapitalına uyğun olaraq ona 259,78 manat pensiya təyin edildiyi, keçmiş dövr üzrə yaranmış fərq məbləğinin cari pensiyasına əlavə edilərək ödəniləcəyi barədə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixdə vətəndaşın mobil telefonuna eyni məzmunlu mesaj göndərilmişdir. xx.xx.2021-ci il tarixdə vətəndaş 1 saylı Bakı Dost Mərkəzinə ərizə ilə müraciət edərək, ona hansı tarixdən və nə qədər pensiya təyin edilməsi, sonradan pensiyanın məbləğində artımın olub-olmaması, əgər artım olmuşdursa, bu artımın hansı tarixdən hansı məbləğdə olması barədə rəsmi məlumatın ona təqdim edilməsini xahiş etmişdir. 14.10.21-ci il tarixli **********8 nömrəli mətubla vətəndaşın müraciətinə cavab verilmişdir. Məktuba əsasən xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd edilir. Vətəndaşın xx.xx.2021 -ci il tarixli müraciətində təqdim etdiyi əmək kitabçası və əmək haqqı cədvəllərinin surətlərinə əsasən pensiyası 26 il 19 gün sığorta stajı nəzərə alınmaqla enidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 186,62 manat, xx.xx.2019-cu il tarixdən 192,22 manat müəyyən edilmişdir. Qeyd edilir ki, X1 Sisteminin Pensiya aitsisteminə əsasən xx.xx.2006-ci il tarixdən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsinə əsasən 2019-cu ilin 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilməsilə əlaqədar olaraq pensiyanın məbləği xx.xx.2019-cu il tarixdən 200 manata çatdırılmışdır. Həmin qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir səfə ölkə üzrə orta aylıq nominal əmək haqqına müvafiq icra hakmiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqnının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar vətəndaşın pensiya məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata, xx.xx.2021-ci ildən isə 259,78 manata çatdırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ötən dövr üzrə yaranmış fərq vətəndaşın cari pensiyasına əlavə edilməklə ödənilmişdir. Vətəndaş pensiyasının hesablanmasının düzgün aparılmadığını göstərərək məhkəməyə müraciət etmiş və iddia ərizəsində işlədiyi illərin iş stajına daxil edilməklə, pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ümumi sosial sığorta stajı (bütün dövrlər, o cümlədən təhsil illəri və s ),sosial sığorta stajına daxil edilən, edilməyən, mübahisələndirilməyən illər (iş yerləri və tarixlər göstərilməklə) pensiya hüququ yarandığı günə fərdi hesabında yığılmış pensiya kapitalı (indeksasiyası nəzərə alınmaqla),vətəndaşın pensiyasında illər üzrə olan artımlar hər bir il üzrə ayrılıqda (indeksasiyası nəzərə alınmaqla), birdəfəlik ödənişin məbləğinə edilmə tarixi barədə məlumatların təqdim edilməsi barədə xidməti məktub verilmişdir. X1 Sisteminin Pensiya altsistemindən çıxarış, xidməti məktub məhkəməyə təqdim edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
8. Dövlət Sosial Müdafiə Fondunun bir idarəsindən digərinə ünvanlanmış xidməti məktuba əsasən, vətəndaş İddiaçı pensiyası aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2006-cı il tarixinədək PSK – 25x170 = 4250 manat; 2012-ci il tarixinə indeksləşdirilmiş məbləği: 4250x1,083x1,167x1,208x1,015x1,057x1,079=7511,34 manat SH-7511,34:144 = 52,16 manat P=BH+SH=85+52,16=137,16 manat İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1968-xx.xx.1969-cu illər üzrə 1 il 5 ay 27 gün, xx.xx.1969-xx.xx.1970-ci illər hərbi xidmət illəri üzrə 10 ay 26 gün, xx.xx.1970-xx.xx.1972-ci illər 2 il 17 gün, xx.xx.1973-xx.xx.1994-cü illər üzrə 21 il 7 ay 9 gün olmaqla işlədiyi dövr üzrə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 26 il 19 gün təşkil edir. Həmçinin X1 Sisteminin Pensiya altsisteminə əsasən, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesbaın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sözügedən şəxsin əmək pensiyasının məbləği Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********1 saylı qərarına əsasən aşağıda göstərilən qaydada yenidən hesablanmışdır. 2006-cı il tarixinədək 26 il 19 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: 26x170=4420 2006-cı il tarixindən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 7811,80 manat təşkil edir: İllər İstehlak qiymətləri İndeksləşdirmə nəzərə indeksinin illik səviyyəsi alınmaqla ilin əvvəlinə pensiya kapitalı 2006 - 4420 2007 8,3 4786,86 2008 16,7 5586,27 2009 20,8 6748,21 2010 1,5 6849,43 2011 5,7 7239,85 2012 7,9 7811,80 Sığorta hissə - 7811,80:144=54,24 manat Baza hissə - 85 manat xx.xx.2012-ci il tarixinə pensiyanın ümumi məbləği – 85+54,25=139,25 İllər üzrə indeksləşdirmədən sonra: xx.xx.2013 – 85+54,25x1,011=139,85 xx.xx.2014 – 100+54,85x1,024= 156,17 xx.xx.2015 – 100+56,17x1,014=156,96 xx.xx.2016 – 100+56,96x1,04 = 159,24 xx.xx.2016 – 100+59,24 = 169,24 xx.xx.2017 – 110+59,24x1,124 = 176,59 xx.xx.2018 – 176,59x1,057 =186,62 xx.xx.2019 – 186,66x1,03 = 192,22 xx.xx.2019 – 200 (qanunun 6-1-ci maddəsinə əsasən, xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2020 – 200x1,166 = 233,2 xx.xx.2021 – 233,2x1,114 = 259,78 Qeyd olunanlara əsasən, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 259,78 manat müəyyən edilmiş, vətəndaşın müraciət etdiyi xx.xx.2021-ci il tarixindən əvvəlki üç il üzrə ötən dövr üçün təyin olunmuş və yenidən hesablanan pensiyanın ümumi fərq məbləği: s/s Təyin olunma tarixi Son tarix Məbləği (manatla) Hesablanmayadək Hesablandıqdan olan sonra 1 xx.xx.2018 xx.xx.2019 183,92 186,62 2 xx.xx.2019 xx.xx.2019 189,44 192,22 3 xx.xx.2019 xx.xx.2020 200,0 200,0 4 xx.xx.2020 xx.xx.2021 233,20 233,20 5 xx.xx.2021 Ömürlük 259,78 259,78 Ötən dövr üzrə yaranmış 53,37 manat fərq məbləği xx.xx.2021-ci il tarixində vətəndaşın pensiyasına əlavə edilməklə ödənilmişdir. Vətəndaşın möbil telefonuna xx.xx.2021-ci il tarixində göndərilmiş sms bildirişindəki təhsil illəri barədə qeyd texniki səhv nəticəsində göndərilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, xx.xx.2006-cı ilə qədər işlədiyi 26 il ərzində ödənilmiş sığorta haqlarına müvafiq qaydada pensiyası yenidən hesablanmalıdır.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) pensiyanın hesablanması üzrə mütəxəssis – Dövlət Sosial Müdafiə X9 İdarəsinin baş məsləhətçisi X8 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, əmək pensiyaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na müvafiq olaraq düsturla hesablanır. Mövcud qaydalara uyğun olaraq yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Yəni yaşa görə pensiyanın təyin olunması zamanı xx.xx.2006-cı ilədək olan dövr üzrə ödənilən məcburi dövlət sosial sığorta haqlarının məbləğinin nəzərə alınması mövcud qaydalarda nəzərdə tutulmamışdır.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir.
17. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
18. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. İddiada qaldırılan məsələ xüsusi bilik tələb edən riyazi hesablama ilə bağlı deyil, hüquqi məsələ olduğundan məhkəmə iddiaçının məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatətini təmin etməmişdir.
25. İddiaçı xx.xx.2006-cı ilədək olan 26 il 19 gün sığorta stajına əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına müvafiq olaraq pensiyasının yenidən hesablanmasını və ötən dövr üzrə yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsini tələb edir.
26. İddiaçıya 26 il 19 gün sığorta stajı nəzrə alınmaqla xx.xx.2012-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir.
27. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 4.2.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. 4.2.2. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
30. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Belə ki, X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
31. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
32. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
33. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
34. Məhkəmə xx.xx.2006-cı ilə qədər olan dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir. İddia tələbinin yaranmış fərqin birdəfəlik ödənməsinə dair hissəsi pensiyanın yenidən hesablanmasından asılı olduğu üçün əsas tələb təmin edilmədiyindən həmin hissədə tələbin təmin edilməsi istisna olunur.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva