Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10471/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, xx.xx.1998-ci il tarixli protokoluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 16-cı Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m olan, ona ayrılmış 307 və 309 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda istifadəsində olan, “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə heyyətinin yığıncağının 30 nömrəli, xx.xx.1998-ci il tarixli protokuluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, ‘'Avtomobilçi” bağ massivində 16-cı Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m olan 307 və 309 nömrəli bağ sahələri ona ayrılmış və sərhədləri yerində müəyyən edilərək, ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Sonradan onun istifadəsində olan sözügedən bağ sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh tərəfindən **********59 saylı xx.xx.2019-cu il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, X3 üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olub. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin torpaq sahələri 1998-ci ildən onun daimi istifadəsindədir və bugünədək hər hansı bir şəxsin onun daimi istifadəsində olan torpaq sahələrinə dair hər hansı bir iddiası olmamışdır. X3 üzvlərinin siyahısında adının aşkar olunmaması isə onun təqdim etdiyi sənədlər əsasında torpaq sahələrinin adına qeydiyyata alınmasından cavabdeh tərəfindən imtinaya əsas vermir. Bağ sahələrinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi isə mümkün deyil, belə ki, torpaq sahələri ona ayrılarkən yerində, mövcud sxemə uyğun olaraq təhvil verilmişdir və yaxınlıqdan da, heç bir qaz xətti keçmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X3 üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıqyoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və bağ sahəsindən 28 metr məsafədə 325 mm-lik mərkəzi xətti keçməklə qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə X1 xx.xx.2017-ci il tarixdə “307, 309 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı” müraciəti olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********59 saylı cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********59 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki,1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X3 üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olub. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 26 nömrəli, 15 yanvar 1996-cı il tarixli protokolundan çıxarışdan görünür ki, gündəlikdə olan məsələ, “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin İdarə Heyətinin üzvlərinə məxsus bağ sahələrinin müzakirəsi. Qərara alınmışdır: Zavod işçiləri üçün Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307,309 nömrəli sahənin sahibi X5 verilmiş bütün sənədlər ləğv olunmuş, “Avtomobilçi” Bağçılıq Cəmiyyətində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307, 309 nömrəli sahə zavodun işçisi İddiaçı daimi istifadədən ötrü verilmiş, həmin sahələrin düzgün istifadə olunması komissiya üzvlərinə tapşırılmışdır. İşdə olan “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışdan görünür ki, gündəlikdə olan məsələ, “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin üzvlərinin bağ sahələrinin sənədləşdirilməsi. Dinləmədə - “Avtomobilçi” Bağçılıq Cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 16-cı Cənub küçəsi, 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı öz ərizəsinə əsasən X2 verilmişdir. Ərazinin daş-qayalı olmasına görə sonuncu imtina etmişdir. Həmin sahənin yenidən öz əvvəlki sahibi İddiaçı verilməsi xahiş olunmuşdur. Qərara alınmışdır: Dübəndi bağ massivində “Avtomobilçi” Bağçılıq Cəmiyyətində 16-cı Cənub küçəsi 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı daimi istifadədən ötrü verilmişdir. İşdə olan “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışa əsasən Zavod işçiləri üçün Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində boş qalan 16-cı Cənub küçəsi, 307 nömrəli sahə və 16-cı Cənub küçəsi 309 nömrəli sahənin İddiaçı daimi istifadədən ötrü verilməsi qərara alınmışdır. İşdə olan “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, Əzizbəyov rayonu, Dübəndi bağ massivində İddiaçı ayrılmış 307, 309 nömrəli bağ sahələrinin planı tərtib və təsdiq edilmişdir. İşdə olan sxematik xəritədən görünür ki, “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin sxematik xəritəsində İddiaçı ayrılmış bağ sahələri öz əksini tapmışdır. İşdə olan 112 nömrəli Bağçının üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin üzvlərinin 10 dekabr 1998-ci il tarixli, 30 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 16-cı Cənub küçəsi bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m olan, 307, 309 nömrəli bağ sahəsi 10 dekabr 1998ci il tarixdə qeydə alınmış qəraraına əsasən daimi istifadə etmək üçün verilmişdir. İşdə olan SOCAR tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 18 avqust 2022-ci il tarixli, SOCAR**********60040033B00303 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, UTM WGS 84 koordinat sistemində X 440178 440165 440190 440196 440210 Y ******* 4473542 ******* 4473522 ******* koordinatlarında olan 896 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin 29 metrlik məsafəsindən keçən qaz kəməri SOCAR-ın “Qaz İxrac” idarəsinin X13 Kəmərləri Sahəsinin istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli (Ø325, yerüstü, layihə təzyiqi 0,6MPal) qaz kəməridir ki, həmin kəmərlərlə yaşayış və ictimai binalar arasındakı məsafə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 5 nömrəli əlavəsində 5 metr müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubla təqdim edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 307 və 309 saylı bağ sahələri ilə bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətlərindən müəyyən edilmişdir ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 27 oktyabr 1987ci il tarixli, 20/396 nömrəli qərarına əsasən “Xüsusiavtomobil” Bakı Zavodunun 188 nəfərdən ibarət üzvünə bağ sahəsi ayrılması qərara alınmışdır. Həmin bağçılıq üzvlərinin siyahısında hazırki bağın iddiaçıdan əvvəlki istifadəçisi X4 adı öz əksini tapmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana yazılı müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən “Xüsusiavtomobil” Bakı Zavodunun 188 nəfərdən ibarət üzvünə bağ sahəsi ayrılması qərara alınmışdır. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 26 nömrəli, 15 yanvar 1996-cı il tarixli protokolundan çıxarışa əsasən Zavod işçiləri üçün Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307,309 nömrəli sahənin sahibi X5 verilmiş bütün sənədlər ləğv olunmuş, “Avtomobilçi” Bağçılıq Cəmiyyətində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307, 309 nömrəli sahə zavodun işçisi İddiaçı daimi istifadədən ötrü verilmişdir. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” Bağçılıq Cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 16cı Cənub küçəsi, 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı öz ərizəsinə əsasən X2 verilmişdir. Ərazinin daş-qayalı olmasına görə sonuncu imtina etmişdir. Həmin sahəsinin yenidən öz əvvəlki sahibi İddiaçı verilməsi xahiş olunmuşdur. Dübəndi bağ massivində “Avtomobilçi” Bağçılıq Cəmiyyətində 16-cı Cənub küçəsi 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı daimi istifadədən ötrü verilməsi qərara alınmışdır. “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən Əzizbəyov rayonu, Dübəndi bağ massivində İddiaçı ayrılmış 307, 309 nömrəli bağ sahələrinin planı tərtib və təsdiq edilmişdir. “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin sxematik xəritəsində İddiaçı ayrılmış bağ sahələri öz əksini tapmışdır. Sözügedən bağ sahələrinə dair İddiaçı 112 nömrəli Bağçının üzvlük kitabçası verilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin ilkin səbəbi onun adının X3 üzvlərinin siyahısında adının aşkar olunmaması olsa da, yuxarıda sadalanan işin hallarından müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinin iddiaçıdan əvvəlki istifadəçisi X7 olmuşdur və onun adı X3 üzvlərinin siyahısında aşkar edilmişdir. Cavabdehin imtinasının digər bir dəlili isə, bağ shəsinin yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşməsidir ki, bununla bağlı iddiaçı tərəfindən SOCAR-a müraciət edilmiş və SOCAR tərəfindən verilmiş müraciətə cavab məktubundan müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Sözügedən torpaq sahəsinin 29 metrlik məsafəsindən keçən qaz kəməri isə SOCAR-ın “Qaz İxrac” idarəsinin X13 Kəmərləri Sahəsinin istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli (Ø325, yerüstü, layihə təzyiqi 0,6MPal) qaz kəməridir ki, həmin kəmərlərlə yaşayış və ictimai binalar arasındakı məsafə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 5 nömrəli əlavəsində 5 metr müəyən olunmuşdur. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən bağ sahəsinin iddiaçının adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılması və müvafiq (plan-sxem) cizginin verilməsi vəzifəsi cavabdehə məxsusdur. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mübahisəli bağ sahəsi uzun illərdir ki, İddiaçı sahibliyində və istifadəsində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olaln digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, iddiaçının sahibliyində və istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4, 81və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində yerləşən 16-cı Cənub küçəsi, 307, 309 saylı, ümumi sahəsi 1000 kv.m olan bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10471/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10471/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver