Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10472/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 19 mart 2025-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının qərardadı ilə iddia tələbi “İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 mart 2024-cü il tarixdə əmək fəaliyyətində mövcud olan əsaslar üzrə güzəştli şərtlərlə pensiya təyinatından yararlanmaq üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filahna müraciət etmişdir. Müraciətinin təqdim edilmiş sənədlər üzrə əsasları ondan ibarət idi ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixinədək X8 (hazırkı Holcim Azərbaycan ASCdə) “X4” vəzifəsində, xx.xx.1988-ci hazırkı dövrədək isə teplovoz maşinisti vəzifəsində çalışır. Nəticədə həmin müəssisədə zərərli peşələr üzrə ümumi iş stajı xx.xx.2025-cil tarixli arayışa əsasən 40 il 5 ay təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bölməsində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulduğundan yuxarıda qeyd etdiyim kimi 19 mart 2024-cü il tarixdə cavabdeh orqana güzəştli şərtlərlə pensiyanın təyin edilməsi haqqında müraciət etmişdir. Lakin cavabdeh orqanın 09 aprel 2025-cü il tarixli, 3-17-l/2-B-76679/2025№-li məktubuna əsasən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdeh imtinasını onunla izah etmişdir ki, X7 fəaliyyət sahəsi (hazırkı Holcim Azərbaycan ASC) Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’mn 21-ci bölməsində göstərilmiş nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəbdən güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, cavabdehin güzəştli şərtlərlə pensiya təyinatına dair müraciətinin təmin edilməsindən imtina edilməsinə dair 09 aprel 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olduğundan qanunsuz hesab edilməli, 19 mart 2025-ci il tarixdən etibarən mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə orqana həvalə edilməlidir. Ona görə ki, cavabdeh imtinasını sadəcə “aid deyil” ifadəsi ilə əsaslandırmağa çalışmışdır ki, bu da həm inzibati orqanın praktikasına, həm də həmin praktika ilə əlaqədar olaraq oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə ziddir. Belə ki, oxşar iddialar üzrə son illər Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etmiş olduğu qərarlar cavabdehin kassasiya şikayətlərinin təmin edilməməsi ilə nəticələnmişdir. Bir qayda olaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Ali Məhkəmə qəbul etmiş olduğu qərarlardan birində belə hesab etmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər. 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, 23001000—16878 X1 nəzərdə tutulmuşdur. Həmin Siyahıda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiıyol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, İş № 2-1(102)- 386/2024 qərarı). Göründüyü kimi Azərbaycan Respublikasının Ali Məhkəməsi sözügedən peşələrin sırf dəmiryol nəqliyyatına aid edilməsinə dair cavabdehin mövqeyi ilə razılaşmamışdır. Cavadeh isə iddiaçının oxşar müraciəti üzrə vahid məhkəmə təcrübəsindən xəbərdar olmuş olsa da, nəticədə müraciətinə olan yanaşması qanunçuluq və bərabərlik prinsiplərinə, habelə vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır ki, bu da qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Birinci şərt: İddiaçı xx.xx.2020-ci il tarixdə 57 yaşı tamam olmuşdur. İkinci şərt: İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 24 il 11 ay 18 gün (xx.xx.1980-xx.xx.1982ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) sosial sığorta stajı mövcuddur. Göründüyü kimi qanunla tələb olunan şərtlər ödənilmir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş üç şərt mövcud olmalıdır: 1. İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır (60 yaş); 2. Azı 25 il sığorta stajına malik olmalı və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 3. Azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. Birinci əsas: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə (60 yaş) çatmışdır. İkinci əsas: Bildirilir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, xx.xx.2023-cü il tarixinə onun ümumi iş stajı 42 il 3 ay 18 gün (01.01 2006-cı il tarixinədək 24 il 11 ay 18 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, 24 08.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 4 ay) təşkil edir. Üçüncü əsas: iddiaçı hüququ yaranan tarixədək azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21), dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz. elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulub. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 fevral 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair 3 fevral 2025-ci il tarixli arayışında xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində X8 X4. xx.xx.1988-ci il tarixindən bugünədək teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi X7 fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi dəqiqləşdirilmiş formada müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan SSR X12 Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 763055 №-li diplomun təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1980-ci ildə 87 №-li texniki məktəbinə daxil olmuş, xx.xx.1982-ci ildə “elektrovozun maşinist köməkçisi” peşəsi üzrə həmin məktəbin tam kursunu bitirmişdir. -НЗ seriyalı № ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur. -xx.xx.1982-ci il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək X8 “X4” vəzifəsində işləmiş, xx.xx.1988-ci il tarixdə həmin müəssisəsdə “teplovoz maşinisti” vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyəti ilə məşğul olur. -Holcim (Azərbaycan) ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı X8 (hazırki Holcim Azərbaycan ASC-də) əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1. X4 - xx.xx.1984-cü il xx.xx.1988-ci il tarixədək 2. Teplovoz Maşinisti - xx.xx.1988-ci il - hal-hazırki dövrə kimi (davam edir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına uyğun 2 saylı siyahıya əsasən aşağıdakı peşələr güzəştli şərtlərlə pensiyaya gedir: - X4 - 23001000-16878 - Teplovoz Maşinisti - 23001000-14241 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “21.Nəqliyyat” maddəsinin “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri” bəndinə əsasən Teplovoz Maşinisti və X4 peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 40 il 5 aydır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X9 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdehin əsas dəlili iddiaçının xx.xx.1984-cü ildən bu günədək “X4” və “teplovoz maşinisti” vəzifələrində işlədiyi X7 fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid olmamasıdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məsələ müxtəlif iqtisadi fəaliyyət istiqamətli ayrı-ayrı müəssisələrin dəmiryolu şəbəkələrində teplovoz maşınisti işləmiş şəxslərin peşələrinin iqtisadi fəaliyyət sahəsi baxımından güzəştli pensiya hüququ verən siyahının dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulmuş müvafiq peşələrə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə araşdırması dövründə zavodun fəaliyyət istiqamətləri (fəaliyyət sahələri) barədə, iddiaçının gördüyü işlər barədə məlumat verilməsi üçün Holcim (Azərbaycan) ASC-ə sorğu göndərilmişdir. Sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “İddiaçı həqiqətən Holcim (Azərbaycan) ASC-də ( keçmiş X9) əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1. X2 xx.xx.1984-cü il tarixindən - 7.02.1988-ci il tarixədək (132 К saylı əmr). 2. Teplovoz Maşinisti xx.xx.1988-ci il tarixdən hal-hazırda davam edir (15 К saylı əmr). İşlədiyi vəzifənin əsas olan xüsusiyyətləri: Teplovoz maşinisti və X4nin vəzifə üzrə işin xüsusiyyəti teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edilməsini, vaqonlarin tərəzidə çəkilməsini sonra həmin vaqonların yüklənməsi və boşaldılmasi üçün lazımı məntəqələrə verilməsini həyata keçirilməsindən və s. ibarətdir. Qeyd: İş təsviri əlavə olunur. Həmçinin iş yerlərinin attestasiyası aparılan zaman həm teplovoz maşinisti, həm də X2 peşələrində ziyanlı faktorların olması öz əksini tapmışdır. Bu səbəbdəndir ki, Teplovoz Maşinisti və X3 peşələrində işləyən hər bir işçiyə bu ziyanlı faktorlara görə əmək haqlarına 8% miqdarında əlavə məvacib ödənilir. Bundan başqa bu vəzifə daşıyanlara əmək funksiyasının zərərli xüsusiyyətlərinə görə 6 təqvim günü əlavə məzuniyyət və hər növbəyə 0.5 L süd məhsulu verilir. Qeyd: 2024-cü ilin aprel ayında keçirilmiş iş yerlərinin attestasiya protokolu və əmək şəraitinin qiymətləndirilməsi xəritəsi əlavə olunur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş siyahıda aşağıdakı kimi öz əksini tapmışdır: 3 N:-li siyahı: Kod: 23001000-16878- X1, Kod: 23001000-14241-Teplovoz Maşinistləri. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “21. Nəqliyyat” bölməsinin, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər” maddəsinin “X1” və “Teplovoz Maşinistləri” peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 40 il 9 ay 9 gündür. Məlumat üçün nəzərinizə çatdırım kl, keçmiş X9 (hazırki Holcim Azəırbaycan şirkəti) 1951-ci ildən fəliyyət göstərir. Şirkətin əsas fəaliyyət sahəsi sement və klinker istehsalıdır. Son illər fəaliyyət istiqamətləri genişlənərək quru qatqılar, kərpiç, yol yapışdırıcıları və s. istehsalına da başlanılmışdır. Son 4-5 ilə qədər sement zavodunda çalışan və 12 il 6 ay ziyanlı faktorlarla əmək stajına malik olan bütün teplovoz maşinistləri və teplovoz maşinistinin köməkçiləri güzəştli şərtlərlə pensiyaya getmişlər. Sual yarana bilər ki, niyə Nazirlər Kabinetinin qərarında Sement istehsalı bölməsində Teplovoz Maşinist və ya Köməkçisi peşəsi göstərilməyib? Bu onunla əsaslandırılır ki, sovet dövründən fəaliyyət göstərən sement zavodlarında xammal daşınması müxtəlif vasitələrlə həyata keçirilib: bəzilərində dəmiryolu, bəzilərində avtomobillərlə, bəzilərində kanat yolu vasitəsi ilə və s. Məsələn bu gün Azərbaycanda fəaliyyət göstərən iri sement zavodlarında xammalın daşınması dəmir yolu vasitəsi ilə yalnız Holcim şirkətindədir, digər Norm və ya Arkoz( keçmiş Qazax sement zavodu) zavodlarında xammal avtomobillərlə daşınır. Digər bir fakt, bütün sement zavodlarında elektrik qaynaqçıları fəaliyyət göstərir, amma sement istehsalı bölümündə bu peşə nəzərdə tutulmayıb. Bu peşə həmin qərarın “Ümumi peşələr” bölümündə nəzərdə tutulub. Çünki söhbət peşədən gedir, dəmiryolu idarəsində işləyən teplovoz maşinisti ilə sement zavodunda fəaliyyət göstərən teplovoz maşinisti eyni peşəni təmsil edirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X9 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir”. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, həm Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda (23001000-16878 və 23001000-14241 kodu altında), həm də 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda (21.4-cü yarımbəndində) nəzərdə tutulmuş sahələrin Dəmiryol nəqliyyatı adı altında Dəmiryol lokomotiv briqadalarının fəhlələri ilə yanaşı, eyni zamanda ayrı-ayrı kateqoriyalı işçilərin də aid olduğu nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi Holcim (Azərbaycan) ASCnin (keçmiş X7) iddiaçıya verdiyi arayışda, həmçinin məhkəmə araşdırması zamanı təqdim təqdim etdiyi sorğuya cavab məktubunda da iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin texnoloji xarakteristikası barədə ətraflı izah verilərək, qeyd olunan vəzifələr üzrə işin xüsusiyyətinin teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edilməsini, vaqonlarin tərəzidə çəkilməsini sonra həmin vaqonların yüklənməsi və boşaldılmasi üçün lazımı məntəqələrə verilməsini həyata keçirilməsindən və s. ibarət olduğu bildirilmişdir. Sözügedən arayışlarda iddiaçının mübahisəli dövrdə X8 işlədiyi vəzifələrin AR Nazirlər Kabinetinin 320 və 12 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılarda göstərilən hansı peşələrə uyğun olması dəqiq göstərilmişdir. Odur ki, iddiaçının işlədiyi X7 (indiki Holcim (Azərbaycan) ASC) fəaliyyət sahəsinin nəqliyyat sahəsi ilə bağlı olduğu nəzərə alındıqda məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi teplovoz maşınisti peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. O cümlədən analoji mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, “30...dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.
31. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.
32. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir
33. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan qatar maşinistlərinə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə deyil, həm də təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan maşinistlərə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə də şamil olunmalıdır.
34. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən qatar tərtibçiləri anlamında qəbul edilməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.
35. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində çalışan maşinistlərin, maşinist köməkçilərinin, qatar tərtibçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.” Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz maşınisti peşəsinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının X8 işlədiyi teplovoz maşınisti və X4 vəzifələri istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod - 23001000-16878-X1, Kod: 23001000- 14241-Teplovoz Maşinistləri. peşələrinə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın “Dəmiryol nəqliyyatı” bölməsinin “Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlı 21.4 yarımbəndində nəzərdə tutulmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2023-cü il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan, cavabdehin imtinası qanunazidd olmuş, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşının tamam olduğu vaxtdan (xx.xx.2023-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov