Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10475/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X4 və qeyrilərinin Cavabdehnə qarşı atalarının X9 olduğunun müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 və qeyrilərinin Cavabdehnə qarşı atalarının X9 olduğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onların atası 1943-cü il təvəllüdlü X7r. Lakin, iddiaçılardan İddiaçı2 vəsiqəsində ata adı yerində İsa, X5 ata adının yerində İsa, X1 atası adının yerində İsə yazılmışdır. İddiaçı qeyd edir ki, son dövrlər bununla bağlı problemlərlə üzləşməkdədirlər. Belə ki, onlar atalarının X9 olduğunu təsdiq edə bilmirlər. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Hazırkı iş üzrə isə iddiaçılar onun çatmaq istədiyi məqsədə uyğun olmayan iddia qaldırmış, nəticədə iddianın mümkünlüyü ilə bağlı şərt pozulmuşdur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə onunla bağlıdır ki, onların ataları X9 olmasına baxmayaraq şəxsiyyət vəsiqələrində ata adı hissəsində fərqli adlar yazılmışdır ki, iddiaçıların ata adlarında İsa və İsə adlarının yazılması məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir. Həmin şəxsə aid şəxsiyyət vəsiqəsindən də görünür ki, şəxsin ad, soyad və ata adı X7r. Nərimanov rayon qeydiyyat şöbələri tərəfindən iddiaçıların adına tərtib edilmiş akt qeydlərində isə İsaq adı ata adı kimi göstərilməmiş, ad İsa və ya İsə formasında qeyd etmişdir. Halbuki, X8 Xidməti tərəfindən təqdim edilmiş elektron sistemdən çıxarışdan da görünür ki, həmin şəxslərin ataları X7r. Nəzərə alınmalıdır ki, həmin elektron sistemdən çıxarışdan görünür ki, həmin şəxsi adı adıçəkilən sənəddə X3 qeyd edilmişdir. Məhkəmə də, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması iddiaçıların həmin akt qeydlərində düzəliş edilməsi ilə bağlı iddia tələbinə dəqiqləşmənin təqdim edilməsini təklif etmiş, lakin iddiaçı mövcud sənədlərdə, o cümlədən akt qeydlərində, şəhadətnamələrdə və vəsiqələrdə dəyişiklik edilmədən, məhz X6 ataları olması halının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, iddia adıçəkilən şəxslərin doğum akt qeydlərində düzəliş edilərək ata adının İsaq olması ilə bağlı olmadığından hazırkı iddianın mümkünlük əsaslarının mövcudluğundan söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 nömrəli 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Göründüyü kimi hazırkı işə mahiyyəti üzrə baxılması baxımından iddiaçıların doğum akt qeydlərində ata adının İsaq olaraq yazılmaması, nəticədə həmin akt qeydlərində dəyişiklik edilməli olması baxımından iddianın irəli sürülməsi imkanı aradan qalxmamışdır ki, iddiaçılar isə həmin hüquqi müdafiə vasitəsinə əhəmiyyət vermədən, öz ata adları ilə bağlı heç bir sənəddə dəyişiklik edilməklə atasının kim olması halının müəyyən edilməsini tələb etmişdir ki, istər hüquqi maraq, istərsə də inzibati icraat qaydasında baxılmalı olma baxımından həmin iddianın mümkünlüyündən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, həmin qohumluq faktının tanınması barədə iddianın yuxarıda adıçəkilən Qərarının 2.2-ci bəndinə uyğunluğu isə mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəmə həmin hala qiymət verməkdə özünü səlahiyyətli hesab etmir ki, məhkəmənin səlahiyyətli olduğu hissədə iddiaçıların diqqətinə çatdırır ki, həmin şəxslər atalarının X2 müəyyən edilməsi qənaətindədirsə düzgün hüquq müdafiə vasitəsi onlara məxsus akt qeydi və digər sənədlərdə dəyişikliklərin edilməsi ilə bağlı olmalıdır ki, həmin məqsədə çatmaq üçün atalarının İ.Sadıqov olduğunun inzibati məhkəmə icraatı qaydasında müəyyən edilməsi barədə tələbin inzibati icraatla əlaqədar olmasından söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-10475/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10475/2023
07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver