Məhkəmə qərarları › İş №2-1(112)-10476/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10476/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10476/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məlumatın verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hal-hazırda yaşadığı ünvanı özəlləşdirmək üçün 1963-cü ildə verilmiş texniki pasportun kimə məxsus olduğunu aşkarlanıb, ona məlumat və surətini arxiv sənədi əsası kimi verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci ildən ünvan 1 ünvanında doğulmuşdur, hal-hazırda bu ünvanda ailəsi ilə birlikdə yaşayır. Ondan da əvvəl mərhum atası, bu mənzildə dünyaya göz açıb, boya-başa çatıb, hal-hazırda rəhmətə getmişdir. Atasının ona şifahi vəsiyyətnaməsinə əsasən, yaşadığı ünvanda ev-eşik ağsaqqallarının adına 1963-cü ildə texniki pasport üzərində qeydiyyata alınıb. Həmin ərəfədə atası azyaşlı olduğuna görə, babasıgili öz yaxınlarının adına texniki pasport alınması üçün 18 yaşa çatmadığına görə hansısa yaxın qohumun adına rəsmiləşdirilib. Hal-hazırda bugünki gündə 3-4 sorğu əsasında ona verilən cavab nəticəsiz olduğu üçün məcbur olub, məhkəməyə müraciət etmişdir. Həmin etiraz məktublarını ərizəsində qoşmada göstərmişdir. Buna baxmayaraq, həmin fərdi yaşayış həyətində qapıları ayrı olsa da əmisioğlu X17 ailəsiylə birlikdə, fərdi yaşayış həyətinin ikinci darvazasından istifadə ediblər, lakin eyni ünvanda şəxsiyyət vəsiqəsinə əsasən "Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, ev 1” kimi göstərilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə bağlı dəfələrlə İdarəyə müraciət etmişdir. ünvan 2 ünvanda yerləşən əmlakın vərəsəliklə bağlı məktubda qeyd olunmuş X11 adına qeydiyyata alınmasına, onun adı ilə bağlı texniki pasportun, torpaq sənədləri və cizginin tərtib edilməsinə dair İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********39 saylı, 24.08.2021-ci il, **********50 saylı 08.09.2021-ci il və **********47 saylı, 24.09.2021 tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən başqa şəxsin arxiv sənədləri təqdim olunmuşdur. Quliyeva Əminə və X12 2007-ci ildə alqı-satqı yoluyla X3 AN-1№0122133 saylı müqaviləyə əsasən satılmış, sözügedən torpaq sahəsində X12 ******* saylı çıxarış və 10.11.2007-ci ildə özünə çıxarış alımış, onun evi ilə onların evinin arasında 400 metr fərq var, eyin ünvanda Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 2, ev 3 iki nəfərin adına sənədləşmiş, onun yaşadığı evlə sorğuya verilən cavaba əsasən, yəni X6yla onun evinin arasında 400 metr fərq var. Göstərdiklərini nəzərə alıb İdarənin arxiv şöbəsindən sənədlərin düzgün alınması üçün mütəxəssis iştirakının təmin olunması üçün qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - ünvan 3 ünvanlanmış 18.08.2021-ci il tarixli, 684 №-li məktubun surətindən görünür ki, X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X11 13.11.1997-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 18.08.2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin nəvəsi İddiaçı olması barədə məlumat verilir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair arxivdən texniki pasportun və çıxarışın verilməsi xahiş olunmuşdur. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********50 №-li, 08.09.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin X11 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat və tərtib edilmiş texniki pasport aşkar edilməmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********39 №-li, 24.08.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən əmlakın X8 adına qeydiyyata alınmasına, onun adı ilə bağlı texniki pasportun, torpaq sənədləri və cizginin tərtib edilməsinə dair İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 11.10.2021-ci il tarixli, **********92 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iyul 1963-cü ildə Artyom rayonu, Şüvəlan qəsəbəsi, dalan 2, ev 3 ünvanı üzrə X5 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Əzizəbyov rayonu İKXDS-non 13 sentyabr 1991-ci il tarixli, 16 №-li qərarına əsasən komissiyanın 12.09.91-ci il tarixli protokolu təsdiq edilərək X5 Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, dalan 2, ev 3 ünvanında sahəsi 22,3 kvm.-dən ibarət 2 otaqlı yaşayış mənzilindən, 465 kvm. köməkçi sahədən, 15,2 kvm. sahəsi olan hamam-tualetdən, 12,2 kvm. saraydan, 24,0 kvm. ambardan, 12,6 kvm. saraydan, 16,7 kvm. hovuzdan, 46,0 kvm. yarımçıq tikilidən ibarət 1632,2 kvm. torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin mülkiyyət hüququ üzrə qeydiyyata alınması, mülkiyyət hüququnu təsdiq edən vəsiqənin verilməsi qərara alınmışdır. 01.12.1991-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X9 və X14 11.08.1986-cı ildə ölmüş X5 09.10.91-ci il, 30/2211 №-li reyestrə əsasən qeydə alınmış ünvan 1 ünvanıdakı əmlakının vərəsələridirlər. 14.08.2007-ci il tarixli, AN-İ” ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müaviləsinə əsasən X9 DƏDRX-nın 08.08.2007-ci il tarixli, 11/22376 saylı arayışına əsasən və Tİ və MHQİ-nin kitab 15.səhifə 2211, qeydiyyat 30/3567 25.12.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 22,3 kvm., köməkçi sahəsi 46,5 kvm., ümumi sahəsi 68,8 kvm. olan 2 (iki) otaqdan ona məxsus payı X3 8526 manata satmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək vərəsəsi olduğu X11 adına ünvan 6 ünvanında yerləşən əmlak barədə məlumat verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin X11 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat və tərtib edilmiş texniki pasportun aşkar edilməməsini bildirmişdir. İlkin məhkəmə araşdırılması zamanı ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakın ilkin olaraq X5 adına qeydiyyata alınması, vərəsəlik haqqında şəhadətnaməyə əsasən X2 və X10 mülkiyyətinə keçdiyi, X9 mülkiyyətində olan payını Manıyev X1 müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. - 13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Məhkəmə qeyd edir ki, hazırki məhkəmə icraatında iddiaçının vərəsəsi olduğu şəxsə məxsus əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestində hər hansı qeydiyyat aparılmamış, eləcə də cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində hər hansı hüquqmüəyyənedici sənədlər və texniki sənədlər aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, bu barədə müraciətinə cavab olaraq iddiaçıya cavabdeh inzibati orqan tərəfindən məlumat verilmişdir. Bundan əlavə iddiaçının konkret ünvan göstərlməklə barəsində sənədlər verilməsini iddia etdiyi ünvan 1 ünvanı üzrə hüquqmüəyyənedici sənədlər başqa şəxslərə məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, eyni zamanda inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar