Məhkəmə qərarları › İş №2-1(112)-10476/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10476/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10476/2022 05.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Əlisahib oğlunun (ünvan 1 ünvanda qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına, Zirə tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda istifadəsində olan 0.10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq olunmuş cizgi (torpaq sahəsinin planı) əsasında iddiaçıya ayrılmışdır. Abşeron Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 84 nömrəli qərarı ilə həmin torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd olunmuş yerləşmə cizgisi təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, hazırda da iddiaçının istifadəsində olan sözügedən torpaq sahəsini həmin vaxt səlahiyyətli olan və ona ayrılan Abşeron Rayon Zirə tərəvəzçilik-südçülük sovxozu tərəfindən təsdiq olunmuş torpaq sahəsinin planı tərəfimdən müvafiq sənədlərlə birlikdə cavabdeh orqana təqdim olunmuşdur. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinin həmin plana əsasən mövcudluğunun və iddiaçının istifadəsində olmasının və planda qeyd olunan ərazi ilə üst-üstə düşməsinin araşdırılması əvəzinə yuxarıda qeyd oıunan əsassız cavab verilmişdir. İddiaçı bildirir ki, sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş 0.07 ha torpaq sahəsindən istifadə edir və həmin sahənin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisindən kənarda yerləşib-yerləşmədiyi ona bəlli olmayıb. Bundan başqa, həmin halın mövcudluğu imtina üçün əsas deyil. Belə ki, Abşeron rayon Donuz kökəltmə sovxozunun ərazisindən kənarda yerləşdiyi bildirilən 0.07 ha torpaq sahəsi barədə olan Abşeron rayon donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1997-ci il tarixli əmri hal hazırda mübahisələndirilmədiyindən və qüvvədə olduğundan “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən torpağın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adıma qeydiyyata alınması üçün əsas hesab edilir. Nə qədər ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 sayli xx.xx.1990-cı il tarixli əmri qüvvədədir, torpaq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci, İPM-in 2, 33, 73.1-ci, Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddələrinə istinad etməklə iddiasının təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı X1 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Bildirilir ki, yeni tarixlə, əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə cizgisi təqdim edildiyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, iddia olunan 1000.0 kv.m torpaq sahəsi ölçüsü 14109.0 kv.m olan ümumi ərazi daxilində yerləşir və ara sərhədləri şərtidir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş 0.07 ha torpaq sahəsindən istifadə edir və həmin sahənin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisindən kənarda yerləşib-yerləşmədiyi ona bəlli olmayıb. Bundan başqa, həmin halın mövcudluğu imtina üçün əsas deyil. Belə ki, Abşeron rayon Donuz kökəltmə sovxozunun ərazisindən kənarda yerləşdiyi bildirilən 0.07 ha torpaq sahəsi barədə olan Abşeron rayon donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1997-ci il tarixli əmri hal hazırda mübahisələndirilmədiyindən və qüvvədə olduğundan “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən torpağın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adıma qeydiyyata alınması üçün əsas hesab edilir. Nə qədər ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 sayli xx.xx.1990-cı il tarixli əmri qüvvədədir, torpaq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalıdır” hissəsinin səhvən yazıldığını və həmin hissənin formal xəta kimi qəbul edilərək nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********93 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizəyə baxılaraq yerləşmə cizgisinin təqdim edildiyi təqdirdə müraciətə baxılacağı, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2.5-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, F-564 №li məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Zirə tərəvəzçilik-südçülük sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisinə torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarından edilmiş arxiv çıxarışına əsasən rayon icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 40 №-li qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun ferma şəhərciyindən hər ailəyə 0,10 hektar hesabı ilə 80 nəfərlik həyətyanı torpaq fondu ayrılmışdır. Həmin torpaqdan RİK-in müvafiq qərarı ilə 25 ailəyə torpaq sahəsi verilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 40 №-li qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozuna hər ailəyə 0,10 ha hesabı ilə 80 ailəyə sovxozun ferma şəhərciyindən 8 hektar həyətyanı torpaq fondu (küçə və yol ara torpaqlar buraya daxil deyildir) ayrılması, həmin torpaqdan RİK-in müvafiq qərarı ilə 25 ailəyə 2,5 ha verildiyi nəzərə alınmalı olduğu bildirilmişdir. Aşağıdakı ailələrin hər birinə 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağın xx.xx.1991-ci il tarixli, 4 №li qərarı ilə sovxozun xx.xx.1991-ci il tarixli, 25 №-li əmri nəzərə alınmış və İddiaçı ona ayrılmış torpaqda fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Abşeron Rayon İcraiyyə Komitəsinin “Zirə tərəvəzçilik-südçülük sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1991-ci tarixli, 84 № qərarından çıxarışın notarial təsdiqli surətindən görünür ki, rayon icraiyyə komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən sovxozun işçisi İddiaçı 0,10 ha torpaq sahəsi ayrılması nəzərə alınaraq, həmin torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Eyni zamanda adıçəkilən torpaq sahəsinin planı tərtib edilərək Abşeron rayon Zirə tərəvəzçilik-südçülük sovxozunun direktoru tərəfindən müvafiq qaydada təsdiq edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və sözügedən torpaq sahəsinin daş ilə hasarlandığı, 1000,0 kv.metr torpaq sahəsinin mişar daşı ilə hasarlanmış 14109,0 kv.metr ümumi ərazinin daxilində yerləşdiyi, ara sərhədlərinin şərti olduğu, ümumi ərazidə tikinti işlərinin aparıldığı və tikilinin bir hissəsinin sözügedən sahədə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar (1.4) və yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahıdakı maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlir. Belə ki, işin məhkəmə araşdırması ilə məlum olur ki, Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 40 saylı qərarı əsas götürülərək Zirə tərəvəçiliksüdçülük sovxozunun əmək kollektivinin şurasının ferma kollektivi ilə birlikdə yığıncağın xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarı və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmri ilə iddiaçıya ferma şəhərciyində 0,10 ha torpaq sahəsi ayrılmış, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsinin planı tərtib olunaraq müvafiq qaydada təsdiq olunmuşdur. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, ona yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə cizgisinin təqdim edildiyi təqdirdə müraciətə baxılacağı, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2.5-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçıya ayrılmış 1000.0 kv.m torpaq sahəsinin ölçüsü 14109.0 kv.m olan ümumi ərazi daxilində yerləşməsi və ara sərhədlərinin şərti olması halı iddiaçının məsuliyyət sferasına aid olmadığından və qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Həmçinin, yuxarıda istinad olunan müddəalara əsasən Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Digər əsasa gəldikdə isə iddiaçının istər inzibati orqana müraciəti zamanı cavabdeh tərəfindən aparılan inzibati icraat çərçivəsində, istərsə də məhkəmə araşdırması dövründə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədlərinin (onlardakı məlumatların) həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndirilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati akt qanunda göstərilən müddət ərzində ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” vardır. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli Qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağın xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli Qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar