Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10479/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X13 X14ə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X13 X14ə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qardaşı mərhum xx.xx.1988-ci il təvəllüdlü X6 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin Cavabdehn üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qardaşı X9 xx.xx.1988-ci ildə Ermənistanda anadan olmuşdur. 1993-cü ildə Ermənistanın təcavüzü nəticəsində Qubadlı rayonundan məcburi köçkün düşmüşdür. xx.xx.2023-cü il tarixində 1 saylı X11 ümumi reanimasiya və intensiv terapiya şöbəsində qaraciyər çatışmazlığından vəfat etmişdir. xx.xx.2023-cü il tarixində X12 ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət etmişdir. Həmin müraciətə 18 may 2023-cü il tarixli cavab məktubunda mərhum qardaşı X6 şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixində bitməsi səbəbiylə ölüm haqqında tibbi arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsinə görə imtina edilməsi tamamilə əsassızdır. Tibbi şəhadətnamənin verilməsi ölümün faktiki olaraq təsdiq edilməsidir. Qardaşının ölüm faktı isə şübhə doğurmur. Ölüm haqqında tibbi şəhadətnamənin verilməməsinə görə qardaşının ölüm faktını qeydiyyat şöbəsində qeydə ala bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiç və etirazda bildirilmişdir ki, İddiaçının mərhum şəxsin sənədləri barədə iddia qaldırmağa subyektiv hüququnun olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Tibb Mərkəzinin hərəkətindən heç bir qanun pozuntusu mövcud deyildir. Hazırkı halda iddiaçı iddiasının inzibati mübahisə olmasını əsaslandırmamışdır. Bu iddia tələbinin inzibati mübahisə olmasını təsdiq edən hal müəyyən olmamışdır. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasına əsasən şəhadətnamə həkim və ya feldşer tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 7-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Qanunun 4-cü maddəsinə əsasən Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. Tibb Mərkəzinin, etibarlılıq müddəti bitmiş və qüvvədən düşmüş sənəd əsasında şəhadətnamə verməsi qanunun tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1987-ci il təvəllüdlü Bəşirov X7 rayonu, Müskanlı kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 13327628 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1988-ci il təvəllüdlü X2 rayonu, Müskanlı kəndində qeydiyyatda olmuş, şəxsiyyət vəsiqəsi xx.xx.2014-cü il tarixdə verilmiş və xx.xx.2023-cü il tarixə kimi etibarlı olmuşdur. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən X6 ölməsi faktı ilə bağlı Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X11 xx.xx.2023-cü il tarixli PHŞ-6-2/2- 3174/2023 saylı məktubu ilə göndərilmiş xəstəlik tarixinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü AZE 13327628 nömrəli şəxsiyyət vəsiqəli X10 xx.xx.2023-cü il 04:18 radələrində xəstəxanaya daxil olmuş, xx.xx.2023-cü il tarixdə 13:10da çıxmışdır. Daxil olarkən diaqnozu qaraciyər koması ilə müşayiət olunan dəqiqləşdirilməmiş virus, əsas diaqnoz qaraciyər sirrozu 74.0. Ölüm halında əsas ölüm səbəbi 146.ürəkdayanması. Xəstə barəsində 21-ci polis bölməsinə leyt. Məmmədova məlumat verilmişdir. X13 PHŞ-nin iddiaçının müraciətinə cavab olaraq ünvanlanladığı xx.xx.2023-cü il tarixli PHŞ-6-2/2-B-380-42-216/2023 nömrəli məkubda bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə saat 04:18-də X11 ümumi reanimasiya və intensiv terapiya şöbəsinə daxil olmuşdur.xx.xx.2023-cü il tarixdə saat 13:10 da həmin şöbədə vəfat etmişdir. Meyid Nəsimi Rayonu 21-ci polis bölməsinin əməkdaşı polis kapitanı Nicat Sadıqovun müşayiəti ilə Məhkəmə Tibbi Ekspertiza və X4 Nəsimi rayon şöbəsinə göndərilmişdir. X1 şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Yuxarıda göstərilən səbəblərə əsasən X13 ölüm haqında tibbi şəhadətnamə təqdim edə bilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı X1 qardaşı olmaql iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cü maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü hissəsinə əsasən: - 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. - 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. - 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. - 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X3 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. - 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. - 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Göründüyü kimi ölüm hadisəsi tibb müəssisəsində baş verdikdə, ölümün baş vermə səbəbi məlum olduqda tibbi şəhadətnamə həmin stasionar müalicə müəssisəsi tərəfindən verilir. Lakin Qaydanın 4.4-cü bəndində nəzərdə tutulan hallar varsa, şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. İşdən görünür ki, hazırkı iş üzrə yuxarıda istinad olunan Qaydanın 4.4-cü maddəsində göstərilən hallar mövcud olmamışdır. Belə olan halda hazırkı iş üzrə “Ölüm haqqında tibbi şəhadətnamə” mərhumun vəfat etdiyi stasionar tibb müəssisəsi tərəfindən verilməlidir. İşin hallarından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X9 qaraciyər çatışmazlığından əziyyət çəkmiş, xx.xx.2023-cü il tarixdə saat 04:18-də X11 ümumi reanimasiya və intensiv terapiya şöbəsinə qaraciyər koması ilə müşayiət olunan qaraciyər sirrozu diaqnozu ilə daxil olmuş, həmin tibb müəssisəsində xx.xx.2023-cü il tarixdə saat 13:10-da son qoyulan diaqnoz K74.0 qaraciyər sirrozu, K72.1 Qaraciyər hüceyrə çatışmazlığı, əsas xəstəliyin ağırlaşması: beyin ölümü, kəskin ürək damar çatışmazlığı, kəskin tənəffüs çatışmazlığı səbəbi ilə vəfat etmişdir. Hadisə barədə 21-ci polis bölməsinə məlumat verilmiş, Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən X6 ölməsi faktı ilə bağlı Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə X6 ölümü tibb müəsisəsində baş vermiş, ölümün səbəbi məlum olmuş, tibb müəssisəsi ölümün səbəbini göstərməklə xəstəlik tarixini doldurmuş, ölüm hadisəsi barədə ərazi üzrə hüquq-mühafizə orqanına məlumat vermişdir. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin X6 barəsində “Ölüm haqqında tibbi şəhadətnamə’' tərtib etməsi üçün tələb olunan bütün şərtlər mövcud olmuşdur. Cavabdehin imtinasından görünür ki, o iddiaçının tələbini təmin etməkdən imtina edərkən, X6 şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, mərhumun şəxsiyyət vəsiqəsi xx.xx.2014-cü il tarixdə verilməklə xx.xx.2023-cü il tarixədək etibarlı olsa da cavabdeh məhz həmin etibarlılıq müddəti keçmiş şəxsiyyət vəsiqəsi ilə xəstəni qəbul etmiş, xəstənin qeydiyyatını həmin AZE seriyalı 13327628 nömrəli şəxsiyyət vəsiqəsi üzərindən aparmışdır. Xəstənin kimliyi barədə nə tibb müəssisəsinin özündə, nə də cinayət işinin başlanmasını rədd edən prokorurorluq orqanında hər hansı əsaslı şübhə və dəlil olmamışdır. Beləliklə, xəstənin bütün qeydiyyat sənədlərini vaxtı ötmüş şəxsiyyət vəsiqəsi əsasında aparıldığı, xəstənin kimliyi barədə hər hansı əsaslı şübhələr olmadığı halda xəstə vəfat etdikdən sonra onun şəxsiyyət vəsiqəsinin müddətinin keçməsinə istinadla tibbi şəhadətnamənin verilməsindən imtina özlüyündə əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X6 ölümü ilə bağlı “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh X13 X14ə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10479/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10479/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver