Məhkəmə qərarları › İş №2-1(112)-10479/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10479/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10479/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “avtomobillərin ölkəyə buraxılması və sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “avtomobillərin ölkəyə buraxılması və sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Koreya Respublikasından sifariş etdiyi Gürcüstan Respublikasında saxlanılan avtomobillərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikası Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. Bu tarixdən etibarən yalnız zavod buraxılış tarixinə görə yaşı 10 ili ötməmiş, eləcə də 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri (rəsmi ödəniş tapşırığı, bank hesabından çıxarış və nəqliyyat vasitəsinin tam alışını təsdiq edən arayış) gömrük orqanlarına təqdim edilməklə minik avtomobillərinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi mümkündür. Qeyd olunan qərarın icrası ilə bağlı qanunvericilikdə hər hansı güzəştin tətbiqi nəzərdə tutulmamışdır. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı ddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gürcüstan Respublikasında saxlanılan “Container number-TLLU *******

1. SORENTO 2012 KNAKV814DDA367903

2. SORENTO 2012 KNAKU815BCA341055

3. SORENTO 2012 KNAKU815BDA395238 Container number – MSDU 7879519

1. İ30 2009 KMHDC51TBAU210752

2. ACCENT 2012 KMHCS41UBCU295548

3. ACCENT 2012 KMHCT41UBCU270093 avtomobillərin Azərbaycan Respublikasına daxil olmasına və həmin avtomobillərin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, istehsal tarixi 10 ili tamamlanmış olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin məlum qərarının qəbulundan - 29 mart 2023-cü il tarixindən öncə satış məqsədləri ilə Cənubi Koreyadan bir neçə SORENTO, ACCENT və s. markalı, cəmi 9 (doqquz) ədəd nəqliyyat vasitəsi sifariş vermişdir. Avtomobilləri alaraq göndərən də yaxın qohumudur. Qohumu avtomobilləri oradakı koreyalı ortağı ilə öz vəsaitləri hesabına alıb ona göndəriblər ki, bunları sataraq ticarət etsin. Satın alındıqdan sonra avtomobillər (satıcı tərəfindən dövlət nişan nömrələri təhvil verildikdən və müvafiq rəsnıiləşmələr aparıldıqdan sonra) Azərbaycana dəniz (Cənubi Koreya-Poti) və quru yolu (Poti-Bakı) daşınması üçün xx.xx.2023-cü il tarixindən öncə 2 ədəd konteynerə, konteynerlərlə isə karqo gəmisinə yüklənmişdir. Təqdim olunan sənədlərlə təsdiq olunur ki, nəqliyyat vasitələri 29 mart 2023-cü il tarixindən öncə, yəni qərar qəbul olunmamışdən öncə satın alınıb və bu tarixədək daşıyıcı şirkətə təhvil verilib. Bir müddət bundan əvvəl həmin avtomobillərin olduğu konteynerlər artıq daşıyıcı gəmi ilə Potiyə çatıb və oradan TİR tipli daşıyıcı nəqliyyat vasitələrinə yüklənib ki, Azərbaycana daşısın. Lakin avtomobillərin yükləndiyi konteynerli nəqliyyat vasitələrinin sərhəd zonasından Azərbaycana gətirilməsinə sözügedən Qərarın icrası əsas gətirilərək, icazə verilməyib. Avtobomilləri məlum Qərarın qəbulundan əvvəl alınmasına və daşıyıcı şirkətlərə təqdim olunub konteynerlərə/gəmiyə yüklənməsinə baxmayaraq, Cənubi Koreyadakı hava şəraiti səbəbindən və ya gəminin yüklənmə ilə dolub tamamlanmasının gözlənilməsi səbəbindən, yaxud da onlara məlum olmayan sair səbəblər üzündən karqo gəmisinin yola düşməsi gecikmişdir. Bu üzdən gəmi Poti limanına gec gəlib çıxmış, nəticədə konteynerlərin Azərbaycana nəql olunmasında üzrlü səbəbdən ləngimə olmuş, avtomobillər sərhəddə dayandırılmış, ölkəyə buraxılmamışdır. Sərhəd gömrük xidməti orqanında, sözügedən Qərarın icrası əsas gətirilərək, avtomobillərin olduğu konteynerlərin ölkə ərazisinə daxil olmasına icazə verilməyib. Sərhəddə əlaqədar şəxslər bildirmişlər ki, “konteynerlərin ölkəyə daxil olması üçün Gömrük Komitəsi rəhbərliyinin icazəsi lazımdır, bu halda biz maşınları ölkəyə buraxa bilərik". Məsələ ilə bağlı bir neçə dəfə DGK rəhbərliyinə müraciət etmiş, qəbullarda olmuş, amma müraciətləri heç bir nəticə verməmişdir. Avtomobillərin Gürcüstanda saxlanması və ölkə ərazisinə buraxılmaması artıq ona külli miqdarda zərər vurmuşdur. Belə ki, o, bunlara görə hər gün daşıyıcı şirkətə və saxlama xidmətləri göstərən hüquqi/fıziki şəxslərə boş yerə haqq ödəmiş, bu da onun üçün əlavə/lüzumsuz xərclər deməkdir. Bu ödənişlər indi də davam edir. Artıq zərəri ödəməyə maddi imkanı yoxdur və o, borclanmağa başlamışdır. Bu üzdən Gürcüstana gedərək avtomobilləri konteynerdən boşaltmış, 3 ədədini dəyərindən aşağı qiymətə satmışdır ki, zərərlərini qismən də olsa aradan qaldırsın. Yerdə qalan 6 ədəd avtomobil isə hələ də Gürcüstandadır, onların saxlanmasına və mühafizəsinə görə gündəlik məsrəfləri vardır. Avtomobilləri nə öz dəyərinə sata bilir, nədə ki ölkəsinə gətirə bilir. Göründüyü kimi, avtomobillər 29 mart 2023-cü il tarixindən öncə satın alınıb və bu tarixədək daşıyıcı şirkətə təhvil verilib. DGK-nin və eləcə də, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin yeganə dəlili odur ki, bank ödənişləri yoxdur. Halbuki Nazirlər Kabinetinin məlum qərarında 29 mart tarixinə kimi alınmadan söhbət gedir, burada ödənişlərin bank vasitəsilə aparılmasından, yəni ticarətin hansısa növündən, alqı-satqının nağd və ya nisyə olmasından, ödəmənin hansısa konkret növünün tətbiq olunub-olunmamasından söhbət getmir. Belə ki, NK rəhbərliyi qərarı qəbul etdikdə bilirdi ki, vətəndaşlarımız həmin tarixə kimi nağd və nisyə yollarla. Azərbaycandan ödəmə ilə və ya avtomobilin olduğu ölkədən ödəmə olmaqla avtomobillər alıblar, bu üzdən onlar üçün yalnız tarixi məhdudlaşdırıcı meyar kimi müəyyən etmişdir, lakin ticarətin növünü, alqı-satqının nağd və nisyə olmasını şərt kimi irəli sürməmişdir. Lakin DGK və Aksizli Mallar ürə Baş Gömrük idarəsi bunun əksinə olaraq ondan bank ödənişi sənədi tələb edir, bu isə qanunsuz tələbdir, qanunvericiliyə və inzibati icraatın tələblərinə ziddir. Çünki ödəmələri Koreyada yaşayan və işləyən yaxın qohumu həyata keçirərək avtomobilləri almış və karqo gəmisi ilə Potiyə göndərmişdir. Avtomobillər Azərbaycana onun adına göndərilmişdir.

Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Koreya Respublikasından orada yaşayan qohumu vasitəsi ilə onun vəsaiti hesabına “KİA SORENTO” və “HYUNDAİ ACCENT” markalı 9 (doqquz) ədəd nəqliyyat vasitəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli Qərarı qəbul edilməzdən əvvəl sifariş etdiyini bununla bağlı dəlilləri olduğunu qeyd etmişdir. İşin hallarından məlumdur ki, qeyd edilən nəqliyyat vasitələrinə dair ödənişin İddiaçı tərəfindən 29 mart 2023-cü il tarixədək Azərbaycan Respublikasında fəaliyyət göstərən hər hansı bir bank tərəfindən köçürüldüyünü əks etdirən təsdiqedici sənəd iddiaçı tərəfindən gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 saylı Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. 30 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi saytında edilmiş xəbərdarlıqda da, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarının 30 gün sonra qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu ərizələr ilə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı Koreya Respublikasından sifariş etdiyi Gürcüstan Respublikasında saxlanılan avtomobillərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırıldığına əsaslanaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; 1.0.16. gömrük orqanı – gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi; 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 1.0.29. idxalatçı – malları idxal edən şəxs; 1.0.34. mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri; 1.0.35. malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi; 1.0.36. malların gömrük orqanına təqdim olunması – malların gömrük orqanının yerləşdiyi yerə, yaxud gömrük orqanı tərəfindən müəyyən edilmiş digər yerə çatdırılması və həmin mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanına verilməsi; 1.0.45. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı; 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri əməliyyatlar 108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir. Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mllar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. 164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İşin hallarına görə, iddiaçı Koreya Respublikasından sifariş etdiyi Gürcüstan Respublikasında saxlanılan avtomobillərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırıldığına əsaslanaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 №-li “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarı: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının ölkəyə buraxılmasını istədiyi avtomobillərin buraxılış tarixinə görə yaşı 10 ildən çox olan avtomobillər olması işin mübahisələndirilməyən halıdır. İddiaçı hesab edir ki, o qeyd etdiyi avtomobilləri, Nazirlər Kabinetinin 29 mart 2023cü il tarixli 94 №-li qərarı qüvvəyə minmədən öncə aldığından qərarın hüquqi qüvvəsi ona şamil edilməməlidir. Məhkəmə qeyd edir ki, sözügedən qərarla zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. Qərarda həmin tarixdən əvvəl satın alınmış minik avtomobillərinin ölkəyə gətirilməsi (daxil edilməsi) ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində bildirir ki, həmin avtomoillər xx.xx.2023-cü i tarixdə alınmış, gəmiyə yüklənmiş lakin hava şəraitinı görə (və ya digər səbəblərə görə) gəmi gec yola düşmüşdür. Hazırda istinad edilən qərar isə xx.xx.2023-cü ildə qəbul edilmiş və qərar barədə kütləvi informasiya vasitələrində məlumat verilmişdir. İddiaçı qərardan məlumatlı olmalı olduğu vaxtdan avtomobillərin Azərbaycan Respublikasına gətirilməməsi istiqamətində hər hansı bir addım atması da müəyyən edilmir. Avtomobillərin yükləndiyi gəminin gec yola düşməsi iddiaçının özünün ifadələri ilə təsdiqini tapır. Belə olan halda, iddiaçı müvafiq qərar qəbul edildikdən sonra həmin avtomobillərin Koreya Respublikasında Azərbaycana gətirilməməsi, geri qayatarılması üçü tədbirlər görməli idi. Belə tədbirlər görülməməsinin riskini iddiaçı daşıyır. Həmçinin məhkəmə iddiaçının həmin qərarın 29 mart 2023-cü il tarixdən əvvəl satın alınmış avtomobillərə tətbiq edilməməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bununla da bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi koreya dilindən tərcümə olunmuş İxracat bəyannaməsinin təsdiqi (yüklənmədən əvvəl, hesabat) cədvəllərindən görünür ki, həmin bəyannamələrdə iddia tələbində qeyd olunan avtomobillərin alıcısı olaraq Hikmət adlı şəxs qeyd edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 №-li “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarının iddiaçıya tətbiq edilməməsi üçün əsaslar müəyyən edilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar