Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1048/2021 08.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) İsgəndərli Könül Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5rşı «nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi (qadağanın götürülməsi)» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR DİN Baş Dövlət X9 «nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi (qadağanın götürülməsi)» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, “Mazda 6” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AD 171319 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən x xxxxx 2018-ci il tarixdən iddiaçının mülkiyyətindədir. 2019-cu ilin sentyabr ayının 29-da həmin avtomobili o, Xətai rayonu, M.Hadi küçəsi, 291 saylı binanın həyətində yerləşən avtomobil yuyulması məntəqəsinə təhvil vermiş və bundan sonra avtomobilin taleyindən məlumatı olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin x xxxxxxx 2019cu il tarixli 3(011)-1989/2019 saylı qərarında əks olunmuş işin faktiki hallarından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 12:15 radələrində X2 adlı şəxs avtomobilini ondan (hazırkı iddiaçıdan) icazəsiz və xəbərsiz şəkildə idarə edərək avtomobil yuyulması məntəqəsinin yanında yoxuşda saxlamış, nəticədə avtomobil öz-özünə hərəkətə gələrək “Nissan Sunny” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək ona zərər vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin qərarı ilə X1 əməllərində AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkib hissəsi aşkarlanmış və barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin bundan bir müddət sonra hazırkı cavabdeh AR DİN Baş Dövlət X10 tərəfindən onun ünvanına rəsmi qaydada göndərilmiş xx xxxx 2020-ci il tarixli 23745Ş-3220 saylı məktubla və telefon əlaqəsi zamanı bildirilmişdir ki, ona məxsus “MAZDA 6" minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulmuş və bu məhdudiyyətin tətbiqi vətəndaş Novruz Bayramlı adlı şəxs tərəfindən avtomobilin qanunsuz şəkildə idarə olunması zamanı yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunmuş APİ48603 nömrəli inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 400 manat məbləğində cərimənin iki ay ərzində ödənilməməsi ilə əsaslandırılmışdır. Məktubda qeyd edilir ki, AR İXM-in 150.11-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənihııədikdə, inzibati xəta törətmiş şəxsin inzibati xəta törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Bu qərar tamamilə qanuna zidd və ədalətsizdir. Belə ki. məhkəmənin x xxxxxxx 2019-cu il tarixli 3(011)- 1989/2019 saylı qərarından görünür ki. X2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. O (iddiaçı), “MAZDA 6” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xətai rayonu, M.Hadi küçəsi 291 saylı binanın həyətində yerləşən avtomobil yuyulması məntəqəsinə təhvil vermiş və bu fürsətdən istifadə edərək X2 avtomobili ondan xəbərsiz şəkildə qanunsuz olaraq idarə elmiş və nəticədə inzibati xəta törətmişdir. Bir mülkiyyətçi kimi avtomobilinin X2 tərəfindən idarə olunmasına hər hansı bir formada razılıq və ya icazə verməmişdir. Bu əməl onun iradə ifadəsi olmadan, mülkiyyət hüquqlarının pozuntusu nəticəsində həyata keçirilmişdir. Bu səbəbdən də, göstərilən iş üzrə o, açıq-aşkar şəkildə zərərçəkmiş şəxs olmuşdur. Lakin bütün bunların nəzərə alınmaması və AR DİN Baş Dövlət X10 tərəfindən X1 qanunsuz, hərəkətlərinə görə onun (iddiaçının) avtomobilinin üzərinə həbs qoyulması tamamilə absurd olub ağlabatan deyildir. İddiaçı heç bir inzibati xəta törətməməsinə baxmayaraq, habelə törədilmiş inzibati xətadan zərərçəkmiş şəxs olduğu halda, həmin xətanın ödənilməsi üzrə öhdəliklər də məhz onun avtomobili üzərinə qoyulmuşdur. Hesab olunur ki, cavabdeh AR DİN Baş Dövlət X4 məxsus nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulması barədə qərarı tamamilə qanunsuz və əsassız olub onun Konstitusiya və mülki qanunvericiliklə qorunan mülkiyyət hüquqlarıma qarşı birbaşa qəsddir. Cavabdeh inzibati tənbeh haqqında qərarın icrasının təmin edilməsi məqsədilə «İcra haqqında» AR Qanununa əsasən daha adekvat tədbirlər həyala keçirməli və bir mülkiyyətçi kimi hüquqları pozulduğu halda məhdudiyyət tədbirini onun avtomobilinə münasibətdə həyata keçirməməli idi. Bu tədbir vasitəsi heç cür ağlabatan olmayıb hüquq pozuntusunu törətmiş şəxs tərəfindən də inzibati cərimənin icra edilməsinə səbəb olmayacaqdır. Bu baxımdan da seçilmiş məcburi xarakterli tədbir növü tamamilə qeyri- adekvat və əsassız olub eyni zamanda onun hüquqlarını da açıq-aşkar pozduğu üçün qeyri-qanuri hesab edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən zərurət yarandığından, gələcəkdə inzibati iş üzrə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədilə "MAZDA 6“ minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin üzərinə həbs qoyulması çarədə inzibati qərarın ləğvi məqsədəmüvafiqdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 148.2, 152.1, 157.1-ci maddələrinə, İPM-in 2.2.1, 14, 32, 33, 45, 46, 68, 73.1-ci maddələrinə əsaslanaraq, X3 tərəfindən avtomobilin qanunsuz şəkildə idarə olunması zamanı yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə barəsində AR İXM-in 332.4-cü maddəsi ilə tərtib olunmuş AP 148603 nömrəli inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 400 manat məbləğində cərimənin iki ay ərzində ödənilməməsinə görə cavabdeh AR DİN Baş Dövlət X11 tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan “MAZDA 6" minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin üzərinə qoyulmuş həbsin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunması xahiş edilir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) İsgəndərli Könül Teyyub qızı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan x xxxxxxx 2013-cü il tarixli AZE ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, x xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi, ev 12-dir. İş materiallarında olan AD 171319 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda 6” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 1989/2019 saylı iş üzrə x xxxxxxx 2019-cu il tarixli qərarı ilə X2 AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərarın təsviri hissəsində vurğulanmışdır ki, X2 xx xxxxxxxx 2019-cu il taruxdə saat 12:15 radələrində “Mazda 6” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu, N.Hadi küçəsi, 291 saylı binanın həyətində yerləşən yuyucu məntəqəsinin qarşısında yoxuşda saxlamış, nəticədə avtomobil öz-özünə hərəkətə gələrək “Nissan Sunny” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı maşına dəymişdir. Yoxlama zamanı məlum olmuşdur ki, X2 avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə həmin məhkəmənin 3(011)-1989/2019 saylı iş üzrə x xxxxxxx 2019-cu il tarixli qərarının surəti və icra vərəqəsi icra olunması üçün Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət X7 İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İstifadənizdə olan “Mazda 6” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə edilməsi zamanı yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cərimənin ödənilməməsi səbəbindən müəyyən çətinliklərlə üzləşməyinizə dair müraciətinizə baxılmışdır. Qeyd olunan nəqliyyat vasitəsinin vətəndaş Namiq Bayramlı tərəfindən yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunmuş AP148603 nömrəli inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 400 manat məbləğində cərimənin ödənilməsinə dair BDYPİ-nin mərkəzi informasiya sisteminə məlumat daxil olmuşdur. Qeyd edilmiş qərar icrasının təmin edilməsi məqsədilə icra və probasiya şöbəsinə göndərilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinin tələbinə əsasən inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, inzibati xəta törətmiş şəxsin inzibati xəta törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Cərimə, müvafiq dəbbə pulu nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, X2 tərəfindən iddiaçıya məxsus “Mazda 6” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərək inzibati xəta törədilmiş və müvafiq məhkəmə qərarı ilə o, AR İXM-in 332.4-cü maddəsi üzrə 400 manat məbləğində cərimə edilmişdir. Bundan sonra hazırkı cavabdeh AR DİN Baş Dövlət X10 tərəfindən AR İXM-in 150.11-ci maddəsinə əsaslanmaqla iddiaçıya məxsus avtomobil üzərinə məhdudiyyət (həbs) qoyulmuşdur. İddiaçı hazırda cavabdehin hərıkətlərini mübahisələndirir. Məhkəmə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitiusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı «İcra haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Həmin Məcəllənin 332.2 və 332.4-cü maddələrinə əsasən: - (332.2) nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir; - (332.4) bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisə publik xarakterlidir və inzibati orqanın hərəkətləri inzibati xəta haqqında qərarın icrası mərhələsində atılan addım olsa da, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil oluna bilməz. İnzibati orqanın həmin fəaliyyət üzrə hərəkətləri müvafiq məhkəmə qərarı qəbul olunan vaxtda başa çatmış olur. Bu qənaət həm də ondan irəli gəlir ki, hazırkı iddiaçının AR İnzibati Xətalar Məcəlləsinin müddəaları üzrə hazırkı cavabdeh inzibati orqanın həmin hərəkətini mübahisələndirmək imkanı yoxdur. Odur ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinin 2.3-cü bəndinə görə referendumla qəbul edilmiş akt, qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, inzibati xətanı törətməkdə təqsirli bilinən X1 əməllərinə və bunun əsasında yaranmış məsuliyyətinə görə iddiaçının mülkiyyətçi kimi avtomobilindən istifadə hüququ məhdudlaşdırıla bilməz. Məhkəmənin qərarı olmadan əmlakından hər hansı formada məhrum olması mülkiyyətçinin AR Konstitusiyasında təsbit olunan hüququnun pozulmasıdır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan hazırkı iddiaçıya münasibətdə həmin əlverişsiz hərəkətini (mülkiyyətdə olan avtomobilin üzərinə məhdudiyyət qoyulmasını) AR İXM-in 150.11-ci maddəsinin tələbləri ilə əsaslandırır. Hansı ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş “mülkiyyət hüququnun qorunması” barədə müddəalar belə halı yolverilməz sayır. Mülki qanunvericilik normaları “delikt” törətmiş şəxsin zərərin əvəzini ödəməsini nəzərdə tutsa da, bu müddəalar tətbiq olunmaqla mülkiyyətçinin ehtimal olunan üzun müddət (inzibati xəta haqqqında qərarın icrasının hansı müddətdə başa çatması məlum deyil) əmlakından məhrum olunmasının əvəzinin müvafiq cərimə məbləğini dərhal ödəməyən (apellyasiya şikayəti vermədən) şəxs tərəfindən qısa zaman kəsiyində ödənilməsi real da görünmür. Odur ki, mülkiyyətçi kimi hazırkı iddiaçının əmlakından qanunsuz məhrum olmasının əvəzini mülki məhkəmə icraatı çərçivəsində tələb etməsi adekvat qiymətləndirilmir. Odur ki, iddiaçının tələbi əsaslıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı məxsus “Mazda 6” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi (həbsin ləğv edilməsi) öhdəliyi cavabdeh AR DİN Baş Dövlət X7 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. İddiaçı məxsus “Mazda 6” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi (həbsin ləğv edilməsi) öhdəliyi cavabdeh AR DİN Baş Dövlət X7 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1048/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1048/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver