Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1048/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cu il tarixdə anadan olmaqla qanunvericiliklə müəyyən edilmiş yaş həddi xx.xx.2021-ci il tarixdə tamamlanmışdır. İddiaçının MT-İ № ******* nömrəli əmək kitabçasında xx.xx.1975-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Naxçıvan X5 Müəssisəsində və Babək Rayon Mexanikləşdirmə Müəssisəsində işlədiyi, 11633 nömrəli diploma əsasən isə əyani təhsil müddətinin 10 ay (xx.xx.1972-xx.xx.1973) olması qeyd edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məktubla Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya l/İT-l № ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1990-xx.xx.2003-cü il tarixlərdə “Naxçıvan X5 Müəssisəsi”ndəki fəaliyyətinin yoxlanılması zərurətinin olması bildirilmişdir. Buna uyğun olaraq da xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla iddiaçının xx.xx.1975-xx.xx.2003-cü il tarixlərdə “Naxçıvan X5 Müəssisəsi” və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi”də işlədiyi illərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlanılmasının mümkün olmadığı nəzərə alınaraq müraciətin təmin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki. mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qevri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı mərkəzi filialına qarşı İddiaçı tərəfindən verilən iddianın araşdırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə və Naxçıvan Muxtar Respublikası Babək Rayon Dövlət Arxivinə xx.xx.2022-ci il tarixdə müvafiq sorğular ünvanlanmışdır. Göndərilən sorğulara verilən cavablara əsasən iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərdəki əmək fəaliyyəti təsdiqlənməmişdir. Belə ki : - NMR Dövlət Nəqliyyat Xidmətinin xx.xx.2022-ci il tarixili cavab məktubunda İddiaçı əmək fəaliyyəti ilə bağlı» Nəqliyyat Xidmətində heç bir məlumatın olmaması qeyd olunmuşdur. - NMR Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda “Naxçıvan X5 Müəssisəsi” və “Babək Rayon Mexanikləsdirmə Müəssisəsi” adlı hüquqi şəxslərin NMR Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmadığı qeyd olunaraq bu səbəbdən də təsis sənədləri haqqında məlumatın təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. - NMR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda daxil olan sorğuya dair məlumatın mövcud olmaması qeyd olunmuşdur. - NMR Babək Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda “Babək Rayon Mexanikləsdirmə Müəssisəsi”nin 1989-1990-cı illərə dair sənədləri sözügedən arxivə təhvil verilmədiyindən iddiaçının işləməsi və ya əməkhaqqı alması barədə məlumatların mövcud olmaması qeyd edilmişdir. - NMR Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı is stajı haqqında arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışına əsasən iddiaçının xx.xx.1989- 03.01,1990-cı illərdə “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi”də işlədiyi qeyd olunsa da, İddiaçı qeyd olunan dövrlərdə yalnız yanvar ayı üzrə əməkhaqqı ödənilmişdir. Digər 11 ay ərzində əməkhaqqı cədvəlində ödəniş aparılması barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa İddiaçı “NMR X5 Müəssisəsinə xx.xx.1975-ci il tarixli 109 №-li əmrlə İİ dərəcə “çilingər” qəbul edilməsi, xx.xx.1976-cı il tarixli 97 №-li əmrlə əmək məzuniyyətindən geri qayıtması, xx.xx.1990-cı il tarixli 5 №-li əmrlə komissiyanın üzvü olaraq rayonlara “sürücü” olaraq göndərilməsi əmr kitabında göstərilsə də, lakin iddiaçının isdən azad olunması barədə heç bir məlumat yoxdur. Əlavə olaraq xx.xx.1989-cu il tarixli 15-k əmrlə “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi”nə isə qəbul edilməsi qeyd olunsa da 1990-cı ilə aid əmr kitabında işdən azad olunmasına dair heç bir məlumat əks olunmamışdır. Eyni zamanda təqdim olunmuş “NMR X5 Müəssisəsi”nə aid 1992, 1993, 1994-cü illərin əməkhaqqı cədvəllərinə əsasən 1992-ci il üzrə aprel və iyun aylarında, 1993-cü il üzrə mart və oktyabr aylarında, 1994-cü il üzrə isə yalnız mart ayında əməkhaqqı ödənilməsi barədə qeydlər mövcuddur. 1995-ci ilin əməkhaqqı cədvəlində adına rast gəlinmədiyi qeyd edilmiş, digər tarixlərə dair heç bir məlumat əməkhaqqı cədvəlinə daxil edilməmişdir. Qeyd olunanlardan və daxil olan cavab məktublarından bir daha məlum olur ki, iddiaçının əmək kitabçasında qeyd edilən sığorta stajı təsdiq olunmur və qanunvericiliklə bu dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyri mümkündür. Buradan göründüyü kimi verilən imtina qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq, sizdən İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus 11633 nömrəli attestatın surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi çilingər-avtotəmirçi peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş ИТ-İ № ******* saylı doldurulma tarixi göstərilməyən əmək kitabçasının 2-7-ci səhifələrində olan əmək fəaliyyəti barədə qeydlərdən görünür ki, iddiaçı xx.xx.1975-ci ildə Naxçıvan Rayonlararası X5 müəssisəsinə fəhlə qəbul edilmiş, xx.xx.1977-ci ildə 3-cü dərəcəli sürücü keçirilmiş, xx.xx.1989-cu ildə müəssisədə olan texnika Babək rayon Mexanikləşdirmə müəssisəsinə verildiyindən həmin tarixdən Babək rayon Mexanikləşdirmə müəssisəsinə sürücü köçürülmüş (qeyd kadr üzrə müəfttiş Səfərova.Q tərəfindən imzalanmış), xx.xx.1989-cu ildə Babək rayon mexanikləşdirmə müəssisəsinə nəqliyyat sahəsinə 83-18 nömrəli avtomaşına sürücü köçürülmüş (qeyd kadr üzrə müəfttiş Babayeva tərəfindən imzalanmış), xx.xx.1990-cı ildə X6 yenidən yarandığından müəssisəyə sürücü köçürülmüş (qeyd Babayeva tərəfindən imzalanmış), xx.xx.1990-cı ildə müəssisəyə sürücü qəbul edilmiş (qeyd qeyd kadr üzrə müəfttiş Səfərova.Q tərəfindən imzalanmış), xx.xx.2003-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (qeyd kadrlar şöbəsi Səfərova tərəfindən imzalanmışdır). Məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/88 nömrəli məktubu ilə göndərilmiş arxiv arayışlarının surətlərindən görünür ki: -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivin xx.xx.2022-ci il tarixli13/895 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən oldu ki, İddiaçı Naxçıvan MR Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsinə xx.xx.1975-ci il tarixli 109 №-li əmrlə İİ dərəcə “çilingər” qəbul edilməsi, xx.xx.1976-cı il tarixli 97 №-li əmrlə əmək məzuniyyətindən geri qayıtması, xx.xx.1990-cı il tarixli 5 №-li əmrlə Komissiyanın üzvü olaraq rayonlara “sürücü” olaraq göndərilməsi əmr kitablarında göstərilmişdir. 2003-cü ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyinə görə işdən azad olunması barədə məlumat yoxdur. xx.xx.1989-cu il tarixli 15-k №-li əmrlə Babək Rayon Mexanikləşdirmə müəssisəsinə işə qəbul edilməsi əmr kitabında göstərilmişdir. 1990-cı ilə dair əmr kitabında işdən azad olunması barədə məlumata rast gəlinmədi. Qeyd: 1. Naxçıvan MR Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsinin 1977,1989-cu illərin əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Əmr kitabları 1990-cı ilə qədərdir. 2.Naxçıvan MR Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsinin 1975-ci ilə dair əməkhaqqı cədvəlində dekabr ayında əməkhaqqı alması göstərilmişdir. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivin xx.xx.2022-ci il tarixli 13/895 nömrəli Arxiv arayışından görünür ki, Həsənov X4 MR X1 işləmiş və aylar üzrə aşağıdakı qaydada əməkhaqqı almışdır: 1992-ci ilin aprel və iyun ayları, 1993-cü ilin mart və oktyabr ayları, 1994-cü ilin mart ayı. Qeyd: 1995-ci ilin əmək haqqı cədvəllərində adına rast gəlinmədi, yuxarı illərin əmək haqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivin xx.xx.2022-ci il tarixli 13/895 nömrəli Arxiv arayışından görünür ki, İddiaçı Babək Rayon Mexanikləşdirmə müəssisəsində işləmiş və aylar üzrə aşağıdakı qaydada əməkhaqqı almışdır: 1990-cı ilin yanvar ayı. Məhkəmənin sorğusuna cavab olaraq Babək Rayon Dövlət Arxivinin 19 iyul 2022-ci il tarixli, 14 nömrəli məktubunda bildirilmişdir ki, “Naxçıvan Rayonlararası X5 Müəsissəsi” və “Babək Rayon Mexaııikləşdirmə Müəssisəsi”nin 1975-2003-cü illərə dair sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, İddiaçı işləməsi və ya əmək haqqı alması haqqında Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 dekabr 2022-ci il tarixli **********56 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “Naxçıvan Rayonlararası X5 Müəssisəsi” və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi” barədə hər-hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********908900 nömrəli məktubunda bildirilmişdir ki, “Naxçıvan Rayonlararası Təsərüffat X8" və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi" qeydiyyat məlumatları barədə müraciətinizə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Naxçıvan Rayonlararası Təsərüffat X8” və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi” Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyata alınmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1048/2023 nömrəli qərardadı ilə iş üzrə iş üzrə sənədlərin kompleks texniki və xətşünaslıq ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli məktubu ilə göndərilmiş Ekspert rəyində qeyd olunmuşdur ki: - Məhkəmə-xətşünaslıq ekspertizası üzrə: 1.1 Ekspertizaya təqdim olunmuş, ИТ- İ № ******* saylı əmək kitabçasının 2-3-cü səhifələrində olan 1-ci və 2-ci sıradakı əlyazmalar – Eyni şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 2-3-cü səhifələrində olan 3-cü sıradakı əlyazmalar və 4-5-ci səhifələrində olan 4-cü sıradakı əlyazmalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim olunmuş, ИT-l № ******* saylı əmək kitabçasının 4-5-ci səhifələrində olan 5-ci və 6-ci sıradakı əlyazmalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.4. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 6-7-ci səhifələrində olan əlyazmalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.5. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 3-cü səhifəsində “Сəфəрова” yazısından əvvəl olan imza, 5-ci səhifəsində olan “Сəфəрова” yazısından əvvəl olan imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.6. Ekspertizaya təqdim olunmuş, ИT -l № ******* saylı əmək kitabçasının 4-5-ci səhifələrində “Baбajeвa” yazısından əvvəl olan imzalar ilə Babək Rayon Texnika Birliyinin 1989-cu il yanvar ayı üçün əmək haqqı cədvəlinin kserosurətində 11-ci sırada “Baбajeвa Ecмиpa” sözlərinin qarşısındakı imza, Babək Rayon Texnika Birliyinin 1994-cü il yanvar ayı üçün hesablaşma cədvəlinin kserosurətində 4-cü sırada “Baбajeвa Ecмиpa” sözlərinin qarşısındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim olunmuş, ИT-l № ******* saylı əmək kitabçasının 2-3- cü səhifələrində olan 1-ci və 2-ci sıradakı əlyazmalar ilə nəticənin 1.2-ci, 1.3-cü, 1.4-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim olunmuş, ИT-l № ******* saylı əmək kitabçasının 2-3- cü səhifələrində olan 3-cü sıradakı əlyazmalar və 4-5-ci səhifələrində olan 4-cü sıradakı əlyazmalar ilə nəticənin 1.1-ci, 1.3-cü, 1.4-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 4-5-ci səhifələrində olan 5-ci və 6-ci sıradakı əlyazmalar ilə nəticənin 1.1-ci, 1.2-ci, 1.4-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 6-7-ci səhifələrində olan əlyazmalar ilə nəticənin 1.1-ci, 1.2-ci, 1.3-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.5. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 3-cü səhifəsində “Сəфəрова Г” yazısından əvvəl olan imza, 5-ci səhifəsində olan “Сəфəрова” yazısından əvvəl olan imza ilə nəticənin 1.6-cı bəndində göstərilən imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 7-ci səhifəsində “Səfərova” soyadının qarşısındakı imza tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzanın əmək kitabçasının 3-cü səhifəsində “Сəфəрова Г” yazısından əvvəl olan imza ilə və 5-ci səhifədə olan “Сəфəрова” yazısından əvvəl olan imza ilə eyni şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Sənədlərin materiallarının tədqiq üzrə:
1. Tədqiqata təqdim olunmuş ИТ-İ № ******* sıradakı “19 05 1975 hэмин тарихдəн гаража гəбул eдилсин əмр N109 19 05 75” əlyazıları, 2-ci sıradakı “həмин тарихдəн Зчу дəрəчəли суручу кечирилсин” əlyazıları, 4-cü sıradakı “20 01 1989 Бабəк pajoн мех муəссисəси həмин тарихдəн этибарəн нəглиjjат саhəсинə 83-18 N-ли автомашына суручу кечирилсин Кадр узрə муфəттиш Бабаева Эмр N-15 -К 20 jaнвap 1989-чу ил” əlyazıları və 5-ci sıradakı “Baбajeвa” yazısından əvvəlki imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.
2. Həmin əmək kitabçasında 2-ci sıradakı “28 04 1977 əмр N70 28 04 77” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.
3. Həmin əmək kitabçasında 3-cü sıradakı “20 01 1989 муəссисəдə олан техника Бабəк pajoн механиклəшдирмə муəссисəнə верилдиjиндəн həмин тарихдəн Бабəк рн мех муəссисəсинə суручу кечурулсун К/узрə муфəттиш Сəфəрова Г əмр N26 20 jaнвap 1989-чу ил” əlyazıları və imza, 4-cü sıradakı “Baбajeвa” yazısından əvvəlki imza və 5-ci sıradakı “03 01 1990 Наxчыван нəглиjjат муəссисəси jeнидəн japaдылдыгындан həмин тарихдəн Myəccиcəjə суручу кечурулсун Кадр узрə муфəт Е Бабаева Эмр N 93 01 март 1990-чы ил” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz ИT-1 № ******* saylı əmək kitabçasının və diplomunuzun surətlərinə əsasən sığorta stajınız (xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək əyani təhsil aldığınız dövr) 10 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, ИT-1 № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırmanın nəticəsinə uyğun olaraq xx.xx.1975-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin sığorta stajını qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlamaq mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. İddiaçının pensiya təminatı üçün tələb olunan 25 il ümumi staj toplanmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə görə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajını təsdiq edən təhsil barədə sənəd, əmək kitabçası mövcuddur. Belə ki, iddiaçının təhsil barədə sənədinə əsasən xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi təhsil dövrü 10 ay 26 gün olmaqla onun ümumi iş stajına hesablanır. Aşağıdakılara əsasən məhkəmə iddiaçıya məxsus təqdim edilən əmək kitabçasını iddiaçının xx.xx.2003-cü ilədək əmək fəaliyyətini təsdiq edən sənədi olaraq mötəbər sübut qismində qəbul etmir. Belə ki, iddiaçının istinad etdiyi ******* nömrəli əmək kitabçasının doldurulma tarixi qeyd edilməmiş, əmək kitabçasını dolduran şəxs Hüseynova soyadlı şəxs qeyd edilsə də həmin şəxsin vəzifəsi, imzası, eləcə də müəsisəsinin möhürü öz əksini tapmamışdır. İddiaçının əmək fəaliyyəti qeydləri Naxçıvan rayonlararası X5 müəssisəsində xx.xx.1975-ci il qeydi ilə başlamış, həmin qeyd, sonrakı xx.xx.1977-ci il qeydini təsdiq edən müəssisə rəhbəri, kadrlar şöbəsinin rəisi və ya digər səalhiyyətli şəxsin imzası ilə təsdiq edilməmişdir. Əmək kitabçasının 2-3-cü səhifələrində 3-cü sırada olan Naxçıvan rayonlararası X5 müəssisəsinə aid xx.xx.1989-cu ilə aid qeydin əmək kitabçasının 4-5-ci səhiflərində 4-cü sırada başqa bir müəssisə-Babək rayon mexanikləşdimə müəssisəsinə aid 1989-cu ilə aid qeydlərlə birlikdə eyni şəxs tərəfindən icra olunduğu ekspert rəyi ilə müəyyən olunmuşdur. Bundan əlavə, əmək kitabçasının 6-7-ci səhifəsində olan kadrlar şöbəsi “Səfərova” tərəfindən edilmiş qeydlərin əlyazmaları əmək kitabçasında Naxçıvan rayonlararası X5 müəssisəsinə aid “Səfərova”nın imzalandığı qeydlərin mətnlərinin eyni şəxs tərəfindən icra olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə əmək kitabçasında 1975-ci ilə aid əmək qeydlərinin, kitabçanın 4-5-ci səhifələrində olan 1989-cu ilə aid qeydlərin, 1990-cı ilə aid “Baбajeвa” yazısından əvvəlki imzanın eyni diyircəkli qələmlə icra olunduğu müəyyən olunmuşdur. Eləcə də kitabçanın 3-cü sıradakı “xx.xx.1989-cu ilə aid qeydin mətninin, 4-cü sırada Babayevaya aid imzanın, 5-ci sıradakı xx.xx.1990-cı ilə aid qeydlərin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunduğu aşkar olunmuşdur. Əmək kitabçasının 5-ci sətrində Naxçıvan Təsərrüfat müəssisəsinə sürücü keçirildiyi, işə qəbul tarixi xx.xx.1990-cı il kadrlar üzrə müfəttiş Babayeva tərəfindən imzalandığı göstərildiyi halda həmin qeydin qarşısında işə qəbul əmrinin tarixi xx.xx.1990cı il olaraq qeyd edilmiş, yenidən xx.xx.1990-cı ildə eyni müəssisəyə sürücü olaraq qəbul edildiyi, həminq eydin qarşısında olan əmrin xx.xx.1990-cı il tarixli olduğu və kadrlar şöbəsi Səfərova tərəfindən imzalandığı qeyd edilmişdir. Göründüyü kimi əmək qeydlərinin özləri ziddiyyətli olmaqla doldurulmada tarix ardıcıllığı gözlənilməmişdir. Beləliklə, müxtəlif illərə aid əmək qeydlərinin rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmasının aşkar edilməsi onu deməyə əsas verir ki, əmək kitabçası eyni şəxs (şəxslər) tərəfindən doldurulmuş, hətta 1989-cu ildəki qeydin icra edildikdən sonra 1 ildən çox müdət keçdikdən və digər müəssisəyə aid kadrlar şöbəsi tərəfindən yenidən eyni diyircəkli qələmlə və eyni şəxs tərəfindən icra edilməsi öz-özlüyündə təqdim olunan əmək kitabçası qeydlərinin əsasən eyni vaxtda daxil edildiyi qənaətinə əsas verməklə bütövlükdə əmək kitabçasının mötəbərliyinə şübhə yaradır. Nəhayət, təqdim edilən əmək kitabçasının son qeydinin icra edildiyi rəngləyici maddəsi, 2003-cü il tarixli işən çıxma qeydinin üzərinə SSR dövrünə aid möhürünün vurulması, ikinci möhürünün məzmunun oxunmaması, ümumiyyətlə iki möhürün vurulmasına zərurətin nədən irəli gəldiyinin müəyyən olunmaması həmin qeydin mötəbərliyini istisna edir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinin bir qismini- 1994-cü ilə aid əmək haqqı alması barədə arxiv sənədlərində öz təsdiqini tapdığı əsası ilə həmin dövrədək olan əmək fəaliyyətini qəbul edilsə belə lakin da işdən çıxma barədə xx.xx.2003-cü il tarixli qeydin əsasında olan əmr arxivdə aşkar olunmamışdır. Sözügedən əmrin arxivdə aşkar olunmaması, eləcə də, həmin əmrlə bağlı qeydin təsdiqləndiyi SSR dövrünə aid möhür, əmək kitabçasının tərtibi ilə bağlı yuxarıda qeyd edilən hallar iddiaçının 1994-cü il tarixdən sonrakı əmək fəaliyyətinin öz təsdiqini tapmadığına, xx.xx.2003-cü il tarixli qeydin əsasının olmadığına dəlalət edir. İddiaçının əmək kitabçasında xx.xx.2003-cü il tarixədək olan dövr nəzərə alınmadığından onun ümumi stajı tələb olunan 25 ilə tamamlanmır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir Həmin Məcəllənin 110.1-ci maddəsainə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsainə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq iddiaçının əmək fəaliyyətinin 1994-cü il tarixdən sonrakı dövr müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair mötəbər sənədlərlə öz təsdiqini tapmadığından mart 1994- noyabr 2003-cü ilədək olan həmin dövrü iddiaçının ümumi iş stajına daxil etmir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi iş stajı yetərli deyildir. Odur ki, iddia tələbi təmin edilməməli, ekspert xərci isə iddiaçıya aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 127 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova