Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10480/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayədəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilən, mübahisə edilən qərarın təsdiq olunmuş surətinin rəsmən ona göndərilməsi, həmin məktubda qeyd edilən pensiyasından tutulmalar aparılmasına dair qərarın qanunazidd olan bəndlərinin ləğv olunması və ona vurulmuş zərərin ödənilməsi barədə qərarın qəbul edilməsi, əvvəlki aldığı 808.29 manat pensiyasının bərpa olunması və 6 il təhsil ilinin həmin məbləğə əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təhsil illərinin pensiya məbləğinə əlavə edilməsi barədə ərizə ilə müraciət etdikdən sonra, elə bil ki, bu onların “acığına gəldi". Belə ki, pensiyası nəinki artı, əksinə onun bilmədiyi səbəbdən kəskin şəkildə azaldı. 2018-ci ilin iyun ayında xəstəliyə görə aldığı pensiyanı yaşa görə pensiyaya dəyişmək üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Bakı şəhəri Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. Həmin vaxt onun 68 yaşı var idi. Yaşa görə pensiya almaq üçün ilkin yaş həddi isə 63 idi. 2018-ci ilin iyun ayında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında və Bakı şəhəri Binəqədi rayon şöbəsində həmin məsələni araşdırıb ona bildirmişər ki, 63 yaşla 68 yaş arasındakı illər fərqini 12 aya vurub, 144-dən çıxıb, alınan rəqəmi toplanmış sığorta kapitalına bölüb, pensiya məbləği təyin olunmalıdır. Məlumat üçün bildirmişlər ki, 2019-cu il və 2021-ci illərdə iki dəfə Binəqədi rayon şöbəsində “audit” yoxlaması aparılmışdır. Bunun 1-ci növbəti yoxlama olmuş, 2-ci isə Binəqədi rayon Şöbəsinin bağlanması ilə əlaqar aparılmışdır. Lakin bu yoxlamaların heç birində hər hansı nöqsan, çatışmamazlıq və ya səhv hesablama aşkar edilməmişdir. Mərkəzi Filialına təhsil illərinin pensiya məbləğinə əlavə edilməsi barədə ərizə ilə müraciət etdikdən sonra isə pensiyası nəinki artı, əksinə suni şəkildə, müxtəlif bəhanələr ilə azaldıldı. Pensiya kapitalının hesablamasında “texniki səhvə” yol verilməsi bəhanə edilərək ondan tutulmalar başlanılmışdır. Onun 68 yaşı tamam olanda, ona münasibətdə pensiyasında təkrar hesabalama aparılmışdır. Mərkəzi Filial isə 68 yaşı nəzərə almamışdır. Başqa sözlə, hesablamaları 68 yaş üzrə deyil, 63 yaş üzrə (ona uyğun olaraq) aparmışdır. Belə mövqe isə səhv və qanunsuz mövqedir. X1vericiliyin tələblərini kobud şəkildə pozmaqla düzgün olmayan hesablamalar və pensyadan qanunsuz tutulmalar aparmışdır. Odur ki, o, ərizə verənə qədər aldığı 808,29 manat pensiyası bərpa olunmalı və 6 il təhsil ili həmin məbləğə əlavə edilməlidir. Qeyd edilən qanunsuz hərəkətlər onun və ailəsinin maddi və mənəvi durumuna çox pis təsir edir. Belə ki, ailə vəziyyəti ağırdır. Himayəsində övladı, yoldaşı və bir azyaşlı nəvəsi vardır. Ailə üzvlərinin heç biri işləmir. Aldığı əmək pensiyası ilə dolanırlar. Yoldaşı öd əməliyyatı keçirmişdir. Həm səhəti həm də, maddi durumu çətin vəziyyətdədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından direktor Mail Məmmədovun imzası ilə daxil olmuş, “müraciətin cavablandırılması haqqında” xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda aşağıdakılar göstərilmişdir: “Daxil olmuş ərizəsinə tərəflərindən aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirmişlər ki, ona "X5" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə xx.xx.2014-cü il tarixində qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətiilə əlaqədar bildirilmişdir ki, “İnzibati icraat haqqında" Qanunun 63.1-ci maddəsinə əsasən İnzibatı orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yaş və hesab səhvlərini düzəldə bilər. xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı məlum olmuşdur ki, müraciəti ilə əlaqədar olaraq xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyasına təhsil illəri əlavə edilərək yenidən hesablanması zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı texniki səhv səbəbindən 50% dəyərində (10.002,45 manat) hesablanmalı olduğu halda 90% (56.361,60 manat) hesablanmışdır. Nəticədə onun yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2018-ci il tarixindən 31 12.2021-ci il tarixinədək artıq ödənilmiş 9.650,47 manat artıq ödəmə müəyyən olunmuşdur. Bu səbəbdən, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 9 650,47 manat vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla 2022-ci ilin may ayından Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilən hərəkət və hərəkətsizlikləri ilə aşağıdakı qanunsuzluqlara yol vermişdir: 1.Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixdə **********9 nömrəli qanunsuz qərar qəbul edilmişdir. Həmin qərarın surəti (məktub istisna olmaqla) bu günə kimi rəsmən ona təqdim edilməmiş və ya göndərilməmişdir. Ona qeyd edilən məktubla cavab verilməklə, həmin qərardan qanunla müəyyən edilmiş müddətdə, inzibati qaydada və məhkəməyə şikayət etmək hüquqları Mərkəzi Filial tərəfindən məhdudlaşdırılmışdır. Nəticədə mövcud qanunvericiliyin tələbləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının “hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”ndan bəhs edən 60-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”. 2. Mərkəzi Filial “X5" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununlarının tələblərinə düzgün əməl etməmiş və təhrif olunmuş nəticələr çıxartmışdır. Nəticədə, qanunsuz olaraq onun pensiyasının məbləğinin azaldılması və ondan tutulmalar aparılması haqqında əsassız və qanunsuz qərar çıxardılmışdır. Bu qərarla ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması, əvvəlcə aldığı 808,29 manat pensiya məbləğinin bərpa olunması və 2022-ci ilin may ayından etibarən artıq ödənilmiş pensiya məbləğinə görə hər ay pensiya məbləğindən tutulmanın qanunsuz hesab edilməsi, tutulmanın dayandırılması və qanunsuz tutulmuş məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizələr icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsinin əsasları kimi ona xx.xx.2014-ci il tarixdən əmək pensiyası təyin edildiyini və 2018-ci ildə cavabdeh quruma xəstəliyinə görə aldığı pensiyanı yaşa görə pensiyaya dəyişmək üçün müraciət etdiyini qeyd etmişdir. İddiaçı iddia edir ki, təhsil illərinin pensiya məbləğinə əlavə edilməsi barədə Mərkəzi Filiala müraciət etdikdən sonra pensiya məbləği ona məlum olmayan səbəblərdən azalmışdır. İddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********9 nömrəli cavab məktubunda iddiaçının xx.xx.2022-ci tarixli müraciətindən sonra, yaşa görə əmək pensiyası yenidən hesablanmış və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının texniki səhv səbəbindən 50% (10,002,45 manat) dəyərində hesablanmalı olduğu halda 90% dəyərində (56.361,60 manat) hesablandığı bildirilmişdir. Nəticədə iddiaçının yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 9.650,47 manat artıq ödəmə olduğu müəyyən olunmuşdur. 2022-ci ilin may ayından etibarən artıq ödənilmiş pul vəsaiti bölünərək iddiaçının aylıq əmək pensiyasından tutularaq, fondun hesabına bərpa edilir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: "X5” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsəsən qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. “X5” Azəbraycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin qanununun 39.2-ci maddəsinə görə qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Sözügedən Qanunun 39.3-cü maddəsinə əsasən bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2022ci il tarixli **********9 nömrəli müraciətin cavablandırılması haqqında məktubda da, göstərildiyi kimi İddiaçı xx.xx.2014-cü il tarixində qüvvədə olan qanunvericiliyə əsasən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh orqana yenidən müraciət etmiş, əmək pensiyasının təhsil illəri də əlavə edilərək yenidən hesablanmasını tələb etmişdir. İddiaçının müraciəti ilə əlaqədar olaraq cavabdeh orqan tərəfindən xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyası təhsil illəri əlavə edilərək yenidən hesablanan zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı texniki səhv səbəbindən 50% dəyərində (10.002,45 manat) hesablanmalı olduğu halda 90% dəyərində (56.361,60 manat) hesablandığı aşkar olunmuşdur. Bu səbəbdən, iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 9.650,47 manat artıq ödəmə yaranması məlum olmuşdur. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən xx.xx.1967-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı illər, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 İl 1 ay sığorta stajı və xx.xx.2006-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10.002,45 manat pensiya kapitalı və xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 19.020.69 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanaraq 697,11 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, cavadeh orqan tərəfindən çıxarılmış qərara əsasən 01 06.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaranmış 9.650,47 manat artıq ödəmə hər ay iddiaçının pensiyasından tutularaq Fondun hesabına bərpa edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı İnzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə əmək pensiyasının məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Beləliklə, inzibati orqan tərəfindən vətəndaşın təqdim etdiyi sənədlər əsasında mövcud stajına və pensiya kapitalına uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və artıq Ödəmə aşkarlanaraq ödəmənin inzibati orqanın büdcəsinə Qaytarılması barədə haqlı olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 iyun 2022-ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, ona “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 10 02.2014-cü il tarixində qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63 1-ci maddəsinə əsasən İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. xx.xx.2022-ci il tarixli müraciətinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı məlum olmuşdur ki, müraciəti ilə əlaqədar olaraq xx.xx.2017-ci tarixində yaşa görə əmək pensiyasının təhsil illəri əlavə edilərək yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı texniki səhv səbəbindən 50 % dəyərində (10 002,45 manat) hesablanmalı olduğu halda 90 % (56 361,60 manat) hesablanmışdır. Nəticədə onun yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixmədək artıq ödənilmiş 9650,47 manat artıq ödəmə müəyyən olunmuşdur. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, 01 09 1967-ci il tarixindən xx.xx.1973-cü ıl tarixinədək təhsil aldığı illər, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 1 ay sığorta stajına və 01 01.2006-cı il tarixindən 01.02 2014-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10.002,45 manat pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 19020,69 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: Hesablandıqdan sonra xx.xx.2022-ci il tarixinə olan məbləğ 697.11 manat təşkil etmişdir. Bu səbəbdən, 01 06.2018-ci ıl tarixindən xx.xx.2021-ci ıl tarixinədək artıq ödənilmiş 9650,47 manat vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla 2022-ci ilin may ayından Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Qeyd olunanlara əsasən bildirmişlər ki, ona təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hsablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azəıbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1,2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubla iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icaat materiallarının təsdiq olunmuş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 29 sentyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubla iş üzrə mütəxəssis rəyi təqdim edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Firudin oğluna xx.xx.1997-ci il tarixindən İİ (ikinci) qrup hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixində əlilliyə görə əmək pensiyasından ümumi əsaslarla yaşa görə əmək pensiyası növünə keçirilməsi haqqında ərizə ilə Fondun keçmiş Binəqədi rayon şöbəsinə müraciət etmişdir. Şöbənin “əmək pensiyası təyin edən komissiyası”nın xx.xx.2018-ci il tarixli 1063 saylı qərarı ilə ona xx.xx.2006-cı il tarixinədək olan 32 il 3 ay 14 gün sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə 28181,08 manat olmaqla xx.xx.2018-ci il tarixindən 594,96 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Firudin oğlunun yaşa görə əmək pensiyası hüququ “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşdan (xx.xx.2014-cü ii tarixdən) yaranır. xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Vətəndaşın hüququ 2014 cü il tarixində yarandığı üçün vətəndaşın pensiyası sözügedən Qanunun tələblərinə uyğun hesablanmalı idi. Qanunun 27-ci maddəsinə əsasən sığortaolunanın 2006-cı il yanvarın 1-dək qazanmış olduğu iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixinə qeydə alınır. Fondun keçmiş Binəqədi rayon şöbəsi xx.xx.2018 ci il tarixində vətəndaşa pensiya təyinatı apararkən sığortaolunanın 2006-cı il yanvarın 1-dək qazanmış olduğu iş stajına görə yaranan pensiya kapitalının hesablanması üçün stajın hər ilini 170 manat nisbətində hesablasa da, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləğini hesablamışdır. Bu da (yəni PSK-nın 90%-lə hesablanması) Qanunvericiliyin tələblərinə ziddir. Sözügedən Qanunun 7-ci maddəsinin həmin dövrdə (2014 cü ildə) qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH- yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144). Həmçinin bildirilmişdir ki, pensiya təyinatı xx.xx.2018-ci il tarixində aparılsa da, pensiyanın tərkib hissələri, yəni baza və sığorta hissələri 2017-ci il vəziyyətinə hesablanmaqla, həmçinin PSK-nin məbləği səhvən 144-ə deyil 72-yə bölünmüşdür. Yəni BH-110,00+SH-82,57 (xx.xx.2006-cı il tarixinədək olan 32 il 3 ay 14 gün sığorta stajından hesablanan PSK 11890,39:144=82,56)+BƏ- 11,00(müh.işt)+PS-391,40 (xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə 28181,08:72=391,40)=594,96 manat hesablanmışdır. Sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2022-ci il tarixindən 808,28 manata çatdırılmışdır. Sözügedən şəxs xx.xx.2022-ci il tarixində 4 saylı DOST mərkəzinə ərizə ilə müraciət edərək, təhsil illəri nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müvafiq olaraq həmin müraciətə Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və filialın əmək pensiyası təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli **********0 saylı Qərarı ilə vətəndaşa xx.xx.2018-ci il tarixində pensiyanın düzgün hesablanmaması müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin şərtlərini və vətəndaşın yaşa görə əmək pensiyası hüququnun “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yarandığını nəzərə alaraq onun pensiyası aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2018-ci il tarixdən BH-116,27+SH-103,20 (təhsil illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixi nədək olan 38 il 1 ay 10 gün sığorta stajından ((cədvəl №1 əlavə edilir)) hesablanan PSK 14860,80:144=103,20)+BƏ-11,00 (müh.iştirakçısı)+PS-87,02 (xx.xx.2006-cı il tarixindən xx.xx.2014-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 50%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2018-ci il vəziyyətinə 12530,88:144=87.02 (cədvəl №2 əlavə edilir)=317,49 manat, xx.xx.2019-ci il tarixdən (317,49-11,00)x3%=315,69+11,00=326,69 manat, xx.xx.2019-ci il tarixdən 326,69-11,00=315,69 manat (müharibə iştirakçısı kimi verilən əlavə prezident təqaüdü kimi ödənildiyi üçün),xx.xx.2020-ci il tarixdən 315,69x16,6%=368,05 manat təşkil etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, vətəndaşın İİ (ikinci) qrup hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar əlilliyə görə hərbi qulluqçu kimi aldığı aylıq pensiya məbləği (384,29 manat) ona təyin olunan ümumi əsaslarla yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixədək olan məbləğindən çoxdur. “X5” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2020 ci il tarixli №240-VİQD Qanunun 1.8-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən ’’X5” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə (6 il və daha çox işlədikdə) “əmək pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanması”sözləri əlavə edilmişdir.Buna görə də vətəndaşın pensiyası komissiyanın qərarına əsasən ’’X5” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə (6 il və daha çox işlədikdə) yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 368,05 x 11,4%+264,18 (xx.xx.2014cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2021-ci il vəziyyətinə 19020,96:72=264,18 manat (cədvəl №3 əlavə edilir) = 674,19 manat, xx.xx.2022-ci il tarixdən 674,19x3,4%=697,11 manat hesablanmaqla hər ay ödənilir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 9650,47 manat məbləğində artıq pensiya ödənişi müəyyən edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciəti xx.xx.2022-ci il tarixli məktubla cavablandırılmışdır. Cavabdehin cavabından narazı qalan iddiaçı bundan sonra xx.xx.2022-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıda sadalanan normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, iddia tələbi cavabdehin artıq ödənilmiş pensiya məbləğinə görə hər ay pensiya məbləğindən tutulmanın qanunsuz hesab edilməsi, tutulmanın dayandırılması və qanunsuz tutulmuş pensiya məbləğinin ona geri qaytarılması hissəsində əsaslı olduğundan təmin ediməlidir. Belə ki, məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.1997-ci il tarixindən İİ (ikinci) qrup hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin edilişdir. İddiaçı xx.xx.2018-ci il tarixində əlilliyə görə əmək pensiyasından ümumi əsaslarla yaşa görə əmək pensiyası növünə keçirilməsi haqqında ərizə ilə Fondun keçmiş Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. İddiaçının təhsil illərinin əmək pensiyasına daxil edilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətindən sonra onun əmək pensiyası yenidən hesablanmış, hesablama nəticəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının texniki səhv səbəbindən 50% dəyərində hesablanmalı olduğu halda 90 % dəyərində hesablandığı bildirilmişdir. Nəticədə iddiaçının yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 9650,47 manat artıq ödəmə olduğu müəyyən olunmuş, artıq ödəmə iddiaçının aylıq əmək pensiyasından tutulmaqla 2022-ci ilin may ayından Dövlət Sosial Müdafiə Fondunun hesbaına bərpa olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “X5” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi və razılıq ərizəsi əsasında qəbul edilmiş qərarı müəyyən edilmir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həlledici əhəmiyyət daşımasa da, pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsi, yəni, əvvəlki aldığı 808,29 manat pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə baxış keçirilən zaman, eləcə də, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının pensiya məbləği qanunvericiliyə uyğun olaraq yenidən hesablanmış, iddiaçının əvvəlki pensiya məbləği ilə indiki pensiya məbləği arasındakı fərq məbləği (hansı ki, bu fərq məbləği iddiaçıya artıq ödənilmiş pensiya məbləğini yaranmasına səbəb olmuşdur) Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin əməkdaşları tərəfindən pensiya məbləğinin düzgün hesablanmaması nəticəsində, fərdi hesabın sığorta hisəssində qeydə alınmış pensiya kapitalının texniki səhv səbəbindən 50 % hesablanmalı olduğu halda, 90 % hesablanması nəticəsində yaranmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı pensiya məbləğindən 2022-ci ilin may ayından etibarən hər ay artıq ödənilmiş pensiya məbləğinə görə tutulma qanunsuz hesab edilsin. Tutulmanın dayandırılması və 2022-ci ilin may ayından etibarən pensiya məbləğindən tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10480/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10480/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver