Məhkəmə qərarları › İş №2-1(112)-10485/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10485/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10485/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müraciətə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağlar massivi 55 nömrəli bağın 412 (dörd yüz on ki) kv. metr özəlləşdirilməmiş hissəsi ilə əlaqədar etdiyi 29 iyul 2021-ci il tarixdə hazırladığı, 04 avqust 2021-ci il tarixdə poçt vasitəsilə sifarişli-xəbərnaməli göndərdiyi, 06 avqust 2021-ci il tarixdə cavabdehə çatdırılan ərizə ilə əlaqədar həmin ərizəsinə rəsmi surətdə cavab verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun adına Binəqədi rayonu, Goradil Bağlar massivində yerləşən 1500 (bir min beş yüz) kv. metrdən ibarət 55 №li Bağ sahəsi olmuşdur. 07 fevral 2014 il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən 412 (dörd yüz on iki) kv. metr torpaq sahəsini qeydə almamışdırlar. Səbəbi şifahi olaraq göstərilmişdir ki, həmin yerdə qalmış 412 (dörd yüz on iki) kv.m. torpaq sahəsi guya dövlət ehtiyaclarına görə “plana düsməliydi” Onun ali, həmçinin hüquqi savadı olmadığımdan, yaşlı olduğundan (həmin vaxt onun 77 yaşı olmuşdur) keçmiş dövlət torpaq və xəritəçəkmə komitəsinin məsul vəzifəli şəxsin sözlərinə inanmışdır. Lakin 7 (yeddi) ildən artıq müddət keçsə də “dövlət ehtiyaclarına görə” heç bir işin aparılmadığını gördüyündən dəfələrlə cavabdeh təşkilata-yəni DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciətlər etmişdir. Ona bu günə qədər rəsmi cavablar gəlməmişdilər. Qeyri- rəsmi olaraq isə bildirmişdilər ki, guya faktiki sahə 1088 (min səksən səkkiz) kv.m. olduğu üçün yerdə qalan 412 (dörd yüz on iki) kv.m. torpaq sahəsini onun adına özəlləşdirə bilməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iclası 18 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəməyə daxil olmuş üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 03.11.2021-ci il tarixli **********99 saylı yazılı etirazında göstərilmişdir ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti 06.08.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə daxil olmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən, göstərilən bağ sahəsi su kəmərinin mühafizə zolağında yerləşdiyindən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Belə ki, sahəyə baxış keçirilən zaman məlum olmuşdur ki, vətəndaşın iddia etdiyi 412 kv. metr əlavə torpaq sahəsində 2 ədəd böyük diametrli dövlət əhəmiyyətli (d=1000 mm) su xətti (yeraltı) keçir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən vətəndaşlara **********01 nömrəli, 10.09.2021-ci il tarixli məktub ünvanlanmışdır. Göründüyü kimi iddiaçıya rəsmi qaydada İdarə tərəfindən məktub ünvanlanmışdır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmişlər və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının Bakı şəhəri. Binəqədi rayonu, Goradil Bağlar massivi 55 nömrəli bağın 412 (dörd yüz on ki) kv. metr özəlləşdirilməmiş hissəsi ilə əlaqədar etdiyi 29 iyul 2021-ci il tarixli müraciətinə cavab verilməsi barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.10.2021-ci il tarixli **********162 №-li məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən, 0.20 hektar torpaq sahəsi olan 1608 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə Bəzirxanov Əmrulla (sənəddə olduğu kimi) arasında 28.09.1967-ci il tarixli, 15124 nömrəli müqavilə bağlanılmışdır. Arxiv qovluğunda saxlanılan 0115 nömrəli akta əsasən bildirilir ki, X4 və İstismarı Birliyinin baş mühəndisi tərəfindən ərazidə aparılan yoxlamalar zamanı aşkarlanmışdır ki, Bəzirxanov Əmrulla (sənəddə olduğu kimi) 1608 nömrəli bağ sahəsindən deyil, 1665 nömrəli bağ sahəsindən istifadə edir. Bu səbəbdən Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən, 0.15 hektar torpaq sahəsi olan 1665 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə Bəzirxanov Əmrulla (sənəddə olduğu kimi) arasında 15.11.1968-ci il tarixli, 15124 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra icarədarın ərizəsi əsasında 20.11.1980-ci və 13.11.1988-ci il tarixlərdə sözügedən bağ sahəsinin icarə müddəti artırılaraq müqavilə ilə rəsmiləşdirilmiş və bağ sahəsinin nömrəsi 55 kimi qeyd edilmişdir. 25.11,1998-ci il tarixdə X1 X4 və İstismarı Birliyinə ünvanladığı müraciət ərizəsi və 15124 nömrəli müqavilə əsasında Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 55 nömrəli bağ evi 11.03.1999-cu il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən bağ evi kimi X2 adına qeydiyyata alınmış və 04.03.2014-cü il tarixdə öz adına dövlət reyestrində vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Daha sonra sözügedən bağ sahəsi 12.08.2016-cı il tarixli, 4Ə-272 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tam hissə ilə 02.09.2016-cı il tarixdə X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 32 saylı notariat ofisində 12.01.2021-ci il tarixdə bağlanmış, 4Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 55 nömrəli bağ evi 23.01.2021 cı il tarixdə Mir-X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır və halhazırda mülkiyyətindədir. Sorğuya uyğun olaraq arxiv əsaslarında saxlanılan sənədlərin, eləcə də sözügedən bağ evi ilə bağlı X2 (nümayəndəsinin) müraciətini və müraciətinə verilmiş cavab sənədinin təsdiq edilmiş surətini təqdim edirlər. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26.10.2021-ci il tarixli **********162 №-li məktubuna əlavə olunmuş **********01 qeydiyyat nömrəli 10 setyabr 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “55” nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, 06.08.2021-ci il tarixli ərizəyə tərəflərindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, göstərilən bağ sahəsi su kəmərinin mühafizə zolağında yerləşdiyindən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi haqqında 24.03.2000-ci il tarixli 56 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mühafizə zonaları müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman (19 sentyabr 2021-ci il) hazırkı tələblə bağlı cavabdeh İnzibati orqan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun müraciətinə artıq 10 sentyabr 2021-ci il tarixdə, yəni iddia məhkəməyə təqdim olunmamışdan əvvəl cavab verilmişdir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müraciətə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi bardə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar