Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10487/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İlyasın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı İlyas məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 30 may 2024-cü il tarixli İQ-39/1 nömrəli qərarın ləğv olunması və qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il təvəllüdlü İddiaçı (Pasport № JB 1163782) 5 mart 2024-cü il tarixində qaçqın statusu almaq üçün vəsatətlə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti iddiaçı barəsində hərtərəfli, tam və obyektiv araşdırma aparmadan qaçqın statusu verilməsindən imtina etmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh orqan qərarında mənim müraciətim üzrə söylədiklərimdə ziddiyyətli məqamların olduğunu bildirsə də, bu məqamları hansı meyarlara əsasən dəyərləndirdiyini və ziddiyyətlərin nədən ibarət olduğunu belə bildirməmişdir. Cavabdeh orqan məsələyə qiymət verərkən Pakistandakı siyasi və ictimai vəziyyəti dəyərləndirməmiş və yalnız gümanlar əsasında qərar vermişdir. Cavabdeh orqan iddiaçının Pakistan Tehrike-e-İnsaaf partiyasına üzv olmağı barədə heç bir sorğu göndərmədən və hərtərəfli araşdırma aparmadan onun heç bir sosial qrupa üzv olmadığını bildirmişdir. Eyni zamanda cavabdeh orqan qərarında qeyd edir ki, iddiaçı heç bir vaxt bu partiyanın mitinqlərində iştirak etməmişdir. X2 Xidməti iddiaçının Pakistanda olarkən siyasi fəallığı barədə məlumatları hansı qaydada toplanmasını, şəxsiyyət və fəaliyyətini hansı meyarlar əsasında dəyərləndirdiyini belə qeyd etmir. Cavabdeh nəzərə almamışdır ki, tərəfdarı olduğu siyasi partiyanın lideri İmran Khana 2022-ci ildə sui-qəsd təşkil olunmuş, sonuncu bunun nəticəsində yaralanmış, tərəfdarlarının isə 2023-cü ildən bir sıra qrupların təzyiqlərinə məruz qalmışdır. Pakistan Tehrike-e-İnsaaf partiyasının rəhbəri cənab İmran Khan 5 avqust 2023-cü il tarixində qanunsuz olaraq həbs edilmiş və onun partiyasının fəaliyyətlərinə süni əngəllər yaradılmışdır. Cavabdeh orqan 8 fevral 2024-cü il seçkiləri ərəfəsində olan davada iştirakını istisna edərək daha bir dəfə qərəzli mövqeyini ortaya qoyur. O davada iştirak bəhanəsi ilə polisə şikayət edildiyini bildirib. Əslində cavabdeh orqan bununla sadəcə Pakistanda siyasi təqiblərin olmaması məntiqini yürüdərək beynəlxalq normativ hüquqi aktlar səviyyəsində təsbit olunan hüquqlarından onu məhrum edir. Qeyd edilən halların hərtərəfli araşdırılması və təhlili zamanı açıq şəkildə görünür ki, cavabdeh orqan iddiaçının siyasi fəaliyyəti və təqib olunmağı barədə heç bir araşdırma aparmadan imtina qərarı vermişdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazında qeyd olunmuşdur ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı (pasport nömrəsi: JB 1163782) ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-39/1 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs DMX-ya müsahibəsi zamanı xx.xx.2024-cü il tarixdə iş tapmaq məqsədilə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. 2. İddiaçı xx.xx.2024-cü il tarixdə Pakistanda keçirilən Parlament seçkiləri zamanı 2 partiya arasında dava olduğunu və həmin davada iştirakına görə polisin onu axtardığını bildirsə də, şəxs həmin tarixdə Azərbaycanda olmuşdur. 3. Həmçinin əcnəbi ərizəsində dinini dəyişdiyini bildirmiş, daha sonra həmin ərizənin dostu tərəfindən yazıldığını və səhv anlaşılma olduğunu etiraf etmişdir. 4. Şəxs xx.xx.2024-cü il tarixdə ölkəyə gəlsə də, qaçqın statusunun alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, cavabdeh orqan yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
4. İş materiallarına əlavə olunmuş Arayış – Müvəqqəti Şəhadətnamədə qeyd olunmuşdur ki, xx.xx.1990-cı il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı Atzaal Ahmada ondan ötrü ki, o, həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 5 mart 2024-cü il tarixdə adına 37-2024 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2024-cü ii tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.
5. Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İQ 39/1 nömrəli Qərarında qeyd edilmişdir ki, Pakistan ishm Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan. xx.xx.1990-cı il təvəllüdlü Ahmaö İddiaçı İlyas (Pasport: № JB1163782) 5 rnart.2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə mürac.ət etmişdir Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adma 37-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Naroval qəsəbəsində anadan olduğunu, milliyyətcə pəncabi. dini etiqadına görə müsəlman (sünni) olduğunu. 8 illik orta təhsil aldığını, maddi ımkansıziıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi 20“4-cü ildə ailə qurduğunu, bu nikahdan 3 övladının olduğunu, atasının 2021-ci ildə vəfat etdiyini, anasının. 2 bacısının və onun ailə üzvlərinin hazırda Pakistanda, 1 qardaşının X1, digər qardaşının isə Səudiyyə Ərəbistanında yaşadıqlarını söyiəmişdir. Ərizəçi 3 fevral 2024-cü il tarixdə Azərbaycana iş tapmaq məqsədilə gəldiyini, burada olarkən 8 fevral 2024-cü il tarixdə keçirilən parlament seçkiləri zamanı “X5 N" (“PML-N”) və 'Pakistan Tehrike-e-İnsaaf (“PTİ”) partiyasının üzvləri arasında dava olduğunu, "PMLr üzvlərinin məsələ ilə bağlı polisə şikayət etdiklərini, şikayət ərizəsində onun (ərizəçinin) da adını qeyd etdiklərini, hazırda məsələ ilə əlaqədar polisin onu axtardığını, bu səbəbdən Pakistana qayıtmaq istəmədiyini, qayıdacağı təqdirdə həbs edilə biləcəyindən ehtiyat etdiyini söyiəmişdir. O, bir müddət Azərbaycan Respublikasında qalmaq istədiyim, problem öz həllini tapdıqdan sonra Pakistana geri qayıtmağı planlaşdırdığını bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin söylədiklərindən onun qorxusunun mənşə ölkəsini tərk etdikdən sonra yarandığı və “sur place” (“yerində qaçqın”) qaçqına çevrilmiş şəxs olduğu ehtimalı yaransa da, şəxsi işini təhlil edərkən vəziyyətinin qaçqın anlayışının meyarlarına cavab vermədiyi məlum olmuşdur. Ərizəçinin ölkəsini tərk etməsinə səbəb olmuş hallarla bağlı söylədiklərində bəzi ziddiyyətli məqamlar aşkar edilm.ş və o, yaranmış uyğunsuzluqlara aydın izahatlar verə bilməmiş, qarışıq və rabitəsiz fikirlər söyləmişdir. Belə ki, ərizəçi “PTİ” partiyasının üzvü olmadığını bildirdiyi halda, qarşı partiyanın onun barəsində polisə şikayət etməsi inandırıcılıq baxımından qəbul edilməmişdir. Eyni zamanda hadisə baş verərkən onun Azərbaycanda olmasını nəzərə alsaq, barəsində polisə şikayət edilməsi də ağlabatan hesab olunmamışdır. Reallıq ondan ibarətdir ki, o. “PTİ” partiyasının heç vaxt üzvü olmamış, bu partiyanın hər hansı mitinq və yığıncaqlarında iştirak etməmiş, partiyada hər hansı rolu və fəaliyyəti olmamış, eyni zamanda hadisə baş verən zaman o, Azərbaycan Respublikasında olmuşdur. Belə olan halda onun barəsində hüquq mühafizə orqanlarına şikayət edildiyini deməsi şübhə doğurmuş və bu şübhə ərizəçinin xeyrinə həll edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, ərizəçi Dövlət Miqrasiya Xidmətinə qaçqın statusunun verilməsi ilə bağlı müraciət edərKən ərizəsində dinini dəyişdiyini, bu səbəbdən ölkəsində təhdid və təzyiqlərə ınəruı qaidığını bildirmişdir. O, müsahibəsi zamanı ərizəsinin Pakistanlı dostu tərəfindən yazıldığını, dostunun məsələni səhv başa düşdüyünü əsas gətirərək ona bir müddət Azərbaycanda yaşamağa icazə verilməsini xahiş etmiş, bir müddət burada yaşadıqdan sonra ölkəsinə qayıdacağını söyləmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə və dini etiqadına görə ciddi şəkildə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü. nə də ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın”a verilən anlayış.n tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci i! tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra oldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir ("Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 30 may 2024-cü il tarixli, 11 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “"Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasfnm 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı Ahmaa İddiaçı İlyasa qaçqın statusu verilməsindən imtina edilmişdir.
6. İddiaçı İlyas barəsində tərtib olunmuş qaçqın statusunun verilməsi haqqında Vəsatət (Ərizə-Anket) iş materiallarına əlavə olunmuşdur.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın geri götürülmüş sayılması
8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
9. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
10. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə şifahi məhkəmə baxışı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən növbəti tarixdə (xx.xx.2024-cü il tarixdə) də iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Odur ki, məhkəmə iddiaçı tərəfindən iş üzrə prosesual marağın ifadə olunduğunu müəyyən etmir.
11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
18. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva