Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10492/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmasını xahiş etmişdir.
2. İddia ərizəsində cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunması formal xəta hesab olunmuşdur.
3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 60 yaşının tamam olduğu 01 sentyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Cəbrayıl rayonu Hovuslu kəndində anadan olmuşdur. 01 oktyabr 1982-ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonun Kirov adına kolxozda sürücü işləmişdir. 11 mart 2008-ci ildə Azərdövlətlahiyə Dövlət Baş X2 geoloji axtarış şöbəsinə geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsinə qəbul olunmuşdur və hal hazırda da həmin vəzifədə işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əmək kitabçası və digər sənədlərlə müraciət etmiş və həmin orqandan iddiaçıya rəsmi cavab verilmidir ki, sığorta stajı qanunvericilikdə 25 il müddət tamamlanmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Belə ki, iddiaçının 01 oktyabr 1982ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonu Kirov adına kolxozda sürücü işlədiyi dövr üzrə əmək kitabçasında qeyd olunan illər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsassən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sğorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvəyə mindiyi günədək sğortaolunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqə, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyünü də təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
5. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina məktubu onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işiərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imxan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) arayışda dəqiq göstərilməlidir. Sözügedən Qaydanın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. Mərkəzi Filiala təqdim edilmiş 18 avqust 1993-cü il tarixli əmək kitabçasında xx.xx.1982- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövrlər üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilməyib. Bu səbəbdən də həmin dövrü iddiaçının əmək stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az (15 il 5 ay (xx.xx.1981-xx.xx.1981-ci il və xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı tərəfindən baxılmışdır. Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-31749/2023 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğuvəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) arayışda dəqiq göstərilməlidir. Sözügedən Qaydanın 4.1.1 -ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun verinə yetirilməsi barədə qeydin olmas» şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 avqust 1993-cü il tarixli əmək kitabçasında xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövrlər üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilməmişdir. Bu səbəbdən də həmin dövrü onun əmək stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az (15 il 5 ay (xx.xx.1981xx.xx.1981-ci il və xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 252 saylı Arayışda qeyd olunmuşdur ki, 1962-ci il təvəllüdlü, Cəbrayıl rayon sakini İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2012-ci il tarixdə hərbi qeydiyyatda olmağın son yaş həddinə çatdığına görə (50 yaş) hərbi qeydiyyatdan silinmişdir. Əsas: Qeydiyyat kartalarının ləğvedilməsi aktı s/s 34.
8. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1982-ci il tarixdə ərizəsinə əsasən kolxoza sürücü qəbul edilmişdir, xx.xx.1993-cü il tarixdə kolxoz üzvlüyündən azad edilmişdir, xx.xx.2008-ci il tarixdə əmək müqaviləsinə əsasən geoloji axtarış şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmişdir.
9. Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun Aqrar İslahatı Komissiyası tərəfindən təqdim edilmiş xx.xx.2001-ci il tarixli, 05 saylı Arayışda qeyd olunmuşdur ki, İddiaçı 01 oktyabr 1982-ci ildən Cəbrayıl rayonu Kirov (Q.Namazəliyev) adına kolxozda sürücü işləməklə QAZ-52 markalı 75-39 AKO nömrəli yük avtomobilini idarə etmişdir.
10. Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunmuşdur ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır və Kirov (Q.Namazəliyev) adına kolxozun fəaliyyəti haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Odur ki, İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur.
11. Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Cəbrayıl rayon Dövlət Arxivində mövcud olan kolxozçuların əmək stajı və qazancının uçot kitabında ayrı-ayrılıqda hər bir kolxoz üçün minimum iş günü göstərilmişdir. Nümunə üçün:
1. M.Ə.Rəsulzadə adına kolxozda qadınlar üçün minumum iş günü 200, kişilər üçün 220
2. K.Məmmədli adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230
3. Araz adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230
4. M.Hüseynzadə adına kolxozda qadınlar üçün minumum iş günü 160, kişilər üçün 200
5. Sabir adına kolxozda qadınlar üçün minumum iş günü 140, kişilər üçün 160 Qeyd olunan kolxozların mühasibat sənədləri, kolxozçunun ümumi yığıncağın protokolları, qərarları işğal zonasında qaldığı üçün məhkəməyə dəqiq məlumat verə bilmirlər. Qeyd: Kolxozda işləyən sürücü, mexanizator və inzibati işçilərin də minimum əmək günləri və iş günü eynidir.
12. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 11 mart 2008-ci il tarixdən halhazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsində işləyir.
13. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində yer səthində geoloji məqsədlərlə buruq qazma ustası- sürücüsü vəzifəsində işləyir. Onun əmək funksiyası Bakı şəhəri və Respublikanın müxtəlif rayon və qəsəbələrində inşa olunacaq obyektlərin layihələndirilməsi ilə əlaqədar geoloji qazma işlərinin yerinə yetirilməsidir.
14. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıradək Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində qazma ustası-sürücüsü vəzifəsində çalışır.
15. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi-geoloji Axtarış işlərində çalışan işçilərin, o cümlədən, “qazma ustası-sürücü” vəzifəsində çalışanların vəzifələri Azərbaycann Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda yer almamışdır.
16. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. İddiaçı iş şəraitini əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edərək bildirdi ki, peşəsi geoloji kəşfiyyat işidir, yerinə yetirdiyi iş çöl şəraitində yerin dərin qatlarından maşınla torpaq çıxarmaqdan ibarətdir.
17. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
18. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
21. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
11. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü il tarixində cavabdeh quruma müraciət etmişdir.
12. Cavabdeh tərəfindən imtinanın əsası kimi iddiaçının əmək kitabçasında xx.xx.1982xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilsə də, qeyd olunan dövrlər üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilmədiyi üçün həmin dövrü onun əmək stajına daxil etmək mümkün olmadığını, ona görə də iddiaçının ümumi iş stajının 25 ildən az (15 il 5 ay (xx.xx.1981- xx.xx.1981-ci il və xx.xx.2008xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyi bildirilmişdir.
13. Məhkəmə bununla bağlı bildirir ki: - Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun Aqrar İslahatı Komissiyası tərəfindən təqdim edilmiş xx.xx.2001-ci il tarixli, 05 saylı Arayışda İddiaçı 01 oktyabr 1982-ci ildən Cəbrayıl rayonu Kirov (Q.Namazəliyev) adına kolxozda sürücü işləməklə QAZ-52 markalı 75-39 AKO nömrəli yük avtomobilini idarə etdiyi qeyd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan məktubda isə Cəbrayıl rayon xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır və Kirov (Q.Namazəliyev) adına kolxozun fəaliyyəti haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Odur ki, İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur.
14. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
16. Məhkəmə eyni zamanda qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
17. Məhkəmə hesab edir ki, Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyi və xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonu işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədlərinin işğal zonasında qalması ilə əlaqədar İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat olmadığı üçün hazırda iddiaçının əmək stajını təsdiq edən əsas sənəd olaraq əmək kitabçası nəzərə alınmalıdır. İddiaçının əmək kitabçasında müvafiq olaraq xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində (10 il 10 ay 18 gün) Kirov adına kolxozda sürücü kimi əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir.
18. Açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən kolxozun qarşısında duran əsas vəzifələr ictimai təsərrüfatı inkişaf etdirməkdən, əmək məhsuldarlığını və ictimai istehsalın səmərəliliyini yüksəltməkdən, intensivləşdirməkdən, onların texniki təchizatını yaxşıladırmaqdan, kənd təsərrüfatı məhsulu istehsalını və dövlətə satışını artırmaqdan, texniki tərəqqinin tətbiqindən, həmçinin kolxozçuların, kommunist tərbiyəsi, ictimai həyata cəlb edilməsi, sosializm yarışının inkişaf etdirilməsi sahəsində iş aparmaqdan, kolxozçuların artan maddi və mədəni tələbatını dolğun etməkdən, kəndləri tədriclə abadlaşdırmaqdan ibarət idi. Kolxozçunun şəxsi mülkiyyətində yaşayış evi və həcmi Nizamnamədə müəyyən edilən yardımçı təsərrüfat, o cümlədən məhsuldar heyvan qalırdı.
19. Məhkəmə hesab edir ki, bir tərəfdən iddiaçının vaxtilə işlədiyi kolxozun arxiv sənədləri işğal zonasında qaldığından fəaliyyəti haqqında ətraflı məlumat əldə etməyin mümkünsüzlüyü onun təqsiri deyil. İddiaçı iş stajını sübut edən zəruri faktiki şərtin mövcudluğunu, yəni kolxozda işləməsinə dair müvafiq qeyd olan əmək kitabçasını təqdim etmişdir. Digər tərəfdən kolxoz barədə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən minimum əmək iştirakı norması kolxoz üzvlərinə (kolxozçulara) şamil edilmişdir. İddiaçı isə həmin kolxozda sürücü işləmişdir, yəni kənd təsərrüfatı məhsulu istehsalını və dövlətə satışını təmin edən şəxs olmamışdır. Odur ki, iddiaçının əmək kitabçasında müvafiq olaraq xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində (10 il 10 ay 18 gün) Kirov adına kolxozda sürücü kimi əmək fəaliyyəti ilə məşğul olduğu dövr onun iş stajı kimi nəzərə alınmalıdır. Bu zaman onun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ən azı 25 il 10 ay 22 gün ümumi əmək stajı var (Mübahisələndirilməyən dövr (xx.xx.1981xx.xx.1981-ci il və xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) və kolxozda işlədiyi dövr (xx.xx.1982-xx.xx.1993-cü il)).
20. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 11 mart 2008-ci il tarixdən halhazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsində işləyir. - Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında qeyd etmişdir ki, qazma ustası sürücü vəzifəsinə uyğun olaraq iddiaçının peşəsi geoloji kəşfiyyat işidir və yerinə yetirdiyi iş çöl şəraitində yerin dərin qatlarından maşınla torpaq çıxarmaqdan ibarətdir. Qeyd olunan hal (iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi) məhkəməyə təqdim edilmiş iddiaçının iş şəraitini əks etdirən fotoşəkillərlə də öz təsdiqini tapmışdır.
21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi Qərarı: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər
22. Məhkəmə tərəfindən ünvanlanmış “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna “İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” qərarına əsasən əmək şəraiti zərərli və ağır peşə hesab olunması, yerinə yetirdiyi işin xüsusiyyəti, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilməsi və iş həftəsi barədə ətraflı məlumatın təqdim edilməsi” barədə sorğulara cavab olaraq, iddiaçının geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsində işlədiyi bildirilsə də, dəfələrlə məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq iddiaçının yerinə yetirdiyi işin xüsusiyyətləri və vəzifə təlimatları barəsində məlumat təqdim edilməmişdir.
23. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin qeyd edilən qərarının 1.3-cü bəndində aşkar şəkildə çöl geoloji axtarış işlərində çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu müəyyən edilir, iddiaçı isə geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsində işləmişdir.
24. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
25. İddiaçının həqiqi hərbi xidmətdə olduğu xx.xx.1981-xx.xx.1981-ci illəri və xx.xx.2008xx.xx.2022-ci illəri əhatə edən dövrün (ümumilikdə 15 il 4 gün) iddiaçının əmək stajına daxil edilməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
26. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək ümumi əmək stajı 25 il 10 ay 22 gün, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 14 il 05 ay 21 gün təşkil edir.
27. Məhkəmə qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.
28. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
29. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
30. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva