Məhkəmə qərarları › İş №2-1(112)-10493/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10493/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10493/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X34 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X12 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X12 və övladları X20 və X8 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.12.1995-ci il tarixində Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 68 saylı mənzilini almışdır. Bu haqda 514 saylı reyestr kitabında qeydiyyata alınmışdır. Bu haqda Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. X6 cavabdehlə 08.01.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan iki övladları X20 və X21 dünyaya gəlmişlər. 99 saylı MKİS-nin rəisi cənab İsrafilovun imzaladığı 28.02.2021-ci il tarixli, 121 saylı arayışdan da, görünür ki, cavabdeh və onun iki övladı ona məxsus mənzildə qeydiyyatdadırlar. Əvvəllər cavabdehin X6 ilə münasibətləri yaxşı olsa da, sonradan bu münasibətləri pozulmuşdur. Xətai Rayon Məhkəməsində nikahın pozulması barədə 2(011)-2233/2020 saylı qətnamə qəbul edilmiş və 19 fevral 2021-ci il tarixində AZ-İ 372969 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. Hal-hazırda cavabdeh və onun övladları X20 və X21 11 sentyabr 2020-ci il tarixdən onun mülkiyyətçi olduğu mənzildə yaşamırlar. Harada yaşamaları ona məlum deyildir. Bakı İnzibat Məhkəməsinin 2-1(112)-10493/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərardadı ilə X12 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 68 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun xüsusi mülkiyyət hüquqları reyestr kitabında 514-cü səhifə, 76942 qeydə alma, 30/76742 nömrəsi ilə, 19.12.1995-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 224092 nömrəli, 28.03.2006-cı il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 01.08.1979-cu il təvəllüdlü X24 ilə 10.03.1973-cü il təvəllüdlü X22 arasında 28.03.2006-cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 372969 nömrəli, 19.02.2021-ci il tarixli Nikahın pozulması haqqında şəhadənamənin surətindən görünür ki, X24 ilə X12 arasında olan nikaha Xətai Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsi əsasında 06.01.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 19.02.2021-ci il tarixdə 88 nömrə ilə qeyd aparılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 02.08.2021-ci il tarixli, 101-22777H-32221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, şəxs yaşayış yeri üzrə qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda çıxarılır. Qanunda göstərilən sənədlərdən hər-hansı biri təqdim edildiyi təqdirdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılması məsələsinə baxıla bilər. İşdə olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 6ÜŞ-17751/21 nömrəli, 03 avqust 2021-ci il tarixli məktubdan görünür ki, onun cavabdehlər X5, X14 və X15 qarşı mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbi barədə ilkin; iddiaçı X4 cavabdehlər İddiaçı və X17 qarşı evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3014/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X5, X14 və X15 qarşı – cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə ilkin iddiası, iddiaçı X4 cavabdehlər İddiaçı və X17 qarşı – mənzilinə köçürülmələrinin və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5129/2021 saylı,16.06.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)- 3014/2021 nömrəli qətnaməsi qismən, yəni “Bu qətnamə X4, X9 və X8 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyaytdan çıxarılmaları üçü əsasdır” hisəssində ləğv edilmiş, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, ərizəsində qeyd edilən məsələ ilə əlaqədar bildirilmişdir ki, cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı ərazi üzrə müvafiq Polis İdarəsinə, imtina edildiyi təqdirdə, ümumi qaydada Bakı İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 710 nömrəli, 09.09.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 68 saylı mənzilində İddiaçı, oğlu 1977-ci il təvəllüdlü X25, oğlu 1979-cu il təvəllüdlü X24, gəlini 1973-cü il təvəllüdlü X12, nəvəsi 2004-cü il təvəllüdlü X20, nəvəsi 2011-ci il təvəllüdlü X21, nəvəsi 2004-cü il təvəllüdlü X16 qeydiyyatdadırlar. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Hüseynova (Rzayeva) Xuraman Canəli qızı ilə X24 arasındakı Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən 28 mart 2006-cı il tarixli 321 saylı akt qeydinə əsasən bağlanılmış nikah pozulması, 13.12.2004-cü il təvəllüdlü X20 və 23 iyun 2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün anaları X4 yanında qalması, 13 dekabr 2004-cü il təvəllüdlü X9 və 23 iyun 2011-ci il təvəllüdlü X1 üçün X10 11.02.2020-ci il tarixdən başlayarq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, X5 ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7728/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2020 saylı iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi “alimentin 11.02.2020-ci il tarixdən tutulması” hissəsində dəyişdirilmiş və alimentin tutulması 02 sentyabr 2020-ci il tarixindən hesablanması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5725/2021 saylı, 13.12.2021-ci il tarixli, İddiaçı cavabdehlər X12, X20 və X15 qarşı mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbi, qarşılıqlı iddiaçı X4 cavabdehlər İddiaçı və X18 qarşı evə köçürülmə tələbinə dair iş üzrə Qərarınının 30-cu bəndindən (apellyasiya instansiyası məhkəməsindəki icraat) görünür ki, apellyasiya məhkəməsinə görə də, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli və mübahisə də, Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir. Çünki, qarşılıqlı iddiaçının köçmək istədiyi mənzil İddiaçı adına 19.12.1995-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş və dövlət reyestrində qeydə alınmışdır. Bunu tərəflərin heç biri mübahiələndirmir, mübahisələndirilən hal həmin mənzilə qarşılıqlı iddiaçının yaxud onunla rəsmi nikahda olmuş, ilk iddiaçının oğlu Rizvan Hüseynovun hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair ilk iddiaçı ilə yaxud hər-hansı şəxslə hansısa müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və rəsmi nikahda olduğu Rizvan Hüseynova məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış, yaxud qeydiyyatda olsa belə, bu hallar qarşılıqlı iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Həmin Qərarının 31-ci bəndindən (apellyasiya instansiyası məhkəməsindəki icraat) görünür ki, apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, qarşılıqlı iddiaçının ilk İddiaçı məxsus mənzildə müvəqqəti yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, qarşılıqlı iddiaçının qeyd olunan mənzilin mülkiyyəçisi olan İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Qarşılıqlı iddiaçının bu istəyi keçmiş qaynanası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından birinci instansiya məhkəməsinin yekun qənaəti, mahiyyəti etibarı ilə düzgün olmuşdur. Həmin Qərarının 44-cü bəndində (kassasiya instansiyası məhkəməsinin mövqeyi) qeyd olunmuşdur ki, işin müəyyən edilmiş hallarına görə qarşılıqlı iddiaçının köçmək istədiyi mənzil ilk İddiaçı mülkiyyətindədir. Qarşılıqlı iddiaçı Xuraman Hüseynova keçmiş qayınanası İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə 2006-cı ildə köçmüş və onlar arasında mənzildən istifadə hüququ ilə bağlı hər hansı yazılı razılaşma olmamışdır. Halbuki, işin müəyyən edilmiş halları baxımından qarşılıqlı iddianın təmin olunmasının yeganə qanuni şərti qarşılıqlı iddiaçının mənzilin mülkiyyətçisi ilə yazılı razılaşmasının olmasından asılıl olmuşdur və belə bir yazılı razılaşmanın olması da, müəyyən edilməmişdir. Həmin Qərarın 45-ci bəndində (kassasiya instansiyası məhkəməsinin mövqeyi) qeyd olunmuşdur ki, Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia və apellyasiya şikayəti üzrə hazırki qərarın 30-31-ci bəndlərində əks ediən dəyərləndirilməsini və tətbiq etdiyi maddi hüquq normalarını əsaslı və qanuni sayır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə mübahisənin həlli üçün zəruri olan bütün halları (mənzilin statusunu, hüquq münasibətləlrinin yaranması vaxtını, tərəflərin mənzildən istifadə ilə bağlı münasiblətlərinin hansı formada olması, mənzildə qeydiyyatın məqsədi, tətbiq ediməli olan maddi hüquq norması və s.) aydınlaşdırmış və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları çərçivəsində düzgün qiymət vermişdir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayəti üzrə əlavə şərhə zərurət görmür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs X12, İddiaçı gəlini olmaqla, oğlu, X24 ilə rəsmi nikahda olmuşlar. Onlar arasında olan rəsmi nikaha Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsi əsasında 06.01.2021-ci il tarixdə xitam vermişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi əsasında eyni zamanda, X12 ilə X11 birgə nikahlarından olan 13.12.2004-cü il təvəllüdlü X20 və 23 iyun 2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün anaları X4 yanında qalması qət edilmişdir. İddiaçı ilə 3-cü şəxs arasında hazırki iş üzrə mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun itirilməsi, mənzilə köçürülmə ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarları (qətnamələri) ilə müəyyən edilmişdir ki, X4 qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də, ola bilməz. X4 bu istəyi keçmiş qaynanası İddiaçı bilavasitə razılığı ilə ola bilərdi ki, iş materialları ilə də, belə bir razılığın olması müəyyən edilmir. X4 qeyd olunan mənzildə faktiki yaşaması, yaxud qeydiyyatda olması belə, onun həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı (qətnaməsi) ilə hazırki iş üzrə 3-cü şəxs X4 mübahisəli mənzilə dair hər hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmçinin X24 ilə birgə nikahlarından olan övladları 13.12.2004-cü il təvəllüdlü X20 və 23 iyun 2011-ci il təvəllüdlü X21 onun himayəsinə verildiyindən, beləliklə də, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların da, yaşayış yeri X4 yaşayış yeri olmalı olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X3 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə X4 övladları ilə birlikdə mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X23 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X4 və onun övladları 13.12.2004-cü il təvəllüdlü X20 və 23 iyun 2011-ci il təvəllüdlü X8 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar