Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10495/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X1 Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) doğumu Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixli 1104 saylı akt qeydi ilə qeydə alınmışdır. Həmin doğum akt qeydində “Uşaq haqqında məlumat” hissəsinin “Doğulduğu vaxt” qrafasında “16 noyabr 1976” qeyd edilmişdir. V-ЖГ 297018 nömrəli doğum haqqında şəhadətnamənin surətindən, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan və AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı doğum tarixi “xx xxxx 1976” qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli “Doğum haqqında təkrar şəhadətnamənin verilməsi haqqında” ərizə ilə 6 saylı Bakı Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Təqdim etdiyiniz şəxsiyyətinizi təsdiq edən sənəddə doğum tarixiniz “xx.xx.1976”-cı il göstərildiyi halda, Bakı Şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1977-ci il tarixli, 1104 saylı doğum haqqında akt qeydində doğum tarixiniz “xx.xx.1976”-cı il kimi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Bildiririk ki, doğum haqqında akt qeydinizdə səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün zəruri sənədləri təqdim etməklə seçdiyiniz qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş və dəyişikliklər edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət etmək hüququnuz vardır. Doğum haqqında akt qeydindəki ziddiyyətlər aradan qaldırıldıqdan sonra Siz müvafiq şəhadətnamə ilə təmin oluna bilərsiniz.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydlərində düzəliş edilərək, doğum tarixinin xx.xx.1976-cı il kimi qeyd edilməsi və həmin düzəlişə əsasən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh 6 saylı Bakı Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdə Bakı şəhərində indiki "Ş.Ələsgərova adına 5 nömrəli X3"ndə (Müstəqillik illərində "Nadejda Krupskaya adına 5 saylı Doğum Evi"nin adı dəyişdirilərək "Ş.Ələsgərova adına 5 saylı Doğum Evi" olub.) dünyaya gəlmişdir. İllər öncə həmin doğum evinin təqdim etdiyi doğum haqqında tibbi arayış əsasında ona doğum haqqında şəhadətnamə verilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında doğum tarixi xx.xx.1976-cı il kimi qeyd edilmişdir. Həmçinin, ona məxsus şəxsiyyət vəsiqəsində də doğum tarixi xx.xx.1976-cı il kimi qeyd edilmişdir. Lakin uzun müddətdir ki, doğum haqqında şəhadətnaməni istifadə etmədiyi üçün şəhadətnaməni itirmişdir. Yaranmış zərurətlə əlaqədar xx.xx.2024-cü il tarixdə doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün 6 saylı Bakı Cavabdehnə müraciət etməli olmuşdur. Lakin 6 saylı Bakı Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/7-A-7xx-xx/2024 №-li cavab məktubu ilə təkrar doğum haqqında şəhadətnamənin ona verilməsindən imtina verilmişdir. Belə ki, imtina məktubunda qeyd edilmişdir ki, şəxsiyyətini təsdiq edən sənəddə doğum tarixi xx.xx.1976cı il göstərildiyi halda, Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1977-ci il tarixli, 1104 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1976-cı il kimi göstərilmişdir. Hesab edir ki, cavabdeh 6 saylı Bakı Cavabdeh imtinası qanunsuz və əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşın təqdim etdiyi sənədlərdə kifayət qədər əsaslar olmadığından doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi və ona şəhadətnamə təqdim edilməsi tərəfimizdən mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı xx.xx.2024-cü il tarixli “Doğum haqqında təkrar şəhadətnamənin verilməsi haqqında” ərizə ilə 6 saylı Bakı Cavabdehnə müraciət etsədə (onun tələbinin təmin olunmasından imtina edilməsinə səbəb doğum haqqında akt qeydindəki məlumat ilə digər sənədlərində olan məlumat arasındakı ziddiyyət olmuş, cavabdeh doğum haqqında akt qeydindəki ziddiyyət aradan qaldırıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin oluna bilməsini bildirmiş və iddaya da eyni münasibət bildirmişdir.), akt qeydində olan məsələ müraciətdən sonradan məlum olmuş, iddiaçı buna uyğun iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh orqanın imtinası, həmçinin iddaya etirazı iddiaçının hazırki tələbinə uyğun olmuşdur. Bu səbəbdən iddiaçının cavabdehə müraciəti iddia tələbindən fərqli olması kimi qiymətləndirilməməlidir. İPM-in 54.2-ci maddəsinə əsasən, cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının doğum haqqında şəhadətnaməsində, ilk dəfə və sonradan verilmiş şəxsiyyət vəsiqələrində onun doğum tarixi xx.xx.1976-cı il tarix göstərilmiş, Bakı Şəhər Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1977-ci il tarixli 1104 saylı doğum akt qeydində isə doğum tarixi xx.xx.1976-cı il göstərilmişdir ki, məhkəmə bunu iddiaçının digər sənədlərinə əsasən düzgün olmayan hesab edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının doğum akt qeydindəki yanlışlıq aradan qaldırılaraq onun doğum tarixi digər sənədlərinə uyğunlaşdırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1976-cı il” tarixdən “xx.xx.1976-cı il” tarixə dəyişdirilməsi və həmin düzəlişə əsasən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 6 saylı Bakı Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2-1(112)-10495/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10495/2024
31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver