Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-105/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İdddiaçının direktoru X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 8 aprel 2020-ci il tarixli **********68322 nömrəli səyyar vergi yoxlaması aktının və 1 iyun 2020-ci il tarixli **********136744 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə qanunvericiliyə uyğun olaraq ünvan 1 ünvanı üzrə vergi orqanında qeydiyyatdan keçmişdir. Onun əsas fəaliyyəti – digər qruplara daxil edilməyən fərdi xidmət fəaliyyətindən (96060) ibarətdir. MMC ölkə vətəndaşlarının şəxsi qızıl məmulatlarının yeni dizaynda və daha peşəkar zərgərlər tərəfindən emal olunması işinin təşkili üzrə sifarişləri yerinə yetirmək xidməti ilə məşğul olur. Bu məqsədlə MMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada, ölkə xaricində – Türkiyədə emal xidməti sahəsində təcrübəsi olan “X17 ve Dış Tic. LTD” Şirkəti ilə müqavilə bağlamışdır. MMC ölkə vətəndaşlarının şəxsi qızıl məmulatlarını öz istəkləri və zövqünə uyğyun yenidən emalı məqsədilə müvafiq sifariş müqavilələri bağlayır, onlardan qızıl məmulatlarını, geri qaytarılması dövründə ödənilməsi tələb edilən rəsmi dövlət ödənişlərini, bank xidməti və emal xidməti haqqlarını və əlavə zərgərlik detallarının dəyərini zərurət yarandıqca müvafiq qaydada və formada təhvil alır. Həmin məmulatlar qanunvericilyə uyğun qaydada MMC tərəfindən ölkədən Türkiyəyə müvəqqəti ixrac edilir, xaricdəki şirkət tərəfindən emal edildikdən sonra ölkəyə idxal olunur və nəhayət emal olunmuş formada qızıl məmulatları, əlavə zərgərlik detalları ilə birlikdə sifarişçi vətəndaşlara geri qaytarılır. Bu sifariş xidməti üçün bağlanmış müqavilə şərtlərinə görə geri qaytarılan qızılın hər qramı üçün 1,20 manat xidmət haqqı MMC-yə yekun akt üzrə ödənilir. Müqaviləyə əsasən sifarişin yerinə yetirilməsi vəziyyəti barədə üzləşmə aktları tərtib edilir. MMC hazırkı fəaliyyəti müddətində sadələşdirilmiş vergi ödəyicisi olmuş, fəaliyyət xüsusiyyətlərinə görə 13 iyun 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən hüquqi ünvanında yerləşən 10 kv.m sahədə fəaliyyət göstərmişdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, MMC nağd hesablaşmaların aparılması məqsədilə kassa mədaxil qəbzlərindən istifadə edir, MMC-nin müvafiq banklarda hesablaşma hesabları mövcuddur. MMC-nin hazırda bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmiş 2 işçisi var. MMC fəaliyyəti dövründə mühasibatlıq uçotunu qanuna uyğun aparır, öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirir. 2018-ci ildən qeyd olunan fəaliyyətə başlayan MMC tərəfindən MMC-nin idxal və ixrac əməliyyatları və s. məlumatarı barədə vergi orqanına bəyannamələr təqdim edilmişdir. Vergi orqanı təqdim olunmuş məlumatlarda uyğyunsuzluqların olması əsası ilə MMC-yə bildirişlər göndərniş, MMC isə, çoxlu sayda eyni formada dəqiqləşdirilmiş bəyannamə təqdim etməyə məcbur olmuşdur. Bundan sonra vergi orqanı 18 oktyabr 2018-ci il tarixdə müvafiq qərarla MMC-də səyyar vergi yoxlamasına başlamışdır. 19 oktyabr 2018-ci il tarixdə başlayan yoxlama 2018-ci ilin fevral – iyun aylarına aid 5 aylıq dövrü əhatə etmiş, 18 ay müddətində iki mərhələdə davam etmiş və 8 aprel 2020-ci il tarixli sayca ikinci olan **********68322 nömrəli yoxlama aktı tərtib olunmaqla başa çatmışdır. 5 aylıq hesabat dövrü ərzində MMC ilə 16 nəfər vətəndaşın qızıl məmulatlarının emalı məqsədilə həmin şəxslərlə bağlanmış 16 müqavilə, qızılın onlardan təhvil alınması barədə 16 akt, rəsmi dövlət rüsumları üzrə və emal xidməti ödənişlərinin həyata keçirilməsi üçün pul vəsaitinin həmin şəxslərdən alınması barədə təhvil aktı və qəbzləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, qaimə, ödəniş qəbzləri, və YGB-lərdən ibarət 9 sayda sənəd dəsti, təkrar idxal proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, təhvil aktı, qaimə, ödəniş qəbzləri və YGB-lərdən ibarət 16 sənəd dəsti, qızılın həmin şəxslərə geri qaytarılması barədə 16 akt, xaricdəki şirkət ilə MMC arasında bağlanmış müqavilə, şirkətə emal üçün ödəniş aktları, habelə 1 nəfər işçidən ibarət olan həmin işçinin qeydiyyatı üzrə şəxsi evində 10 kv.m sahədə fəaliyyət göstərən MMC-nin ümumi mühasibatlıq sənədləri olmaqla, ümumilikdə 395 vərəqdən ibarət sənədlər yoxlamaya təqdim edilmişdir. Bundan başqa həmin dövrə aid heç bir sənəd olmamışdır. 2018-ci ilin 5 aylıq hesabat dövründə qızıl məmulatlarını yeni dizaynda emal edilməsi məqsədilə 16 nəfər sifarişçi-vətəndaşla MMC arasında eyni şərtlərlə bağlanmış 16 sifariş müqaviləsinin şərtlərinə uyğun olaraq, sifarişçilərin şəxsi əmlakı olan qızıl məmulatları, fiziki ölçü və dəyərləri təhvil aktlarında göstərilməklə MMC-yə xaricdən emal olunması məqsədilə təqdim edilmiş, sifarişçilərin istək və zövqlərinə görə yeni dizaynda emal edilməsi məqsədilə həmin qızıl məmulatları fiziki ölçü və dəyərləri müvəqqəti ixrac invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla və müvəqqəti ixrac qaydasında MMC tərəfindən xaricdəki müəssisəyə göndərilmiş, emal olunmuş qızıl məmulatları fiziki ölçü və dəyərləri, emal xidmətinin haqqı və əlavə zərgərlik detallarının dəyərləri təkrar idxal invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla təkrar idxal qaydasında MMC-yə geri göndərilmiş, həmin məmulatlar fiziki ölçü və dəyərləri, habelə əlavə detalların dəyərləri təhvil aktlarında göstərilməklə sifarişçi-vətəndaşlara geri qaytarılmışdır. Xaricdəki şirkətlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, emal məqsədilə alınmış qızıl məmulatları sifarişçilərin tələbinə uyğun dizaynda, keyfiyyətdə və vaxtında emal olunmuş və geri qaytarılmışdır. Bu emal xidmətinin haqqı geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə müəyyən edilir. Sifarişçi-vətəndaşlar ilə MMC arasında bağlanmış müqavilələrin şərtlərinə görə vətəndaşlar həmin qızıl məmulatlarının müvəqqəti ixrac və təkrar idxal prosedurları üzrə tələb edilən bütün ödənişləri (rüsum, yığım, vergi və bank xidmət haqqı) zərurət yarandıqca tam məbləğdə və vaxtında təmin etmiş, eyni zamanda geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə emal xidmətinin haqqını və 1,2 manat/qram hesabı ilə sifariş xidməti haqqını MMC-yə təqdim etmişlər. Vergi orqanı çoxlu sayda qanun pozuntuları və əsassız əlavə vergi hesablanması ilə nəticələnən 8 aprel 2020-ci il tarixli yoxlama aktı tərtib etmiş və bu akta əsasən 1 iyun 2020-ci il tarixli məsuliyyətə cəlb edilmə haqqında qərar qəbul etmişdir. 16 sifariş müqaviləsi və 16 təhvil aktından görünür ki, 2018-ci ilin 5 aylıq hesabat dövründə sifarişçi-vətəndaşlar şəxsi əmlakı kimi müxtəlif formalarda olan, ümumilikdə 2.945.039,25 ABŞ dolları məbləğində dəyərləndirilən və ümumi çəkisi 72.577,2 qram olan qızıl məmulatlarını MMC-yə təhvil vermişlər. Sifarişçi-vətəndaşlardan alınmış qızıl məmulatları emal məqsədilə xaricdəki şirkətə göndərilməmişdən, yəni müvəqqəti ixrac olunmamışdan əvvəl qanunvericilikdə nəzərdə tutulan rəsmi gömrük ekspertizasından keçməlidir. Odur ki, hər bir müvəqqəti ixrac proseduru zamanı qızıl məmulatlarının emal prosesindən sonra geri qaytarılması barədə MMC-dən öhdəlik sənədləri alınmış, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatlarının keyfiyyətə uyğunluq sertifikatları verilmiş, AR Maliyyə Nazirliyi Qiymətli Metallara və X10 Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla müvafiq qəbul qəzbləri verilmiş, AR DGK X6 İdarəsi tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra 2018-ci ilin 5 aylıq hesabat dövründə 9 müvəqqəti ixrac invoysuna əsasən analoji 9 sayda YGB-nin doldurulması təmin edilmişdir. Sadalanan rəsmi sənədlərdən də göründüyü kimi, 2018-ci ilin 5 aylıq hesabat dövründə emal məqsədilə MMC-yə təhvil verilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Müvəqqəti ixrac sənədlərindən də görünür ki, 2018-ci ilin 5 aylıq hesabat dövründə MMC tərəfindən ümumilikdə 2.945.039,45 ABŞ dolları dəyərində və ümumi çəkisi 72.577,2 qram olan qızıl məmulatları Türkiyədəki “X17 ve Dış Tic. LTD” Şirkətinə təhvil verilməsi üçün müvəqqəti ixrac edilmişdir. Qüvvədə olan gömrük qanunvericiliyinə görə ixrac gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 nömrəli “Bəyannamənin tipi” bölməsində “52” kodu qeydi – həmin bəyannamə üzrə ixrac edilən mallar xaricə emal məqsədilə müvəqqəti ixrac edilir və təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanılır. MMC-nin 9 sayda müvəqqəti ixrac bəyannaməsində də eyni kod qeydi mövcuddur. Xaricdəki müəssisə ilə MMC arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qızıl məmulatları emaldan sonra hazır olduqca, təkrar idxal prosedurundan keçirilməklə ölkəyə geri qaytarılmışdır. Bu məqsədlə həmin qızıl məmulatları gömrük sahəsinə daxil olan kimi, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən təhvil aktları və müvəqqəti saxlanc aktları yoxlanılmış, DGK X6 X6 İdarəsi tərəfindən ekspertiza olunmaqla müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra 2018-ci ilin 5 aylıq hesabat dövründə 6 sayda təkrar idxal invoysu üzrə emal olunmaqla MMC-yə təhvil verilmiş 80.280,40 qram qızıl və 4.123,38 qram sirkon daşları olmaqla, ümumilikdə 84.403,8 qram emal edilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Hesabat dövrü üzrə 6 sayda təkrar idxal invoysundan görünür ki, rəsmi gömrük ekspertizasından keçmiş, ümumilikdə 84.403,8 qram qızıl məmulatlarının dəyəri 1.967.514,60 ABŞ dolları, o cümlədən sirkon daşların dəyəri 4.123,38 ABŞ dolları (4.123,38 qram x 1 ABŞ dolları), eyni zamanda müqavilə şərtlərinə görə emal xidmətinin haqqı isə 40.140,19 ABŞ dolları (80.280,40 qram x 0,50 ABŞ dolları) təşkil etmişdir. Gömrük ekspertizasından sonra tərtib edilmiş təkrar idxal gömrük bəyannamələrindən və təkrar idxal invoyslarından da göründüyü kimi, təkrar idxal invoysunda emal xidməti haqqının 40.140,19 ABŞ dolları dəyəri və sirkon daşının 4.123,18 ABŞ dolları dəyəri eyni məbləğ ilə təkrar idxal gömrük bəyannaməsinin 42-ci “invoys dəyəri” bölməsində də invoys dəyəri kimi 44.263,58 (40.140,19 + 4.123,18) ABŞ dolları qeyd edilmişdir. Qızıl məmulatlarının qızıl hissədən olan hissələrinin dəyəri isə, YGB-nin invoys dəyərinə daxil edilmişdir. Bu isə o deməkdir ki, təkrar idxal zamanı yeni bəyan edilən dəyərlilər müvəqqəti ixrac bəyannaməsi ilə bəyan edilmiş qızıl məmulatından əlavə dəyərlilərdir. Bu səbəbdən də, idxal gömrük bəyannaməsinin yuxarı sol hissısindəki 1 nömrəli “bəyannamənin tipi” bölməsində “41” kodu qeydi həmin bəyannamə üzrə idxal edilən malların bundan öncə xaricə emal məqsədilə müvəqqəti ixrac edildiyini, təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanıldığını göstərir. MMC-nin 15 sayda təkrar idxal üzrə YGB-də də eyni kod qeydi mövcuddur. Hesabat dövründə MMC 6 sayda təkrar idxal invoysu ilə ölkəyə təkrar idxal edilmiş, ümumi dəyəri 1.967.514,60 manat ABŞ dolları olan 84.403,8 qram qızıl məmulatları, o cümlədən dəyəri 4.123,38 ABŞ dolları olan 4.123,38 qram sirkon daşları müvafiq təhvil aktları ilə qızılın sahibi olan 12 nəfər vətəndaşa təhvil verilmişdir. Müvəqqəti ixrac və təkrar idxal invoyslarından görünür ki, 1 iyul 2018-ci il tarixə MMC-nin 2 vətəndaşa 231.360,07 ABŞ dolları olmaqla qismən və 4 vətəndaşa 750.288 ABŞ dolları olmaqla tam məbləğdə – ümumilikdə 981.648,07 ABŞ dolları məbləğində emal edilməmiş qızıl öhdəliyi qalmışdır. Həmin qızıl məmulatları isə, 2018-ci ilin növbəti dövrlərində emal edildikcə geri qaytarılmışdır. Sifariş müqavilələrinə uyğun olaraq, 2018-ci ilin 5 aylıq hesabat dövründə sifarişçi-vətəndaşlar da öz müqavilə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmişdir. Akt və qəbzlərdən görünür ki, MMC-nin ixrac və idxal proseslərində dövlət büdcəsi qarşısında bank xidməti üzrə 321,95 manat, xaricdəki şirkət qarşısında emal xidməti haqqı üzrə 68.238,29 manat (40.140,19 ABŞ dolları) və sirkon daşlar üzrə 7,009,75 manat (4.123,39 ABŞ dolları), habelə sifariş xidmət haqqı üçün 96.336,45 manat olmaqla, ümumilikdə 437.836,84 manat vəsaiti sirafişçivətəndaşlar MMC-yə ödəmişlər. Müvəqqəti ixrac və təkrar üzrə YGB-lərin gömrük orqanı tərəfindən təsdiqi üçün gömrük yerində dövlət büdcəsinə ödənişlərin edilməsi tələb olunur. Bu məbləğlər müqavilə şərtlərinə uyğun olaraq vətəndaşlardan təhvil alınmaqla, yerində müvafiq X7 vasitəsilə aidiyyəti üzrə ödənilmişdir. Sifariş xidmətinin haqqlarının tam məbləğdə ödənilməsini sifariş müddətində sifarişçilərdən alınan pul vəsaitləri barədə akt və kassa mədaxil qəbzləri ilə yanaşı, sifarişinin son təhvil verilmə tarixinə tərtib edilmiş üzləşmə aktları da təsdiq edir. Emal xidmətinin haqqı da hər ixrac dövründə qızıl məmulatlarını aparan şəxslər tərəfindən nağd qaydada xaricdəki müəssisəyə ödənilməklə, bu barədə müvafiq ödəniş aktları tərtib edilmişdir. Beləliklə, sənədlərdəki məlumatlardan aydın görünür ki, hesabat dövü (5 ay) ərzində MMC ilə 16 nəfər sifarişi arasında bağlanmış müqavilələrə əsasən 1 iyul 2018-ci il tarixinə sifarişilərə məxsus olan 992, 993, 994, 995 və 996 əyarlı, 72.577,20 qram çəkidə, 2.945.039,25 ABŞ dolları olan dəyərində qızıl məmulatları MMC-yə təqdim edilmiş, eyni çəkidə və dəyərdə qızıl məmulatları müvəqqəti ixrac gömrük rejimi və xaricdə emal məqsədilə xaricdəki müəssisəyə ixrac olunmuş, emaldan sonra rəsmi dövlət ekspertizasından keçməklə, ümumi dəyəri 1.967.514,60 ABŞ dolları olan 84.403,8 qram qızıl məmulatları, o cümlədən dəyəri 4.123,38 ABŞ dolları olan 4123,38 qr sirkon daşları MMC-yə təkrar idxal edilmiş, həmin təkrar idxal olunan qızıl məmulatları qızılın sahibi olan 12 nəfər vətəndaşa təhvil verilməklə geri qaytarılmışdır. Bununla da, sifariş müqavilələri üzrə 1 iyul 2018-ci il tarixinə MMC-nin 2 nəfər sifarişçi-vətəndaşa 231.360,07 ABŞ dolları olmaqla qismən və 4 vətəndaşa isə 750.288,00 ABŞ dolları olmaqla tam məbləğdə – ümumilikdə 981.648,07 ABŞ dolları məbləğində emal edilməmiş qızıl öhdəliyi qalmışdır. Həmin qızıl məmulatları isə, 2018-ci ilin növbəti dövrlərində emal edildikcə sifarişçi-vətəndaşlara geri qaytarılmışdır. 2018-ci ilin 5 aylıq hesabat dövrü üçün MMC-nin dövriyyəsi sifarişçi-vətəndaşlardan emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla rüsum və vergilərin, bank xidmət haqqının, sirkon daşların dəyərinin, emal xidməti və sifariş xidməti haqqlarının ödənilməsi üçün 386.111,05 manat məbləğində olmuşdur. Bu dövriyyənin aylar üzrə artan yekunu göstəricilərindən məlum olur ki, MMC-nin 2018-ci ilin may ayında dövriyyəsi artan yekunla 200.000 manat həddi keçmişdir və bununla da növbəti hesabat ayının 1-dən, yəni 1 iyun 2018-ci il tarixindən MMC-nin ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmışdır. Yoxlama ilə əhatə edilən hesabat dövrü üzrə təqdim olunmuş vergi bəyannamələrində dövriyyə həmin məbləğə uyğun qeyd olunmuşdur. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı ciddi və kobud qanun pozuntularına yol verilmişdir. Birinci pozuntu – yoxlama müddətinin qanunla 90 günədək müəyyən edildiyi halda, heç bir qanuni əsas göstərilmədən 537 gün davam etməsidir. Yoxlama vergi orqanının eyni əməkdaşı tərəfindən aparılsa da, hər mərhələdə tam fərqli formada qanun pozuntularına yol verilməklə və biri-birini təkzib edən mətnli 2 qanunazidd yoxlama aktı tərtib olunmuşdur. Yoxamalanın 1-ci mərhələsi 19 oktyabr 2018-ci il tarixdə başlamış, 14 noyabr 2019-cu il tarixdə başa çatmış, 27 dekabr 2019-cu il tarixdə nəticə aktının təqdim edilməsi ilə cəmi 434 günü əhatə etmiş, bu müddətdə qanunla hər biri 30 günədək olmaqla 9 sayda yoxlamanın müvəqqəti dayandırılması barədə, habelə qanunla hər biri 30 günədək olmaqla 3 sayda yoxlama müddətinin uzadılması barədə qərarlar qəbul edilmişdir. Yoxlamanın 1-ci mərhələsində müddətin uzadılmasına əsas ola bilən tədbir – rəsmi qaydada ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi xidmətlərinə müraciət olunması, yerində baxış keçirilməsi, inventarizasiya aparılması qeydə alınmamışdır. Aktda xaricdəki şirkətə 30 noyabr 2018-ci il tarixdə sorğu ünvanlandığı və yoxlama başa çatanadək cavab alınmadığı qeyd edilmişdir. Yoxlamada müəyyən edilmişdir ki, xaricdəki şirkət ilə bağlanmış müqavilə, mal mübadiləsini təsdiq edən sənədlər və emal xidmətinin ödənişini təsdiq edən sənədlər mövcuddur. Bundan əlavə, MMC-nin bank hesablarından ölkə xaricinə pul göndərilməməsi və xaricdəki şirkət tərəfindən də rəsmi hər hansı pul tələbinin olmaması məlumdursa, vergi orqanı tərəfindən xaricdəki şirkətə sorğu göndərilməsinə və bu səbəbdən yoxlamanı 434 gün uzadılmasına əsas olmamışdır. Yoxlamanın ikinci qanuna zidd mərhələsi ondan ibarətdir ki, 27 dekabr 2019-cu il tarixli 1-ci yoxlama aktından MMC-nin 10 noyabr 2018-ci il tarixli şikayətinin təmin edilməsi – həmin yoxlama aktının ləğv edilməsi ilə başlamış və bu məqsədlə növbəti 13 fevral 2020-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlamaya 28 fevral 2020-ci il tarixli qərarla ekspert dəvət edilmiş, lakin 8 aprel 2020-ci il tarixli 2-ci yoxlama aktında heç bir əsas və səbəb qeyd olunmadan onun rəyindən istifadə olunmasından imtina olunduğu bildirilmişdir. Göründüyü kimi, yoxlama ilə bağlı Vahid Məlumat Reyestrindən (yoxlama.az) 1 dəfə və 30 gün müddəti üçün rəsmi icazə alınsa da, yoxlama qanunsuz olaraq 2 mərhələdə keçirilmiş, MMC-nin hesabat dövrünə aid 395 vərəqlik mühasibatlıq sənədlərini yoxlamaq üçün 90 günədək müddət əvəzinə, ümumilikdə 537 gün (447 gün artıq) vaxt sərf edilmiş və bununla da yoxlama müddəti qanunazidd qərarlarla uzadılmışdır. İkinci pozuntu – vergi orqanının qanunla digər fəaliyyət sahəsinə aid şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin tətbiqi qanunsuz olaraq MMCyə şamil etməsidir. Vergi orqanı AR Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 saylı Qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı»nda 10 saylı əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 nömrəli formalar üzrə qəbzlərdən MMC-nin fəaliyyətində istifadə olunmadığını pozuntu kimi qiymətləndirmişdir. Kollegiyanın həmin qərarına əsasən QM-1 və SQ-1 nömrəli forma üzrə qəbzlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, qiymətli daşların ekspertizası və diaqnostikası, habelə bu məmulatların əyarlanması və damğalanması üçün xüsusi razılıq (lisenziyazı) olan şəxslər tərəfindən müvafiq sifarişi yerinə yetirərkən istifadə edilməsi tələb olunur. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 3 saylı Əlavənin 70-ci bəndində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün xüsusi lisenziya (razılıq) alınması tələb edilir. MMC isə, zərgərlik işini yetirməklə məşğul olmur, bu sahədə emalçı və şifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifarişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə tənzimlənən sənədləşmə işlərinin – tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir və qanuni əsaslıdır. Göründüyü kimi, vergi orqanı istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən MMC-də tətbiq edilməməsini qanun pozuntusu kimi qiymətləndirmiş və buna görə əsassız vergi öhdəliyi müəyyən etmişdir. Üçüncü pozuntu – vergi orqanı tərəfindən yoxlama aktında biribirinə ziddiyyətli ifadələr qeyd edilməklə fərqli mövqelər əks olunmuşdur. Yoxlama aktının 9-cu səhifəsində vergi orqanı hesabat dövründə MMC-nin barter əməliyyatı aparmadığını qeyd etmişdir. Həmin aktın başqa müddəasında isə tam əksinə olaraq, vətəndaşlara məxsus qızıl məmulatlarının müvəqqəti ixrac və emaldan sonra təkrar idxal olunması qanunazidd mülahizələrinə əsasən barter əməliyyatı kimi dəyərləndirilmişdir. Aktın 11-ci səhifəsindəki bu qeyd aktın 9-cu səhifəsindəki qeydi təkzib edir və ziddiyyətli ifadə hesab edilir. Digər tərəfdən də qüvvədə olan Mülki Məcəllənin müddəa tələblərinə uyğun olaraq tərtib edilmiş sifariş müqavilələrinin şərtlərinə, qızıl məmulatlarının təhvil götürülməsi və emaldan sonra geri qaytarılması barədə aktlara, habelə ixrac proseduru zamanı rəsmi müvəqqəti ixrac gömrük nəzarəti rejiminin tətbiqini təsdiqləyən gömrük bəyannamələri və bununla bağlı müvafiq dövlət orqanlarında aparılmış ekspertiza aktları və rəylərinə əsasən, məmulatların MMC tərəfindən özgəninkiləşdirilməsi barədə hər hansı belə qeyd olmamışdır. Eyni zamanda, məmulatların özgəninkiləşdirilməsi ilə əlaqədar şəxsi mülahizələrdən başqa, hər hansı sübutedici fakt, dəlil, sənədilər ilə sübut olunmamış və əsaslandırılmamışdır. Rəsmi sənədlərlə MMC-nin 2018-ci ilin 5-aylıq dövr üçün real ümumi dövriyyəsinin tərkibinin 386.111,05 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanı yoxlama zamanı düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən MMC üçün əlverişli olan halları aydınlaşdırmamış, əksinə olaraq yoxlama aktında fərqli qənaətlər qeyd etməklə, onlara əsaslanaraq qanunazidd vergitutma obyektini müəyyən etmişdir. Dördüncü pozuntu – yoxlama ilə MMC-nin real dövriyyəsinin düzgün müəyyən edilməməsi səbəbindən ƏDV məqsədləri üçün qeydiyyat tarixi yalnış müəyyən olunmasıdır. Yoxlama zamanı vergi orqanı öz qanunazidd mülahizələri ilə müvvəqəti ixrac və təkrar idxal əməliyyatlarını barter əməliyyatları kimi qiymətləndirərək, MMC üçün əsassız dövriyyə müəyyən etməklə, eyni zamanda MMC-nin ƏDV məqsədləri üçün qeydiyyatına alınması tarixini yalnış müəyyən etmiş və bununla bağlı MMC üçün məsuliyyət təyin etmişdir. Halbuki, MMC-nin 2018-ci ilin 5 aylıq dövr üçün ümumi dövriyyəsinin aylar tərkibinin 386.111,05 manat olduğu sənədlərlə müəyyən edilmişdir. Bu dövriyyənin aylar üzrə artan yekunla göstəricilərindən məlum olur ki, MMC-nin 2018-ci ilin may ayında dövriyyəsi artan yekunla 200.000 manat həddi keçmişdir və bununla da 1 iyun 2018-ci il tarixindən MMC-nin ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmışdır. Beşinci pozuntu – yoxlama ilə MMC-nin ƏDV məqsədləri üçün qeydiyyat tarixinin yalnış müəyyən olunması nəticəsində vergi hesabatlarının vaxtında verilməməsi barədə yalnız məsuliyyətinin müəyyən edilməsidir. Yoxlama zamanı vergi orqanı MMC üçün əsassız dövriyyə və ƏDV məqsədləri üçün qeydiyyat tarixi müəyyən edərək, bununla bağlı MMC üçün vergi hesabatlarının vaxtında verilməməsi barədə məsuliyyətlərini təyin etmişdir (160 manat maliyyə sanksiyasının təbiq edilməsi). Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 12, 26-cı maddələrinə, 73-cü maddəsinin İİ-ci hissəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 32, 47.2, 61, 62-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3, 15, 23.1.1, 24, 36, 42, 44, 49, 53, 61, 62, 72.5, 83, 94-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsini 389.1, 390.1, 399.1-ci maddələrinə, İPM-in 2.2.1, 4.1, 12, 14.1, 34.2, 68 – 70-ci maddələrinə əsaslanaraq, cavabdehin 8 aprel 2020-ci il tarixli **********68322 nömrəli səyyar vergi yoxlaması aktının və 1 iyun 2020-ci il tarixli **********136744 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı MMC-nin iddiasına etiraz edilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 oktyabr 2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr – 1 fevral 2018-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək) təyin edilmişdir. Səyyar vergi yoxlamasına 19 oktyabr 2018-ci il tarixdə başlanılmış, 3 aprel 2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə 8 aprel 2020-ci il tarixli **********168322 nömrəli akt tərtib olunmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəssisə ilə (“xidmət göstərən”) müxtəlif 16 nəfər fiziki şəxslər (“sifarişçilər”) arasında xidmət müqavilələri bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən “sifarişçilər”in özlərinə məxsus və mənəvi cəhətdən köhnəlmiş məmulatlarından alınan qızılı (külçə halında) Azərbaycan Respublikasından kənarda, Türkiyə Respublikasında müasir dövrün tələblərinə cavab verən qızıl məmulatlarına çevirmək üçün “xidmət göstərən”ə təhvil verməsi və bu sahədə onun xidmətindən istifadə etməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilələrdə geri verilən qızıl məmulatının hər bir qramı üçün “xidmət göstərən”ə 1,20 manat xidmət haqqının ödənilməsinə dair müddəalar da əks olunmuşdur. Müqavilənin şərtlərinə əsasən malların ixrac və idxalında gömrük əməliyyatları zamanı tutulan rüsum və ödənişlər, aksiz və ƏDV üzrə ödənişlərin həyata keçirilməsi “xidmət göstərən” tərəfindən “sifarişverən”in vəsaiti hesabına həyata keçirilməsi qeyd edilmişdir. Habelə, müqavilələrdə yeni məhsulların hazırlanması zamanı onların modellərinə və dizaynına müvafiq olaraq daşlardan istifadə edilirsə, onların dəyərinin ödənilməsi “xidmət göstərən” tərəfindən “sifarişverən”in vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, “xidmət göstərən”lə müxtəlif fiziki şəxslər (“sifarişverənlər”) arasında bağlanmış müqavilələrə əsasən həmin şəxslərdən müxtəlif alış aktları ilə 992, 993, 994, 995 və 996 əyarlı qızıl külçə (lom formasında) 72.757,20 qram qızıl məmulatları təhvil alınmış və Türkiyə Respublikasının “X18 ve Dış Tic. LTD Şti” şirkəti arasında bağlanmış 14 fevral 2018-ci il tarixli müqaviləyə əsasən qızıl külçə Türkiyə Respublikasına emal olunması adı ilə ixrac olunmuşdur. Müqaviləyə əsasən “X18 ve Dış Tic. LTD Şti” şirkəti qızıldan müxtəlif zinət əşyalarının hazırlanması üçün hər qramına görə 0,5 ABŞ dolları haqq müəyyən edilmişdir. YGB-lərə əsasən ixrac olunmuş qızıl məmulatları 72.577,20 qram çəkidə 2.945.039,25 ABŞ dolları və ya 5.006.594,74 manat məbləğində olmuşdur. Yoxlama ilə əhatə olunan dövr ərzində müxtəlif YGB-lərlə 585 və 750 əyarda 80.280,37 qram miqdarında 2.005.180,92 ABŞ dolları və ya 3.408.807,57 manat dəyərində qızıl məmulatları və sirkon daş 4.123,38 qram miqdarında 4.123,38 ABŞ dolları və 7.519,75 mant dəyərində idxal olunmuşdur. Müəssisə tərəfindən idxal olunmuş 585 və 750 əyarda 80.280,37 qram qızıl məmulatları və 4.123,38 qram sirkon daş bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən həmin fiziki şəxslərə (“sifarişverən”lərə) təqdim edilməsi kimi rəsmiləşdirilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəssisə tərəfindən AR Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»nın 3.1-ci bəndinə uyğun olaraq AR Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında» qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, müəssisə tərəfindən həmin qərarın 9 saylı əlavəsində «Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət mamulatlarının təhvil verilməsi haqqında Qaydalar»ın tələblərinə zidd olaraq müxtəlif fiziki şəxslərdən qəbul edilmiş qızıl külçə məmulatları, habelə emal edildikdən sonra idxal edilmiş qızıl məmulatları adi qaydada hazırlanmış təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, müəssisə tərəfindən qeyd olunan qaydaların9 nömrəli, 10 nömrəli (zərgərlik işləri üçün sifariş qəbzi) əlavələrinin (o cümlədən Forma № QM-1, Forma № SQ- 1) tələblərinə əməl edilməmişdir. Vergi nəzarətinin keçirilməsinə köməklik göstərilməsi üçün 12 fevral 2020-ci il tarixli **********521400 nömrəli məktubla Dövlət Vergi Xidmətinin VCİABİ-nə müraciət olunmuş və görülmüş tədbirlər nəticəsində “sifarişverən” X1 izahat alınmışdır. Digər 14 nəfər “sifarişverən” isə, vergi nəzarəti tədbirlərinin keçirilməsinə köməklik göstərəcəklərini bildirdikləri halda, heç bir köməklik göstərməmişlər. Müəssisə tərəfindən idxal edilmiş qızıl məmulatlarının agent müqavilələrinə əsasən təqdim edilməsi və əvəzində xidmət haqqının alınması, aparılmış sənədləşmələrin vergidənyayınma məqsədi ilə sənədləşdirildiyi və nəticədə Vergi Məcəlləsinin 157.3.1, 159.1, 159.4-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Beləliklə, idxal olmuş və təhvil-təslim aktlarına əsasən ayrı-ayrı şəxslərə təqdim edilmiş (idxal rüsumları daxil olmaqla) 3.627.257,13 manat məbləğində (o cümlədən 585 və 750 əyarda 80.280,37 qram qızıl məmulatları və 4.123,38 qram sirkon daş) qızıl məmulatlarının dəyərinə 18% dərəcə ilə vergiyə cəlb edilməklə 652.906,28 manat məbləğində ƏDV hesablanmşdır. Eyni zamanda yoxlama ilə YGB-ə əsasən idxalda 52.005,07 manat məbləğində ƏDV ödənildiyi, lakin əvəzləşdirilmədiyi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 175.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, idxalda ödənilmiş 52.005,57 manat ƏDV məbləği yoxlama ilə əvəzləşdirilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 157.3.1, 159.1, 175.1.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2018-ci ilin mart-iyun ayları üzrə 600.900,31 (652.906,28 – 52.005,57) manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ƏDV-nin ayrı-ayrı aylar üzrə 636.705,36 manat azaldıldığlına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 318.352,68 manat məbləğində maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. Vergi yoxlamasının materiallarına baxılmanın nəticəsi üzrə 1 iyun 2020-ci il tarixli **********136744 saylı qərar çıxarılmış, ƏDV-nin 600.900,31 mant azaldılması müəyyən edilərək 318.352,68 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 70.3, 77.3, 159.1, 170, 175.1-ci maddələrinə, İPM-in 47, 48, 58.7-ci maddələrinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkənin qərardadı ilə iddia “8 aprel 2020-ci il tarixli **********68322 nömrəli aktın ləğv edilməsi hissəsində” mümkün sayılmamışdır. Məhkəmənin 2-1(112)-5318/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarı “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin sözügedən qərarından cavabdeh tərəfidnən apellyasiya şikayəti verilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi əlavə hesablanmış vergilər 596.766,41 manat, tətbiq edilmiş maliyyə sanksiyaları 318.512,68 manat təşkil edilən iş üzrə çox səthi araşdırma aparmış, icraat və prosessual məsələləri müzakirə edərək, irihəcmli işdə olan çoxsaylı sübutlara hüquqi qiymət verməmiş, hətta iddia ərizəsində iddiaçının 11 bənddə qruplaşdırdığı faktiki halları təsdiq və ya təkzib etmədən, yekun qərar qəbul etmişdir. İş məhkəməyə qayıtdıqdan sonra cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********166237 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən "xxxx" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli **********168322 nömrəli akt tərtib olunmuşdur. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq vətəndaşlardan külçə şəklində zərgərlik məmulatlarının qəbul edilərək, Türkiyə Respublikasında emal edilərək yeni zərgərlik məmulatlarının hazırlanmasının təşkil edilməsi və vətəndaşlara təhvil verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********166677 nömrəli Tələbnamə təqdim edilmişdir. Sənədlərin qismən təqdim olunması barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən həmin sənədlərin götürülməsi zərurəti yarandığı üçün xx.xx.2018-ci il tarixli **********169192 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170990 nömrəli protokol və sənədlərin qismən təqdim olunması barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları va onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda sayyar vergi yoxlamasına ekspert cəlb edilə bilər va ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə cəmiyyət tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ayrı-ayrı şəxslərdən külçə şəklində qəbul edilərək, xaricdə emal edildikdən sonra idxal və təqdim edilmiş zərgərlik məmulatlarının, habelə bu fəaliyyət üzrə göstərilmiş vasitəçilik xidmətinin bazar qiymətlərini müəyyənləşdirməsi məqsədi ilə Baş İdarənin xx.xx.2020-ci il tarixli **********197722 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən ekspert dəvət edilmişdir. Yoxlama zamanı yoxlamaya təqdim edilmiş sənədlərə, habelə mənbəyi bəlli olan digər sənədlərə əsasən vergilərin hesablanması mümkün olduğu üçün zərurət yaranmadığından ekspert rəyi alınmamışdır. Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı VM-nin 157.3.1 maddəsinə əsasən Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəssisə ilə (“Xidmət göstərən") müxtəlif 16 fiziki şəxslər “Sifarişverən”-lər arasında xidmət müqavilələri bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən “Sifarişverən”-lər özünə məxsus olan və mənəvi cəhətdən köhnəlmiş məmulatlarından alınan qızılı (külçə halında) Azərbaycan Respublikasından kənarda, Türkiyə Respubliasında müasir dövrün tələblərinə cavab verən qızıl məmulatlarına çevirmək üçün “xidmət göstərənə” təhvil verilməsi və bu sahədə onun xidmətindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müavilələrdə geri verilən qızıl məmulatının hər bir qramı üçün “xidmət göstərənə” 1,20 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa müqavilənin şərtlərinə əsasən malların ixrac və idxalında gömrük əməliyyatları zamanı tutulan rüsum, və ödənişlər, aksiz və ƏDV üzrə ödənişlərin həyata keçirilməsi “xidmət göstərən” tərəfindən “sifarişverən”-in vəsaiti hesabına həyata keçirilir. Habelə, müqavilələrdə yeni məhsulların hazırlanması zamanı onların modellərinə və dizaynına müvafiq olaraq əlavə daşlardan istifadə edilərsə onların dəyərinin ödənilməsi “xidmət göstərən” tərəfindən “sifarişverən”-in vəsaiti hesabına həyata keçirilir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, “xidmət göstərən” ilə müxtəlif fiziki şəxslər “sifarişverən”-lər) arasında bağlanmış müqavilələrə əsasən həmin fiziki şəxslərdən müxtəlif alış aktları ilə qızıl külçə (lom formasında) 992, 993, 994, 995 və 996 əyarda 72577,20 qram qızıl məmulatları təhvil alınmış və Türkiyə Respublikasının “X18 ve Dış Tic. LTD Şti” Şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən qızıl külçə Türkiyə Respublikasına emal olunması üçün ixrac olunmuşdur. Müqaviləyə əsasən “X18” şirkəti qızıldan müxtəlif zinət əşyalarının hazırlanması üçün hər qramına görə 0,5 ABŞ dolları haqq müəyyən edilmişdir. Yük gömrük bəyannamələrinə əsasən ixrac olunmuş qızıl külçə məmulatları 72577,20 qram çəkidə 2945039,25 ABŞ dolları və ya 5006594,74 manat məbləğində olmuşdur. İxrac edilmiş həmin qızıl külçələri “X18 ve Dış Tic. LTD Şti” Şirkəti tərəfindən emal edildikdən sonra idxal olunur. Yoxlama ilə əhatə olunan dövr ərzində müxtəlif yük-gömrük bəyannamələri ilə 585 və 750 əyyarda 80280,37 qram miqdarında 2005180,92 ABŞ dolları və ya 3408807,57 manat dəyərində qızıl məmulatları və sirkon daş 4123,38 qram miqdarında 4423,38 ABŞ dolları və ya 7519,75 manat dəyərində idxal olunmuşdur. Müəssisə tərəfindən idxal olunmuş 585 və 750 əyarda 80280,37 qram qızıl məmulatları və 4123,38 qram sirkon daş bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən həmin fiziki şəxslərə təqdim edilməklə rəsmiləşdirilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən cəmiyyət tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan vergi ödəyiciləri tərəfindən həmin qərarın 9 nömrəli əlavəsində “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının təhvil verilməsi haqqında” qaydaların tələblərinə zidd olaraq müxtəlif fiziki şəxslərdən qəbul edilmiş qızıl külcə məmulatları, habelə emal edildikdən sonra idxal edilmiş qızıl məmulatları adi qaydada hazırlanmış təhvil-təslim aktları rəsmiləşdirilmişdir. Göründüyü kimi, cəmiyyət tərəfindən qeyd olunan qaydalarının 9 nömrəli, 10 nömrəli (zərgərlik işləri üçün sifariş qəbzi) əlavəsinin (o cümlədən Forma № QM-1, Forma № SQ-1) tələblərinə əməl edilməmişdir. Cəmiyyət tərəfindən idxal edilmiş qızıl məmulatlarının agent müqavilələrinə əsasən təqdim edilməsi və əvəzində xidmət haqqının alınması, aparılmış sənədləşmələrin əsaslı olmasının vergidənyayınma məqsədi ilə sənədləşdirildiyi və nəticədə VMnin 157.3.1 -ci, 159.1 -ci və 159.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Beləliklə, idxal olunmuş və təhvil-təslim aktlarına əsasən ayrı-ayrı şəxslərə təqdim edilmiş (idxal rüsumları daxil olmaqla) 3627257.13 manat məbləğində (o cümlədən 585,750 əyyarda 80280,37 qram qızıl məmulatları və 4123,38 qram sirkon daş) qızıl məmulatların dəyərinə 18% dərəcə ilə vergiyə cəlb edilməklə 652906.28 manat məbləğində ƏDV hesablanmışdır. Eyni zamanda yoxlama ilə YGB əsasən idxalda 52005.97 manat məbləğində ƏDV ödənildiyi, lakin əvəzləşdirilmədiyi müəyyən edilmişdir. Beləliklə, VM-nin 175.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq idxalda ödənilmiş 52005.97 manat ƏDV məbləği yoxlama ilə əvəzləşdirildi. Beləliklə, VM-nin 157.3.1, 159.1 və 175.1.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2018-ci ilin may- iyun ayı üzrə 600900.31 (6529xx.xx-52005.97) manat ƏDV hesablandı və VM-nin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 636705.36 manat azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 318352.68 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan dövr ərzində ümumilikdə 4133,90 manat sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən VM-nin 157-ci maddəsinin təlbəri pozulmuş və nəticədə düzgün olmayaraq 2018-ci ilin 1-ci və 2-ci rübləri üzrə 4133.90 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama ilə Cəmiyyət ƏDV məqsədləri üçün VM-nin 157.3.1 maddəsinə əsasən qeydiyyata alındığı üçün cəmiyyət tərəfindən düzgün olmayaraq hesablanmış 4133.90 manat azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman hesabat dövrü ərzində malların idxalı üzrə əvəzləşdirilən ƏDV-nin vaxtı - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 170-ci maddəsinə əsasən, gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilərsə, malların idxal vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarının “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - İddiaçı MMC-nin ********** qeydiyyat nömrəsi ilə 06 fevral 2018-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən: 1.1. İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. 1.2. Cəmiyyətin hüquqi ünvanı: ünvan 2əmiyyətin təsisçisi: X8 – 10 manat, 10 pay, 100% pul şəklində. 3.1. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğu ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 20 sentyabr 2020-ci il tarixli, KY181262964 nömrəli çıxarışa əsasən yoxlamanın müddəti - xx.xx.2018 – xx.xx.2018-ci il tarixlər, yoxlanılan dövr xx.xx.2018-xx.xx.2018-ci il, yoxlamanın predmeti - vergi qanunvericiliyinə əməl olunması, yoxlamanın növü - növbədən kənar səyyar vergi yoxlaması, yoxlamanın tipi – plandankənar, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas – Vegi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, maddə 38.3.5, yoxlamanın dayandırılması müddətləri - xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək (32 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (32 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (32 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (30 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (32 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (31 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (36 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (34 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (15 gün müddətinə) dayandırılmış, əsası: Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması; yoxlamanın müddətinin artırılması - xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək (48 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (44 gün müddətinə) artırılmışdır. Əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin, yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. - **********168322 nömrəli xx.xx.2019-cu il tarixli “Səyyar vergi yoxlaması” aktına əsasən, fevral 2018 – iyun 2018-ci il vergi dövrü üzrə iddiaçıda növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlama nəticəsində əlavə dəyər vergisinin 8557,16 manat azaldılması aşkar olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 2018-ci ilin iyun ayı üzrə azaldılmış 8557,16 manat vergi məbləğlərinin 50 % miqdarında, yəni 4278,58 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuş, yoxlama nəticəsində sadələşdirilmiş verginin 2018-ci ilin İ və İİ rüblərində 4161,77 manat azaldılması müəyyən olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış vergi məbləğlərinin 50 %-i miqdarında, yəni 2080,89 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuş, Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3-cü maddəsinin tələbəlri pozulduğuna görə 400337,90 (266347,00 + 59215,90 + 74775,00) manat nağdsız qaydada aparılmış əməliyyatların 10% miqdarında 40033,79 manat məbləğində maliyyə sanksiyası təklif olunur. 2018-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi üzrə bəyannamə təqdim olunmadığı üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,00 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuş, səyyar vergi yoxlaması İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2018-ci il tarixli inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən təyin edilmişdir. Belə ki, İddiaçı MMC şikayətində kameral vergi yoxlamasının nəticələri ilə razı olmadığını bildirmiş, xx.xx.2018-ci il tarixli **********002100 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsini, kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi hesablanması barədə” qərarın ləğv edilməsini, kameral vergi yoxlaması ilə sadələşdirilmmiş vergi bəyannaməsi hesablanması barədə” qərarın ləğv edilməsini, kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 1-cu rübü üçün hesablanmış 3600,55 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Sənədlərə iş və müraciətlərə baxılması departamentinin (katiblik) xx.xx.2018-ci il tarixli **********534000 nömrəli qərarına əsasən müəssisədə səyyar vergi yoxlaması təyin edilmişdir. - **********168322 nömrəli xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktına əsasən fevral 2018 – iyun 2018 vergi dövrü üzrə iddiaçıda növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. xx.xx.2020-ci il tarixli, **********197215 nömrəli qərarla 30 gün müddətinə əlavə vergi yoxlama tədbirlərinin keçirilməsi qərara alınmışdır. Aktın 1.9.4-cü bəndində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli, **********197722 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparılmış, yoxlama zamanı yoxlamaya təqdim edilmiş sənədlərə, habelə mənbəyi bəlli olan digər sənədlərə əsasən vergilərin hesablanması mümkün olduğu üçün zərurət yaranmadığından ekspert rəyi alınmamışdır. Səyyar vergi yoxlaması aktının 9-cu səhifəsində göstərilmişdir ki, yoxlanılan dövr əzində aşağıdakı hallar müəssisədə aşkar olunmadı: ...., Barter əməliyyatları; .... Səyyar vergi yoxlaması aktının 10-cü və 11-ci səhifəsində göstərilmişdir ki, yoxlamaa təqdim edilmiş sənədlərə əsasən cəmiyyət tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinin 27 avqust 2004-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikaı Maliyyə Nazirliyinin Kollegiyası 04 aprel 2016-cı il tarixli Q-09 №-li qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və reskvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan vergi ödəyiciriləri tərəfindən həmin Qərarın 9 nömrəli əlavəsində “Qiymətli metalların və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məlumatlarının təhvil verilməsi haqqında” Qaydaların tələblərinə zidd olaraq müxtəlif fiziki şəxslərdən qəbul edilmiş qızıl külçə məmulatları, habelə emal edildikdən sonra idxal edilmiş qızıl məmulatları adi qaydada hazırlanmış təhvil-təslim aktları rəsmiləşdirilmişdir. Göründüyü kimi, cəmiyyət tərəfindən qeyd olunan qaydaların 9 nömrəli, 10 nömrəli (zərgərlik işlər iüçün sifariş qəbzi) əlavəsinin (o cümlədən forma № SQ-1) tələblərinə əməl edilməmişdir. Vergi nəzarətinin keçirilməsinə köməklik göstərilməsi üçün xx.xx.2020-ci il tarixli **********621400 nömrəli məktubla VCİABİ-nə müraciət olunmuş və görülmüş tədbirlər nəticəsində X4 izahatı alınmışdır. Digər 14 nəfər isə vergi nəzarəti tədbirlərinin keçirilməsinə köməklik göstərəcəklərini bildirdikləri halda, həmin şəxslər tərəfindən bugünədək heç bir köməklik göstərilməmişdir. Cəmiyyət tərəfindən idxal edilmiş qızıl məmulatlarının agent müqavilələrinə əsasən təqdim edilməsi və əvəzində xidmət haqqının alınması, aparılmış sənədləşmələrin əsaslı olmasının vergidənyayınma məqsədi ilə sənədləşdirildiyi və nəticədə VM-nin 157.3.1-ci, 159.1-ci və 159.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Beləliklə, idxal olunmuş və təhvil-təslim aktlarına əsasən ayrı-ayrı şəxslərə təqdi medilmiş (idxal rüsumları daxil olmaqla) 3627257.13 manat məbləğində (o cümlədən 585,750 əyyarda 80280,37 qram qızıl məmulatları və 4123,38 qram sirkon daş) qızıl məmulatların dəyərinə 18% dərəcə ilə vergiyə cəlb edilməklə 652906.28 manat məbləğində ƏDV hesablanmışdır. Eyni zamanda yoxlama ilə YGB əsasən idxalda 52005.7 manat məbləğində ƏDV ödənildiyi, lakin əvəzləşdirilmədiyi müəyyən edilmişdir. Beləliklə, VM-nin 175.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq idxalda ödənilmiş 52005.97 manat ƏDV məbləği yoxlama ilə əvəzləşdirilmişdir. Beləliklə, VM-nin 157.3.1, 159.1 və 175.1-ci maddələrinin tələbləri nəzərə alınaqla 208-ci ilin may-iyun ayı üzrə 600900.31 (6529xx.xx-52005.97) manat ƏDV hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 636705.36 manat azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 318352.68 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********136744 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçıya 2018-ci il sadələşdirilmiş vergi üzrə 4133.9 manat, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, 636705,36 manat vergi ƏDV məbləği, 318352,69 manat maliyyə sanskiyası məbləği, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 160 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində istinad edilən, “X18” arasında bağlanmış müqavilə, X9 İdarəsi tərəfindən təqdim edilmiş rəylər, gömrük bəyannamələri, malların ixrac və idxal edilməsi barədə aktlar, xidmət müqavilələri, təhvil-təslim aktları, gömrük rəsmiləşdirilməsi zamanı ödənilmiş pul vəsaitinin təhvil-təslim aktları, invoyslar, qəbul qəbzləri və s. sənədlərin surətləri təqdim edilmişdir. - İddiaçı MMC-nin məhkəməyə təqdim olunmuş əlavə arayışında bildirilmişdir ki, hesabat dövrü üçün mövcud xidmət müqavilələrinə görə MMC-nin dövriyyəsini müəyyən edərkən yalnız sifariş haqqı üzrə mədaxil göstəricisindən istifadə etdiyi üçün MMC sadələşdirlmiş vergi üzrə vergi öhdəliklərinin hesablanmasında yanlışlığa yol vermişdir. Bu müəyyənetmə qaydasında yol verilmiş yanlışlıq səyyar vergi yoxlaması dövründə aşkar edilmişdir. Qüvvədə olan vergi qanunvericiliyin müddəa tələblərinə əsasən məlum olmuşdur ki, mövcud xidmət müqavilələrinə görə sifarişçi – vətəndaşların vəsaitləri hesabına ixrac proseduru zamanı ödənilən gömrük rüsumu və bank xidməti məbləğləri, idxal proseduru zamanı emal xidməti haqqı, sirkon daşlarının dəyəri, idxal gömrük rüsumu və bank xidməti məbləğləri ödəniş tarixləri üzrə, habelə sifariş xidməti haqqı təhvil verilmə tarixi üzrə MMC-nin kassasına mədaxil edildikcə, qurumun faktiki dövriyyəsi hesab edilir. Həmin mədaxil məbləğlərinə görə sadələşdirilmiş vergi öhdəlikləri müəyyən edilərək, bəyannamələr təqdim edilməklə dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, qüvvədə olan qanunvericiliyə əsasən artan yekunla mədaxil dövriyyəsinin 200.000 manatdan artıq olduğu aydan sonrakı ayın 1-dən isə, ƏDV məqsədləri üçün qeydiyyata alınmaq müvafiq ərizə ilə vergi orqanına müraciət edilməli idi. 2018-ci ilin yanvar – iyun aylarında sifarişçi vətəndaşlara məxsus qızılın emal məqsədilə müvəqqəti ixrac prosedurunda gömrük rüsumu və bank xidməti üzrə ödənişləri, emaldan sonra qızıl məmulatlarının təkrar idxal prosedurunda gömrük rüsumu və bank xidməti üzrə ödənişləri, idxaldan sonra qızıl məmulatlarının sifarişçi- vətəndaşlara təhvil verilməsi zamanı sirkon daşlarının dəyəri, emal xidmət haqqı və sifariş xidmət haqqı üzrə ödənişləri müvafiq tarixi ardıcıllıq üzrə sıralayarkən MMC-nin faktiki mədaxil dövriyyəsi 2018-ci ilin yanvar ayında 0,00 manat, fevral ayı üzrə 432,31 manat, mart ayı üzrə 52.060,88 manat, aprel ayı üzrə 79.368,82 manat, may ayı üzrə 137.974,75 manat olmuşdur. Göründüyü kimi, qurumun artan yekunla mədaxil dövriyyəsi yanvar – may aylarında 259.836,77 manat təşkil etmişdir ki, bu da MMC-nin 1 iyun 2018-ci il tarixdən etibarən ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınması öhdəliyini yaradır. Qüvvədə olan qanunvericiliyə görə MMC 2018-ci ilin yanvar – iyun ayları üzrə 269.836,77 manat mədaxil dövriyyəsinə görə sadələşdirilmiş vergi üzrə bəyannamə təqdim etməklə 10.793,47 manat vergini büdcəyə ödəməli idi. Müqayisə üçün həmin hesabat dövrünə görə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə mədaxil dövriyyəsi 70.729,43 manat göstərilmişdir ki, bununla da MMC-nin sadələşdirilmiş vergi üzrə büdcəyə ödənilməli 7.964,20 manat ((269.936,77 manat – 70.729,43 manat) x 4%) məbləğində əlavə vergi öhdəliyi müəyyən olunur. Bununla da, 2018-ci ilin iyun ayında MMC-nin mədaxil göstəricisi 121.230,60 manat təşkil etmişdir ki, buna görə ƏDV bəyanmnaməsi üzrə 102.814,07 manat ƏDV-siz dövriyyəyə görə 18.506,53 manat ƏDV öhdəliyi müəyyən edilir. 2018-ci ilin iyun ayında idxal YGB-yə görə gömrük orqanında ödənilmiş 12.446,50 manat ƏDV məbləği üzrə əvəzləşdirmə hüququ nəzərə alınmaqla qurumun ƏDV üzrə büdcəyə ödənilməli 6.060,03 manat (18.506,53 manat – 12.446,50 manat) məbləğində əlavə öhdəliyi müəyyən olunur. Bu arayışla MMC-nin mədaxil ödənişlərini müvafiq (arayışa əlavə edilən qrafikdə əks olunan) siyahı üzrə aydın müəyyən etmək mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz izahatında bildirmişdir ki, onun ataanasının, bacısının köhnə qızılları var idi. O, müqavilə əsasında həmin Şirkətə qızılın hər qramı üçün 1.20 qəpik ödəyib qızıllarını yeniləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz izahatında bildirmişdir ki, qızıllar öz qızılları olmuş, müqavilə əsasında həmin Şirkətə vermiş, onlar da qızıllarını yeniləyib geri vermişlər. Məhkəmə işin halları ilə bağlı mübahisə yaranan zaman qüvvədə olan qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 155.1-ci maddəsinə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 1.0.7-ci maddəsinə əsasən emal əməliyyatları – quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpa olunma və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunmasıdır; - 1.0.8-ci maddəsinə görə emal məhsulları – emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallardır; - 1.0.18-ci maddəsinə əsasən gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir; - 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir; - 1.0.27-ci maddəsinə görə xaricdə emal – gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük prosedurudur. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac gömrük proseduru altında yerləşdirilir. Həmin Məcəllənin 127.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir: (127.2.1) son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara, (127.2.2) daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin 130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədlərinə malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi də daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş «Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»nın 3.1-ci bəndinə görə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları bu Qaydaların 9-cu hissəsində göstərilən hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Həmin Qaydaların 9.1-ci bəndinə görə aşağıdakı hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur: (9.1.1) malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə, (9.1.2) qüsurlu daxili malların təmiri ilə əlaqədar standart mübadilə sistemindən istifadəyə icazə verildikdə, (9.1.3) xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük ərazisinə qaytarıldıqda. Həmin Qaydaların 9.2-ci bəndinə görə bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur. Həmin Qaydaların 9.4-cü bəndinə görə bu Qaydaların 9.1-ci bəndində göstərilən hallar istisna olmaqla, emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 nömrəli 10 may 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi Halları və Qaydaları»na görə: - (2-ci bənd) dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında aparılır və qiymətli metallardan hazırlanmış məmulatlarda əyar damğalarının və ad damğalarının izlərinin həqiqiliyini müəyyən edir; - (3-cü bənd) dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X10 Dövlət Xidməti tərəfindən həyata keçirilir; - (8-ci bənd) aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzaları Qiymətli Metallara və X10 Dövlət Xidmətinin möhürü ilə təsdiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.2-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 1 iyun 2020-ci il tarixli **********136744 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən etmişdir: - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddəti keçdikdən sonra artırmışdır. Halbuki, Vergi Məcəlləsi (maddə 38) səyyar vergi yoxlaması üzrə müddətin hesablanmasını iş günü ilə müəyyən etməmiş, həmçinin yoxlamanın artırılması müddətini 90 gün deyil, ilkin yoxlama müddətinin artırılmış müddətlə birlikdə 90 günədək davam edə bilməsini nəzərdə tutmuşdur. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. Eyni zərurət, vergi orqanı tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özülüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. İşdə olan sənədlərlə məlum olur ki, vergi orqanı “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” 13 fevral 2020-ci il tarixli qərarının həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. İddiaçı MMC ilə sifarişçi-vətəndaşlar arasında, habelə onunla Türkiyə Respublikasındakı malları emal edən şirkət arasında bağlanmış müqavilələr qüvvədə olduğu, eləcə də digər dövlət orqanlarının (AR Maliyyə Nazirliyi və gömrük orqanları) qızıl məmulatlarının müvəqqəti ixrac və sonradan emal olunmuş malların təkrar idxal gömrük prosesdurları altında yerləşdirilməsinə ekspert rəyləri və bəyannamələrlə razılıq verdikləri, Gömrük Ekspertiza İdarəsinin ekspertiza tədqiqatının nəticəsində iddiaçı müəssisə tərəfindən idxal olunan qızıl məmulatların “emaldan sonra idxal olunan zərgərlik məmulatı” kimi qiymətləndirildiyindən, bununla da digər inzibati orqanlar başqa inzibati icraatlarda həmin halları qəbul etdikləri halda, vergi orqanı (inzibati orqan) bunun əksinə olaraq özünün ehtimal və mülahizələrə əsaslanaraq, bu əməliyyatı “barter” qismində qiymətləndirməklə vergi ödəyicisi kimi iddiaçıya müvafiq məbləğdə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyə üzrə mal təqdim edilməsinə görə əlavə vergi məbləği hesablamışdır. Halbuki, əməliyyatın “barter” xarakterli olması üçün Türkiyə Respublikasındakı şirkətə göndərilən qızıl məmulatı ixracatçı kimi hazırkının özünə məxsus olmalı idi. Lakin iş materiallarındakı yük gömrük bəyannamələri, müqavilələr, ekspert rəyi və aktları, qəbzlər, müvafiq təhvil-təslim və üzləşmə sifarişçi-vətəndaşlardan təhvil alınaraq Türkiyə Respublikasdına göndərilmiş qızıl məmulatlarının iddiaçıya məxsus olmamasını və emal məqsədilə müvəqqəti ixrac olunduğunu tam şəkildə təsdiqləyir. Eləcə də, cavabdeh orqan bunu “barter” əməliyyatı kimi adlandırsa da, səyyar vergi yoxlaması aktının 9-cu səhifəsində bunu inkar edərək iddiaçı müəssisədə “barter” əməliyyatının aşkar edilməməsini göstərmişdir. Belə olan təqdirdə, ümumiyyətlə cavabdehin iddiaçının “barter” əməliyyatları aparması ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Sözügedən hallar həmçinin şahid ifadələri ilə də, öz təsdiqini tapmışdır. Yoxlama zamanı vergi orqanı AR Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016- cı il tarixli Q-09 saylı Qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı»nda 10 saylı əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 formalı qəbzlərdən istifadə olunmamasını iddiaçının fəaliyyətində pozuntu kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı “zərgərlik” fəaliyyəti ilə məşğul olmur, çünki bu barədə müvafiq xüsusi razılıq (lisenziya) tələb olunur və ona verilməmişdir. Cavabdeh yenidən emalla bağlı xidmət göstərildiyi təqdirdə qızılın təhvil-təsliminin müvafiq ciddi hesabat blankları ilə rəsmiləşdirilməli olmasına, vergi ödəyicisinin isə tələb edilən qaydada ciddi hesabat blanklarının tətbiq edilməməsinə istinad edərək, onun fəaliyyətinin iddia etdiyi kimi “xidmət” olmadığına dair dəlili ilə əlaqədar isə məhkəmə qeyd edir ki, mühasibat uçotunun qaydalarına riayət edilməməsi bir mənalı olaraq tərəflər arasında “xidmət müqaviləsi”nin bağlanmaması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, cavabdeh iddiaçının xidmət müqavilələrini uydurma əqd kimi qiymətləndirir. Qanunvericiliyə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mühasibat uçotunun qaydalarına riayət edilməməsi xidmət müqavilələrin uydurma əqd olmasına deyil, mühasibat uçotunun qaydalarının pozulmasına dəlalət edir ki, iddiaçı yalnız buna görə məsuliyyət daşıya bilər. Məhkəmə inzibati orqanın bu mövqeyini də, əsaslı saymır. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının 5 aylıq yoxlama dövründə 2 nəfər işçi cəlb olunmaqla və fəaliyyət göstərdiyi təsərrüfat subyekti 10 kv.m təşkil etdiyi halda (bunlar inzibati orqan tərəfindən təkzib olunmamışdır), onun dövriyyəsi və ona münasib vergi yükü yetərli sübutlarla müəyyənləşdirilməlidir. Vergi məbləğləri yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan hallar və qaydada hesablana bilər. Bu hesablamalar isə, konkret rəsmi sənədlərə istinadən aparılmalıdır. İddiaçının dövriyyəsi ilə əlaqədar məhkəmə icraatında özünün etiraf etdiyi xüsusatlara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının öhdəliyi qızıl məmulatları xarici ölkəyə emal üçün göndərib emaldan sonra hazır məhsul ölkə ərazisinə qaytarılmaqla məmulatların sahiblərinə verilməsindən ibarət olsa da, bütöv bu əməliyyat çərçivəsində iddiaçının dövriyyəsi və vergi öhdəliyi heç də onun vergi orqanına təqdim etdiyi bəyannamələrdəki məbləğlərdə deyil. Belə ki, müvafiq hesabat dövründəki aparılan əməliyyatlar çərçivəsində dövriyyə müəyyənləşdirilərkən sifarişin yerinə yetirilməsi üçün xidmət haqqı ilə yanaşı, həm də iddiaçının xaricdəki şirkətə emalla əlaqədar ödədiyi xidmət haqqı, emal üçün qızıl məmulatlarına əlavə olunan daşların (sirkon) dəyəri nəzərə alınmalıdır. İddiaçının “arayış”a əlavə olaraq təqdim etdiyi sənədlərə əsasən 2018-ci ilin yanvar – iyun ayları üçün 70.729,43 manat dövriyyə bəyan etmişdir. Halbuki yanvar – may ayları üzrə bütün müvafiq məbləğlər nəzərə alınmaqla qurumun sadələşdirilmiş vergi üzrə dövriyyəsi 269.836,77 manat olmuşdur və bununla da iddiaçı 2018-ci ilin may ayında AR Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğyun olaraq ƏDV məqsədləri üçün həmin ilin iyun ayının 1-dən ƏDV məqsədləri üçün qeydiyyata alınmalı idi. Onun 2018-ci ilin iyun ayı üçün dövriyyəsi yuxarıda qeyd edilən müvafiq haqq və dəyərlər də nəzərə alınmaqla 102.814.07 manat (ƏDV-siz) təşkil edir. İddiaçının sadələşdirilmiş vergi üzrə dövriyyə yayındırılması 199.107,34 manat və bu dövriyyə üzrə yayındırılmış sadələşdirilmiş vergi məbləği 7.964,29 manatdır. Eyni zamanda 2018-ci ilin iyun ayı üçün ƏDV üzrə dövriyyə yayındırılması 102.814.07 manat və bu dövriyyə üzrə müvafiq əvəzləşmə (2018-ci ildə gömrük orqanında idxal YGB üzrə ödənilmiş 12.446,50 manat) nəzərə alınmaqla ƏDV yayndırılması 6.060,03 manat (18.506,53 – 12.446,50 manat) təşkil edir. Ümumi azldılmış vergi məbləği 14.024,32 (6.060.03 + 7.964,29) manatdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən 1 iyun 2020-ci il tarixli **********136744 nömrəli qərar, qismən, yəni 14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (1 iyun 2020- ci il tarixli **********136744 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə məhkəmə iş üzrə sübutlara tam həcmdə qiymət verərək hesab edir ki, yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının ərizəsində göstərilən dəlillərinə iş materiallarında olan sənədlərlə qarşılıqlı yoxlama nəticəsində, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmimş şahid ifadələri nəzərə alınmaqla məhkəmə tərəfindən tam həcmdə qiymət verilərək, cavabdeh vergi orqanının qərarının mübahisələndirilən hissədə əsassız olması sübuta yetirildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) 1 iyun 2020-ci il tarixli **********136744 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 57, 58, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin aktla bağlı dəlilləri isə, ümumiyyətlə qərarda yer almamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 1 iyun 2020-ci il **********136744 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarında da (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) ifadə olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarı “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-105/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-105/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver