Məhkəmə qərarları › İş №2-1(112)-105/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-105/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-105/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X10, Üçüncü şəxsin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehnə (üçüncü şəxs X11) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında ( Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X17 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 0,6 hektar torpaq sahəsinin ayrılmasına dair Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 0,6 hektar torpaq sahəsinin X2 ayrılması nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qanuni hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Belə ki, Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarı Müdafiə Nazirliyinə keçmiş Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli və xx.xx.1952-ci il tarixli 46 nömrəli qərarları ilə ayrılmış və “Badamdar-15” hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsinə aid verilmişdir. Qərar barədə Müdafiə Nazirliyinə Bakı İnzibati Məhkəməsində iddiaçı X15 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair 2-1(112)-6480/2021 saylı inzibati işdən məlum olmuşdur. Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli və xx.xx.1952-ci il tarixli 46 nömrəli qərarları ilə SSR-i Müdafiə Nazirliyinə 32 hektar torpaq sahəsi ayrılmış, torpaq sahəsində “Badamdar-15” hərbi şəhərciyi salınmışdır. Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il tarixli 211-Xİİ nömrəli qərarı ilə SSR-i Silahlı Qüvvələrin Azərbaycan Respublikası ərazisində yerləşən hissələrinin və bölmələrinin silahı və digər maddi-texniki sərvətləri, o cümlədən binaları milliləşdirilsin. All Sovetinin qeyd olunan qərarın icrası ilə əlaqədar “Badamdar-15” hərbi şəhərciyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansına qəbul edilmiş, şəhərcikdə Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan N nömrəli hərbi hissə dislokasiya olunmuşdur. Hal-hazırda hərbi şəhərcik Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin balansında və təminatındadır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciklərin inventarizasiyası aparılmışdır. 1999-cu ildə aparılmış inventarizasiyası zamanı Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin balansında olan “Badamdar-15” hərbi şəhərciyin sərhədləri dəqiqləşdirilmiş, bina və qurğuların faktiki vəziyyəti qiymətləndirilmiş, müvafiq məlumatlar “Hərbi şəhərciklərin torpaq sahələri, binaları və qurğularının inventarizasiya albomunda əks etdirilmiş və təsdiq edilmişdir. X2 0,06 hektar torpaq sahəsi 1958-ci il də inşa edilmiş və “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə N nömrə ilə qeydiyyatda olan “Qaraj” Binasının yerləşdiyi ərazisində qanunsuz olaraq ayrılmışdır. Uzun müddət ərzində istifadəsi, cari və əsaslı təmir olunmaması və zədələnməsi səbəbindən N nömrəli binanın xx.xx.2005-ci il tarixli “Binanın (qurğunun) texniki vəziyyəti haqqında aktına əsasən sökülməsi məqsədəuyğun hesab edilmiş, bina Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi rəisinin xx.xx.2018-ci il tarixli 4429 nömrəli məktubuna əsasən silinmiş hesab edilmiş və hərbi şəhərciyin baş planından çıxarılmışdır. “Badamdar-15” hərbi şəhərciyinin mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus və istifadədə olması, şəhərciyin 2004, 2008-2011, 2013, 2014-2016, 2018-ci illər üzrə peykdən çəkilmiş görüntüləri bir daha təsdiq edir. Belə ki, peykdən çəkilmiş qeyd olunan görüntülərindən X17 ayrılmış sahənin hərbi şəhərciyin hüdudları daxilində olması aydın görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8186/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X24 iş üzrə inzibati məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 149531 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X24 xx.xx.2021-ci ildə ölmüş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8186/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli, 106/08 nömrəli məktubunda bildirmişdir ki, iş üzrə 3-cü şəxs X17 06 ha torpaq sahəsi ayrılması barədə Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarı, qərara əsasən torpaq sahəsinin ayrılmasına dair aidiyyəti sənədlər Bələdiyyənin hazırda mövcüd olan arxiv və kompüter baza məlumatlarında öz əksini tapmamışdır. Bu səbəbdən də idda tələbinə qarşı hər hansı etiraz və ya mülahizə təqdim etmək imkan xaricindədir. Üçüncü şəxs iddiaya yazılı etirazında bildirmişdir ki, sözügedən torpaq sahəsi vərəsəlik yolu ilə X8 mülkiyyətinə keçmişdir. X7 05 fevral 2021-ci ildə vəfat etmişdir. AZ- 11N 149531 Binəqədi rayon Qeydiyyat şöbəsindən ölüm haqqda şəhadətnamə verilmişdir. Bakı şəhəri 11 saylı notariyat ofisinin xüsusi notariusu X18 tərəfindən 21 sentyabr 2021-ci ildə X28 X12 verilmişdir. Üçüncü şəxs tək mirasşı kimi mirası qəbul etmişdir. Mübahisələndirilən Səbail rayonu Badamdar qəsəbəsinin Badamdar Bələdiyyəsinin 220 nömrəli qərarı xx.xx.2005-ci il tarixində qəbul olunmuşdur. X7 Bakı Şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinə müraciət edərək istifadəmdə olan əvvəllər abadlaşdırdığı torpaq sahəsinin Badamdar bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmasına xahiş etmişdir. Mərhum atası X24 müraciəti müzakirə olunaraq Badamdar Bələdiyyəsinin üzvlərinin iştirakı ilə bələdiyə məclisi tərəfindən səs vermə yolu ilə ona verilmişdir. Belə olan xx.xx.2005-cı ildə Badamdar Bələdiyyəsinin 220 saylı qərarının (alqı-satqı müqaviləsi, iclas Protokolu) verilməsinin üstündən 16 (on altı) il keçdikdən sonra Müdafiə Nazirliyi tərəfindən Bələdiyə qərarının etibarsızlığı barədə iddia qaldırıla bilməz. rayonu Badamdar qəsəbəsində yerləşən Müdafiə Nazirliyyinin N saylı Hərbi hissə ilə ona məxsus torpaq sahəsi qonşudur. N saylı Hərbi hissə onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə zəbt edərək öz ərazisinə qatmışdır. N saylı Hərbi hissə hərbiçilər tərəfindən mühafizə olunur və əraziyə giriş-çıxış hərbiçi olmayan vətəndaşlar üçün qadağandır. X24 öz torpağında 1988ci ildən bu mübahisə başlayana zamanda abadlıq işləri aparada və 31 mart 2012-ci ildə AR ƏMDK yanında DƏDRX-nin **********18 reyister nömrəli ********** qeydiyyat nömrəli dövlət reyesterdən çıxarış alınmışdır. Mərhum atası X24 öz torpağında abadlıq işləri aparada torpaq sahəsində maneəsiz girməsi həmin torpaq sahəsinin Müdafiə Nazirliyinin ərazisi olmadığın bir daha sübut edir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi 2012-ci ildə torpaq sahəsinin plan və ölçüsün tərtib edərək imza və möhürlə vəzifəli şəxsləri tərəfindən təsdiqlənmişdir. Belə olan xx.xx.2005-cı ildə Badamdar Bələdiyyəsinin 220 saylı qərarının (alqı-satqı müqaviləsi, iclas protokolu) verilməsinin üstündən 16 (on altı) il keçmişdir. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hazırkı mübahisəyə altı il iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Yuxanda göstərilənlərə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 38-ci maddəsi və Mülki Məcəlləsinin 373-cü maddəsi 375.2-ci maddəsinə əsasən hazırkı işlə bağlı iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 tarixli, **********28 nömrəli məktubuna əlavə edilmiş hüquq müəyyənedici sənədlərdən görünür ki: - Bakı Şəhər Səbail Rayon Badamdar Bələdiyəsinin xx.xx.2005-ci il tarixli, 220 nömrəli qərarı ilə Badamdar qəsəbəsi T.Məmmədov küçəsi 22 saylı evin yaxınlığında olan 600,0 kv.m torpaq sahəsinin X15 adına sənədləşdirilməsi, ərazidə aparılacaq tikinti işlərinin ciddi layihə əsasında, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin razılığı alındıqdan sonra aparılması qərara alınmışdır. - xx.xx.2011 tarixdə, 5906 nömrə ilə qeydiyyata alınmış “Torpaqların X21”-da göstərilmişdir ki, alıcı X15 Bələdiyyə orqanına xx.xx.2005-ci il tarixli müraciətinə satıcı Səbail rayon Badamdar Bələdiyəsinin iclasında baxılmış və Bələdiyyə ərazisində 600.0 torpaq satılması barədə xx.xx.2005-ci il tarixli , 220 nömrəli qərar qəbul edilmişdir. alıcı X24 bunun müqabilində 2496.0 manat pulu Səbail rayon Badamdar Bələdiyəsinin şəxsi hesabına əvvəlcədən köçürülmüşdür. Bu müraciət Torpaq Kadastrı kitabında xx.xx.2011 tarixində 9038 nömrəsilə uçota alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, MA seriyalı çıxarışına əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid fərdi yaşayış məqsədli istifadə olunan 0.06 ha torpaq sahəsinə X15 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarı əsasında X17 Səbail rayonu, Badamdar qəsəbəsində sahəsi 600,0 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi ilə bağlı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, V-96/2021 nömrəli “X28 Hüququ” haqqında şəhadətnaməyə, əsasən, Bakı şəhər 11 saylı notariat ofisinin xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1169-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat elmiş X16 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı X5r və o miras əmlakı irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar, DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə X20 verilmiş **********8 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrinden çıxarışa, əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi olan torpaq sahəsindən, DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AB191797 nömrəli qeydiyyal şəhadətnaməsinə əsasən ban nömrəsi JN1BCAC**********, mühərrikin nömrəsi 366735A və buraxılış ili 2008-ci il olan NİSSAN TİİDA MİNİK markalı 90bu391 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Binəqədi Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 149531 nömrəli “Ölüm Haqqında” şəhadətnamədə göstərilmişdir ki, X24 xx.xx.2021-ci ildə hipertoniya xəstəliyindən ölmüşdür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-03707- 2022 nömrəli məktubunda bildirilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1937-ci il tarixli, 4 saylı və xx.xx.1952-ci il tarixli, 46 saylı qərarları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 3473 nömrəli məktubunda bildirilmişdir ki, "Badamdar-15" hərbi şəhərciyinin yerləşdiyi torpaq sahəsi Bakı Soveti İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli, xx.xx.1952ci il tarixli 46 nömrəli qararları ilə keçmiş SSRİ Müdafiə Nazirliyinin istifadəsinə verilmiş, qeyd olunan ərazidə hərbi hissələr və digər hərbi qurumlar yerləşdirilmişdir. 1991-ci ildə "Badamdar-15" hərbi şəhərciyinin yerləşdiyi ərazi, ərazidə yerləşdirilmiş hərbi hissə və digər hərbi qurumların balansında olan bina və qurğular, kommunikasiya xətləri daxil olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansına qəbul edilmişdir. "Badamdar-15" hərbi şəhərciyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin (əvvəllər Abşeron rayon Mənzil-İstismar hissəsi) balansındadır və hərbi şəhərciyin bir hissəsində N nömrəli hərbi hissə dislokasiya olunmuşdur. X1 iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsində yerləşən 0,6ha torpaq sahəsi "Badamdar- 15" hərbi şəhərciyinin ərazisindən ayrılıb və hərbi şəhərciyin ərazisinə aiddir. Həmin torpaq sahəsinin Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarı ilə ayrılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən həmin şəxsin mülkiyyətinə verilməsi qanunsuzdur. Tərəfimizdən Cavabdehnə xx.xx.2021-ci il tarixli 2819 nömrəli sorğu ünvanlanmış və xx.xx.2021-ci il tarixli 072/06 nömrəli cavab məktubunda (olavə olunur) qeyd olunan torpaq sahəsinin ayrılması haqqında xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarın və ona əsas olan sənədlərin Bələdiyyədə mövcud olmadığı bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, vətəndaşa ayrılmış torpaq sahəsi "Badamdar-15" hərbi şəhərciyində xx.xx.2005-ci il tarixli "binanın (qurğunun) texniki vəziyyəti haqqında aktına əsasən sökülməsinə icazə verilmiş (sənədlər əlavə olunur) baş plan üzrə N nömrəli qaraj binasının yerləşdiyi ərazidən ayrılmışdır. Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərin torpaq sahələri, binaları və qurğularının 1999-cu ildə keçirilmiş inventarizasiyası albomundan (çıxarış əlavə olunur) göründüyü kimi N nömrəli qaraj binasının yerləşdiyi ərazi və N nömrəli qaraj binası "bina və qurğuların eksplikasiyası"nda öz əksini tapmışdır. N nömrəli hərbi hissənin balansında olmuş N nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən göründüyü kimi bina 1958-ci ildə inşa olunub. N nömrəli hərbi hissənin yerləşdiyi ərazidə yenidənqurma işləri ilə əlaqədar köhnə bina və qurğular (o cümlədən N nömrəli qaraj binası) xx.xx.2005-ci il tarixli "binanın (qurğunun) texniki vəziyyəti haqqında akt"ına əsasən sökülmüş və yeniləri inşa olunmuşdur. Belə ki, N nömrəli qaraj binasının yerləşdiyi sahə əvvəllər olduğu kimi yenidən avtomobil parkı olaraq layihələndirilmiş, tikinti şirkəti tərəfindən ərazidə istinad divarı inşa olunmuş və hazırda yenidənqurma işləri davam etdirilir. "Badamdar-15" hərbi şəhərciyində iddia edilən torpaq sahəsi digər nazirlik və idarələrin torpaq istifadəçilərinin daimi istifadəsinə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına geri qaytarılmayıb. “Badamdar-15” hərbi şəhərciyinin mübahisəli torpaq sahəsinin müxtəlif illər üzrə çəkilmiş görüntüləri də X17 ayrılmış torpaq sahəsinin Müdafiə Nazirliyinın sözügedən hərbi şəhərciyin ərazisindən ayrılmasını bir daha təsdiq edir. Qeydə əsasən, N nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair digər sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin N saylı hərbi hissə komandirinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 02 dekabr 2005-ci il tarixdə təsdiq olunmuş “Badamdar-15” hərbi şəhərciyində yerləşən N saylı “Qaraj” binasının sökülməsinə icazə verir. Binanın baş plandan və qeydiyyatdan silinməsi üçün plan və en kəsiklər; binanın uçot kartoçkası; binanın sökülməsi haqqında komissiyon aktı; söküntüdən çıxan yararlı materialların hərbi hissənin anbarına mədaxil edilməsi haqqında möhürlü qaimə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə təqdim edilməlidir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Abşeron rayon Mənzil-İstismar hissəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 4429 №-li məktubda Abşeron rayon Mənzil İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi aktı ilə silinmiş, söküntü aktı və mədaxil qaimələri təqdim olunmuş bina və qurğuların balansdan və hərbi şəhərciyin baş planından çıxarılmasının təmin olunması qeyd olunmuşdur. 2014-2018-ci illər üzrə Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi bina və qurğuların siyahısında N saylı hərbi hissəsinin “Badamdar 15” hərbi şəhərciyində yerləşən N saylı qaraj binasının ilkin balans dəyəri 440, ləğv aktının qəbul olunduğu tarix xx.xx.2005-ci il, söküntü tarixi xx.xx.2017-ci il qeyd olunmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 nömrəli məktubunda bildirilmişdir ki, tərəfinizdən sorğuya qoşma edilmiş sxem məxfi statuslu olmaqla hər hansı bir coğrafi ölçü göstəricilərin (döngə nöqtələrinin koordinatları) qeyd edilmədiyi üçün üst-üstə düşmə halının araşdırılması mümkün olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-30/2-33937/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr məlumat bazasında sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. “Badamdar-15” hərbi şəhərciyinin sxemi məxfi statuslu olmaqla hər hansı bir coğrafi ölçü göstəriciləri (döngə nöqtələrinin koordinatları) qeyd edilmədiyi üçün üst-üstə düşmə halının araşdırılması mümkün olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-30/2-34329/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Badamdar-15” hərbi şəhərciyinin ərazisinin elektron kadastr baza məlumatı olmadığından sahənin koordinatlarını təyin etmək mümkün olmamışdır. Bundan əlavə X15 mülkiyyətində olan sahə faktiki olaraq naturada (yerdə) hərbi hissənin hasarı daxilində yerləşir. Hərbi şəhərciyin yerləşmə koordinatları və elektron baza məlumatı olmadığından qeyd olunan sahənin “Badamdar-15” hərbi şəhərciyinin yerləşmə koordinatları daxilində olub-olmamasını müəyyənləşdirmək mümkün deyil. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-30/2-20397/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Bildiririk ki, qeyd edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ilə üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ilə üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. İddiaçının nümayəndəsi tərəfindən göstərilən sahə qeyd olunan hərbi şəhərciyin faktiki sərhəddi (hasarı) daxilində yerləşir. Sözügedən sahənin sərhədləri şərti olmaqla üzərində hərbi şəhərciyə aid tikililərin bir hissəsi yerləşir. Sualda qeyd olunan (torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşından hasarlanma işləri aparılmışdırmı aparıldığı təqdirdə həmin hasarlanma işlərinin aşınması nəzərə alınmaqla hansı dövrə aid olduğu müəyyən edilməsi) məsələnin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 2/4179 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçılar X15 və X3 Müdafiə Nazirliyinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair inzibati iş üzrə zərurət yarandığından, “Badamdar-15” hərbi şəhərciyinin ərazisindəki müdafiə obyektinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi faktının araşdırılması, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin sərhədlərin dəqiqləşdirilməsi və mübahisəli əraziyə dair digər məsələlərin aydınlaşdırılması barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən göstərilən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən torpaq sahəsinin bir hissəsi (600,0 kv.m) Cavabdeh xx.xx.2006-cı il tarixli 222 saylı qərarına, xx.xx.2014-cü il tarixli “Torpaqların X21a və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3029/2014 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən **********67 reyestr nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, torpaq sahəsinin bir hissəsi (600,0 kv.m) isə Cavabdeh xx.xx.2005-ci il tarixli 220 saylı qərarına, xx.xx.2011ci il tarixli “Torpaqların X21”a, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən **********18 reyestr nömrəsi ilə X15 adına qeydiyyata alınmışdır və sonradan 11 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-221 reyestr nömrəli "X28 X12"yə əsasən X4 mülkiyyətinə keçmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-30/2-1662/2024 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən (X9 X13) **********18 reyestr nömrəli sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına, **********67 reyestr nömrəli sahə isə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-30/2-3032/2024 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixdə 2V-221 reyestr nömrəli X28 X12yə əsasən xx.xx.2021-ci il tarixdə X4 adına özgəninkiləşdirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-420 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Memarlıq və Şəhərsalma Baş İdarəsinin Badamdar Bələdiyyəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubunda bildirilmişdir ki, vət. ..., vət. R.X.Əliyevə və vət... fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair rəy verilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bildiririk ki, rayon bələdiyyəsinin balansında olmayan torpaq sahələrinə dair rəy verilməsi qanuna ziddir və daxil olan bu cür müraciətlərə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən baxılmayacaqdır. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli 7-6074/17 nömrəli məktubunda bildirilmişdir ki, “ Sizin xx.xx.2005-ci il tarixli 85 saylı məktubunuza cavab olaraq bildiririk ki, qaldırdığınız məsələlərin bələdiyyə torpaqlarına aid olan ərazilərdə, qanun çərçivəsində baxılmasına etiraz etmirik. Memarlıq və şəhərsalma baş idarəsinin 19.12.05-ci il tarixli, 18/03-8/7778 saylı məktubu öz qüvvəsini itirmiş edilsin.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İşin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iş üzrə Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarının etibarsız hesab edilməsini mübahisələndirir. İddiaya əsasən Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli və xx.xx.1952-ci il tarixli 46 nömrəli qərarları ilə SSR-i Müdafiə Nazirliyinə 32 hektar torpaq sahəsi ayrılmış, torpaq sahəsində “Badamdar-15” hərbi şəhərciyi salınmışdır. Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il tarixli 211-Xİİ nömrəli qərarı ilə SSR-i Silahlı Qüvvələrin Azərbaycan Respublikası ərazisində yerləşən hissələrinin və bölmələrinin silahı və digər maddi-texniki sərvətləri, o cümlədən binaları milliləşdirilmişdir. Ali Sovetinin qeyd olunan qərarın icrası ilə əlaqədar “Badamdar-15” hərbi şəhərciyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansına qəbul edilmiş, şəhərcikdə Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan N nömrəli hərbi hissə dislokasiya olunmuşdur. Hal-hazırda hərbi şəhərcik Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında və təminatındadır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciklərin inventarizasiyası aparılmışdır. 1999-cu ildə aparılmış inventarizasiya zamanı Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan “Badamdar-15” hərbi şəhərciyin sərhədləri dəqiqləşdirilmiş, bina və qurğuların faktiki vəziyyəti qiymətləndirilmiş, müvafiq məlumatlar “Hərbi şəhərciklərin torpaq sahələri, binaları və qurğularının inventarizasiya albomunda əks etdirilmiş və təsdiq edilmişdir. X17 0,06 hektar torpaq sahəsi 1958-ci ildə inşa edilmiş və “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə N nömrə ilə qeydiyyatda olan “Qaraj” binasının yerləşdiyi ərazisində qanunsuz olaraq ayrılmışdır. Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən: -1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. -2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. -3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Eyni Məcəllənin 22-ci maddəsinə əsasən: -1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. -2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Eyni Məcəllənin 23-cü maddəsinə əsasən: -1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. -2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. -3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. -4. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. -5. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni Məcəllənin 50-ci maddəsinə əsasən: -1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. -4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; 4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən: -6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) aşağıdakı bəndlərinə əsasən: - 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Bu obyektlər ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir. - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. -23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İşin hallarından görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin (əvvəllər Abşeron rayon Mənzil-İstismar hissəsi) balansında olan "Badamdar-15" hərbi şəhərciyinin ərazisinə aiddir. Belə ki, R.Əliyevə ayrılmış torpaq sahəsi "Badamdar-15" hərbi şəhərciyində xx.xx.2005-ci il tarixli "binanın (qurğunun) texniki vəziyyəti haqqında aktına əsasən sökülməsinə icazə verilmiş baş plan üzrə N nömrəli qaraj binasının yerləşdiyi ərazidən ayrılmışdır N nömrəli hərbi hissənin balansında olmuş N nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən müəyyən olunur ki, bina 1958-ci ildə inşa olunmuş, hərbi hissənin yerləşdiyi ərazidə yenidənqurma işləri ilə əlaqədar hərbi hissəyə aid o cümlədən N nömrəli qaraj binası xx.xx.2005-ci il tarixli "binanın (qurğunun) texniki vəziyyəti haqqında akt"ına əsasən sökülmüşdür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-30/2-3110/2024 nömrəli məktubu ilə təqdim edilmiş **********18 reyestr nömrəli çıxarışa əsasən X15 adına qeydiyyata alınmış, koordinatlarda göstərilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Google Earth proqramında mövcud olan (2008, 2009, 2011, 2012 və 2013-cü il tarixli) görüntülərdə iddia olunan torpaq sahəsinin N nömrəli qaraj binasının ərazisinə uyğun gəldiyi adi gözlə müşahidə olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin xx.xx.2005-ci il tarixli qərarı təqdim edilsə də lakin həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında Əsasnamənin 23-cü bəndinin tələbinə uyğun olaraq torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməsini göstərən yerləşmə cizgisi (situasiya planı) aşkar olunmamışdır. Mübahisəli torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmaması həm də onunla təsdiq olunur ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan analoji iş üzrə X6 Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarilxi 222 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin cizgisində hazırkı mübahisəli torpaq sahəsinin X.Miriyevaya aid 6N kv.m torpaq sahəsinin hərbi hissə ilə qonşuluqda yerləşdiyi, eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş ortofogörüntüdə X.Miriyevanın adına qeydiyyata alınmış torpaq sahəsi ilə R.Əliyeva ayrılmış torpaq sahəsinin paralel, qonşu torpaq sahələri olduğu və iki sahənin bilavasitə hərbi hissəyə aid obyektlərlə həmsərhəd olduğu, üçüncü şəxsə aid sahənin ortofotogörüntüsüylə sahənin 2013-cü il tarixədək ortofotgörüntülərinin və iş materiallarına əlavə edilmiş Badamdar-15 hərbi şəhərciyin obyektlərinin sxemin müqayisəli təhlilində həmin ərazinin N nömrəli qarajın ərazisinə bilavasitə uyğun gəldiyi müəyyən olunur. Qeyd edilməlidir ki, respublika ərazisində torpaqların elektron baza məlumatlarının idarəedicisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə sorğusuna cavabda iddia olunan torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyi, sözügedən sahənin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğunu bildirmiş, lakin həmin torpaq sahəsinin qonşuluğunda yerləşən X.Miriyevaya ayrılmış DTXK tərəfindən xx.xx.2014-cü il tarixdə uçota alınmış torpaq sahəsinin sənaye, nəqliyyat müdafiə vədigər təyinatlı torpaqların kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğunu qeyd etmişdir. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sözügedən rəyindən müəyyən olunur ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə ərazisi olması bilavasitə elektron baza məlumatlarına əsasən müəyyən olunmur. Digər tərəfdən həmin torpaq sahəsinə bitişik paralel qonşu sahənin isə bilavasitə dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Eləcə də elektron baza məlumatına sahib DƏDRX eyni ünvanda yerləşən, hərbi hissəyə aid obyektlərlə sərhəd olan qonşu torpaq sahələrindən birinin- hazırkı mübahisə predmeti olan R.Əliyevə ayrılmış sahənin təyinatının yaşayış məntəqələri torpaqlarına aid etdiyi halda, digər qonşu sahənin müdafiə təyinatlı torpaqlar kateqoriyasına aid olduğunu bildirmiş, məhkəmə qeyd edilən ziddiyyətin aydınlaşdırılması ilə bağlı aidiyyəti quruma sorğu vermiş olsa da müvafiq qonşu torpaq sahələrinin fərqli təyinatla qeydə alınmasının əsasları barədə məlumat əldə edə bilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, torpaq sahəsinin ayrılması zamanı qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin Badamdar Bələdiyyəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubunda R.X.Əliyevə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair razılıq verilməmiş, həmin torpaq sahəsinin rayon bələdiyyəsinin balansında olmayan torpaq sahələrinə aid olduğunu bildirmişdir. Qeyd edilən səlahiyyətli qurum Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu isə sonradan ləğv edilmiş olsa da bu barədə məktub həmin səlahiyyətli idarə tərəfindən deyil, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 7-6074/17 nömrəli məktubu ilə öz qüvvəsini itirmiş hesab edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərin torpaq sahələri, binaları və qurğularının 1999-cu ildə keçirilmiş inventarizasiyası albomundan, eləcə də təqdim edilmiş fotoşəkillər və mütəxəssis tərəfindən verilmiş rəydən görünür ki, "bina və qurğuların eksplikasiyası"nda öz əksini tapan N nömrəli qaraj binasının yerləşdiyi ərazi kimi göstərilmiş R.Əliyevin adına mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi hazırda naturada (yerdə) hərbi hissənin hasarı daxilində yerləşir və həmin ərazi yenidən avtomobil parkı olaraq layihələndirilmiş, tikinti şirkəti tərəfindən ərazidə istinad divarı inşa olunmuş və hazırda yenidənqurma işləri davam etdirilir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin Səbail rayonu Badamdar bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici inzibati aktın etibarsızlığı və qanunsuzluğu institutlarını biri-birindən fərqləndirir. Belə ki, həmin normaların mahiyyəti baxımından qəbul edildiyi andan “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılmayan inzibati aktlar, hətta qanunsuz olsalar belə, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan inzibati aktın, o cümlədən qanunsuz inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktlara münasibətdə isə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılan inzibati aktlar qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmur və bu mənada hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, istinad olunan norma anlamında etibarsız inzibati akt mövcud olmamış, yararsız və əhəmiyyətsiz inzibati akt kimi qiymətləndirilir. Bununla bağlı nəzərə almaq lazımdır ki, etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs İPM-in 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən qərar Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edildiyindən etibarsız hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 22 saylı evin yaxınlığında olan 6N kv.m torpaq sahəsinin X15 adına sənədləşdirilməsi haqqında Cavabdeh xx.xx.2005-ci il tarixli 220 nömrəli qərarı etibarsız edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar