Məhkəmə qərarları › İş №2-1(112)-1050/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1050/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1050/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı Qocayeva Mehriban Natiq qızının (Gəncə şəhərində qeydiyyatdadır, ixtisası psixoloq, işləmir),iddiaçının nümayəndəsi və vəkili Vəkil Tofiq oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi Əhmədzadə Siyavuş Əyasət oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş məsləhətçi vəzifəsində işləyir) iştirаkı ilə, iddiaçı Qocayeva Mehriban Natiq qızının cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Qocayeva Mehriban Natiq qızı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış 01.10.2019-cu il tarixli, T-14059/03-ANİ nömrəli imtina məktubuun ləğv edilməsi, iddiaçıya Rusiya Federasiyası Həştərxan Dövlət Universiteti tərəfindən verilmiş 103018 ******* nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Ali Təhsil üzrə Federal Dövlət Büdcə Təhsil Müəssisəsi olan “Həştərxan Dövlət Universiteti”nin bakalavr pilləsi üzrə “Psixologiya” fakultəsinin 1-ci kursuna daxil olmuşdur. Həmin universitetdə təhsil Boloniya sistemi üzrədir və qiyabi təhsil üzrə müddət 5 il müəyyən edilmişdir.2010-2011-ci illərdə təhsilin birinci kursunu bitirsə də 2012-ci ildə səhhətilə əlaqədar təhsil ala bilməmişdir və 2013-cü ildə təhsilini davam etdirərək 2017-ci ildə ali təhsilini bitirmişdir.Dövlət İmtahan Komissiyasının 10.02.2017-ci il tarixli, 14 saylı protokoluna əsasən iddiaçıya “psixologiya” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Ali təhsil üzrə bakalavr dərəcəsi almağına dair iddiaçıya 15.02.2017-ci il tarixdə 103018 ******* nömrəli diplom verilmişdir.İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etdikdən sonra 28.06.2019-cu ildə cavabdeh quruma müsahibə üçün dəvət edilmişdir. Müsahibə zamanı iddiaçıya rus dili biliklərinə və təhsil aldığı müəssisə ilə bağlı suallar verildikdən sonra iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir. Lakin 13.07.2019-cu ildə cavabdeh tərəfindən iddiaçıya elektron qaydada imtina məktubu göndərilmişdir.İmtina onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirməyi qeyri-mümkündür. Cavabdeh tərəfindən iddiaçıya imtina yazılı şəkildə təqdim edilmədiyindən 18.09.2019-cu il tarixdə iddiaçı cavabdehə müraciət edərək imtinanın əsasları barədə iddiaçıya rəsmi məlumat verilməsini xahiş etmiş və cavabdeh 01.10.2019-ci il tarixli məktubu ilə eyni əsaslarla ona rəsmi qaydada imtina cavab vermişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, diplom və diplomuna əlavədə iddiaçının bakalavr ümumtəhsil proqramını tam keçməyi təsdiq edilir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya dair etirazında qeyd edilmişdir ki, Agentlik tərəfindən iddiaçının sənədləri araşdırılarkən təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi Ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il – 6 gün, İİ il akademik məzuniyyət, İİİ il – getməyib, İV il – 17 gün, V il – 10 gün, Vİ – 6 gün, Vİİ – 11 gün). Qeyd olunan ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsidə göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi S.Əhmədzadə iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 7504 qeydiyyat nömrəli bakalavr diplomuna əsasən İddiaçı Natiq qızı 15.02.2017-ci ildə psixologiya ixtisası üzrə Rusiya Federasiyasının Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsi olan “Həştərxan Dövlət Universiteti”ni bitirmişdir. Həmin diplom 06.04.2017-ci ildə apostil olunmuşdur. Rusiya Federasiyasının Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsi olan “Həştərxan Dövlət Universiteti”ni bakalavr diplomunun əlavəsinə əsasən həmin universitetdə iddiaçının təhsil aldığı fənnlərin siyahısı və akademik saatların miqdarı göstərilmişdir. “Sərhədkeçmə məlumatlarının sorğulanması” haqqında sənədə əsasən iddiaçı 2010-2017-ci illər ərzində yalnız 12.08.2013-14.09.2013, 15.10.2013-20.10.2013, 09.02.2014-17.05.2014, 16.04.2015-26.04.2015, 07.04.2016-13.04.2016, 02.02.2017- 13.02.2017, 30.12.2017-02.01.2018-ci il tarixlərdə məcmu şəkildə 2 aydan az bir müddətdə Rusiya Federasiyasının ərazisi istiqamətində Azərbaycan Respublikasının sərhəddini keçmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin 01.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçının 01.05.2019-cu il tarixli elektron müraciətinin nəticəsi barədə ona 13.07.2019-cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir.Qeydə əsasən iddiaçıya bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Bundan başqa iddiaçı Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetində təhsil almasına dair elektron poçt vasitəsilə universitetdən aldığı təhsil materiallarını,kurs işlərini, bakalavr işinin surətini, konspektləri təqdim etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı Rusiya Federasiyasının ərazisində qısa müddətdə olmaqla ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı müvаfiq öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizldiyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 33.1-ci mаddəsinə əsаsən, məcburеtmə hаqqındа iddiа vаsitəsi ilə iddiаçı оnun аrzulаdığı inzibаti аktı qəbul еtmək vəzifəsini cаvаbdеhin üzərinə qоymаğı məhkəmədən tələb еdə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240- 300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İşin faktiki hallarına əsasən iddiaçı Rusiya Federasiyasının ərazisində tədris illərində 2 aydan az bir müddətdə olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə X3 Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Rusiya Federasiyası Həştərxan Dövlət Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış 01.10.2019-cu il tarixli, T-14059/03-ANİ nömrəli imtina məktubunun ləğv edilərək iddiaçıya Rusiya Federasiyası Həştərxan Dövlət Universiteti tərəfindən verilmiş 103018 ******* nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,33, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Qocayeva Mehriban Natiq qızının Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış 01.10.2019-cu il tarixli, T-14059/03-ANİ nömrəli imtina məktubunun ləğv edilərək iddiaçıya Rusiya Federasiyası Həştərxan Dövlət Universiteti tərəfindən verilmiş 103018 ******* nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar