Məhkəmə qərarları › İş №2-1(112)-1050/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1050/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1050/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamınma əsasən yaşayış yeri ilə (mənzil və ya fərdi evlə) təmin olunmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən İİ Qarabağ müharibəsi iştirakçısı və 3cü qrup müharibə əlili olduğu üçün Azərbaycan Respublikasının Prezidentinin sərancamına uyğun olaraq mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ev ilə təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə 09 fevral 2023-ci il tarixli imtina məktubu ilə qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Agentliyə daxil olmuş 31 may 2022-ci il tarixli 3264 nömrəli məktubda həmin nazirlik tərəfindən ünvan 1 ünvanında dövlət vəsaiti hesabına 2 nömrəli mənzillə təmin olunmuşunuz. İddiaçı 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı, 3-cü qrup müharibə əlili, Ali Hərbi təhsilli, fasiləsiz 33 il Azərbaycan Ordusunda qusursuz xidmət etmiş, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti polkovnik- leytenantıdır. İddiaçı Vətən müharibəsində Azərbaycan Respublikasının işğalda olan torpaqlarının suverenliyi və azadlığı uğrunda gedən döyüşlərdə ilk gündən Kəlbəcərin, Cəbrayılın, Fizulinin, Xocavəndin və Şuşanın azad olunmasında XTQ mənsubu kimi ön sıralarda döyüşmüşdür. Şuşa şəhərinin yaxınlığında yaralanmışdır. Amma yaralanmağına baxmayaraq döyüş meydanından təxliyyə olunmağından imtina edərək Zəfər gününə kimi haqq və intiqam döyüşünü davam etdirmişdir. 44 günlük Vətən müharibəsi dövründə 5 ədəd “Fizulin”, “Cəbrayılın” “ Şuşanın azad olunması”, “Hərbi Xidmətlərə görə” və “Vətən Uğrunda” medalları ilə təltif olunmuşdur. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin imtina məktubu ilə razılaşmır. Həmin məktubda qeyd olunan mənzil iddiaçıya Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və ondan artıq qüsursuz xidmət etdiyinə görə verilmişdir. Bu isə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanının 2-ci hissəsinə əsasən tənzimlənir. İddiaçı polkovnik-leytenant İddiaçı verilən mənzil fərmana uyğun olaraq tam icra olunmamışdır, bele ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən 30 dekabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, iddiaçı Abşeron rayonu Məhəmmədli kəndi ərazisində yaşayış sahəsi 52,4 m2, qeyri yaşayış sahəsi 39,9m2 (ümumi 92m2) olaraq 3 otaqlı mənzillə təmin olunmuşdur. Nazirlər Kabinetinin müvafiq qərarı ilə adambaşına düşən minimum yaşayış sahəsi 16m2 təşkil edir. İddiaçının ailə tərkibi 6 nəfərdən ibarət olduğu üçün yaşayış sahəsi düzgün hesablanmamışdır, qanunvericiliyin tələblərinə əsasən iddiaçı 6xl6m2=96m2 yaşayış sahəsi ilə təmin olunmalı idi. Bu isə iddiaçının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında bir sıra problemlər yaratmışdır. Hörmətli məhkəmə, cavabdehin istinad etdiyi Müdafiə Nazirliyinin məktubunda qeyd olunan mənzil iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanının 2-ci hissəsinə əsasən tənzimləndiyinə əsasən verilmişdir. İddiaçı sözü gedən məsələdə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamınına (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında. 1.1. 2014-cü il yanvarın 1-dən 2023- cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; ) əsasən mənzil ilə təmin olunmasını xahiş edir. İddiaçı Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının sərancamına əsasən yaşayış yeri üzrə imtiyazlı əsaslarla ( İİİ qrup “Vətən Müharibəsi əlili) mənzil növbəsinə qəbul olunmuşdur. Bu hal isə Azərbaycan Respublikasının Prezidentinin sərancamına əsasən tənzimlənmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim olunmuş Sabunçu Rayon İcra Başçısının sərancamına əhəmiyyət verməyərək imtina etmişdir. Cavabdeh tərəfindən imtina verilməsi Azərbaycan Respublikasının Prezidentinin fərmanı və sərancamı arasında oxşarlıq olduğu anlamına gəlir, lakin bu bele deyil, sərəncam və fərmanda ayrı-ayrı subyektiv hüquqları tənzimləyən münasibətlər mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, baxmayaraq ki, İddiaçı ünvan 2 ünvanında yerləşən dövlət vəsaiti hesabına 2 nömrəli mənzillə təmin olunmuşdur. Lakin təkrarən Sabunçu rayon İcra Hakimiyyətinin 2022-ci il 11 fevral tarixli sərəncamına əsasən 3-cü qrup Vətən müharibəsi əlili kimi 6 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər, yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 6 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il 8330 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Qeyd olunan Fərmanın tələblərinə əsasən Abşeron rayonu Məhəmmədli kəndi ərazisində yaşayış sahəsi 52,4 kv.m, qeyri yaşayış sahəsi 39,9 kv.m (ümumi 92 kv.m) olaraq 3 otaqlı mənzillə təmin olunmuşunuz. Nazirlər Kabinetinin müvafiq qərarı ilə adambaşına düşən minimum yaşayış sahəsi 16 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-17007/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərın, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələrı nəzərdə tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə 1 mart 2023-cü il tarixli 5-18/2-1/48/2023 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş siyahıda İddiaçı 6 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, 4 uşağı) ilə 11 fevral 2022-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Qeyd edirik ki, Azərbaydan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsindən Agentliyə daxil olmuş 31 may 2022-ci tarixli 3264 nömrəli məktubda Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən polkovnikleytenant İddiaçı dövlət vəsaiti hesabına ünvan 4 ünvanında 2 nömrəli mənzillə təmin olunduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 3264 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-cı tarixli 569 nömrəli Fərmanına əsasən polkovnikleytenant Musayev X6 rayonu, Məmmədli kəndi, "Göy qurşağı-Məmmədli" yaşayış kompleksi, ev 1, mənzil 2 ünvanında dövlət vəsaiti hesabına mənzillə təmin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-2616/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarının icrası çərçivəsində Sosial Xidmətlər Agentliyi tərəfindən imtiyazlı şəxslərə bir mənzildən artıq mənzil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-18/2-925/2024 nömrəli məktubu ilə təqdim edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 41 nömrəli sərəncamı və həmin sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki: -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti baçşısının xx.xx.2022-ci il 41 saylı sərəncamına əsasən İddiaçı ailə tərkibi 6 nəfər (özü, h/yoldaşı və 4 uşağı) olmaqla imtiyazlı əsaslarla (İİİ qrup "Vətən müharibəsi" əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək üçüncü dərəcəli əlildir. Diaqnoz: Postkontuzion sindrom, Partlayış travması nəticəsində,keçirilmiş qapalı kəlləbeyin travması ,beyin sirkələnməsindən sonra,mülayim dərəcədə ifadə olunmuş üzvü emosional labil pozuntu,davamlı postkomotsion sindrom,uzunmüddətli posttravmatik stress pozuntusu Barotravma nəticəsində xroniki ikitərəfli koxlear nevrit,davamlı ikitərəfki ağır eşitmə,pəçəltılı nitqin hər iki tərəfdən 4.5metr məsafədən eşitməsi ilə Hər iki gözün başlanğıc kataraktası.Şüşəvari cismin destruksiya nəticəsində görmə itiliyin 0.8qədər azalması,korreksiya olunmur. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 332/2-8618/2024 saylı məktubuna əlavə edilmiş ünvan 6 ünvanı ilə bağlı hüququmüəyyənedici sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 92.3 kv.m olan mənzilə xüsusi mülkiyyət hüququ İddiaçı adına ******* qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Musayev X6 rayonu, Məmmədii kəndi, “Göy Qurşağı- Məmmədli” yaşayış kompleksi, ev 1, 2 nömrəli mənzili alıcı X3 mülkiyyətinə verir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 92.3 kv.m olan mənzilə xüsusi mülkiyyət hüququ X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-19859/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaydan Respublikası Müdafiə Nazirliyindən Agentliyə daxil olmuş 31 may 2022-ci tarixli 3264 nömrəli məktubda İddiaçı həmin Nazirlik tərəfindən ünvan 2 ünvanında dövlət vəsaiti hesabına 2 nömrəii mənzillə təmin olunduğu göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaş İddiaçı Nazirlik tərəfindən yenidən mənzillə təmin edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır”. Belə olan halda, normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və dövlət mənzil fondunun, o cümlədən Nazirliyin və Agentliyin imkanları xaricində olduğu üçün gələcəkdə hər hansı qanunvericiliyin tətbiq edilməsi mümkün olacağı təqdirdə məsələyə yenidən baxılacaqdır Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********00 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 221 saylı sahənin bir hissəsində yerləşən 0.0300 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır, lakin ünvan 8-nun 4ə-2740 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır, lakin ünvan 8-nun 4ə-2741 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır, lakin ünvan 8-nun 4ə-2739 reyestr nömrəli, xx.xx.2021 -ci il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. ünvan 10 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır, lakin ünvan 8-nun 4ə-1530 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. ünvan 11 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır, lakin ünvan 12-nın 4ə-343 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-3/2-M-5430/2023 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tanxli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş 2020- 2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 11 fevral 2022-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız qeyd edilmişdir. Qeyd edirik ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Agentliyə daxil olmuş 31 may 2022-ci tarixli 3264 nömrəli məktubda həmin Nazirlik tərəfindən ünvan 2 ünvanında dövlət vəsaiti hesabına 2 nömrəli mənzillə təmin olunmuşunuz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin (bundan sonra: İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı iddia ilə bağlı məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikasının Konstitusiyası: - 24-cü maddənin İİİ hissəsi: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: - Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixl 2449 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: - Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi: - Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: -3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;(..). İşin hallarından müəyyən olunur ki, iddiaçı Vətən müharibəsi iştirakçısı olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlildir. İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti baçşısının xx.xx.2022-ci il 41 saylı sərəncamına əsasən 6 nəfər ailə tərkibində, yəni özü, h/yoldaşı və 4 uşağı olmaqla imtiyazlı əsaslarla (İİİ qrup "Vətən müharibəsi" əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Yerli icra hakimiyyəti yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı iddiaçının da adının daxil edildiyi siyahını cavabdeh quruma göndərmiş, cavabdeh Sosial Xidmətlər Agentliyi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ünvan 2 ünvanında dövlət vəsaiti hesabına 2 nömrəli mənzillə təmin olunduğunu əsas gətirərək iddiaçının müraciətinin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasının əsassız hesab edilərək Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixl 2449 nömrəli Sərəncamına uyğun yaşayış sahəsi ilə təmin edilməsini mübahisələndirir. Məhkəmə cavabdehin iddiaçının müraciətinin təminindən imtina üçün istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçı polkovnik leytenant rütbəsində olmaqla 20 ildən çox Azərbaycan ordusu sıralarında qüsursuz xidmət etmiş və o “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanın tələbinə uyğun olaraq ünvan 13i ünvanında 3 otaqlı mənzillə təmin olunmuş, mənzilə mülkiyyət hüququ İddiaçı adına xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış, daha sonra iddiaçı həmin mənzili xx.xx.2020-ci il tarixdə X1 və mənzilə mülkiyyət hüququ sonuncunun adına xx.xx.2020-ci il tarixdə qeydiyyadan keçmişdir. Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Göründüyü kimi iddiaçı ilkin olaraq 20 il qüsursuz xidmətə görə xidmət keçdiyi qurum tərəfindən uçota alınaraq yaşayış sahəsi ilə təmin edilmiş, yaşayış sahəsi ilə təmin edilmə “Vətən müharibəsindən əvvəl-xx.xx.2018-ci ildə baş vermiş və iddiaçı həmin mənzili xx.xx.2020-ci ildə özgəninkiləşdirmişdir. İddiaçının tələb etdiyi yaşayış sahəsi ilə təmin edilmə əsası digər əsasdan- Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixl 2449 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına uyğun 2020-ci il hərbi əməliyyatlar zamanı aldığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi ilə əlaqədar yerli icra hakimiyyəti orqanının xx.xx.2022-ci il tarixli 41 saylı sərəncamından irəli gəlmişdir. İddiaçı MN tərəfindən mənzillə təmin edilərkən və həmin mənzili özgəninkiləşdirdiyi xx.xx.2020-ci il tarixdə onun nə əlilliyi, nə də istinad etdiyi 2449 nömrəli Fərman qəbul olunmamışdır. Başqa sözlə, iddiaçının dövlət hesabına mənzillə təmin edilmə və ya dövlət hesabına mıənzillə təmin edilmənin tələb etməsi üçün hüquqi və faktiki əsaslar fərqli olmuşdur. Qanunvericilik şəxsin bir neçə əsasla uçota alınmaya hüququ olduğu halda onun fərqli əsaslarla da yaşayış sahəsi ilə təmin edilə bilmə imkanlarını qadağan etməmişdir. Bu baxımdan cavabdehin iddiaçının daha əvvəl dövlət hesabına mənzillə təmin edildiyindən yeni əsaslarla mənzillə təmin edilməsinin istisna olunması barədə mövqeyi də əsassız olmuşdur. Lakin bununla yanaşı məhkəmə aşağıdakı əsaslara görə iddiaçının hazrıkı tələbinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi - 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; - 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür; - 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir; - 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır; -56.8. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “Sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.” Beləliklə, sadalanan normalara əsasən ilkin olaraq qeyd edilməlidir ki, mənzil qanunverciliyinin ayrı-ayrı normalarının (Mənzil Məcəlləsinin 51, 52 və 56-cı maddələri) sistematik təhlili o nəticəyə gəlməyə əsas verir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması və yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi iki ayrı mərhələ olmaqla hər biri üzrə inzibati orqanlar tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla inzibati fəaliyyətin həyata keçirilməsini tələb edir. Bu baxımdan qanunvericilik vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələrini hər iki mərhələyə münasibətdə oxşar formada nəzərdə tutur (Mənzil Məcəlləsinin 52-ci və 56.8-ci maddələri). Yəni, qanunvericilik vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinə yönəllik hərəkətlərin olubolmamasını vətəndaşların uçotu alınması zamanı yoxlanması ilə yanaşı yaşayış sahələrinin verilməsi zamanı da ayrıca yoxlamanın aparılmasını təsbit edir. Mənzil Məcəlləsinin 46.9-cu maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası cari tarixədək qanunvericiliklə müəyyən edilməsə də, bu hal inzibati icraat çərçivəsində qeyd edilən yoxlamaya dair səlahiyyətli inzibati orqanlar tərəfindən araşdırmanın aparılmasına maneçilik törətmir və bunu istisna etmir. Hazırkı halda iddiaçının uçota alınması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının və qərarın nəticəsindən irəli gələn inzibati aktın qüvvədə olması həmin hissədə məhkəmə tərəfindən yenidən qiymətləndirilmənin aparılmasını istisna edir. Hazırki mübahisənin predmeti də məhz yaşayış sahəsinin verilməsi ilə bağlı olduğundan məhz həmin mərhələyə (yaşayış sahələrinin verilməsi) münasibətdə iddiaçı tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi ilə bağlı hərəkətlərin olub-olmaması qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq qiymətləndirilməlidir. İşin hallarından görünür ki, iddiaçının mülkiyyətində: -Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 221 saylı sahənin bir hissəsində yerləşən 0.0300 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi; -Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3; -Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9; -ünvan 10 ünvanında yerləşən mənzillər olmuş və həmin daşınmaz əmlakları iddiaçı eyni gündə -xx.xx.2021-ci il tarixdə bağışlama müqavilələrinə əsasən digər fiziki şəxslərin adına özgəninkiləşdirilmişdir. Bağışlama barədə əqdlərin bağlanmasından qısa müddət sonra iddiaçı uçota götürülmə ilə bağlı inzibati orqana müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti baçşısının xx.xx.2022-ci il 41 saylı sərəncamına əsasən İddiaçı ailə tərkibi 6 nəfər tərkibdə yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Göründüyü kimi icra edilən hərəkətlərin ardıcıllığı o qənaətə gəlməyə əsas verir ki, iddiaçı müvafiq imtiyazlardan yararlanmaq üçün özünün mülkiyyətində olan əmlakları qəsdən digər şəxslərin mülkiyyətinə keçirmişdir. İddiaçı məhkəmə iclasında həmin əmlakların faktiki olaraq qohumlarına məxsus olmasını bildirsə də iş materiallarından da görünür ki, iddiaçı adına olmuş əmlaklardan birində- Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında daimi qeydiyyatda olmuşdur. İddiaçı hazırda da həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyatda olduğundan bağışlama barədə əqdin bağlanmasından sonra onun mənzillə bağlı həyat şəraitində hər hansı dəyişiklik olmamışdır. Bunlardan irəli gələrək qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahələrinin özgəninkiləşdirilməsinə yönəlik qəsdən mülkihüquqi əqdlər bağlaması məhkəmə tərəfindən nəzərə alınır və iddiaçının buna yönəlik hərəkətləri məhkəmə tərəfindən hüquqi vəziyyətini qəsdən pisləşdirmə kimi qiymətləndirilir. Bununla yanaşı mübahisə üzrə iddianın növündən irəli gələrək iddiaçı özünün hazırki halda yaşayış sahəsinə ehtiyacı olmasını və nəyə görə şəhidin ailə üzvləri üçün artıq bir dəfə təmin edilmiş mənzildən əlavə olaraq yeni mənzilin verilməsini şərtləndirən faktiki halları sübut etməsi tələb olunur. Belə ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Qeyd edilənləri ümumiləşdirək məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində yaşayış sahəsinin ayrılma normasından bir neçə dəfə artıq yaşayış sahəsinin olmasından və sonradan həmin yaşayış sahəsinin qəsdən özgəninkiləşdirilməsindən, bu halın hüquq sui-istifadə kimi qiymətləndirilməsindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən müvafiq bağışlama barədə əqdlərin bağlandığı tarixdən növbəti beş il keçmədiyindən dolayı iddianın təmin edilməsi hazırkı halda istisna edilir “İnzibati icraat haqqında” Qanunun: -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 12.1 Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2 İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3 İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Qeyd edilənlərə əsasən cavabdehin iddiaçının mənzillə təmin edilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar