Məhkəmə qərarları › İş №2-1(112)-10505/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10505/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10505/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı X2 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) işə şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliklərini icra etmələrini, X1 ona məxsus ünvan 1ənzil ünvanında yerləşən mənzilindən pasport qeydiyyatından çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ənzil 2013-cü il tarixdən etibarən Dövlət Reyestrində aparılmış seriya RX ******* №-li qeyd ilə onun xüsusi mülikyyətindədir. 2018-ci ildə uzaq tanışı olan hərbi qulluqçu X2 Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən ondan qeydiyyatda olmadığı üçün qeydiyyata alınmağını xahiş etmiş və adı çəkilən mənzilə qeydiyyata alınması üçün razılıq verilmişdir. X2 qısa müddətdə qeydiyyatdan çıxacağı barədə söz versə də, hələ də həmin mənzildə qeydiyyatdadır. Tərəfindən xx.xx.2022-ci il tarixdə mənzildən X1 qeydiyyatdan çıxarılması ilə əlaqədar Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, müraciətindən xx.xx.2022-ci il tarixli 101-18085/Q №-li məktubla imtina olunmuş və bildirilmişdir ki, qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olduğu təqdirdə müraciəti müsbət həll oluna bilər. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)- 10505/2022 saylı qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə icraat 20 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2-1(112)- 10505/2022 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdiir. İddiaçı ərzəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan ünvan 1ənzilində qeydiyyatda olan X2 ilə razılaşma əldə olunmuş və o, mənzilindən qeydiyyatdan könüllü olaraq çıxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşyış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli 557025 №-li arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanında xx.xx.1984-cü il təvəllüdlü X3 qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə “ASAN 1” tərəfindən verilmiş AA ******* №-li şəxsiyyət vəsiqəsi barədə elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan müəyyən olunur ki, xx.xx.1976-cı ildə Lənkəran rayonunda doğulmuş X2 ünvan 3 ünvanında qeydiyyatdadır. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı X2 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar