Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10508/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024cü il tarixli əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi barədə tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin pedmeti
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024-cü il tarixli əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda doğulmuşdur, 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Hərbi xidmətdə olduğu müddətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir. xx.xx.2014-cü ildə səhiyyə müəssisəsinin göndərişi əsasında ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin fevral ayının 27-də Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsassız olaraq ləğv edilmişdir.İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və onun iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-872/2023 nömrəli, xx.xx.2923-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxılanılmış və verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin 2-1(102)-1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir.Həmin məhkəmə qərarları icra edilərək xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyi bərpa edilərək pensiya və təqaüdü ona ödənilməyə başlanmışdır.xx.xx.2024-cü ildə hərbi qulluqçulara pensiya ödənilərkən ona ödəniş edilməmişdir, bu zaman elektron alt sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, cavabdeh ikinci dəfə xx.xx.2024-cü ildə yenidən onun əlillik təyinatından imtina etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya yazılı etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamının göndərilməsinə baxmayaaq cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ.İddianın növü və mümkünlüyü
3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1.Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 32.2.Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 4.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iş materiallarında olan: İddiaçının hərbi biletinin surətinə əsasən iddiaçı 1993-1994-cü illərdə hərbi xidmətdə olmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı TSEKin 519512 saylı arayışının surətinə əsasən iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi hərbi travma göstərilmişdir; Sosial arayışa əsasən xx.xx.2014, xx.xx.2015, xx.xx.2014-cü illərdə iddiaçıya əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması göstərilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 564 nömrəli, xx.xx.2010-cu il tarixli qərarına əsasən iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Döş qəfəsinin sol yarısının yumşaq toxumasının əzilməsi, başın təpə nahiyəsinin sol yarısının yarası” (Binəqədi RHK-nın xx.xx.2010-cu il tarixli, 554 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli, 141 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir) “hərbi travmadır.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3-4363/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında göstərilimişdir ki, “Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən vətəndaş İddiaçı (FİN: xxxxxxx) ünvanına xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Vətəndaş əyani müayinəyə dəvət olunmasına baxmayaraq əyani müayinədə iştirak etmədiyi üçün mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq əlillik təyinatı ləğv edilmiş və müvafiq qərarla rəsmiləşdirilmişdir.Bundan sonra əlillik təyinatı barədə qərarı ləğv edilmiş vətəndaş İddiaçı məhkəməyə müraciəti əsasında məhkəmə qərarı əsasında təyin edilmiş əlilliyinin Əlillik AS-də qanunvericiliyə zidd şəkildə ləğv edildiyi müəyyən olunduğundan Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın tibbi- ekspert sənədlərini və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını yenidən araşdırmışdır. Aparılan araşdırmaya əsasən İddiaçı barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-477/2024 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir.Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 4166/2024 nömrəli qərarını və 3-17-4/3-1-12102/2024 nömrəli xidməti məruzəni nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-cı bəndini rəhbər tutaraq X3 tərəfindən İddiaçı barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-477/2024 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdi; Cavabdehin 3-17-4/3-3-4166/2024 №li, 05 iyun 2024-cü il tarixli qərarına əsasən İddiaçı ünvanına xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunması haqqında sifarişlixəbərnaməli məktub göndərilmiş, vətəndaş əyani müayinəyə dəvət olunmasına baxmayaraq əyani müayinədə iştirak etmədiyi üçün mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq əlillik təyinatı ləğv edilmiş və müvafiq qərarla rəsmiləşdirilmişdir, bundan sonra əlillik təyinatı barədə qərarı ləğv edilmiş vətəndaş İddiaçı məhkəməyə müraciəti əsasında məhkəmə qərarı əsasında təyin edilmiş əlilliyinin Əlillik AS-də qanunvericiliyə zidd şəkildə ləğv edildiyi müəyyən olunduğundan Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını yenidən araşdırmış və aşağıdakıları müəyyən etmişdir:1. Bakı şəhər sakini xx.xx.1966-cı ii təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) Ali Məhkəmənin İnzibati Kollegiyasının 3-17-4/1-41804/2023 nömrəli qərarı əsasında xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS 3-17-4/3-1-93913/2023) Sonradan əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş 3- 17-4/2-H-32644/2023 nömrəli məktuba əsasən DTSERA-ya əyanı müayinəyə dəvət olunsa da. müayinədə iştirak etməmiş və ona “Diaqnoz oz təsdiqini tapmır” barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-3-477/2024).Əlillik təyinatlının əsaslılığının müxtəlif risk qupları üzrə araşdırma aparılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2024-cü ildə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan haqqında müvafiq akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir.Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun) əsaslılığı təsdiqini tapmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 0-8.01.2024-cü il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.Nəticədə xx.xx.2024-cü il tarixli, “xx.xx.2014-cü il tarixindən diaqnozun təsdiqini tapmaması” barədə qərar əlillik altsistemində etibarsız edilmişdir; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilmiş, iddiaçının xx.xx.2014-cü ildən 2-ci qrup Azərbaycan Respuiblikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir; Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının xx.xx.20923-cü il tarixli, 2-1(103)-872/2023 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)- 872/2023 nömrəli qərarından verilmiş kassasiya şikayəti də təmin edilməmişdir; İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarına əsasən xx.xx.2012-ci ildə iddiaçıya qoyulmuş diaqnozun mətni: “Mərmi partlayışından sonra keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri.Posttravmatik ensefalopatiya kəskin asteno nevrotik sindrom.Sol tərəfli hemiparezi ÜİX:Gərginlik stenokardiyası İİ fs.Hipertoniya İİ B mərhələsi”, xx.xx.2014-cü il tarixdə “Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya.Qabarıq asteno nevrotik sindrom”, xx.xx.2014-cü ildə “Qapalı kəllə beyin travmasının qalıq əlamətləri.Posttravmatik ensefalopatiya.Kəskin asteno-nevrotik sindrom”, xx.xx.2021-ci ildə “Kəllə sinirlərinin travmalarının nəticələri.Baş beynin travma xəstəliyinin qalıq əlamətləri”, xx.xx.2021-ci ildə “Keçirilmiş QKBT davamlı kəllə beyin travmasının qalıq əlamətləri.Nevrasteniya” diaqnozları göstərilmişdir; Cavabdehin iddiaçıya ünvanlanmılş xx.xx.2023-cü il tarixli bildirişinə əsasən iddiaçı xx.xx.2024-cü ildə əyani müayinəyə dəvət oluhnmuşdur.
İV. Məhkəmənin mövqeyi
8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 9.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 10.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsində göstərilir:13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2.İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.13.3 Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsində göstərilir:14.1.inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.14.2.Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.14.3.Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aidolan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 11.Yuxarıda istinad olunan qanunvericilik müddəalarına əsasən inzibati orqan olaraq cavabdeh inzibati icraat haqqında qanunun tələbləri baxımından öz xidməti mövqeyinə görə yalnız iddiaçının tam sağalması (sağlamlığının bərpa olunması) və əlillik əlaməti təyin edilən xəstəlikdən əziyyət çəkmədiyi halda mübahisələndirilən məzmunda qərar qəbul edə bilərdi. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçının təkrar əyani müayinəyə cəlb olunaraq əlilliyin yenidən qiymətləndirilməsi zərurətinin nədən irəli gəlməsi cavabdehin qərarlarında öz əksini tapmamışdır. Belə ki, işin mübahisəedilməz halı ondan ibarətdir ki, iddiaçının Azərbaycan Respuiblikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı travma nəticəsində xx.xx.2014-cü ildən 2-ci qrup müddətsiz əlil olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü şübhə altına alaraq əyani müayinəni zəruri hesab etmişdir, lakin bu zərurətin nədən irəli gəlməsi inzibati iş materialları ilə müəyyən edilmir. Cavabdehin təqdim etdiyi sənədlərdə iddiaçının 2014-cü ildə qoyulmuş diaqnozdakı xəstəlikdən tam sağalmasını təsdiq edən heç bir sübut yoxdur. Belə olan halda iddiaçının sağalmasına əsaslı sübutlar olmadığı halda, iddiaçının əlilliyi (xəstəliyi, qoyulmuş diaqnozu) ilə bağlı mövcud olmuş sübutları təkzib edən, inzibati orqan tərəfindən daha əvvəl müəyyən edilmiş, diaqnozlarda əks olunan əlilliyin təyinatına əsas verən xəstəliklərdən sağalmasını sübuta yetirən sənəd və sübutlar mövcud olmadığı halda cavabdeh iddiaçının diaqnozunun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul etmişdir, bununla da cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadının qanunla qorunması prinsipi pozulmuşdur. 12.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı İddiaçı iddiası təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiаçı İddiaçı barədə xx.xx.2024-cü il tarixindən əlillik təyinatından imtina edilməsi barədə qərarı ləğv edilməlidir. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 15.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 16.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,32, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiаçı İddiaçı barədə xx.xx.2024-cü il tarixindən əlillik təyinatından imtina edilməsi barədə qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova