Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1051/2021 02.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə «kompensasiya hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli X5 ilə onun arasında bağlanmış **********2401 saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli restrukturizasiyaya dair sazişə əsasən kompensasiyanın hesablanması və ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Prezidentinin 2xx.xx.2019-cu il tarixli fərmanına əsasən ona kompensasiyanın hesablanması və müvafiq siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4858/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli X5 ilə iddiaçı arasında **********2401 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 24 ay müddətinə illik 23,71 % olmaqla 1500 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2016-cı il tarixdə isə həmin müqavilənin restrukturizasiyasına dair saziş bağlanmışdır. Həmin sazişə əsasən qalıq əsas borc 2247,75 manatın 32 ay müddətinə illik 28% dərəcəsi ilə ödənilməsi müəyyən edilmişdir. İddiaçı isə həmin borcu tam olaraq ödəmiş və hal hazırda cavabdehə heç bir borcu qalmamışdır. Azərbaycan Respublikasının Prezident “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, aşağıda qeyd olunan tarixlərə Fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, həmin Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35'ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, üçüncü şəxs “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X7 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” QBKT MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli sazişlə bağlı hər hansı qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş X6 Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir.Odur ki, cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü ildə doğulmuşdur, Haçıqabul rayonu, Atbulaq kəndində yaşayır. № **********2401 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 tərəfindən İddiaçı oğluna 24 ay müddətinə illik 23.71% faiz olmaqla 1500 ABŞ dolları kredit verilmişdir. Kredit və ona hesablanmış faizlərin ödəniş qrafikindən görünür ki, № **********2401 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödəniş qrafiki tərtib olunmuş və ödənilmə tarixləri xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. xx.xx.2015 tarixli **********2401 saylı Kredit Müqaviləsinin restrukturizasiyana dair xx.xx.2016-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsi üzrə X1q əsas borcu 2247.75 AZN hesablanmış və ödənilməmiş faizlər 0,00 AZN, cərimə isə 0.00 təşkil etmişdir. Borclu göstərilən məbləği 32 ay müddətində tamamilə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X3 xx xxxxxx 2020-ci il tarixli, 2020/999/4290 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ilə təşkilat arasında bağlanılmış xx.xx.2015-ci il tarixli **********2401 hesab nömrəli kredit məbləğinin valyutası USD olmuş, həmin hesab nömrəli kredit müqaviləsi üzrə saziş bağlanaraq rest olunmuş və yaradılan **********1461 saylı yeni hesab nömrəsinin valyutası AZN-nə çevrilmiş, Fətəliyev X2 ümumilikdə 5 kredit müqaviləsi və 1 restrukturizasiya sazişi bağlamışdır. İddiaçı ikinci devalvasiya yəni xx.xx.2015-ci il tarixə əsas kredit borcu 1500 AZN və 1500 USD olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.2-ci bənd). Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, İddiaçı oğlunun kredit müqaviləsi üzrə qeydlər bazaya ötürülməmiş və bu səbəbdən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki,“Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Şərh olunan maddələrin normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə araşdırması nəticəsində İddiaçı ilə “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 arasında bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmiş və müqavilə üzrə 900 manat kompensasiyanın hesablanmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsinin əsaslı səbəbi odur ki, bank tərəfindən kredit müqaviləsi “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 yaradılmış məlumat bazasına daxil edilməmişdir. Halbuki, həm iş materiallarında olan kredit müqaviləsindən, həmçinin “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 tərəfindən sorğuya cavab məktubundan aydın olur ki, borcalan qismində AZE № 0******* nömrəli, FİN:xxxxxxx şəxsiyyət vəsiqəsi üzrə İddiaçı ilə “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 xx.xx.2015-ci il tarixində 1500 ABŞ dolları məbləğində, 24 ay müddətinə, illik 23.71 faiz dərəcəsi ilə **********2401 nömrəli kredit müqaviləsi bağlanılmış, sonradan isə həmin kredit müqaviləsi saziş bağlanaraq rest olunmuş və yaradılan yeni hesab nömrəsinin valyutası AZN-yə çevrilmiş, İddiaçı ikinci devalvasiya tarixinə əsas kredit borcu 1500 ABŞ dolları olmuşdur.Odur ki, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə «kompensasiya hesablanması və və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “Finca Azerbaijan” Məhdud Məsuliyyətli X5 ilə İddiaçı arasında bağlanmış № **********2401 saylı, xx.xx.2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı 900 manat kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1051/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1051/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver