Məhkəmə qərarları › İş №2-1(112)-1051/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1051/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1051/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçıun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncu şəxs N №-li Hərbi Hissə) “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncu şəxs N №-li Hərbi Hissə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N №-li hərbi hissədə xidmət edərkən N9-cu ilin mart və dekabr aylarında qanunsuz olaraq ondan tutulmuş əmək haqqının 2-ci qatlarının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1998-2020-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət keçərkən N9-cu ilin mart və dekabr aylarında xüsusi xidmət şəraitinə görə ona ödənilən əmək haqqının 2-ci qatı qanunsuz olaraq tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş 04.01.N8-ci il tarixdən 14.04.2020-ci il tarixədək olan dövr üçün aylıq əmək haqqı aldığı "xxxx" ASC-dən ona verilmiş ödəniş kartı üzrə çıxarışın 20-ci səhifəsində axırıncı qrafada ona 18.03.N9-cu il tarixdə N9-cu ilin mart ayı üçün 1105 manat 83 qəpik məbləğində əmək haqqının, 30-cu səhifəsində 9-cu qrafada ona 19.12.N9-cu il tarixdə N9-cu ilin dekabr ayı üçün 1646 manat 17 qəpik məbləğində əmək haqqının ödənilməsi göstərilmişdir. Halbuki həmin ödəniş kartı üzrə N9-cu ilin mart və dekabr aylarından əvvəlki və sonrakı aylıq əmək haqqı ödənişlərinin məbləğlərinə diqqət yetirilsə, həmin ödəniş məbləğləri 2500-2700 manat təşkil etmişdir. Ondan qanunsuz olaraq tutulmuş əmək haqqının qaytarılması xahişi ilə o, 18.01.2021-ci il tarixdə cavabdehə və üçüncü şəxsə ərizə ilə müraciət etmişdir. Lakin onun müraciəti bu günədək cavablandırılmamış və nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və N nömrəli hərbi hissəyə ünvanlanmış şikayət ərizəsindən görünür ki, o, N9cu ilin mart və dekabr aylarında qanunsuz olaraq ondan tutulmuş əmək haqqının 2-ci qatlarının ona ödənilməsi üçün N nömrəli hərbi hissə komandirinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2022-ci il tarixli 1132 saylı məktubda qeyd olunur: Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 15 avqust 1998-ci il tarixdən hərbi xidmətə başlamış və 2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı 03 oktyabr N8-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək N nömrəli hərbi hissədə müvafiq vəzifədə xidmət etmiş və ona N9-cu ilin mart ayında hərbi rütbə maaşı - 130 manat, vəzifə maaşı - 690 manat, uzun müddətli xidmətinə görə faiz əlavəsi - 205 manat, hərbi rütbə və vəzifə maaşının ikinci qatı - 820 manat, məharət dərəcəsinə görə - 103 manat 50 qəpik, məxfiçiliyə görə - 103 manat 50 qəpik və bütün bunlardan 240 manat 97 qəpik tutma çıxmaqla cəmi N6 (iki min on altı) manat 03 qəpik və N9-cu ilin dekabr ayında rütbə maaşı - 154 manat, vəzifə maaşı - 870 manat, uzun müddətli xidmətinə görə faiz əlavəsi - 256 manat, hərbi rütbə və vəzifə maaşının ikinci qatı - 1024 manat, məharət dərəcəsinə görə - 130 manat 50 qəpik, məxfiçiliyə görə - 408 manat və bütün bunlardan 315 manat 69 qəpik tutma çıxmaqla cəmi 2782 (iki min yeddi yüz səksən iki) manat 81 qəpik pul təminatı hesablanmışdır. Lakin hesablama zamanı İddiaçı N9-cu ilin mart və dekabr aylarında ikinci qat əmək haqqının ödənilməmiş məbləği hesablanmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı hesabına 18.03.N9-cu ildə 1105,83 manat, 19.12.N9-cu ildə 1646,17 manat mədaxil edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. 10-cu maddəsinin 2-ci hissəsinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 15 avqust 1998-ci il tarixdən hərbi xidmətə başlamış və 2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmış, 03 oktyabr N8-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı N №-li hərbi hissədə xidmət edərkən ona ödənilməyən N9-cu ilin mart və dekabr aylarında əmək haqqının 2-ci qatlarının ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2022-ci il tarixli məktubdan da görünür ki, iddiaçıya N9-cu ilin mart və dekabr aylarında ikinci qat əmək haqqı hesablansa da ödənilməmişdir. Qeyd olunan məktuba əsasən iddiaçıya N9-cu ilin mart ayında hərbi rütbə və vəzifə maaşının ikinci qatı 820 manat daxil olmaqla cəmi N6,03 manat və N9-cu ilin dekabr ayında hərbi rütbə və vəzifə maaşının ikinci qatı 1024 manat daxil olmaqla 2782,81 manat pul təminatı hesablansa da, "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən iddiaçının hesabına 18.03.N9-cu ildə 1105,83 manat və 19.12.N9-cu ildə 1646,17 manat mədaxil edilmişdir. Göründüyü kimi, iddiaçıya N9-cu ilin mart və dekabr ayları üçün hesablanmış əmək haqqının ikinci qatı ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı N №-li hərbi hissədə xidmət edərkən N9-cu ilin mart və dekabr aylarında ondan tutulmuş əmək haqqının 2-ci qatlarının İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar