Məhkəmə qərarları › İş №2-1(112)-10519/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10519/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10519/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli 4/3-396N saylı cavab məktubunda bildirmişdir ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-532N nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və xx.xx.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.N974-cü il təvəllüdlüdür. xx.xx.N992-ci ildə N () nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə 4-cü batalyonun şəxsi heyətinin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək əsgər vəzifəsinin icrasına başlamışdır. xx.xx.N994-cü ildə hərbi xidmət dövründə ciddi travma almış, bu travmanı (əsas: AR MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 2743 nömrəli arayış) Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmət etdiyi dövrdə AR SQ-nin vahid mərkəzləşmiş ordusu tam formalaşmamışdır. Bu səbəbdən müəyyən formada bir sıra hərbi qulluqçuların xidməti sənədlərinin qeydiyyatı əksər hallarda düzgün aparılmırdı. Bu səbəbdən hazırda onun xidməti barədə mərkəzi arxivdə məlumat yoxdur. xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı “hər iki pəncə barmaqlarının İ-İİ-İİİ-cü dərəcəli donması diaqnozu” ilə Bakı şəhəri Səhiyyə şöbəsinin M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının 2-ci cərrahiyə şöbəsinə gətirilmişdir. xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Bakı şəhəri Səhiyyə şöbəsinin M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında “hər iki pəncə barmaqlarının İ-İİ- İİİ-cü dərəcəli donması Sağ pəncədə İ barmağın dırnaq falanqasının osteomielimu. Sağ pəncənin İ barmağının əsas falanqası səviyyəsində amputasiyası olmuşdur. Onun xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Bakı şəhəri Səhiyyə şöbəsinin M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında aldığı müalicə birbaşa Kəlbəcər rayonunun müdafiəsi zamanı aldığı “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” əsası ilə şəhadətləndirilmişdir. 2023-cü ildə AR Müdafiə Nazirliyinə müharibə veteranı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etsə də xx.xx.2023-cü il tarixli 4/3396N nömrəli məktubla müraciətinə imtina edilmişdir. Rəsmi müraciətinə imtina səbəbi kimi — AR Müdafiə nazirinin katibliyinin mərkəzi arxivinin xx.xx.2022-ci il tarixli 4/2-532N nömrəli arayışına əsasən, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etməyi və xx.xx.N994-cü il tarixdə hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş bu imtina qərarı qanuna zidd və qeyri obyektivdir. Belə ki, xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı aldığı travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Həmçinin, xx.xx.N994-cü il tarixdə o, N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmiş, elə travmanı da N saylı hərbi hissədə xidmətdə olduğu vaxt almışdır. N saylı hərbi hissə bildirir ki, onun belə bir əsgəri olmamışdır. Bununla belə qeyd etdiyi halı hərbi bilet əvəzinə ona verilmiş olan arayış təsdiq edir. Həmin arayışdan da görünür ki, o, hərbi xidmətdən yayınmamış, buna baxmayaraq 2022-ci ildə öyrənmişdir ki, həmin vaxt fərari elan edilərək axtarışa verilmiş, nəticədə “məsuliyyətə" cəlb edilmiş, sonradan amnistiyaya düşərək məsuliyyətdən azad edilmişdir. Hərbi xidmətdən yayınmaq niyyəti olsa idi, digər hərbi hissədə xidmət etməzdi, ən əsası da hal-hazırkı vəziyyətdə olmazdı. Belə ki, xidmət dövründə o, yuxarıda qeyd etdiyi xəsarətləri almış və sağlamlığından olmuşdur. xx.xx.200N-ci il tarixdə verilmiş 23 nömrəli hərbi bilet əvəzinə verilmiş arayışdan da görünür ki, o, artıq xx.xx.N994-cü il tarixdə xidmətə yararsız idi. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən və xx.xx.N994-cü il tarixində hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığından, ona “müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən, “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi hissəni özbaşına tərk etməməsi də şərtdir. Buna görə sözügedən Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmiş, bununla qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə, yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması başa düşülür. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Lakin hazırkı iş üzrə iddiaçının xidmət keçdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması müəyyən olunmur. Belə ki, işdə olan N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli, N nömrəli xx.xx.N994-cü il tarixli 3N6 saylı əmrlərindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-532N nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli, N nömrəli əmrilə sıravi İddiaçı 4-cü batalyonun şəxsi heyətinin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək əsgəri vəzifələrinin icrasına başlamışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Nizami RHK-nın çağırışçısı İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının xx.xx.N994-cü il tarixli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N2 fevral N994-cü il tarixli 3N6 nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün müavinətlərdən çıxarılaraq sənədləri Azərbaycan Respublikası HK-na göndərilmişdir. 70N nömrəli hərbi hissə komandirinin yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və travma alması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3/2- 7334/2023 nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı barəsində amnistiya qərarının tətbiq edilməsinə dair xx.xx.2000-ci il tarixli müraciəti əsasında «Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli qərarının N.N və N.6-cı bəndlərinə əsasən xx.xx.2000-ci il tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmamış, xidmət yerini özbaşına tərk etmiş, bununla bağlı başlanmış cinayət işi bəraətverici əsaslara görə deyil, amnistiya aktına əsasən rədd edilmişdir. Belə olan halda aydın olur ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddianı qaldırarkən xx.xx.N994-cü il tarixdə N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilməsinə və xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı travma almasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının xx.xx.2006-cı il tarixli 238 saylı arayışından görünür ki, iddiaçının deməsinə görə onun Kəlbəcər döyüşlərində xəsarət alması müəyyən edilmiş, Nizami rayon Hərbi Komissarlığının xx.xx.20NN-ci il tarixli arayışında isə xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Lakin yuxarıda istinad olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-532N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, 70N nömrəli hərbi hissə komandirinin yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və travma alması barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçı N saylı hərbi hissədə xidmət keçməsi və xəsarət almasını iddia etsə də, onun həmin hərbi hissəyə göndərilməsi ilə bağlı heç bir sübut mövcud deyil. Bundan əlavə, iddiaçının hərb hissəni özbaşına tərk etdiyinə görə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün müavinətlərdan çıxarılması barədə N nömrəli hərbi hissə komandirinin N2 fevral N994-cü il tarixli 3N6 nömrəli əmri də hazırda qüvvədədir. Həmin əmrdən məlum olur ki, iddiaçı xx.xx.N994-cü ildə N saylı hərbi hissəyə göndərilməmiş, N994-cü ilin fevral ayında onun xidmət yeri N saylı hərbi hissə olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, göstərilənlərə əsasən hazırkı iş üzrə iddiaçının müharibə veteranı adının verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.N-ci, N4.3-cü, 23.N-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.N-ci, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar