Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1052/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, tərcüməçilər X12, X1, İddiaçı və onun vəkili X14, cavabdeh Azərbaycan Respublikası X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5, üçüncü şəxs X3, onun vəkili X8 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası X20 Komitəsi yanında Cavabdeh qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası X20 Komitəsi yanında Cavabdeh qarşı X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X15 adına özəlləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X15 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X2rşı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhəmənin MK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdrilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhəmənin MK-nın xx.xx.2020-ci il tarixli qərarında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddianın inzibati məhkəməyə verilməsi izah edilmişdir. Ona görə də dərhal inzibati məhkəmədə bu iddianı qaldırmışdır. O, Nizami Rayon Məhkəməsində iddia qaldıraraq ğöstərmişdir ki, o, lal-kar olmaqla sərbəst yazıb oxuya bilmir. Vəkili X11 adından yazdığı iddia ərizələrinin mahiyyətini başa düşməmişdir. Onun mənzilinin özəlləşdirlməsini bilməmiş, bu mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verməmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli sorğusuna əsasən AR ƏMDKY DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktub ilə göndərilmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilə dair ilkin sənədlər alınan zaman ona məlum olmuşdur ki, xx.xx.2001-ci ildə guya o, Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X15 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsi vermişdir. O, adından yazılmış həmin ərizəyə məhkəmə iclasında baxmış və dərhal məhkəmə iclasına sədrlik edən hakimə bu ərizənin onun tərəfindən yazılmadığını və orada olan imzanın tərəfindən icra edilmədiyini göstərmişdir. Vəkilinə-nümayəndəsinə rəsmi vəsatət yazıdıraraq onun adından xx.xx.2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X15 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazısının və bu ərizədə olan xəttin onun tərəfindən icra edilmədiyini təsdiq edilməsi üçün məhkəmə-xətşunaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin, məhkəmə bu vəsatəti qəbul etməmişdir. Onun adından xx.xx.2001-ci ildə guya Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X15 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazılması tarixi xx.xx.2001-ci il göstərilmiş, lakin bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-ıtın 96 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən xx.xx.2001-ci ildə təsdiq edilmişdir. Birinci, əgər həmin ərizədəki imza onun olsaydı, bu imza notariat hərəkəti olmaqla notariusda təsdiq edilməli idi. İkincisi, həmin ərizədəki imzanın həqiqətən onun olmasını təsdiq edilməsi üçün o, bu imzanı təsdiq edən vəzifəli şəxsin yanında olmalı idi. Həmin “vəzifəli şəxs” onun iştirakı ilə imzanın onun tərəfindən icra olunmasını yoxladıqdan sonra onu təsdiq etməi idi. İmzanın təsdiqi zamanı bu fakt göstərilməli idi ki, o, bu imzanı onu təsdiq edən vəzifəli şəxsin yanında şəxsən imza etmişdir. İmza təsdiqi notariat hərəkəti olmaqla bu notariat hərəkətini yerinə yetirən şəxs onun iştirakını şəxsən yoxladıqdan sonra onu təsdiq etməli idi. Lakin, xx.xx.2001-ci ildə yazılmış bu saxta ərizə və bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-nın 96 saylı X/R JKU-nun vəzifəsi göstərlməyən N.A.Abdulov tərəfindən xx.xx.2001-ci ildə təsdiq etmişdir. Göründüyü kimi saxta ərizə və bu ərizəyə qoyulmuş imza ərizənin yazılmasından 7 gün sonra onu yazanın iştirakı olmadan, imza sahibinin iştirakı olmadan təsdiq edilmişdir. Belə olan halda iş üçün əhəmiyyətli olan bu sübutun həqiqiliyi yoxlanılmadan, yəni ekspert rəyi almadan ona istinad edilərək iddia tələbinin rədd edilməsi tam qanunsuzluqdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmiş, məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Ondan yazı xətt nümunələri götürülmüş, bundan sonra mülki iş 10 ay Bakı Apellyasiya Məhkəməsində heç bir əsas olmadan hakim R.Eyvazovun icraatında saxlanılmışdır. Məhkəmə-xətşunaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 10135 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı, yəni onun adından olan xx xxxx 2001-ci il tarixli ərizədə “Tıımanov C.H”yazısı önündəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında vəkili izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzildə valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. xx xxxxxx 2001-ci il tarixdə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə sənədlər toplanan zaman iddiaçı da həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanması şərtilə razılıq verməmişdir. Mənzil özəlləşdirilməsindən xəbəri olmamışdır. Bütün bunlar barəsində ən çox gec məlumatı olmuşdur. Bir il sonra atası Nikolay Tumanov X10 tərəfindən aldadılaraq öz adına etibarnamə verilməsinə nail olmuş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə atası Nikolay Tumanovun adından ərizə verərək onun həmin yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(007)- 2679/2012 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2-otaqlı mənzilin özəlləşdirilməsi zamanı vermiş olduğu razılığa əsasən mənzilin özəlləşməsini həyata keçirən və bu barədə mülkiyyət haqqında sənəd əldə edən atası Nikolay Tumanovun adından etibarnamə ilə çıxış edən Raxmanina Marina hüquqdan sui-istifadə edərək onun digər yaşayış sahəsi olmadığı halda, istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə əldə etməyə nail olmuşdur ki, bu da Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Vəkili X18 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, hazırkı mübahisədə İddiaçı illər boyu valideynləri ilə bir ailə üzvü kimi qeydiyyatda olmaqla yaşadığı mənzilin iddiaçının xəbəri və razılığı olmadan iddiaçının imzasını saxtalaşdırmaq yolu ilə yeganə yaşayış yerinin özəlləşdirilməsini “təşkil edən” X10 valideynlərini aldadaraq onları iddiaçıya qarşı qoymuş, iddiaçının adından öz adına etibarnamə alaraq iddiaçının ünvan 1 ünvanındakı ikiotaqlı mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasına məhkəmə yolu ilə nail olmuş, bununla da, iddiaçının Konstitutsiya ilə təsbit olunmuş mənzil hüququnu pozan məhkəmə qətnaməsi əldə etmişdir.İddia tələbinin təmin olunacağı təqdirdə iddiaçının mübahisələndirdiyi yaşayış sahəsinin sahibi olmuş atasının yeganə vərəsəsi ailə üzvü kimi pozulmuş hüquqlarının müdafiəsinə və bu hüququn məhkəmə qaydasında təmin olunmasına yönələn subyektiv hüququm mövcuddur. Deməli hazırki məhkəmə mübahisəsində iddiaçının iddia ərizəsi verməklə bu hal iddiaçını özünümüdafiəyə sövq edir və o da iddiaya dəqiqləşdirmə verməklə subyektiv hüququnu reallaşdırır. 2001-ci ilin yanvar ayının əvvəllərində iddiaçı S.N. Tumanov Moskva şəhərində müvəqqəti işləmək üçün olduğu zaman yaşadıqları mənzilin icarə müqaviləsinin babası X19 adından atası X15 adına keçirilməsi üçün mənim yazılı razılıq yazıb göndərməyim barədə evimizdən xəbər gəlmiş,mən babamın adına olan mənzilin icarə müqaviləsini babam öldükdən sonra atasımın adına keçirilməsini qanuni hal hesab edərək bu barədə razılıq ərizəsi yazdıraraq (mən belə bir ərizə yazmamışam,belə bir ərizəyə imza etməmışam) Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanına göndərmişdir. Sonralar mənzillərinin xalası qızı X7 bağışlanması barədə məlumat almış və Bakı şəhərinə gəlib,qeyd edilən Bakı şəhəri, Nizami rayonunun B.Nuriyev küçəsindəki 33 saylı evin 2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə məhkəmə qətnaməsinin mövcudluğunu dəqiqləşdirmiş və çox çətinliklə də olsa, həmin qətnaməni əldə edib hüququnun itirilməsinə əsas olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin qətnaməsinin məhkəmə mübahisəsini açmışdır. Sonrakı məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarlar və qətnamələr çıxarılan zaman iddiaçı hələ mənzilin X15 adına özəlləşdirilməsi barədə yazılı razılığının olub- olmamadığını bilməmişdir. Bu yaxınlarda Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənziin atası X15 adına özəlləşdirilməsini əsassız hesab edərək, həmin özəlləşmənin ləğvi barədə məhkəməyə iddia ərizəsi də müraciət etmişdir. Eyni zamanda özəlləşmənin ilkin sənədlərinin DƏDRX-dən tələb olunması barədə məhkəmə sorğusuna əsasən alınmış cavabdan göründü ki, guya o, xx xxxx 2001-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atası X15 adına özəlləşdirilməsinə razılığa dair ərizə ilə müraciət etmişdir. Lakin iddiaçı həmin ərizənin mətni ilə tanış olan zaman yəqin etmişdir ki, həmin ərizəni o yazmamış və ərizənin sonunda edilən imza onun tərəfindən icra edilməmişdir. Beləliklə, xx xxxx 2001-ci il tarixli ərizə ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atası X15 adına özəlləşməsi barədə vermiş olduğu ərizədəki iddiaçının imzasına oxşayan imzanı kimsə etmişdir. İddiaçı qəti olaraq bildirmişdir ki, 2001-ci ilin iyun ayında və ümumiyyətlə, həmin ərəfədə o Bakı şəhərində olmamış, müvəqqəti olaraq işləmək üçün Moskva şəhərinə getmiş dir. Onun adından saxta razılıq ərizəsi tərtib olunduğunu, Bakı şəhəri, Nizami rayon məhkəməsinin sorğusuna uyğun olaraq DƏDRX-nin Bakı ərazi idarəsinin tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli cavabı ilə tanış olan zaman bilmiş və iddia müddətinin axımı da xx xxxxx 2018-ci il tarixdən başlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, ünvan 2 ünvanındakı mənzilin atam X15 adına özəlləşdirilməsinə dair guya mənim adımdan vermiş olduğu, əslində isə saxtalaşdırılmış ərizəyə dair xətşunaslıq ekspertizasının təyin olunması,müvafiq rəy alındıqdan sonra bu ərizəyə əsasən həyata keçirilmiş özəlləşmənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh X10 iddianı qəbul etməyib etirazında göstərmişdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, xx xxxxxx 2001-ci il tarixdə ünvan 3 ünvanındakı mənzilin özəlləşdirilməsi zamanı həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adma reyestrdən çıxarış verilməsinə,eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanılması şərti ilə “razılıq” vermişdir. İddiaçının bu dedikləri əvvəlki məhkəmə instansiyaları tərəfindən işə baxılarkən də öz təsdiqini tapmışdır. Bu faktın özü İddiaçı qeyd olunan mənzilə dair mülkiyyət hüququndan məhrum edir. Belə ki, “Özəlləşdirmə haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli qanunun 5-ci maddəsinin tələbi imkan verir ki, iddiaçı S. Tumanov özəlləşmə zamanı mülkiyyət sahibi ola bilərdi. Lakin nə qədər ki, o öz payını atası N. Tumanovun xeyrinə vermişdir, belə olan halda onun mülkiyyətə payçı olmasından söhbət gedə bilməz. Yuxarıda qeyd olunan hallara görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia ilə bağlı mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi izahat verərək hazırki tələblə bağlı iddiaçı tərəfindən onlara müraciət olunmadığını, ona görə də iddia tələbinin mümkünsüz olduğunu bildirdi və iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili ayrı-ayrılıqda izahat verərək iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********02 №li xx.xx.2020-ci il məktubdan və məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi. ev 33. 2 nömrəli mənzil ilkin olaraq X15 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nun xx.xx.2013-cü il tarixli 4Ə-01-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı mübahisəli mənzilin X15 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Odur ki, aşağıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası X20 Komitəsi yanında Cavabdeh qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1052/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1052/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver