Məhkəmə qərarları › İş №2-1(112)-10529/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10529/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10529/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya məxsus qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya məxsus qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cizgi yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əsasən Nizami rayonu Çernişevski küçəsi 2511-ci məhəllədə yerləşən "Ekologiya" qaraj tikinti kooperativinə əlavə olaraq 6 nəfər üzv qəbul edilməsi və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi X3, X5, İddiaçı, X6ma, Rəsulova T.X, X1 qaraj tikintisinə icazə verilmiş, kooperativin sədrinə 10 gün müddətində qarajların layihə-smeta sənədlərin tərtib etdirib İcra Hakimiyyətinə təqdim edilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamında qeyd edilmiş qaraj 1994-cü ildən hal-hazırki vaxtadək iddiaçının sahibliyində və istifadəsindədir və qeyd olunan qarajla bağlı hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən qarajın ona məxsusluğu mübahisələndirilməmişdir. Sərəncamda adları qeyd edilmiş şəxslərdən bir neçəsi, eləcə də X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, özünə məxsus qaraja dair texniki pasport tərtib edilmişdir. Bundan əlavə, sərəncamda adları qeyd edilmiş şəxslərin bir neçəsi həmin qarajlara dair cavabdehə müraciət edərək, texniki pasportun tərtib edilməsinə nail olmuşlar. Bundan sonra, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əsasən onun istifadəsinə verilmiş qaraja dair texniki pasportun tərtib edilməsini xahiş etsə də, müraciəti xx.xx.2023-cü il tarixli 3-213-30/2-X-0036-X/2023, **********17 saylı imtina məktubu ilə təmin edilməmiş və ona imtinanın əsası kimi göstərilmişdir ki, qeyri-yaşayış binasına (qaraja) dair yerləşmə cizgisi təqdim edilmədiyindən, göstərilən qarajın sərəncamda qeyd olunan qaraj olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əlavə edilməli olan yerləşmə cizgisini əldə etmək üçün Dövlət Arxivinin Bakı Filialına müraciət etsə də, müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli BA-08258-2022 saylı məktubla bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamının arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına cizgi, yerləşmə sxemi əlavə edilməmişdir. Cavabdehnə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əlavə edilməli olan yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, müraciətinə cavab olaraq bildirilmişdir ki, 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış evi, bağ evi, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması və addan-ada dəyişdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əsasən Nizami rayonu Çernişevski küçəsi 2511-ci məhəllədə yerləşən "Ekologiya" qaraj tikinti kooperativinə əlavə olaraq 6 nəfər üzv qəbul edilməsi haqqında vahid sərəncam mövcud olmuş, yerləşmə sxeminin tərtib edilmədiyi halda, sərəncamda adları qeyd edilən bir neçə şəxsə texniki pasportun verilməsi, onun isə bu əsasla müraciətinin təmin edilməməsi yolverilməzdir. Yerləşmə cizgisi tələb olunmadan, sərəncama əlavə edilmədən adları sərəncamda qeyd edilmiş bir neçə şəxsə texniki pasport tərtib edildiyi kimi, iddiaçının da müraciəti təmin olunaraq, ona məxsus qarajın da texniki pasportu tərtib edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı “ona məxsus qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10529/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair yerləşmə cizgisi təqdim edilmədiyindən göstərilən qarajın sərəncamda qeyd olunan qaraj olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamının surətindən görünür ki, Çernışevski küçəsi 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikinti kooperativinə əlavə onlara altı nəfər üzv qəbul olunması haqqında 5/7 nömrəli xx.xx.1994-cü il tarixli protokolun təsdiq edilməsi və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. Protokola əsasən qaraj tikintisinə icazə verilmiş “Ekologiya” kooperativinin üzvləri sırasında İddiaçı adı da qeyd edilmişdir; - Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli X-1-159/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 399/5 №-li sərəncamının 2-ci bəndində layihə-smeta sənədlərinin tərtib edilməsi kooperativin sədrinə tapşırılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və “X9” Azərbaycan Respublikası Qanununa əsasən, 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması və addan-ada dəyişdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməmişdir; - Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2007-ci il tarixli 11/107413.07.07 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (qaraj) X4 adına qeydə alınmışdır və Cavabdeh tərəfindən tikilməsi nəzərdə tutulan qarajın yerləşdiyi sahəyə dair sxem (yerləşmə cizgisi) tərtib edilərək müvafiq qaydada təsdiq edilmişdir; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami Rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 399/5 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir; - Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2019-cu il tarixli 04/119 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çernışevski küçəsi, 2511 məhəllədə yerləşən qaraj X2 adına qeydə alınmışdır; - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh başçısının aparatının xx.xx.2023-cü il tarixli 5-16/1-865/23 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamın 2-ci bəndi ilə layihə-smeta sənədlərinin tərtib edilib Rayon İcra Hakimiyyətinə təqdim edilməsi kooperativin sədrinə tapşırılmışdır. Həmin sərəncamın sözügedən bəndi icra edilmədiyindən, ərizəçinin müraciəti müsbət həllini tapmamışdır;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sənədlərlə və işin halları ilə müəyyən edilir ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyri-yaşayış binasına (qaraj) dair yerləşmə cizgisi təqdim edilmədiyindən göstərilən qarajın sərəncamda qeyd olunan qaraj olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Cavabdehin imtinasından narazı qalan iddiaçı cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmas barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin hallarının araşdırılmasını təmin etmək məqsədi ilə inzibati orqanlara müvafiq sorğular vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddia tələbinin əsaslı olduğunu hesab edir. İş materiallarında olan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. “Çernışevski küçəsindəki 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikinti kooperativinə əlavə üzv götürülməsi və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli Sərəncamından görünür ki, Çernışevski küçəsindəki 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikinti kooperativinə əlavə olaraq, altı nəfər üzv qəbul olunması haqqında 5/7 nömrəli xx.xx.1994-cü il tarixli protokolun təsdiq edilmiş və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncamda Protokola əsasən qaraj tikintisinə icazə verilmiş “Ekologiya” kooperativinin üzvləri sırasında İddiaçı adı da qeyd edilmişdir. Nizami rayon İca Hakimiyyətinin məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamın 2-ci bəndi ilə layihə-smeta sənədlərinin tərtib edilib Rayon İcra Hakimiyyətinə təqdim edilməsi kooperativin sədrinə tapşırılmışdır. Həmin sərəncamın sözügedən bəndi icra edilmədiyindən, ərizəçinin müraciəti müsbət həllini tapmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab oaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquq subyekti X4 adına ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (qaraj) qeydə alınaraq, xx.xx.2007-ci il tarixli 11/107413.07.07 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərlə də müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli Sərəncamı ilə iddiaçıya Çernışevski küçəsindəki 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikintisinə icazə verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sorğu əsasında Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli Sərəncamından əlavə vətəndaş İddiaçı məxsus heç bir sənəd əlavə edilməmişdir. Beləliklə, istinad edilən sərəncam əsasında qaraj tikintisi məqsədi ilə iddiaçıya ayrılsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsi istinad edilən sərəncama əsasən iddiaçıya naturada akt əsasında təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Belə ki, torpaq sahəsi ayrılarkən qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsini ayıran qurum həmin torpaq sahəsinin yerləşmə planını (vəziyyətini) tərtib etməmişidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz. Məhkəmə, həmçinin Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamın 2-ci bəndi ilə layihə-smeta sənədlərinin tərtib edilib Rayon İcra Hakimiyyətinə təqdim edilməsi kooperativin sədrinə tapşırılmışdır. Həmin sərəncamın sözügedən bəndi icra edilmədiyindən, ərizəçinin müraciəti müsbət həllini tapmamışdır. Halbuki, Sərəncamın 3-cü bəndinə əsasən sərəncamın yerinə yetirilməsinə nəzarət etmək isə İcra hakimiyyəti başçısının müavinin və rayonun baş memarına tapşırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) M a d d ə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; .... Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. M a d d ə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 43. Yerquruluşu

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 75. Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində kooperativ, fərdi mənzil tikintisi və fərdi qarajın, habelə fərdi əmək fəaliyyətinə lazım olan tikililərin inşası üçün torpaq sahələrinin verilməsi Yaşayış məntəqələrinin ehtiyat torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: … 2) fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivinin daimi istifadəsinə — hər ev tikdirənin bir mənzil üzərində xüsusi mülkiyyət hüququ ilə çoxmənzilli yaşayış evlərinin tikintisi üçün; 3) fərdi ev tikdirənlərin xüsusi mülkiyyətinə — fərdi evlərin tikintisi üçün. Azərbaycan Respublikasının fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından İ şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri xüsusi mülkiyyətə verilir. Fərdi mənzil tikintisi üçün verilən torpaq sahələrinin ölçüsü yerli şəraitdən və torpaq imkanlarından asılı olaraq müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən istər torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə və ya ondan sonrakı dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsi olaraq, torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Odur ki, cavabdehin etiraz ərizəsində qeyd etdikləri onun, qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qeyd olunan Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmənin mövqeyinə görə, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Qərar mübahisələndirilməmişdir və qüvvədədir, həmçinin cavabdeh Qaradağ RİH torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öz təsdiqini tapmadığından, cavabdeh imtina etməkdə haqlı olmamışdır və bu iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «X9» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. ... Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. ... Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. ... Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2019-cu il tarixli 04/119 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çernışevski küçəsi, 2511 məhəllədə yerləşən qaraj X2 adına qeydiyyata alınmasına baxmayaraq, iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Belə olan halda məhkəmənin qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd olaraq, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus qarajın yerləşdiyi sahənin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) tərtib edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus qarajın yerləşdiyi sahənin sxeminin (yerləşmə cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar