Məhkəmə qərarları › İş №2-1(112)-1053/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1053/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1053/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə (hazırki X5 üzrə Mərkəzi Filialına) qarşı “Pensiyanın təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə (hazırki X5 üzrə Mərkəzi Filialına) qarşı iddia tələbi ilə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, ona 57 yaşdan, xx xxxxxx 2014-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. 1976-cı ilin may ayından 1978-ci illər kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci ildən xx xxxx 1998-ci ilə qədər X8 kəsici və sındırıcı peşələrində işləmişdir. Bunu “X10” MMC-nin xx.xx.2016-cı il tarixli 17 saylı arayışı təsdiq edir. Həmin arayışla təsdiq olunmuşdur ki, İddiaçı xx.xx.1978-xx.xx.11998-cu ilə qədər X8 şüşə kəsici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 02 saylı əlavəsinin 02 saylı siyahısının XVİİİ bölməsinin ******* a-17954 şifrə üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir. xx.xx.1999-xx.xx.2004-cü illərdə Sumqayıt X1 işləmişdir. Ümumi iş stajı 32 ildir. Zərərli istehsal sahəsində iş stajı 20 ildir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasıın və AR Ali Məhkəməsinnin qərarları ilə xx.xx.1999-xx.xx.2004-cü illərdə Sumqayıt X1 işləməyi faktı təsdiq edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinə imtina etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X6 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı iddia edir ki, “Vətəndaşların pensiya təminatı haqqında" AR xx xxxxxxxx 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Vətəndaşların pensiya təminatı haqqında" qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında" qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında" qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və шddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cii il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, шddiaçının xx.xx.1986 - xx.xx.1998-ci illər ərzində işlədiyi peşə olan “sındırıcı" («отломщик») peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsində mövcud deyildir. Belə olan halda, İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır.Başqasözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayını tamamlamamışdır. Bu mənada. ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Həmçinin, İddiaçının işləmiş olduğu AR X10 MMC tərəfindən təqdim edilmiş Arayışda güzəştli peşə olaraq yalnız şüşə kəsicisi peşəsi qeyd olunmuşdur.Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçı ilkin olaraq xx.xx.2018-ci il tarixində “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” üçün Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Dövlət X7 Sumqayıt şəhər şöbəsi iddiaçının 21 il 07 ay sosial sığorta stajının olması, əmək kitabçasında qeyd edilən xx.xx.1999cu il tarixdən xx.xx.2004-cü ilədək sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması əsası ilə imtina məktubu təqdim etmişdir. İddiaçı daha sonra 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)2103/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı müəyyən dövrlərdə Sumqayıt Təmir X2 işlədiyi dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsinə üzərinə vəzifə olaraq qoyulmuş; Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(105)-63/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 2103/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2038/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(105)-63/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2038/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən cavabdehin imtinası mötəbər hesab olunmur. Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(885)-2103/2018 saylı qərarı icra edilmişdir. Həmin qərarın icrası çərçivəsində iddiaçı yenidən inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.1978-ci il tarixli ИT-İ№0392728 nömrəli əmək kitabçasının 2-3 cü səhifələrində qeyd olunan xx.xx.1978-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində İddiaçı işlədiyi şüşə kəsicisi peşəsi Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun x xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki iş üzrə vətəndaşa, yəni iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-cı ildə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuşdur, Sumqayıt şəhərində, MİK-12, ev 8, mənzil 45-də yaşayır. HЗ№-3338663 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx xxx 1976-cı ildən xx xxx 1978-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil –Kommunal Sahəsinin 1912 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 12-ci mikrarayon, ev 8A, mənzil 45-də qeydiyyatdadır. İşdə olan iddiaçının ИT-İ№0392728 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -xx.xx.1978-ci ildə X8 əsas istehsalat sexinin kəsici şöbəsinə kəsici şagirdi vəzifəsinə işə qəbul olunmuşdur. -xx.xx.1979-cu ildə 3-cü dərəcə təyin olunmuşdur. -xx.xx.1979-cü ildə əsas istehsalat sexinin kəsici şöbəsinə şüşə sındırıcısı vəzifəsinə keçirilmişdir. -xx.xx.1986-cı ildə 2-ci dərəcə ilə şüşə sındırıcısı 2-ci peşəsi təyin olunmuşdur. -xx.xx.1998-ci ildə işdən azad edilmişdir. -xx.xx.1999-cu ildə “X9 Təchizat” İdarəsinə 3-cü dərəcəli çilingər qəbul edilmişdir. -xx.xx.2004-cü ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası “X10” MMC-nin 17 nömrəli xx xxxxxx 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 1978-ci ildən xx xxxx 1998-ci ilədək SŞZ-nun 1№-li İstehsalatında şüşə kəsici vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarına 02№-li əlavənin 02№-li siyahısının XVİİİ bölməsinin 2190100a-17954 şifri üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. “Xəzər” Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli məktubdan görünür ki, “Xəzər” Səhmdar Cəmiyyətinə məxsus X10nun keçmiş işçisi İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X8 şüşə kəsicisi peşəsində işləmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya “Xəzər” Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 96 nömrəli cavab məktubundan görünür ki,Cəmiyyətə məxsus X10nun keçmiş işçisi İddiaçı həqiqətən xx.xx.1978-ci il ƏMR№235-K tarixindən xx.xx.1998-ci il Əmr№31-K xx.xx.1998-ci il tarixədək X10nun Kəsici sexində şüşə kəsicisi peşəsində işləmişdir. Şüşə sındırıcısı peşəsi isə ona ikinci peşə olaraq xx.xx.1986-ci il tarixli 20 saylı Əmrə əsasən verilmişdir. Lakin İddiaçı şüşə sındırıcısı peşəsi üzrə işləməmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya “Xəzər” Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 106 nömrəli cavab məktubundan görünür ki, İddiaçı işlədiyi iş sahəsi bütövlükdə isti iş sahəsidir. Hazırki iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan hüquq normalarına görə istər 55 yaşdan, istərsə də 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin ümumi stajı 25 ildən, güzəştli şərtlə pensiya hüququ verən xüsusi stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçı xx.xx.1957-ci ildə doğulduğuna görə 57 yaşı xx.xx.2014-cü ildə tamam olmuşdur. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı da təqdim edilmişdir. İddiaçının xx.xx.2014-cü ildən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün onun həmin vaxta qədər 25 il ümumi stajının, o cümlədən onun 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsinin mövcudluğu təsdiq edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı şüşə kəsici və çilingər sahəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı” bölməsinin 15.4-a ci bəndində isti iş sahələrində məşğul olan şüşə kəsiciləri peşəsi üzrə işlədiyindən ona güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2004-cü il tarixədək 26 il 8 ay 03 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1978-xx.xx.1998-ci il tarixədək işlədiyi peşə X8 şüşə kəsici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 15-ci Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölümündə zərəli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (19 il 07 ay 20 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2015-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi , ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın güzəştli peşədə iş stajının 12 il 6 aydan az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2018) geriyə 3 il üzrə yəni, xx.xx.2015-ci il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı xx xxxxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2018) geriyə 3 il üzrə yəni, xx.xx.2015-ci il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar