Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10530/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın müəyyən edilməsi barədə akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın müəyyən edilməsi barədə akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan atalığın müəyyən edilməsi barədə akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 iyul 1995-cı il tarixdə anası X7, atası isə Anfinoqenov Vasilyeviçin birgə nikahından anadan olmuşdur. Daha sonra isə anasının X11 ilə nikaha daxil olmasından sonra ata adı və soyadı dəyişdıriiərək X12 olaraq dəyişdirilmişdir. Daha sonra nikaha daxil olmuş və soyadı Dönməz olaraq dəyişdirilmiş, ata adı isə Əli olaraq qalmışdır. Hazırda nikahı pozulmuşdur. Hazırda müraciətində qeyd etdiyi kimi ona hazırlanmış olan atalığın müəyyən edilməsi barədə aktın ləğv edilməsi və soyad olaraq öz ata soyadı Anfinoqenova, ata adına isə Vasilyeviç olaraq düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Bütün arxiv sənədlərdə hazırda tələb etdiyi formada qeydlər mövcuddur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3 anası X7, atası Vasiliy Anfinoqenovdur. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2002-ci il tarixli akt qeydindən görünür ki, valideynlərin birgə ərizəsinə əsasən xx.xx.1996-cı ildə vətəndaş X4 doğulmuş X3 atası X11 hesab olunmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1996-cı ildə vətəndaş X4 doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2002-ci ilin fevral ayının 02 günündə 16 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il təvəllülü X9 atası X11, anası X5. Türkiyə Respublikası Reyhanlı bələdiyyəsi Nikah idarəsi tərəfindən verilmiş Nikah haqqında (N 2023-224, xx.xx.2017-ci il) akt qeydinə əsasən Dönmez Emrah ilə X12 nikahlarını bağlamışlar. Nikahdan sonra X2 “Dönmez” soyadına dəyişdirmişdir. Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1996-cı il təvəllüdlüdür. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, atalığın müəyyən olunması aktının məhkəmə qətnaməsi əsasında ləğv olunduğu bildirilmişdir. Tətbiq edilən hüquq: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. 187.2. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Qaydaların:
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: atalığın müəyyən edilməsi ləğv olunduqda; …
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: -atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; -atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; …
23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) tələb edə bilər.
28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir. Qüvvədə olan qanunvericiliyin tələblərindən göründüyü kimi qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa və dəyişdirilməsi ilə yanaşı, həmçinin həmin akt qeydlərinin ləğvini nəzərdə tutur. Akt qeydlərin ləğv edilməsinin əsasları və həmin müraciətlərə baxılma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ilə təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun barəsində tərtib olunmuş atalığın müəyyən edilməsi barədə akt qeydinin ləğv edilməsidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının doğum anında tərtib olunmuş akt qeydinə görə onun ad, soyad və ata adı X1raq göstərilmiş, ata barədə məlumat qrafasında isə Vasiliy Anfinoqenov adı qeyd olunmuşdur. Daha sonra, 2002-ci ildə tərtib olunmuş atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən, valideynlərin birgə razılığı əsasında iddiaçının atasının X11 olduğu müəyyən edilmiş və bunun əsasında atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Nəticədə, iddiaçının doğum haqqında akt qeydində ata qrafasında göstərilən məlumatlar dəyişdirilmişdir. İddiaçı hazırda atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvini cavabdeh inzibati orqandan tələb etməkdədir. Məhkəmə hesab edir ki, bu akt qeydinin ləğvi üçün mövcud mərhələdə hər hansı hüquqi əsas mövcud deyil. Məhkəmə qeyd edir ki, atalığın müəyyən edilməsi yalnız iki halda həyata keçirilə bilər: 1) Valideynlərin birgə ərizəsi əsasında və ya; 2) Məhkəmə qətnaməsi əsasında. İddiaçının atasının müəyyən edilməsi haqqında akt qeydi tərtib olunarkən məhz valideynlərin birgə ərizəsi əsasında bu qərar qəbul edilmiş və atalığın müəyyən olunması prosesi həyata keçirilmişdir. Beləliklə, qeydiyyat orqanı tərəfindən atalığın müəyyən edilməsi barədə akt qeydi tərtib edildikdə heç bir hüquqi səhvə yol verilməmişdir. İndiki halda isə iddiaçı atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvini tələb etsə də, bu tələbin təmin edilməsi üçün ilk növbədə atalığın müəyyən olunması məsələsi həll olunmalıdır ki, bu məsələnin həlli inzibati orqanın inzibati icraat çərçivəsində deyil, mülki məhkəmə icraatı çərçivəsində həyata keçirilməlidir. İddiaçının izahatından müəyyən edilir ki, iddiaçı bu barədə mülki məhkəmədə hər hansı iddiası və həmin iddiası üzrə məhkəmə aktı olmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, atalığın müəyyən edilməsi ilə bağlı məsələnin həllinin inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Buna görə də Məhkəmə hesab edir ki, cavabdeh əsaslı olaraq iddiaçının müraciətinin təminindən imtina etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi təmin olunmamalıdır
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov