Məhkəmə qərarları › İş №2-1(112)-10531/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10531/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10531/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 11 saylı Vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 002640 nömrəli akt əsasında qəbul edilmiş 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 002640 nömrəli akt əsasında qəbul edilmiş 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, X3 2 saylı bina ilə üzbə-üz ünvanda yerləşən və iddiaçının istifadəsində olan «Cirə» restoranında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti həvata keçirilmiş və nəticəsi haqqında Seriya DVX № 002640 nömrəli akt tərtib edilmişdir. Həmin akta görə guya iddiaçının istifadəsində olan obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun tərəfindən işlərin yerinə yetirilməsinə 7 (yeddi) nəfər fiziki şəxs, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən şəxslərin sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetrilməsinə 1 (nəfər) cəlb edilmişdir. Həmin akt restoranda tərtib edilməmiş, həmçinin aktın mahiyyətindən həmin zaman iddiaçının xəbəri olmamışdır. Eyni zamanda vergi əməkdaşları operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı qərarla iddiaçını tanış etməmiş, eyni zamanda obyektə müştəri kimi daxil olaraq özlərini təqdim etməmişlər. Operativ vergi nəzarətinin aparılmasına dair qərar, aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış və tələbnamə, vergi nəzarəti zamanı vergi ödəyicisinə dərhal təqdim edilməli olmasına baxmayaraq, iddiaçıya təqdim olunmamışdır. Bunun nəticəsində guya 7 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlədiklərini və 1 (bir) nəfəri fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsini bəyan etmişlər. Bununla bərabər, aktda 8 (səkkiz) nəfər fizki şəxs göstərilsə də, 4 nəfər fiziki şəxsin şəxsiyyətləri müəyyən edilmişdir. Digər şəxslər barədə məlumatlar yoxdur. Buna baxmayaraq cavabdeh vergi orqanı iddiaçını dəvət etmədən və ona məlumat vermədən barəsində vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Beləki, xx.xx.2022-ci il tarixli **********2353 nömrəli qərara görə iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində və AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqında qəbz" əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli qərar əsassız olduğundan aşağıdakılara əsasən ləğv olunmalıdır. Birincisi, qərarın qəbul olunmasına əsas olmuş xx.xx.2022-ci il tarixli, 002640 nömrəli akta əlavədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxslərin siyahısı vardır. Siyahıda göstərilən şəxslər həmin gün iddiaçının işçisi olmamış və əmək müqaviləsi bağlanmadan iddiaçı onları işə cəlb etməmişdir. Aktda adları göstərilən şəxslər həmin gün ora iş üçün müraciət edən şəxslər olublar. Həmin gün orada işləyən şəxslər olmamışdır. Həmin şəxslər təsadüfən restorana yoxlama keçirildiyi gün gəlmiş, müvafiq razılıq əldə edildiyindən, onlarla əməkdaşlığa razılıq verilmiş və sabahısı gündən əmək müqaviləsinin bağlanması razılaşdırılmışdır. Vergi işçiləri nəzərə almamışlar ki, həmin gün işçi kimi izahatı alınmış şəxslər restoranda təcrübə keçmək üçün, yoxlama keçirilən gün gəlmişlər. İşəgötürən təcrübə üçün işçini çağırdığı gün məcburən işə götürməli, onunla həmin gün kontrakt bağlamalıdır deyə bir şey yoxdur. Yəni, hər hansı bir şəxs qapıdan girən kimi deyil, onunla müqavilə bağlanması vaxtını müəyyən etmək və onun əmrini vermək işəgötürənin hüququdur. Onun üzərinə günün hansı saatında əmr vermək kimi öhdəlik qoyula bilməz. Həmin şəxslər isə restoranda təcrübə keçmiş, onlarla əmək müqavilələri yalnız razılıq əldə edildikdən sonra 2022-ci il 27 aprel tarixdə bağlanaraq, sistemə vurulmuşdur. Yəni yoxlama zamanı həmin şəxslərin heç biri işçi kimi işləməmişlər. İkincisi, vergi orqanının işçiləri restoranda vergi yoxlaması zamanı, yəni xx.xx.2022-ci il tarixdə həmin 4 nəfərin izahatını almamışlar. Səhərisi gün iddiaçını vergi orqanına dəvət edib, ondan akta imza etməyini bildirmişlər. Hətta orada rəis tərəfindən öz əməkdaşlarına nəyə görə izahat almadıqları irad tutulduqdan sonra, səhəri gün, öz hərəkətlərini “qanuniləşdirmək” məqsədilə 27 aprel 2022-ci il tarixdə, yəni vergi yoxlamasının sabahısı həmin şəxslərdən 4 nəfərdən izahatları almışlar. Lakin, izahatın tarixini 26 aprel 2022-ci il kimi göstərmişlər. İzahat aldıqları şəxslərə doğru olmayan izahatlar yazdırmış, istədikləri formada diqtə etmişlər. Cavabdehin aktında həmin 4 şəxsin şəxsiyyətini müəyyən edən kifayət qədər məlumatlar var və məhkəmə onları məhkəmə iclasında dindirərək iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olduğunu müəyyən edə bilər. Lakin, aktla müəyyən edildiyi kimi, vergi orqanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlədiklərini və 1 (bir) nəfəri fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsini bəyan etməsinə baxmayaraq, nədənsə yalnız 4 nəfər fizki şəxsin şəxsiyyətləri müəyyən edilmişdir. Digər şəxslər barədə məlumatlar yoxdur, halbu ki, belə olduğu halda onların da şəxsiyyətləri müəyyən edilməli və izahatları alınmalı idi. Onlardan izahat alınmasına dair vergi orqanı məhkəməyə sübut təqdim etməlidir. Həmin şəxslərin iddiaçının istifadəsində olan restoranda işləmələri barədə cavabdehin heç bir sübutu yoxdur. Bu onu göstərir ki, vergi orqanı araşdırma aparmadan restoranda olan bütün gördüyü şəxsləri işçi kimi qəbul edərək onlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Bu hallar bütövlükdə vergi orqanının iddiaçıya qarşı qərəzliliyinin və aktın qanunsuz olmasının göstəricisidir. Beləliklə, iddiaçı tərəfindən 8 nəfər şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair cavabdehdə mötəbər sübutlar yoxdur. Bundan əlavə aktda adı olan şəxslərdən başqa, daha 4 nəfərin qeyri qanuni işlədilməsi müəyyən deyil. İşlədildiyi halda onların izahatı alınmalı və akta onların imza etmələri və yaxud imza etməkdən imtinası barədə qeydlər olardı. Vergi orqanının əməkdaşları tərəfindən bu göstərişlər təmin edilməmiş, həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bu hallar ziddiyyətli məqamlar olmaqla, iddiaçıya qaranlıqdır. Vergi orqanının əməkdaşları pozuntu faktını foto və video çəkilişlə qeydə almaq vəzifələri olduğu halda bunu etməmişlər. Həmçinin, xx.xx.2022-ci il tarixdə vergi əməkdaşları tərəfindən operativ vergi nəzarəti nəticəsi barədə heç bir protokol tərtib edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 002640 nömrəli akt tərtib edilmişdir ki, bu da Vergi Məcəlləsinin 48-ci maddəsinə ziddir. Eyni zamanda tərtib edilmiş akt nə iddiaçının yanında tərtib edilmiş, nə də ki, yoxlamanın nəticəsi barədə ona məlumat verilməmişdir. Yoxlamadan çıxan əməkdaşlardan yoxlamanın nəticəsini soruşduqda, iddiaçıya sənədləri göndərəcəklərini bildirdilər. Beləliklə, iddiaçının həmin aktda yazılanlardan xəbəri olmayıb. Lakin, akta iddiaçının imza etməkdən imtina etməsi qeyd olunur. Göründüyü kimi, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş aktda bir neçə ziddiyyətli məqamlar vardır. Bu səbəbdən də iddiaçı hesab edir ki, tərtib edilmiş qərar ləğv edilməlidir. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 4 əsas müəyyən edir. Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə cavabdeh tərəfindən qəbul olunmuş qərarda göstərilən əsaslardan hər hansı birinin qeyd olunması və qərarın ümumiyyətlə əsaslandırılması məhkəmə tərəfindən müəyyən edilməlidir. Olmadığı halda yoxlamanın həyata keçirilməsi belə qanunsuz sayılmalı və onun əsasında qəbul edilmiş qərar ləğv olunmalıdır. Vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin tətbiqini nəzərdə tutan qərarını dərhal iddiaçıya təqdim etməmişdir. Yoxlama keçiriləndən bir gün sonra iddiaçını vergi orqanına dəvət edərək, barəsində yalnız akt tərtib edildiyini biİdirmişlər. Eyni zamanda Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar da Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin qərarda nə vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, nə həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, nə vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri göstərilməmişdir. Göstərilən hallar Məcəllənin 49cü maddəsinin tələblərinin pozulmasıdır. Beləliklə, cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçının hüquqlarını pozur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3582 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, X4 2 saylı bina ilə üzbə-üz ünvanında yerləşən “Cirə” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002640 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin ‘‘Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3582 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, X4 2 saylı bina ilə üzbə-üz ünvanında yerləşən “Cirə” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002640 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2353 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 16.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyöun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmək Məcəlləsinin 7.2-3-cü maddəsində qeyd olunan hallardan biri aşkar edildiyi göndən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır. Göstərilənlərə əsasən cavabdeh vergi orqanı iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddianı təsdiq edən sübut qismində məhkəməyə **********2353 nömrəli, xx.xx.2022-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın, 26 aprel 2022-ci il tarixli 002640 nömrəli aktın və ona əlavələrin, xx.xx.2022-ci il tarixli bildirişin, **********13662354 nömrəli tələbnamənin surətləri təqdim edilmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində **********3582 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın, xx.xx.2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın, **********3590 nömrəli Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamənin, 26 aprel 2022-ci il tarixli 002640 nömrəli aktın və ona əlavələrin, xx.xx.2022-ci il tarixli izahatların, **********2353 nömrəli, xx.xx.2022-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın, **********13662354 nömrəli tələbnamənin surətləri, vətəndaşın şəxsiyyət vəsiqələrinin məlumatları, şəxsi hesab vərəqəsini təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. İş materiallarından göründüyü kimi DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3582 nömrəli qərarı ilə iddiaçıya məxsus AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, X3 2 saylı bina ilə üzbə-üz yerləşən “Cirə” obyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kotraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fizıki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 50.1ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qeyd edilənlərlə bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, iddiaçıda operativ vergi nəzarətin keçirilməsi üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir. Belə ki, məhkəmə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin xx.xx.2022-ci il tarixli qərarda vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsaslarını göstərməmişdir, həmin qərarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Lakin vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, vergi yoxlaması aktında adları qeyd olunan şəxslər tərəfindən notariat qaydasında hər hansı ərizə verilməmiş, onların iddiaçıya məxsus obyektdə həqiqətən işləməməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir, bunun üçün yetərli sübut sayılmır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin maddəyə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir və vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur, hazırki iş üzrə cavabdeh tərəfindən bu öhdəlik icra edilməmiş, iddiaçının təqsiri sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsihnə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 002640 nömrəli akt əsasında qəbul edilmiş 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 002640 nömrəli akt əsasında qəbul edilmiş 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar