Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10537/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı “Müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsabiqənin elektron yerləşmə mərhələsində iddiaçının tutduğu vakansiyaya aid çıxarışın dəyişdirilərək, Biologiya fənni müəllimliyi üzrə (rus bölməsi) müsabiqədən yayındırılmış Qax rayonu Qax şəhəri 3 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic qəsəbəsi 2 nömrəli tam orta məktəb, Qobustan rayonu Qobustan şəhəri 1 nömrəli tam orta məktəb, Şəki şəhəri 8 nömrəli tam orta məktəb, Bakı şəhəri 10 nömrəli tam orta məktəb, Bakı şəhəri 187 nömrəli tam orta məktəb, Bakı şəhəri 210 nömrəli tam orta məktəb, Bakı şəhəri 242 nömrəli tam orta məktəb və Bakı şəhəri 258 nömrəli tam orta məktəblərdə vakansiyalardan birinin seçmək və seçdiyi vakansiya üzrə çıxarış verilməsi vəzifəsinin cavadehlərə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı “Müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsabiqənin elektron yerləşmə mərhələsində iddiaçının tutduğu vakansiyaya aid çıxarışın dəyişdirilərək, Biologiya fənni müəllimliyi üzrə (rus bölməsi) müsabiqədən yayındırılmış Qax rayonu Qax şəhəri 3 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic qəsəbəsi 2 nömrəli tam orta məktəb, Qobustan rayonu Qobustan şəhəri 1 nömrəli tam orta məktəb, Şəki şəhəri 8 nömrəli tam orta məktəb, Bakı şəhəri 10 nömrəli tam orta məktəb, Bakı şəhəri 187 nömrəli tam orta məktəb, Bakı şəhəri 210 nömrəli tam orta məktəb, Bakı şəhəri 242 nömrəli tam orta məktəb və Bakı şəhəri 258 nömrəli tam orta məktəblərdə vakansiyalardan birinin seçmək və seçdiyi vakansiya üzrə çıxarış verilməsi vəzifəsinin cavadehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdr ki, iddiaçı 2017/2018-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin əyani təhsilalma forması üzrə Biologiya müəllimliyi (rus bölməsi) ixtisasına qəbul olunmuşdur. Bu il həmin ixtisas üzrə təhsilini bitirmişdir. İddiaçıya həmin ixtisas üzrə bakalavr dərəcəsi verilmişdir. Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmişdir. Müsabiqənin elektron yerləşmə mərhələsində Şamaxı rayonu Çuxuryurd kəndi N.S.Şeverdyayev adına tam orta məktəbdə Biologiya fənni, Rus bölməsi üzrə tutduğu vakansiyaya aid çıxarışı təsdiq edilmişdir. Halhazırda müəllimlərin müddətli müqavilə ilə işə qəbul müsabiqəsi elan edilmiş, vakansiya seçimi 17.09.2021-ci il tarixinə qədər uzadılmışdır. Vakansiyalarla tanış olduqda iddiaçının müsabiqədə iştirak etdiyi Biologiya fənni müəllimliyi üzrə (rus bölməsi) Qax rayonu, Qax şəhəri 3 nömrəli tam orta məktəb, Qəbələ rayonu, Nic qəsəbəsi 2 nömrəli tam orta məktəb, Qobustan rayonu, Qobustan şəhəri 1 nömrəli tam orta məktəb, Şəki şəhəri 8 nömrəli tam orta məktəb, Bakı şəhəri 10 nömrəli tam orta məktəb, Bakı şəhəri 187 nömrəli tam orta məktəb, Bakı şəhəri 210 nömrəli tam orta məktəb, Bakı şəhəri 242 nömrəli tam orta məktəb və Bakı şəhəri 258 nömrəli tam orta məktəblərdə vakansiyaların mövcud olmasına baxmayaraq, həmin vakansiyaların müəllimlərin işə qəbulu üzrə müsabiqədən gizlədildiyi və müəllimlərin müddətli müqavilə ilə işə qəbul müsabiqəsi üzrə yerləşdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevin televiziya vasitəsi ilə çıxışı zamanı vakansiyaların gizlədilməsinə tənqidi mövqeyini ifadə etdikdən sonra məsul şəxslərin qəbul etdikləri qrəar nəricəsində bu fakt aşkara çıxmışdır. Vakansiyaların gizlədilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Nəticə etibari ilə müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsabiqənin ədalətli və şəffaf olduğunu heç cür ifadə etmək olmaz. Belə ki, məsul şəxslərin qanuna zidd əməlləri nəticəsində iddiaçının mövcud vakansiyanı seçmək hüququ aşkar şəkildə pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehlərə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehlərə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəmə iddiaçıya 28 sentyabr 2021-ci il tarixdə məktub göndərərək, onun hazırki iddia tələbi barədə cavabdehlərə müraciət edilməsinə dair sübutun və ya müraciətə dair cavab məktubunun (imtinaın) məhkəməyə təqdim edilməsi tələb olunsa da, iddiaçı onun üzərinə qoyulmuş vəzifədən yayınmış və məhkəmənin tələbini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı “Müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsabiqənin elektron yerləşmə mərhələsində iddiaçının tutduğu vakansiyaya aid çıxarışın dəyişdirilərək, Biologiya fənni müəllimliyi üzrə (rus bölməsi) müsabiqədən yayındırılmış Qax rayonu Qax şəhəri 3 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic qəsəbəsi 2 nömrəli tam orta məktəb, Qobustan rayonu Qobustan şəhəri 1 nömrəli tam orta məktəb, Şəki şəhəri 8 nömrəli tam orta məktəb, Bakı şəhəri 10 nömrəli tam orta məktəb, Bakı şəhəri 187 nömrəli tam orta məktəb, Bakı şəhəri 210 nömrəli tam orta məktəb, Bakı şəhəri 242 nömrəli tam orta məktəb və Bakı şəhəri 258 nömrəli tam orta məktəblərdə vakansiyalardan birinin seçmək və seçdiyi vakansiya üzrə çıxarış verilməsi vəzifəsinin cavadehlərə həvalə edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı “Müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsabiqənin elektron yerləşmə mərhələsində iddiaçının tutduğu vakansiyaya aid çıxarışın dəyişdirilərək, Biologiya fənni müəllimliyi üzrə (rus bölməsi) müsabiqədən yayındırılmış Qax rayonu Qax şəhəri 3 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic qəsəbəsi 2 nömrəli tam orta məktəb, Qobustan rayonu Qobustan şəhəri 1 nömrəli tam orta məktəb, Şəki şəhəri 8 nömrəli tam orta məktəb, Bakı şəhəri 10 nömrəli tam orta məktəb, Bakı şəhəri 187 nömrəli tam orta məktəb, Bakı şəhəri 210 nömrəli tam orta məktəb, Bakı şəhəri 242 nömrəli tam orta məktəb və Bakı şəhəri 258 nömrəli tam orta məktəblərdə vakansiyalardan birinin seçmək və seçdiyi vakansiya üzrə çıxarış verilməsi vəzifəsinin cavadehlərə həvalə edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10537/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10537/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver