Məhkəmə qərarları › İş №2-1(112)-10538/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10538/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10538/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X5 kаtibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 198 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, torpağa dair iddiaçı X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 198 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsini xx.xx.2020-ci il tarixdə alqı-satqı yolu əldə etmişdir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdən müvafiq sərəncam əsasında mülkiyyət hüququnu ona verir və faktiki olaraq torpaq sahəsi üzərində idarəetmə və istifadə hüququ mövcuddur. Torpağa dair bütün xərclər və məsuliyyətlər onun tərəfindən qarşılanmışdır və bu günədək bu sahəyə aid olan bütün hüquqlarını qoruyur. Lakin, nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində tam mülkiyyət hüququnu hüquqi olaraq təsdiqləmək üçün ona dövlət reyestrindən çıxarış verilməmişdir. Bu isə, onun mülkiyyət hüquqlarının faktiki olaraq qorunmaması və məhdudlaşdırılması ilə nəticələnir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmədikdə, mülkiyyətin tam şəkildə idarə edilməsi və ya əmlak üzərində sərbəst şəkildə sərəncam verilməsi mümkün olmur. Bu vəziyyət, qanunla qorunan mülkiyyət hüququnu pozur və əmlakın mülkiyyətçisi olaraq onun hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. Bundan sonra torpaq sahibi olaraq qanunun verdiyi hüquqdan istifadə etməklə sənədləri müvafiq qaydada hazırlayaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu hər dəfə süni bürokratik əngəllər yaratmaqla sadəcə imtina məktubu yazmaqla kifayətlənilmişdir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edərək və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək məhkəmədə hazırki iddianı qaldırır. Cavabdehin imtinası əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə aktıın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.2005-ci il tarixli 198 nömrəli Bakı şəhəri Əzizbəyov rayon X9 Sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsini “Torpaq Məcəlləsin”nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq baza qiyməti ilə vətəndaş X1. -Torpaqların Alqı-satqısına dair Aktda göstərilmişdir ki, bu akta görə ünvan 1 ünvanda yaşayan X2 RPİ tərəfindən verilmiş Əzizbəyov rayon Buzovna Bələdiyyəsinə xx.xx.2005-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və Buzovna bələdiyyəsi ərazisində 1200 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. -xx.xx.2020-ci il tarixli ilkin müqaviləyə əsasən X13 Bakı şəhəri Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin 198 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə onun adına verilmiş Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsinin satılması barədə razılığa gələrək İddiaçı adına keçirilməsi məqsədilə ondan əvvəlcədən 18 000 manat məbləğində pul almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli **********29 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, ərizəyə elavə olunmuş sənədlər surətdir. X7 X10 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamışdır. Sənədlər toplusuna əlavə olunmuş xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdələrinə götürürlər. Odur ki, torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim olunacaq notarial alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb lunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun İmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 198 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyət hüquqlarının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını mübahisələndirsə də həmin sərıncamla torpaq sahəsi iddiaçıya deyil, X8 ayrılmışdır. Başqa sözlə, iddiaçı ddia etdiyi torpaq sahəsinə dair ilkin torpaqayırma barədə sənədə sahib deyil. İddiaçının əsasladığı B.Paşayevlə bağlanmış ilkin alqı-satqı müqaviləsi isə mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqısı olmadığından iddiaçıya torpaq sahəsi ilə bağlı qeydiyyata almanı tələb etməyə hüquq vermir. Cavabdeh inzibati orqan da iddiaçıya ünvanladığı imtina məktubunda torpaq sahəsinin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim olunacaq notarial alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirmənin mümkün olacağı diqqətinə çatdırılmışdır. İddiaçının ilkin müraciətində öz adından inzibati orqana müraciət etdiyini və məhz öz adına mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyini nəzərə alaraq iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı yardım göstərilməsinə zərurət görməmişdir. Beləlikə, hazırkı iddia iddiaçının iddia qaldırmağa subyektiv hüququ müəyyən edilmədiyindən mümkün sayılmır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar