Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10540/2023 18.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona vurulan mənəvi zərərin əvəzi olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından onun xeyrinə 500 000 (beş yüz min) manat tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onu`nla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə o, ƏƏSMN DSMF Abşeron rayon şöbəsinə müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi 20/3385 saylı 30 may 2018-ci il tarixli məktubu ilə müraciətinə cavab verərək, yaşa görə əmək pensiyası hüququ verən 25 il stajın və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının toplanmadığından yaşa görə ona əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmamasını bildirmişdir və xx.xx.2007-ci ildən xx.xx.2009-cu il tarixədək, cəmisi 10 sığorta stajının və fərdi hesabın sığorta hissəsində 1878.82 manat pensiya kapitalının olması barədə DSMF Binəqədi rayon şöbəsinin arayışını ona təqdim edmişdir. Sonradan DSMF Binəqədi rayon şöbəsi sığorta stajının xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək, yəni 1 il 10 ay, fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 8011,78 manat olması barədə 09-1373 saylı xx.xx.2018-ci il tarixli yeni arayış vermiş və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 04 sentyabr 2018-ci il tarixli ərizə ilə təkrarən DSMF Abşeron rayon şöbəsinə müraciət edərək ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. DSMF Abşeron rayon şöbəsi 20/5480 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə ərizəsinə cavab verərək, 15 il dövlət qulluğu stajının olmadığından pensiyasına qulluq stajına görə əlavənin hesablanmasının mümkünsüz olmasını bildirmişdir. Bununla əlaqədar iddia ərizəsi ilə DSMF-nin Abşeron rayon şöbəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olduğu müddətdə DSMF-də struktur dəyişiklikləri baş vermiş-Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial təsis olunmuş, bununla əlaqədar, iddia tələbini ona dövlət qulluqçusu kimi pensiya təyin olunması hissəsində geri götürmüş və ona dövlət qulluqçusu kimi pensiya təyin olunması xahişi ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Sonuncu dövlət qulluğu stajının 15 ildən az-7 il 2 ay 22 olması kimi əsassız qənaətə gələrək, 216313 69364 saylı 19 may 2021-ci il tarixli məktubu oan dövlət qulluqçusu kimi pensiya hesablanmasının qanunvericilik baxımından mümkün olmamasını bildirmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözü gedən cavabının qanuniliyini mübahisələndirmiş, ona dövlət qulluqçusu kimi pensiya hesablanmasının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-7472/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ilə ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasını DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə etməklə, iddia tələbini təmin etmişdir. Qanunda nəzərdə tutulmuş dövlət qulluqçusu kimi pensiya almaq hüququnun Bakı İnzibati Məhkəməsi tərəfindən qanuni əsaslarla tanınmasından sonra da DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qanuna zidd əməllərindən əl çəkməmiş, ona dövlət qulluqçusu kimi pensiya təyin etməkdən imtina etməkdə davam etmiş, malik olduğu mülki prosessual hüquqlardan sui-istifadə edərək, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7472/2021 saylı 21 dekabr 2021-ci il tarixli əsaslı və qanuni qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1846/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 7472/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Bundan sonra da DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı dövlət qulluqçusu kimi pensiya almaq hüququnu pozmaqda davam etmiş, yenə də malik olduğu mülki prosessual hüquqlarından sui-istifadə etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1846/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(102)-1819/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya-sının 2-1(103)-1846/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi DSMF-nin tabe qurumları, öncə Abşeron rayon şöbəsi saxta sənədlər əsasında onun pensiya almaq hüququnu inkar etmiş, sonradan isə bir müddət DSMF-nin Abşeron rayon şöbəsi, daha sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununa, Bakı İnzibati Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun tanınması haqqında qərarlarına məhəl qoymadan onun pensiya hüququnu pozmuş, malik olduğu prosessual hüquqlardan sui-istifadə edərək, Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya. Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarından formal əsaslarla əsassız şikayətlər vermişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiya hüququnu pozmaqla, pensiya hüququnun həyata keçirilməsini əngəlləməklə onu əsəb sarsıntılarına, mənəvi iztirablara məruz qoymuş, ona mənəvi zərər vurmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının onun pensiya hüququnu pozan hərəkətləri nəticəsində o, normal həyati imkanlardan məhrum olmuş, üzücü həyat yaşamış, illərlə tanışlarının yardımı və onlardan aldığı borcların hesabına dolanmış, bu səbəbdən keçirdiyi əsəb sarsıntıları, mənəvi iztirablar nəticəsində sağlamlığı əhəmiyyətli dərəcədə pozulmuşdur, hazırda yüksək qan təzyiqindən (hipertoniyadan) əziyyət çəkir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2023-xü il tarixli 3-17-1/2-Ə-66109/2/2023 nömrəli məktubunda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2-1 (102)-1819/2022 nömrəli Qərarına əsasən İddiaçı 9 yanvar 2023-cü il tarixində (10 yanvar 2018-ci il tarixindən hesablanmaqla) sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi, hazırda pensiyasının 527,39 manat təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda bildiririk ki, əmək pensiyası üzrə ötən dövr üçün 9170,41 manat fərq məbləği hesablanıb. Həmin 9170,41 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə (hər ay 150,34 manat) əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr hesablanmış şəxslərə onların aylıq pensiya məbləğlərinin 10 faizi miqdarında maddi yardım ödənilib. Bununla əlaqədar olaraq, İddiaçı ödənilməli olan 501,60 manat maddi yardım hesablanıb. Həmin pul vəsaiti cari ilin yanvar ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Eyni zamanda, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli 3135 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları, o cümlədən sabiq dövlət qulluqçusu kimi əmək pensiyası ödənilən şəxslər istisna olmaqla) hissələrlə bölünməklə 200 (iki yüz) manat məbləğində (hər rüb 50,00 manat) maddi yardım ödənilib. Bununla əlaqədar olaraq, ona ödənilmiş 200,00 manat pul vəsaiti cari ilin yanvar ayında əmək pensiyasından çıxılıb. Azərbaycan Respublikası inzibati prosessual Məcəllsinin 1.2ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının mənəvi ziyana görə 500 000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmnin diqqətinə çatdırmaq istərdik ki, hal-hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqanın heç bir qanunsuz hərəkəti olmamışdır. Məhkəmə aktlarından şikayət vermək prosessual iştirakçıların hüququdur və cavabdeh inzibati orqan öz hüququnu realizə etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2-1(112)-7472/2021 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin olunmuş, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (103)-1846/2022 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh bundan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 17.11,2022-ci il tarixli 2-1 (102)-1819/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh bundan sonra məhkəmə qərarını icraya yönəltmiş, 9 yanvar 2023-cü il tarixində iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etmişdir. Həmçinin, qeyd etməyi zəruri hesab edirik ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər, imperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdeh inzibati orqanın hərəkət yaxud hərəkətsizliyi ilə iddiaçıya mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin ona dövlət qulluqçusu kimi əmək pensiyasını gec təyin etməsinin ona mənəvi iztirablar çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı "mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2- 1(112)- 10540/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1954-cü il təvəllüdlü Əliyev X2 rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki: -Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7472/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli,2- 1(103)-1846/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7472/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7472/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1819/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1846/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1846/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinir Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli məkubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqa zidd, qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq ona dövlət hesabına 500000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-66109/2/20 nömrəli əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 mart 2023-cü il daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2-1(102)-1819/2022 nömrəli Qərarına əsasən sizə 9 yanvar 2023-cü il tarixində (10 yanvar 2018-ci il tarixindən hesablanmaqla) sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Hazırda pensiyanız 527,39 manat təşkil edir. Eyni zamanda bildiririk ki, əmək pensiyanız üzrə ötən dövr üçün 9170,41 manat fərq məbləği hesablanıb. Həmin 9170,41 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə (hər ay 150,34 manat) əmək pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr hesablanmış şəxslərə oiıiaun aylıq pensiya məbləğlərinin 10 faizi miqdarında maddi yardım ödənilib. Bununla əlaqədar olaraq, sizə ödənilməli olan 501,60 manat maddi yardım hesablanıb. Həmin pul vəsaiti cari ilin yanvar ayında əmək pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülüb. Eyni zamanda, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli 3135 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları, o cümlədən sabiq dövlət qulluqçusu kimi əmək pensiyası ödənilən şəxslər istisna olmaqla) hissələrlə bölünməklə 200 (iki yüz) manat məbləğində (hər rüb 50,00 manat) maddi yardım ödənilib. Bununla əlaqədar olaraq, sizə ödənilmiş 200,00 manat pul vəsaiti cari ilin yanvar ayında əmək pensiyanızdan çıxılıb. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, ərizəyə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-66109/2/20 nömrəli məktubla münasibət bildirilmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində hüquqlarının pozulduğu, dövlət qulluqçusu kimi pensiya almaq üçün məhkəməyə müraciət etməli olduğu, dövlət qulluqçusu kimi pensiya almaq hüququnun tanınması haqqında Bakı İnzibati Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin qərarlarına məhəl qoymadan prosessual hüquqlardan sui-istifadə edərək, qərarlardan formal əsaslarla əsassız şikayətlər verdiyi, bununla da pensiya hüququnun həyata keçirilməsini əngəlləməklə onu əsəb sarsıntılarına, mənəvi iztirablara məruz qoymuş, ona mənəvi zərər vurulduğunu iddia edir və mənəvi zərərin əvəzi olaraq ona 500 000 (beş yüz min) manat təzminatın ödənilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası ilə razılaşmayaraq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-7472/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, sözügedən qərar Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1846/2022 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1819/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçıya 9 yanvar 2023-cü il tarixində 10 yanvar 2018-ci il tarixindən hesablanmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyası üzrə ötən dövr üçün 9170,41 manat fərq məbləği cari ilin yanvar ayından etibarən hissə-hissə (hər ay 150,34 manat) əmək pensiyasının üzərinə əlavə olunmaqla ödənilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Beləliklə, Plenum Qərarındakı mövqeyi və ziyan vurma ilə bağlı normaları ümumiləşdirərək qeyd etmək olar ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Başqa sözlə, dəymiş zərərin ödənilməsi o zaman əsaslı sayılır ki, bu zərər aşağıdakı halların vəhdət halında mövcudluğunda yaransın: -qanunsuz hərəkət və ya hərəkətsizlik -qanunsuz hərəkət və ya hərəkətsizlikdə təqsir -birbaşa mənəvi sarsıntı və fiziki iztirab keçirməyə gətirib çıxaran təqsirli qanunsuz hərəkət və ya hərəkətisizlik -təqsirli qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi ziyan arasında səbəbli əlaqə. Hazırkı işin hallarını şərh olunanlara uyğun qiymələndirildikdə cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. Məhkəmə bu nəticəyə gələrkən o halları nəzərə alır ki, iddiaçının mənəvi zərər vurulduğunu iddia etdiyi cavabdeh orqanın hərəkət və ya hərəkətsizliyi ona münasibətdə pensiya təyinatı qanunvericiliyinin tətbiqi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı ilə inzibati orqan arasında baş vermiş məhkəmə mübahisəsi iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən iddia üzrə iddiaçı sosial təminat hüququnun realizə edilməsi üçün ilkin olaraq inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının müraciəti əsasında inzibati icraatı aparmış və yekun olaraq müraciəti təmin etməkdən imtina etmişdir ki, qeyd edilən imtina iddiaçı inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə görə Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 1.3-cü bəndinə əsasən Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Nizamnamənin 2.1-ci bəndinə əsasən Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək; 2.1.5. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək; 2.1.5-1. sığortaolunanların və sığortalıların dövlət icbari şəxsi sığorta üzrə uçota alınmasını və uçotunun aparılmasını, sığortaolunanlara sığorta ödənişlərinin ödənilməsini təmin etmək; 2.1.6. əhalinin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.7. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək; 2.1.8. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Göründüyü kimi cavabdeh inzibati orqan sosial təminat hüququ sahəsi üzrə dövlət siyasətini həyata keçirən, bu sahədə qəbul edilmiş hüquqi tənzimləmə vasitəsi olan sosial təminat qanunvericiliyini bilavasitə tətbiq edən inzibati orqandır. Qeyd edildiyi kimi cavabdeh inzibati orqan əsas fəaliyyət istiqamətinə uyğun olaraq inzibati icraat çərçivəsində sosial müdafiə üçün təqdim edilmiş müraciətləri sahə qanunvericiliyinin tələblərinə müvafiq qaydada yoxlayaraq qiymətləndirmək, nəticə etibarı ilə əhalinin hüquq qazanmış təbəqələrini əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd, kompensasiya və digər sosial ödənişlər ilə təmin etmək və ya müvafiq əsaslarla təmin etməkdən imtina etməkdə səlahiyyətli və məsul orqandır. Bu baxımdan şəxsin inzibati orqana etdiyi bütün müraciətlərinin inzibati orqan tərəfindən təmin edilməli olmasına dair imperativ norma olmadığı kimi, bütün müraciətlərin təminindən imtinaların da birbaşa ziyan vurmaya səbəb olan hərəkət kimi qiymətləndirilməli olmasına dair meyar mövcud və mümkün deyildir. Əks halda, icra hakimiyyəti qolunun qanunvericlilik normaları ilə ona verilmiş səlahiyyətlər daxilində hüquqtətbiqetmə fəaliyyətinin həyata keçirilməsinin (işin faktik əsaslarının müəyyən edilməsi; işin hüquqi əsaslarının müəyyən edilməsi(normanın seçilməsi); iş üzrə qərar qəbul edilməsi (işin faktiki halları ilə normanın müqayisəli qiymətləndirməsi) əhəmiyyəti və belə bir fəaliyyətin zərurəti olmazdı. Dolayısı ilə məhkəmə hazırkı iş üzrə hesab edir ki, iddiaçının müraciəti ilə aparılmış inzibati icraat və məhkəmə müstəvisinə keçirilmiş inzibati iddia üzrə icraat gedişində iddiaçının tələbinin təmin edilməsi və ya təmin edilməməsi nəticəsindən asılı olmayaraq cavabdeh sosial müdafiə orqanının hərəkətləri (və ya hərəkətsizliyi) bilavasitə və təqsirli olaraq iddiaçıya zərər vurulmasına əsas olan hərəkət kimi qəbul edilə bilməz. İddiaçının publik hüququn müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək, məhkəmə qərarlarından şikayət vermək hüququ olduğu kimi inzibati orqanın da inzibati məhkəmə icraatında qəbul edilmiş məhkəmə aktlarından şikayət etmək imkanı mövcud olmuş və hər iki tərəf bu imkan və səlahiyyətdən qanunamüvafiq qaydada istifadə etmişlər. Qeyd edilən məhkəmə mübahisəsində çəkişmə prinsipinə uyğun aparılmış hərəkətlər inzibati orqanın iddiaçıya bilavasitə zərər vurulmasına yönəlmiş hərəkətləri kimi qiymətləndirilməməlidir. Odur ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ilkin olaraq dövlətin sosial müdafiə siyasətini həyata keçirən cavabdeh orqanın əməlində fərdi qaydada iddiaçı vətəndaşa qarşı bilavasitə zərər vurmaya yönəlmiş hərəkət və ya hərəkətsizlik olmadığından təmin edilməməlidir. İnzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının mənəvi zərər çəkməsi arasında səbəbli əlaqə baxımından qiymətləndirməyə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı işin hallarından aydındır ki, iddiaçının publik hüququnun realizəsi ilə bağlı etdiyi müraciət, iddia və şikayətləri üzrə aparılmış icraatlar gedişində tələbinin təmin edilməməsindən dolayı mənəvi sarsıntı və ya iztirab çəkməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, hətta mənəvi sarsıntı və iztirablara inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin səbəb olduğu (səbəbli əlaqənin) qəbul edilsə belə məhkəmə hesab edir ki, bu hal mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehin üzərinə hər hansı həcmdə öhdəliyin qoyulmasına əsas vermir. Belə ki, qeyd edildiyi kimi inzibati hüququn realizəsi inzibati orqana müraciətlə başlamış, inzibati orqanın inzibati icraatın nəticəsində tələbin təmin edilməsindən imtina ilə bağlı gəldiyi nəticə məhkəmə müstəvisində mübahisələndirilmiş və inzibati məhkəmə icraatlarında iddiaçının tələbinin və cavabdeh orqanın hərəkətlərinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilərək inzibati mübahisələr öz hüquqi həllərini tapmışdır. İddiaçının hüquqularının məhkəmə müdafiəsi iddiaçının sosial təminat hüquqlarının təmini ilə yekunlaşmış, məhkəmələrin qanuni qüvvəsini almış qərarları ilə qoyulmuş öhdəliklər inzibati orqan tərəfindən tam yerinə yetirilmişdir. Başqa sözlə, iddiaçının sosial təminat hüququnun təmini ilə başa çatmış məhkəmə müdafiəsi hüququ təkcə iddiaçının maddi anlamda hüququnun bərpası ilə deyil, həm də həmin hərəkətlərin məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi, pozulmuş hüququn bərpası ilə mənəvi zərərin ödənilməsini də ehtiva etmişdir. Başqa sözlə, bu halda məhkəmə müdafiəsi təkcə sosial təminat hüququnu deyil, həm də həmin hüquqdan dolayı yaranan mənəvi zərərlə bağlı tələbin təmin edilməsi kimi də qiymətləndirilir və əlavə olaraq belə bir tələbin müstəqil qaydada təmin edilməsinə zərurət qalmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 7-ci bəndinə əsasən (.....) məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova