Məhkəmə qərarları › İş №2-1(112)-10542/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10542/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10542/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, döngə 5 ünvanda yerləşən 8 saylı 3 mərtəbəli yaşayış evinin 2-ci girişində olan 21 nömrəli mənzilinə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, İddiaçı 08.10.2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-cı maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanması tələbi barədə inzibati iş üzrə icraata iddiaçı öldüyündən xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar