Məhkəmə qərarları › İş №2-1(112)-10545/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10545/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10545/2022 22.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli, 9-333 nömrəli qərarına, (8-ci) əlavəyə əsasən atası X4, xx.xx.2021, №**********60 1 saylı Bakı Ərazi İdarəsinin məktubunu nəzərə alaraq, harda qeyd olunub ki - “Bağ sahəsi ayrılıb”, Ləhic qəsəbəsində bağ sahəsi məxsus olmasına dair arayışı, bağ sahəsi mülkiyyət hüququnun veriliməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təqaüdçüdür. Onun 74 yaşı var. İyirmi il hərbi xidmətdə olmuşdur. Ali mülki, ali siyasi, orta hərbi təhsili var. X1 1922-ci il təvəllüdlü idi. Zabit mayor rütbəsi ilə X11 iştirakçısı, Qafqaz uğrunda gedən döyüşlərin iştirakçısı, 2-ci qrup Əlil oldu. 1952-1955-ci illərdə hərbi hissə komandirinin siyasət üzrə müavini olub. Hərbi hissə dislokasiya olan rayondan 2 müddət Deputat seçilib. Silahlı Qüvvələrin və Əmək veteranı idi. 1941-1945-ci il Vətən müharibəsindən sonra 25 il hərbi xidmətdə olub. X7 üzvü idi. Qafqazın müdafiəsinə görə Almaniya üzərində qələbə və sair Dövlət mükafatları ilə təltif olunub. 30 avqust 1989-cu il Bakı şəhəri X8 İcrayə Komitəsinin № 9/333 il qərarı ilə Ləhic massivində 20 sot bağ sahəsi ayrılıb. Lazımi sənədlər Bağlar İdarəsinə təqdim olunub. Bütün Bağlar İdarəsinin Üzvlərinin İclasında iştirak eləyib. 1-ci Qarabağ Müharibəsi qaçqınlarla bağlı vəziyyət ağır olduğuna görə Bağlar İdarəsinə guya bağ torpaqları ayırmayıblar. Dedilər ayrılanda məktubla xəbər verəcəklər. 2000-2011-ci ilə kimi get-gelə saldılar, sənədləri itirdilər. Ayrılmış bağ sahəsinin yerini indiyənədək tapa bilmirlər. Atası Respublika Veteranlar Şurasına müraciət etdi. xx.xx.2011-ci il Azərbaycan Respublikası Arxivinin Filialında 4987№-li Bakı şəhər X8 İcrayə Komitəsinin № 9/333-li qərarını əldə etmişdir. 2020-ci ilə kimi bəhanə tapdılar, adında, soyadında, kiril əlifbasından qaynaqlanan texniki iki hərf səhvi olub, «И» və «Ш» hərflərinin yeri dəyişikdi. Yəni № 9/333 №-İi XDS qərarında Baqişev Baqiş yox Baqşiyev Baqşi qeyd olunub. xx.xx.2020-ci il Bakı şəhəri Xətai rayonu Məhkəməsinin İş № 2(011) 50912020-ci il qətnaməsi qət etdi. X10 İcrayə Komitəsinin 9/333 xx.xx.1989-cu il qərarında qeyd olunmuş şəxs Baqişev Baqiş eyni şəxs olması müəyyən edilib. 2011-ci ildən Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aldığı xx.xx.2011 tarixli, 09/30305 №-li məktubda X3 adına bağ sahəsi haqqında məlumatın arxivdə aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1533/2022 nömrəli qərarı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli, 9-333 nömrəli qərarına əsasən Ləhic qəsəbəsində bağ sahəsinin mülkiyyət hüququ ilə X1na məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1533/2022 nömrəli qərarında qeyd olunmuş mövqeyini nəzərə almadan təkrarən eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı və tələbinin mahiyyəti X1na Bakı şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli, 9-333 nömrəli qərarına əsasən Ləhic qəsəbəsində ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınmasıdır ki, həmin mübahisə artıq məhkəmə baxışının predmeti olmaqla iş üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsini, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmet, eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1533/2022 nömrəli qərarı qanuni qüvvəyə mindiyindən İnzibati Prosessual Məcəllənin 78ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Ona görə də İddiaçı hazırkı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar