Məhkəmə qərarları › İş №2-1(112)-10547/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10547/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10547/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvan: Quba şəhəri, Vaqif küçəsi, ev 4N B, mənzil 7) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının fərari olmaması faktının müəyyən edilməsi, iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.202N-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbi “iddiaçının fərari olmaması faktının müəyyən edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı XN iştirakçısı olduğu halda cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi veteran adının və müvafiq vəsiqənin ona verilməsindən qanunsuz olaraq yayınır. Bununla da cavabdeh Vətən qarşısında onun vicdanlı hərbi xidmətimi layiqincə qiymətləndirməyərək onun nüfuzuna xələl yetirir. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (Nazirliyin İşlər İdarəsinin Mərkəzi Arxivi) xx.xx.20N-ci il tarixli, № 9/2-9626 saylı arxiv arayışında göstərilir ki: (Abz.-2,3) - “Fərar ilikdən qaytarılmış Goranboy RHKdan çağrılmış İddiaçı N N-li Hərbi Hissə komandirinin xx.xx.N95-ci il tarixli, 74 N-li əmrilə (əsas: səhifə N62, § 8, sıra 7N,) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq baş nişançı vəzifəsinə təyin olunmuşdur. N N-li Hərbi Hissə komandirinin xx.xx.N96-cı il tarixli, 44 N-li əmrində (əsas: səhifə N29, § 5, sıra 490, qeyd: əmrdə atasının adı Əkbər yazılmışdır) 5-ci motoatıcı taburun ştatdan kənar sıravisi İddiaçı Əkbər oğlu əvvəllər döyüş mövqeyini özbaşına tərk etdiyi üçün xx.xx.N96-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Lakin, hazırki iddia ərizəsinə əlavə edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (Nazirliyin İşlər İdarəsinin Mərkəzi Arxivi) xx.xx.202N-ci il tarixli, Nə 9/2-5220 saylı arxiv arayışında göstərilir ki: “2N2 N-li Hərbi Hissədən daxil olmuş N N-li Hərbi Hissə üzrə Quba-Qusar Taboru qovluğunda Quba- Qusar RHK-dan səfərbərliyə çağrılmış 23-cü MAT-un siyahısında (əsas: sıra 244) Quba RHK-dan çağrılmış, N72-ci il təvəllüdlü, sıravi İddiaçı atıcı vəzifəsində adı qeyd olunmuşdur. Şəxsi heyəti qəbulu məntəqəsindən göndərilmiş Quba RHK-nın çağırışçısı N72-ci il təvəllüdlü sıravi İddiaçı N8N Ns -li Hərbi Hissə komandirinin N aprel N94-cü il tarixli, N00 N-li əmrilə (əsas: sıra § 8, sıra 2, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatla təmin edilmişdir. Hərbi Hospitaldan gəlmədiyinə görə sıravi İddiaçı Əliəkbər oğlu N8NN-li Hərbi Hissə komandirinin N oktyabr N94-cü il tarixli, 245 N-li əmrilə (əsas: sıra § 5, sıra 3, əmrdə atasının adı Əliəkbər yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Fərarilikdən qaytarılmış Goranboy RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü İddiaçı N N-li Hərbi Hissə komandirinin N mart N95-ci il tarixli, 75 N-li əmrilə (əsas: sıra § 8, sıra 7N, əmrdə göndərildiyi RHK “Goranboy” və təvəllüdü ”N74" yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək baş nişançı vəzifəsinə təyin olunmuşdur.” Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqey iilə razılaşmadığımdan ətraflı məlumatlara istinadən təkrarən ona müraciət etmişəm. Cavabdeh təşkilatın xx.xx.202N-ci il tarixli, N/S-N6N20 saylı məktubunda “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissıyası”-nın xx.xx.202N- ci il tarixli iclasında baxılmış və 756 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilmədiyi göstərilmişdir. Ona məxsus AZE seriyalı, N 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi iddiaçı xx xxxxxx N73-cü il tarixdə Quba şəhərində doğulmuşdur. Ona məxsus 23 fevral N92-ci N tarixli, NN3 N ******* saylı hərbi biletdən göründüyü kimi o, 03 mart N92-ci il tarixdə Quba RHK tərəfindən həqiqi hərbi çağrılaraq xidmətin edilməsi üçün müvafiq hərbi hissəyə göndərilmişdir. Həmin hərbi biletin 23-cü səhifəsindəki qeydə əsasən o, Azərbaycan Respublikasının Füzuli Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli N7/464 saylı məktubuna əsasən qeydiyyata götürülmüşdür. Hərbi biletindəki həmin məlumat qeydi SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi tərəfindən təsdiq edilmişdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N7/N4-39/2-20 saylı məktubundan göründüyü kimi Füzuli Hərbi Prokurorluğunda barəsində təqsirləndirilən materiallar və cinayət işi yoxdur. Cavabdehin ona verdiyi cavabdan fərqli olaraq iddiaçı Quba RHK tərəfindən müharibəyə səfərbər olaraq Quba batalyonunun tərkibində döyüşlərə göndərilmişdir. N93cü ilin oktyabr - dekabr ayları dövründə Quba batalyonunun tərkibində döyüşmüşdür. Həmin batalyon dağıldıqdan sonra, yanvar N94-cü ildən Beyləqan rayonunun Allahyarlı kəndində yerləşən N8N-ci HH-yə göndərilərək orada döyüşmüşdür. May N94-də tibbi N8N-ci H/H-nin məntəqəsində stasionar müalicədə olmuş, iyun N94-də Mərkəzi Hərbi Xəstəxanaya (Papaninyə) köçürülmüşdür. Hospitalda N5 gün stasionar müalicədə olmuşdur. 08 avqust N94-cü ildə qospitaldan evə buraxılmışdır. Bu barədə epiqriz verilib. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Hərbi Poliklıinikasınm 02 avqust N94-cü il tarixli, 9887 saylı arayışından göründüyü onun müalicəsindən sonrakı vəziyyətə görə xəstəliyi Azərbaycan Respublikasının Hərbi qüvvələrindəki xidməti ilə əlaqədar deyildir, o, qeyri-döyüş xidmətində ola bilər. Cavabdeh təşkilatın xx.xx.202N-ci il tarixli, N/5-N54N5 saylı məktubundan göründüyü kimi “Veteran adının və müvafiq vəsiqənin verilməsi”-nə dair ərizəsinə xx.xx.202N-ci il tarixdə baxılmış, barəsində müsbət qərar qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və 672 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir.” Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi xx.xx.202Nci il tarixli 859 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və 756 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir.” İş materiallarından görünür ki, Müdafiə Nazirliyi xx.xx.202N-ci il tarixli 4/2-N098 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “Sizin xx.xx.202N-ci il tarixli 2-N(NN2)-N0547/202N №-li sorğunuza (Müdafiə nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə xx.xx.202N-ci il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, N №-li hərbi hissədən daxil olmuş N N-li hərbi hissə üzrə Quba-Qusar Taboru qovluğunda Quba-Qusar RHK-dan səfərbərliyə çağırılmış 23-cü MAT-un adlı siyahısında (əsas: sıra 244) Quba RHK-dan çağırılmış, N72-ci il təvəllüdlü, sıravi İddiaçı atıcı vəzifəsində adı qeyd olunmuşdur. Şəxsi heyəti qəbulu məntəqəsindən göndərilmiş, Quba RHK-nın çağırışçısı, N72-ci il təvəllüdlü, sıravi İddiaçı N N-li hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N00 N-li əmrilə (əsas: § 8, sıra 2, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Hərbi hospitaldan gəlmədiyinə görə sıravi İddiaçı Əliəkpər oğlu N N-li hərbi hissə komandirinin N oktyabr N94-cü il tarixli 245 N-li əmrilə (əsas: § 5, sıra 3, əmrdə atasının adı Əliəkpər yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Fərarilikdən qaytarılmış, Goranboy RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü İddiaçı N Ne-li hərbi hissə komandirinin N mart N95-ci il tarixli 74 N-li əmrilə (əsas: § 8, sıra 7N, əmrdə göndərildiyi RHK “Goranboy” və təvəllüdü “N74” yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək baş nişançı vəzifəsinə təyin olunmuşdur. Əvvəllər döyüş mövqeyini özbaşına tərk etmiş, 5-ci MAT-un ştatından kənar sıravisi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli müvafiq əmrinə əsasən N N-li hərbi hissə komandirinin N5 fevral N96-cı il tarixli 44 N-li əmrilə (əsas: § 5, sıra 490, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından çıxarılmışdır. Qeyd edirik ki, N N-li hərbi hissə komandirinin oktyabr-dekabr N93-cü il, yanvar- aprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və N N-li hərbi hissə komandirinin yanvar-mart, may-sentyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Qeyd edirik ki, araşdırmalar İddiaçı barəsində Müdafiə nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi xx.xx.202N-ci il tarixli NN70 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.N73-cü il təvəllüdlü İddiaçı xx.xx.N92-ci il tarixdə keçmiş Quba Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilib. xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək N saylı hərbi hissədə atıcı vəzifəsində xidmət edib. xx.xx.N92-ci il tarixdən N saylı hərbi hissədə xidmət edib (Tərxis olunması barədə səbəb və əmr haqqında məlumat yoxdur). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünüX dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N88-ci il fevralın N-dən N9N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmənin mövqeyinə görə, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar