Məhkəmə qərarları › İş №2-1(112)-10549/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10549/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10549/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin ayrıca mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (yaşayış sahəsi 1 otaq 19.2 kv.m., köməkçi sahə 27.4 kv.m) ayrıca mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X13 küçəsi, 2/2F ünvanında yerləşən fərdi yaşayış evi 1/5 hissədə (1 otaq 19.2 kv.m) iddiaçının mülkiyyətindədir. Mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 19076784 qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və müvafiq Çıxarış verilmişdir. Ona məxsus olan 1/5 hissə ayrıca dam örtüyünə malikdir, evin giriş-çıxışı ayrıdır. İddiaçı ona məxsus olan evin daşınmaz əmlakın dövlət reyestrində ayrı şəkildə qeydiyyata alınması ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ərizənin icrasından imtina edildikdə inzibati icraat 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-1343/2017 saylı qərarı ilə iddia tələbləri təmin edilərək, ayrıca ünvan təyin edilməsi qərara alınmışdır. Həmin Qərar cavabdeh tərəfindən icra edilmiş, yuxarıda qeyd edilən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ayrı ünvan verilməsi ilə bağlı xahişi, daşınmaz əmlakın dövlət reyestrində ayrılıqda qeydiyyat aparılması oİmuşdur. Çünki, ayrı ünvan olaraq qeydiyyata alınma dedikdə, bunun ayrılıqda Çıxarışla rəsmiləşdirilməsi başa düşülməli idi. Lakin cavabdeh bunu etməmiş, absurd bir forma olaraq eyni Çıxarışa ikinci ünvan qeyd edilməsi ilə faktiki olaraq ərizənin icrasından bu formada boyun qaçırmışdır. Bunları nəzərə alaraq o xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət edərək fərdi yaşayış evinə ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdi. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli **********16 saylı məktubu ilə bildirilmişdir: “...dövlət reyestrindən çıxarışa əsasən sözügedən fərdi yaşayış evi paylı mülkiyyətdir. Göstərilən hissədə fərdi yaşayış evinin dam örtüyü digər hissələrdən ayrılmasına baxmayaraq vahid konstruktiv yükgötürən divarlara malikdir. Bu səbəbdən istifadənizdə olan hissənin ayrılıqda qeydiyyata alınması (yeni ünvanın verilməsi) tərəfimizdən mümkün olmamışdır”. Yuxarıda qeyd etdiyi məsələ ilə bağlı cavabdehin imtina məktubunda göstərilənləri məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir. Məktubda göründüyü kimi ”istifadədə olan hissənin ayrılıqda qeydiyyata alınması” xahişi “yeni ünvanın verilməsi” ilə eyniləşdirilir. Halbuki, ilk dəfə inzibati icraat qaydasında çıxarılmış məhkəmə qərarı icra edilərkən bunların ayrı-ayrı öhdəliklər olduğu, məhkəmə qərarı ilə yalnız ünvan verilməsi öhdəliyi qoyulmuş olduğundan ancaq bu hissədə qərarın icrasının mümkünlüyü bildirilirdi. Hesab edir ki, hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz və əsassızdır. Qeyd edilən səbəbdən inzibati icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün öhdəliyin icrası haqqında iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 03 iyun 2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, dövlət reyestrdən çıxarışa əsasən sözügedən fərdi yaşayış evi paylı mülkiyyətdir. Göstərilən hissədə fərdi yaşayış evinin dam örtüyü digər hissələrdən ayrılmasına baxmayaraq vahid konstruktiv yükgötürən divarlara malikdir. Bu səbəbdən istifadəsində olan hissənin ayrılıqda qeydiyyata alınması (yeni ünvanın verilməsi) mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.

4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2343/2017 nömrəli iş üzrə xx.xx.2017ci il tarixli qərarı ilə Xəzər rayonu, Zirə qəsəbəsi, S.Ə.Şirvani küç., 2 ünvanında yerləşən fərdi yaşayış evinin X3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan hissəsinə ayrıca ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 1/5 hissəsinə ayrıca ünvan verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

5. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

6. Həmin qərarın icrası ilə əlaqədar tərtib olunmuş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvanı ünvan 3/2F kimi qeyd olunan daşınmaz əmlak üzrə hüquqlar aşağıdakı kimi qeydiyyata alınmışdır: X5 – ev 2, ¼ hissə; X9 – ev 2, ¼ hissə; X10 – ev 2, 2/4 hissə; İddiaçı – ev 2F (1 otaq – 19,2 kv.m.).

7. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmənin mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İcra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.

11. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

12. X11 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X11 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

13. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

14. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

16. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarından: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

17. Beləliklə, məhkəmə müəyyən edir ki, qüvvədə olan məhkəmə aktına əsasən, Bakı şəhəri, Zirə qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin X3 məxsus 1/5 hissəsinə dair yeni ünvan verilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, həmin hissəyə dair yeni “2F” ünvanı verilmişdir. Hazırki mübahisə faktiki olaraq məhkəmə qərarının tam icra olunmaması ilə bağlıdır. Belə ki, cavabdeh qeyd edilən hissəyə yeni ünvan verilməsinə baxmayaraq, imtinasını dövlət reyestrindən çıxarışa əsasən sözügedən fərdi yaşayış evi paylı mülkiyyət olması, göstərilən hissədə fərdi yaşayış evinin dam örtüyü digər hissələrdən ayrılmasına baxmayaraq vahid konstruktiv yükgötürən divarlara malikdir. Bu səbəbdən istifadəsində olan hissənin ayrılıqda qeydiyyata alınmasının (yeni ünvanın verilməsi) mümkün olmadığı bildirilmişdir.

18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2343/2017 nömrəli iş üzrə xx.xx.2017ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki (5-ci vərəq, sonuncu abzas və davamı): “...Göründüyü kimi qanunvericiliklə daşınmaz əmlaka ünvan verilməsi meyarları konkret olaraq müəyyən edilmiş, daşınmaz obyektinin ayr-ayrı hissələrə bölünməsi daşınmaz əmlaka ünvan verilməsi üçün əsas olan hal olaraq qeyd edilmişdir. Hazırki halda isə iş materiallarından görünür ki, Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, X13 küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi iddiaçı X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış, daha sonra Bakı şəhər Xəzər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 yanvar 2001-ci il tarixli qətnaməsi ilə naturada bölgü həyata keçirilərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X13 küçəsi 2 ünvanında yerləşən torpaq sahəsinin daxilindəki yaşayış evinin xarici divarının künc hissəsindən həyətyanı sahəyə doğru istiqamətdə 5 m uzunluğunda bir sərhəd hasarı, həmin hasarın son nöqəsindən qarşıdakı istixanaya doğru istiqamətdə mövcud daş hasara bitişik, ikinci sərhəd hasarı çəkilməsi, yaşayış evinin üstü örtülü açıq meydançadan 2 metr aralıda üçüncü sərhəd hasarı çəkilməsi, küçə hasarında ayrı-ayrılıqda giriş-çıxış üçün əlavə 2 qapı quraşdırılması və müvafiq bölgü nəticəsində əmələ gələn 584,3 kv.m. sahənin iddiaçı X2 istifadəsinə verilməsi qət edilmiş və sözügedən qətnamə artıq icra edilmişdir. Bundan əlavə iş materiallarınə əlavə edilmiş AR Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Zirə Qəsəbə nümayəndəliyinin 17 noyabr 2016-cı il tarixli 250 saylı məktubundan, eyni zamanda işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7, X10 və X6 həyət qapıları Natavan küçəsi döngə 1 ünvanına açıldığı halda, X2 həyət qapısı Şirvani küçəsinə açılır.”

19. Hazırki iş üzrə İddiaçı qeyd edilən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin qeyd edilən hissəsinin hazırda mülkiyyətçisi və X2 oğludur.

20. Beləliklə, qeyd edilən qüvvədə olan məhkəmə qərarına əsasən, yeni ünvan verilməsi üçün hüquqi əsas məhz daşınmaz əmlak obyektinin ayrı-ayrı hissələrə bölünməsi qeyd olunmuşdur. Belə olan təqdirdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (yaşayış sahəsi 1 otaq 19.2 kv.m., köməkçi sahə 27.4 kv.m) ayrıca mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulmasına dair iddia tələbi mümkün sayılmamalıdır.

21. Belə ki, məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X11 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının olduğu kimi tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar