Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10550/2023 17.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakların satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2840,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3500 manat məbləğində əmlakı siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2840,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə **********1 saylı xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən 2840,87 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış **********1 saylı xx.xx.2023-cü il tarixli bildirişlə bildirilmişdir ki, onun xx.xx.2023-cü il tarixə ümumilikdə 2840,88 manat, o cümlədən: vergilər üzrə 2572,25 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 268,63 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat borcu var. Əmlakın siyahıya alınması haqqında **********1 saylı xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********1 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X1 tərəfindən Bakı şəhəri Nərimanov rayonu Böyük Şor 63Q ünvanında yerləşən “Qapı-pəncərə” sexində fərqləndirici əlaməti Nikmak SK-01 olan 1 ədəd 1500 manat məbləğində qaynaq aparatı, fərqləndirici əlaməti Yılmaz Türkiyə olan 1 ədəd 1500 manat məbləğində freezer aparatı və fərqləndirici əlaməti Yılmaz Türkiyə olan 1 ədəd 500 manat məbləğində profil kəsən mişar siyahıya alınmışdır. İddiaçı tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli, “cavabdehin siyahıya alınma dövrünə və hazırki dövrə olan borc məbləği” barədə sorğusuna cavab olaraq **********045400 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh xx.xx.2023-cü il tarixli **********53 saylı icraat vərəqəsi üzrə ödənilməli olan borcu yoxdur. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı tərəfindən məhkəmənin “cavabdehin siyahıya alınma dövrünə və hazırki dövrə olan borc məbləği barədə məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq **********045400 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh xx.xx.2023-cü il tarixli **********53 saylı icraat vərəqəsi üzrə ödənilməli olan borcu yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-10550/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10550/2023
17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver