Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10551/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı vəsiqəsinin bütün hüquqları bərpa olunmaqla ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyini təmin edən qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16.10.N3-cü il tarixdən Qaradağ rayon Hərbi Komissarlığının 230 nömrəli əmri ilə orduda həqiqi hərbi xidmətə səfərbər olunmuş, 888, N saylı hərbi hissələrdə döyüş bölgələrində xidmətdə olmuşdur. Vətən uğurunda gedən döyüşlərdə yaralandığı üçün N saylı hərbi hissənin hospitalında müalicə olunmuşdur (01.02.N4-cü il tarixində), 20.02.N4-cü il tarixdən N saylı hərbi hissəyə köçürülmüş və xidmətini davam etdirmişdir. Bütün bunlar haqqında onun hərbi biletində də müvafiq qeydlər aparılmışdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, ona vətən uğurunda döyüşlərdə iştirak etdiyinə görə 09.05.2001-ci il tarixdə Bakı şəhər Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən 060246 nömrəli veteran vəsiqəsi də verilmişdir (həmin vəsiqənin kserosurətini də məhkəməyə təqdim edir). Məhkəmənin nəzərinə onu da çatdırır ki, həmin vəsiqənin əsli Qaradağ rayon Hərbi Komissarlığının keçmiş rəhbərliyi tərəfindən “dəyişdirilmək" adı ilə ondan geri alınmışdır və sonradan da ona qaytarılmamışdır. Bu haqda o dəfələrlə cavabdehə müraciət etmiş, lakin əfsuslar olsun ki, onun veteranlıq hüququ cavabdeh tərəfindən bərpa olunmamışdır, vəsiqə də verilməmişdir. Bu hərəkətlər onun hüquq və mənafelərinə toxunduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən N4-cü ilin mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25 iyul 2019-cu il tarixli, 9/2-10388 nömrəli arayışına əsasən iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin 30 yanvar N6-cı il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N mart N6-cı il tarixli 92 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı qeyd edilmişdir. Digər tərəfdən inzibati iş materiallarında olan Gəncə Qarnizonu Hərbi Prokurorluğunun “Amnistiya aktı tətbiq edilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 sentyabr N9-cu il tarixli qərarına əsasən iddiaçı 20 yanvar N4-cü il tarixdə qulluğunu davam etdirmək üçün N saylı hərbi hissəyə köçürülmüş, döyüşlərdə iştirak etmiş, güllə yarası alaraq müalicə olunmaq üçün hərbi hospitala göndərilmiş, müalicə vaxtı bitdikdən sonra məzuniyyətə buraxılmış, məzuniyyət vaxtı bitməsinə baxmayaraq bir daha qulluq yerinə qayıtmamışdır. İddiaçıya məxsus hərbi biletin 23-ci səhifəsində 17 oktyabr N7-ci il tarixli “Amnistiya haqqında” Qərar əsasən iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət dövrünün nəzərə alınmamasına dair qeyd iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna etmiş olur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası CPM-nin 39.1.1, 39.1.2 və 39.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverivi əsaslarla xitam verilmiş hesab olunur. Bununla da cinayət təqibinin xitam verilməsinin əsaslarından olan 39.1.12-ci maddəsində nəzərdə tutulan amnistiya aktı cinayət təqibinin xitam verilməsinin bəraətverici əsası hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qaradağ rayon Hərbi Komissiarlığında 15.10.N3-cü il tarixdə qeydiyyata alınmış, 16.10.N3-cü ildə N saylı hərbi hissəyə qəbul edilmiş, 20.01.N4-cü ildə N saylı hərbi hissəyə qəbul edilmiş, 27.03.N6-cı ildə hərbi hissəni özbaşına tərk etdiyi üçün siyahıdan çıxarılmışdır. 24.01.N4-cü il tarixdən 01.02.N4-cü il tarixə kimi N saylı hərbi hissə şəxsi heyəti tərkibində atıcı vəzifəsində döyüş əməliyyatlarında iştirak etmişdir. 01.02.N4-cü ildə güllə yarası ilə yaralanmışdır. 26.02.N8-ci il tarixdə aparılmış qeydə əsasən “Amnistiya haqqında” 17.10.97-ci il tarixli qərarla Azərbaycan Respublikası Silahlı qüvvələrində xidməti nəzərə alınmır. - Gəncə qarnizonu hərbi prokuroru tərəfindən təsdiq edilmiş 15.09.N9-cu il tarixli qərarın surətindən görünür ki, N saylı hərbi hissənin sıravi əsgəri X1 barəsində “Hərbi cinayətlər törətmiş şəxslər haqqında X3 münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17.10.97-ci il tarixli qərarının 1-ci bölməsinin 1.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “v” bəndi ilə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri, Qaradağ RHK tərəfindən verilmiş 09.05.2001-ci il tarixli, 060246 №-li vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-10388 №-li, 25.07.2019-cu il tarixli arxiv arayışının surətindən görünür ki, Qaradağ RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin 16.10.N3-cü il tarixli 230 №-li əmrilə (əsas: səh.17, §7, sıra-76, qeyd: əmrdə atasının adı Çandar yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq sıravi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. İddiaçı N nömrəli hərbi hissə komandirinin 20.01.N4-cü il tarixli 17 №-li əmrilə (əsas: §5, sıra-62, qeyd: əmrdə atasının adı Çandar yazılmışdır) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq Pereküşkül qəsəbəsinə göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı Çapder oğlu N nömrəli hərbi hissə komandirinin 21.01.N4-cü il tarixli 1 №-li əmrilə (əsas: §3, sıra-71, qeyd: əmrdə atasının adı Çapder yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq atıcı vəzifəsinə təyin olunmuşdur. Vətən uğrunda gedən döyüşlərdə yaralandığı üçün N nömrəli hərbi hissənin hospitalına göndərildiyinə görə və müalicə olunduğuna görə sıravi İddiaçı Candar oğlu N nömrəli hərbi hissə komandrinin 01.02.N4-cü il tarixli, 12 №-li əmrilə (əsas: səh.14, §2, sıra- 5) 02.02.N4-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin 30.01.N6-cı il tarixli müvafiq əmrinə əsasən Qaradağ RHK-dan çağırılmış 1975-ci il təvəllüdlü X2 N nömrəli hərbi hissə komandirinin 27.03.N6-cı il tarixli 92 №-li əmrilə (əsas: səh.32, §10, sıra-59, qeyd: əmrdə adı Azad yazılmışdır) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 1/M-4391 №-li, 25.02.2021-ci il tarixli məktubdan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 19.02.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Təqdim olunmuş sənədlərə və Mərkəzi Arxivin 25.07.2019-cu il tarixli, 9/2-10388 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə 02.02.N4-cü il tarixdən sonrakı dövrdə xidməti barədə məlumat olmadığına və müalicə aldıqdan sonra xidmət yerinə qayıtmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 16.10.N3-cü il tarixli, 230 №-li əmrilə hərbi xidmətə qəbul edilmiş, 21.01.N4-cü il tarixli 1 №-li əmrilə İddiaçı N nömrəli hərbi hissəyə xidmətə qəbul edilmiş, döyüşlərdə yaralandığı üçün N nömrəli hərbi hissənin hospitalına göndərildiyinə və müalicə olunduğuna görə N nömrəli hərbi hissə komandrinin 01.02.N4-cü il tarixli, 12 №-li əmrilə 02.02.N4-cü il tarixdən qazan təminatından çıxarılmışdır. İddiaçı müalicə vaxtı bitdikdən sonra məzuniyyətə buraxılmış, məzuniyyət vaxtı bitməsinə baxmayaraq bir daha qulluq yerinə qayıtmamışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin 30.01.N6-cı il tarixli müvafiq əmrinə əsasən X2 N nömrəli hərbi hissə komandirinin 27.03.N6-cı il tarixli, 92 №-li əmrilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. Gəncə qarnizonu hərbi prokurorluğunun 15.09.N9-cu il tarixli qərarına əsasən X1 barəsində “Hərbi cinayətlər törətmiş şəxslər haqqında X3 münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17.10.97-ci il tarixli qərarının 1-ci bölməsinin 1.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “v” bəndi ilə cinayət işinin başlanması rədd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində X3 münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N7-ci il, 383-İ QR №-li Qərarının 9cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyindən, barəsində “Hərbi cinayətlər törətmiş şəxslər barəsində X3 münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N7-ci il, 383-İ QR №-li Qərarı tətbiq edildiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10551/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10551/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver